Məhkəmə qərarları › İş №2(005)-3335/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3335/2020

06.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3335/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “aktın etibarsız hesab olunması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “aktın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2006-cı il tarixli Akt əsasız və qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X29 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binasında mənzillərdən xx xxxxxx 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 25 saylı mənzil payçı İddiaçı2, 2007-ci ilin may ayında bağlanmış müqavilə əsasında dəyəri ödənilməklə 22 saylı mənzil X6, fevral 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 24asaylı mənzil payçı İddiaçı1, xx xxxxx 2007-ci il tarixli müqavilə əsasında dəyəri tam ödənilməklə 26 saylı mənzil İddiaçı4 vəavqust 2009-cu il tarixli müqüavilə əsasında dəyəri tam ödənilməklə 75 saylı mənzil X17 təhvil verilmişdir. Müqavilə əsasında alınmış mənzillər onların istifadəsinə verilmiş və onlar uzun illərdir ailələrilə birlikdə həmin mənzillərdə yaşayırlar.Lakin son aylarda onlara məlum olmuşdur ki, Rüstəmov Rövşən Nəcəf oğlu ilə fiziki şəxs Hüseynov Şakir Hüseyn oğlu arasında tərtib olunmuş xx xxxx 2006-cı il tarixli akta əsasən Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı 20 (iyirmi) mənzilin Rüstəmov Rövşən Nəcəf oğluna verilməsi nəzərdə tutulmuşdur.Məhkəmənin diqqətinə çatdırırlar ki, onlara məxsus 22 saylı, 24a saylı, 25 saylı, 26 saylı və 75 saylı mənzillərin akt əsasında başqa şəxsə verilməsi barədə əvvəllər xəbərdar olmamışlar. Onlar saxta akt əsasında mənzillər barədə mübahisənin olmasını Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin icra olunması zamanı xəbərdar olmuşlar. Belə ki, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli № 2(004)-376/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiası təmin olunaraq onların sahibliyində və istifadəsində olan Bakı şəhəri X29 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binada yerləşən 22 saylı , 24a saylı ,25 saylı, 26 saylı və 75 saylı mənzillərin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət olunmuşdur. Məhkəmə onların iştirakı olmadan mülki işə baxaraq onların hüquqlarını pozmuşdur. Bundan sonra onlar həmin qətnaməni əldə edərək Bakı Apellyasiya Məhkəməsinə şikayət təqdim etmişlər. Bizdə olan məlumata əsasən xx xxxx 2006-ci il tarixdə Rüstəmov Rövşən Nəcəf oğlu ilə fiziki şəxs Hüseynov Şakir Hüseyn oğlu arasında tərtib olunmuş akta əsasən Yasamal rayonu, X29 küçəsi 2 ünvanda tikiləcək 10 mərtəbəli yaşayış binasının 20 (iyirmi) mənzilinin Rüstəmov Rövşən Nəcəf oğluna verilməsi nəzərdə tutulmuşdur. Lakin Rüstəmov Rövşən Nəcəf oğlu xx xxxx 2011-ci il tarixdə faciəli surətdə öldürüldükdən sonra Cavabdeh1 və Rüstəmzadə Cəfərsadiq Rövşən oğlunun qanuni nümayəndəsi Cavabdeh2 həmin məzilləri Hüseynov Şakir Hüseyn oğlundan və onun oğlu hal-hazırda vərəsəsi Cavabdeh3 tələb etməyə başlamışlar. Lakin onlar məhkəmələr tərəfindən mülki işə baxılan zaman məhkəmə icraatına cəlb olunmamış və məhkəmə aktlarından xəbərdar olmamışlar.Ən əsasıMəhkəmənin diqqətinə çatdırırlar ki, Cavabdeh1 və Rüstəmzadə Cəfərsadiq Rövşən oğlunun qanuni nümayəndəsi Cavabdeh2 mənzillərin təhvil verilməsi barədə iddia tələbinə baxan məhkəmələr xx xxxx 2006-cı il tarixli akt üzərində qeyd olunan nömrələrdən ibarət mənzillərin həqiqətən mövcud olub-olmamasını müyyən etmək üçün Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanda yerləşən binaya yerində baxış keçirilməmişdir. Belə olan halda mənzillərin kimin istifadəsində və sahibliyində olmasını müəyyən etmədən qərar qəbul olunmuşdur. Ümumiyyətlə xx xxxx 2006-cı il tarixli aktda qeyd olunan nömrələrdən ibarət mənzillərin hansı binada, neçə otaqdan və sahədən ibarət olması göstərilməmişdir. Birtərəfli qaydada imzalanmış Aktın əslinin mövcudluğu şübhəlidir.Lakin xx xxxx 2006-cı il tarixli akt müqavilə və ya əqd hesab oluna bilməz və hüquqi nəticələr yarada bilməz. Hüquqi qüvvəsi olmayan AKT-ın surətindən görünür ki, imzası olan Hüseynov Şakir Hüseyn oğlu, 2-ci tərəf imzası olmayan Rüstəmov Rövşən Nəcəf oğlu ilə Akt əsasında, yaşayış binasının tam başa çatdırılması məqsədilə ünvan 3 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasında yerləşən onlara məxsus mənzillərin 22, 24a, 25, 26, 75 və 2, 5, 7, 6a, 16, 19, 21 a, 38, 43, 51, 53, 65, 67, 69, 73nömrəli mənzillərin satışınıngələcəkdə səlahiyyəti Rüstəmov Rövşən Nəcəf oğluna verilməsini əks etdirir.Lakin bu mənzillərin Rüstəmov Rövşən Nəcəf oğluna təhvil verilməsi barədə müqavilə bağlanmamışdır. Halbuki, qeyd olunan mənzillər Şakir Hüseyinov tərəfindən sakinlərə pay müqaviləsi əsasında satılmış və tərəflərindən mənzillərin dəyərinin ödənilməsi barədə maliyyə arayışları mövcuddur. Aktda Rüstəmov Rövşən Nəcəf oğlun imzası yoxdur. Aktın hüquqi qüvvəsi yoxdur, çünki müqavilə deyil və nəyisə təsdiq etmir. Həmçinin tərəflər müqavilə bağlamamışdır. Müqavilə bağlanmadan aktda qeyd olunanları həyata keçirilməsi mümkün deyil, bununla belə Mülki Məcəllənin tələblərinə görə müqavilə yoxdursa, deməli, öhdəlik də yoxdur və yaranmayıb.Onlar Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı mənzillərixx xxxxxx 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 25 saylı mənzil payçı İddiaçı2, 2007-ci ilin may ayında bağlanmış müqavilə əsasında dəyəri ödənilməklə 22 savlı mənzil X6, fevral 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 24a saylı mənzil pavcı İddiaçı1, xx xxxxx 2007-ci il tarixli müqavilə əsasında dəyəri tam ödənilməklə 26 saylı mənzil İddiaçı4 və avqust 2009-cu il tarixli müqüavilə əsasında dəyəri tam ödənilməklə 75 savlı mənzil X17 təhvil vermişdir. Bildirirlər ki, Aktı imzalamış Hüseynov Şakir Hüseyn oğlu 2016-cı ildə vəfat etmişdir və Cavabdeh3 onun vərəsəsidir.Cavabdeh1 və Rüstəmzadə Cəfərsadiq Rövşən oğlu xx xxxx 2006-ci il tarixli aktda imzası olmayan, qeyd olunan Rüstəmov Rövşən Nəcəf oğlunun vərəsələridir.Rüstəmzadə Cəfərsadiq Rövşən oğlunun qanuni nümayəndəsi Cavabdeh2dır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılara və onların nümayəndəsi və vəkili Vəkil1, digər cavabdehlərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-376/2018 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3 qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 10 »rtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillər boşaldılması, iddiaçı Cavabdeh1 həmin mənzillərə köçürülməsi, iddiaçı Cavabdeh1 sahiblik və istifadə hüquqlarına, o cümlədən sərbəst giriş və çıxışına maneə yaradan hərəkətlərin cavabdehlərə qadağan olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnaməsinə əsasən iddiaçılar azyaşlı Cavabdeh1 və Rüstəmzadə Cəfərