Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3309/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-ya qarşı “artıq ödənilmiş məbləğin geri ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-ə qarşı “artıq ödənilmiş məbləğin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 12 may 2014-cii il tarixli müqaviləsə əsasən ümumi sahəsi 74.6 kv.m olan Bakı şəhəri Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının 7-ci mənənəsində yerləşən 36 saylı mənzil (hal-hazırda ünvan: ünvan 1 manatın və həmin məbləğə görə əldən çıxma 3565 manat faydanın, cəmi 9084 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə arasında 12 may 2014-cü il tarixli müqaviləyə əsasən ümumi sahəsi 83,71 kv.m olan Bakı şəhəri Abşeron rayonu. Xırdalan qəsəbəsi. Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 36 saylı mənzilin (hal-hazırda ünvan: ünvan 2əsi baglanmışdir. İddiaçı 2015-ci il 10 dekabr tarixində ümümi sahəsi 83.71 kv.m yaşayış sahəsi 83.71 kv metr olmaqla hər kv.m. üçün 540 manat olmaqla cəmi 45203 manat mənzilin tam dəyərini ödəmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin hesablamasından məlum olur ki, mənzilimi ümumi sahəsi 74.0 kv.m-dir. yəni 9,11 kv.m üçün 5510 manat artıq pul ödənilmişdir. Cavabdeh onun pulundan istifadə elməklə əsassız varlanmaqla da gəlir əldə etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın keçmiş illər üzrə manatının sabit valyuta olan ABŞ dollarına məzənnəsinə və uçot dərəcəsinə uygun hesablansa 9084 manat artıq pul ödənilmişdir. Belə ki,12.05.2014-cü il tarixdən 10.12.2015-ci il tarixədək müqavilə üzrə cəmi 45803 manat (83.71kv.m x 540 manat + 600 manat sayğac pulu) ödənilmiş, lakin ödənilməli idi 74,6 kv.m x 540 manat = 40284 manat, məbləğlər arasındakı fərq 45803-40284=5519 manat təşkil edir. 5519 manat Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hesablansa, iddia ərizəsində qeyd olunmuş hesablamar nəticəsində 11.12.2015-ci ildən 5519 manat uçot dərəcəsini nəzərə almaqla bu gününkü günə 9084 manat təşkil edir. Cavabdeh MMC arasında bağlanmış 12 may 2014-cü il tarixli müqavilə üzrə mənzilin ümumi sahəsi 83.71 kv.m göstərilsə də, pulu lam ödənilsə də AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin sənədindən görünür ki. 9.11 kv.m az sahə satılmış və həmin sahə üçün 5519 manat artıq pul alınmışdır. Həmin məbləğə görə həm də 3565 manat fayda əldən çıxarılmışdır. İddiaçı müqavilə şərtlərinə tam əməl edərək üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirmiş, lakin Cavabdeh MMC tərəfindən dəyərini tam ödədiyi mənzilin ümumi sahəsində aldadılmış və aldadıldığını rəsmi məlumat aldıqdan sonra bilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bundan başqa Cavabdeh MMC-nin nümayəndəsi vəkil X3 məhkəməyə etiraz və mülahizə ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə bağlanmış 12.05.2014-cü il tarixli müqavilədə 1.1-ci bənddə göstərilmişdir ki, yaşayış binaları kompleksinin tikintisi payçıların vəsaiti və imkanları hesabına həyata keçirilir və bu vəsaitlərin həcmini təşkil edən məbləğə uyğun, cəmiyyət üzvlərinə mənzillər verilməlidir. Ümumi sahəsi lahiyə üzrə 83,75 kv.m təşkil edən mübahisələdirilən mənzilin dəyərinin müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödənildikdən sonra verilməsi payçı ilə razılaşdırılır. İddiaçı ilə bağlanmış müqavilənin bəndində məhz ümumi sahə binanın lahiyəsi üzrə müəyyən edilən kvadratla payçıya verilməsi və onun razılaşdırılması müqavilədə göstərilmişdir. Qeyd edilən müqaviləni tərəf könüllü imzalamaqla, qəbul etmişdir. Müqavilənin 1.1 və 1.2-ci bəndləri üzrə birmənalı müəyyən olunur ki, məhz lahiyə 83,71 kv.m sahə müəyyən olunmuşdur. Həmin lahiyə üzrə müəyyən olunan sahəyə uyğun iddiaçı ödəniş etdiyindən iddiaçının hüquqları pozulmamışdır. Daşınmaz Əmlak Reyestr Xidməti tərəfindən ölçülmədə 74,6 kv.m təşkil etməsi binanın müqavilədə lahiyə üzrə ölçülərindən fərqli olması ara divarlarının və mənzili əhatə edən divarların müvafiq ölçülərinin ümumi sahəyə daxil edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 12.05.2014-cü il tarixli 03/36 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərində göstərilmişdir ki, Abşeron rayon İH-nin 1038 saylı 14.12.2007-ci il tarixli sərəncamına əsasən Cavabdeh MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Qafqaz Universitetinin qərb hissəsində çoxmərtəbəli yaşayış binaları kompleksinin tikintisi layihələşdirilmişdir. Həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına həyala keçirilir və bu vəsaitlərin həcmini təşkil edən məbləğə uyğun cəmiyyət üzvləriniə mənzillər verilməlidir. Müqavilənin 1.1.-cİ bəndində göstərilənlərə əsaslanaraq Abşeron rayon Xırdalan şəhəri, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 7 (yeddinci) mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 83,71 m2 təşkil edən 2 (iki) otaqlı 36 (otuz alti) saylı mənzili "Cəmiyyət" "Payçı"-ya (mənzilin dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra) verilməsini, "Payçı” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürürlər. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil veriləcək 1 ədəd 2 otaqlı mənzilin ümumi sahəsi 83,71 kv.m təşkil edir, tərəflər arasında bu sahənin hər kvadratı 540 manat razılaşdırılmaqla, ümumi dəyəri 45203 manat tərəflərin razılığı ilə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 sylı Abşeron Ərazi İdarəsinin 15.03.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, bina 25, 36 saylı mənzilə 17.03.2020-ci il tarixdə Cavabdeh MMC-nin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin ümumi sahəsi 74,6 kv.m-dir. Məhkəmə qeyd edir ki, tərəflərin məhkəmə iclasında verdiyi ifadələrdən göründüyü kimi iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 sylı Abşeron Ərazi İdarəsi tərəfindən çıxarışı aldığı zaman hüququnun pozulduğunu bildiyi andan cavabdehə pretenziyasını bildirmiş, lakin heç bir nəticə əldə etmədiyindən, məhkəməyə belə iddia ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə 12.05.2014-cü ildə bağlansa da, iddiaçı tərəf hüquqlarının pozulmasını AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin hesablamasından sonra məlum olmuşdur. Hüquqlarının pozulması barədə məlumatı 15.03.2021-ci il tarixdə əldə edəndən sonra 12.04.2021-ci il tarixdə cavabdeh təşkilata artıq ödənilmiş məbləğin geri qaytarılması tələbi ilə ərizə ünvanlamış, lakin heç bir nəticə vermədiyindən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı iddia müddətini keçirmədiyindən, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız hesab edilməli və mülki işə ərizəsi əsasında mahiyəti üzrə baxılmalıdır. Məhkəmə iclasında tərələrin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi və onun necə hesablanması tərəflərin bağladıqları müqavilədə aydın şəkildə qeyd olunmuşdur. Yəni, cavabdeh tərəfin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 83,71 kv.m.-dir (1.2-ci bənd). Mənzilin arakəsmələri, dəhliz və eyvanları, habelə yardımçı sahələri nəzərə alınmadan cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, alıcıya şərtləşdirilmiş qaydada deyil deyil, daha az (74,6 kv.m) sahəli mənzil satması, bunun da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olması barədə nəticəyə gəlmək tərəflərin razılaşmasına açıq-aşkar zidd qənaətdir. İşin həlli üçün mühüm əhəmiyyət kəsb edən tərəflər arasında bağlanmış 12.05.2014-cü il tarixli müqavilənin 1.1 və 1.2-ci bəndləri nəzərə alınmalı və bu xüsusata qiymət verilməlidir. Digər tərəfdən müqavilədə mənzilin razılaşdırılmış ümumi qiyməti olan 45203 manatın məhz mənzilin kvadrat metrinə (yaxud 1 kv.m.-nə) görə hesablanmasına dair mövqe də əsassızdır. Çünki, müqavilədə həmin qiymətin mənzilin bir kvadrat metrinə görə müəyyənləşdirilməsi barədə şərt yoxdur. Müqavilədən ümumi sahəsi (daxili divarları, arakəsmələr də daxil olmaqla) 83,71 kv.m. olan iki otaqlı mənzilə görə ödəniləcək məbləğin 45203 manat razılaşdırıldığı açıqca görünür. Başqa sözlə, tərəflər mənzilin onun ümumi qiymətini şərtləşdirmişlər. Bu hallar ona dəlalət edir ki, iddiaçıya mənzili aldığı zaman onun sahəsi, bu sahənin hesablanma şərtləri və qiyməti məlum idi. Odur ki, müqavilə şərtləri cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcədə, ümumiyyətlə pozulmamış, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmamış və şərait dəyişməmişdir. Fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 15.12.2012-ci il tarixli Qərarının: 3.1. Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir. 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. 3.3. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. 3.4. Yaşayış binasının daxilində yerləşən ictimai təyinatlı otaq və yerləşgələrin sahəsinin hesablanması bu Qaydaların 4-cü bölməsinə uyğun olaraq aparılır. 3.5. Binanın tikinti sahəsi, çıxıntı hissələri, o cümlədən terraslar və bayır giriş pilləkəni (artırma) də daxil edilməklə, onun xarici haşiyəsi üzrə kürsü səviyyəsində üfüqi kəsiyinin sahəsi kimi müəyyən edilir. Dayaqlar üstündə yerləşmiş binanın altındakı sahə, həmçinin binanın altındakı keçidlər tikinti sahəsinə daxil edilir. 3.6. Binanın mərtəbəliliyi müəyyənləşdirilərkən bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2,0 metrdən az olmadıqda) nəzərə alınır. Mərtəbələrin sayı müəyyənləşdirilərkən bütün mərtəbələr - yeraltı, zirzəmi, kürsü, yerüstü, texniki, mansarda nəzərə alınmalıdır. Döşəməaltı hissə hündürlüyündən asılı olmayaraq, həmçinin hündürlüyü 1,8 metrdən az olan mərtəbələrarası məkan və texniki çardaq yerüstü mərtəbələrin sayına daxil edilmir. Binanın müxtəlif hissələrində müxtəlif sayda mərtəbələr olarsa, həmçinin bina maillik olan sahədə yerləşdikdə və maillik hesabına mərtəbələrin sayı dəyişdikdə mərtəbəlik binanın hər bir hissəsi üçün ayrıca təyin edilir. 3.7. Yaşayış binasının tikinti həcmi +0,000 səviyyəsindən yuxarıda olan hissənin (yerüstü hissənin) və bu səviyyədən aşağıda olan hissənin (yeraltı hissənin) tikinti həcminin cəmi kimi təyin edilir. Tikinti həcmi binanın yeraltı və yerüstü hissəsinin təmiz döşəmə səviyyəsindən başlayaraq, xarici səthlər hüdudunda, qoruyucu konstruksiyalar və digər üst tikililər, işıq fənərləri daxil edilməklə, xaricə çıxan memarlıq detalları və konstruksiya elementləri, günlüklər, portiklər, terraslar, eyvanlar, havalandırılan döşəməaltılar və döşəməaltı kanallar, dayaqlar üstündəki binanın altındakı məkanın və keçidlərin həcmi nəzərə alınmadan müəyyən edilir. 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5-ci maddəsinə əsasən mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 452.2-ci maddəsinə görə kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh MMC-ya qarşı “artıq ödənilmiş məbləğin geri ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3309/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3309/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver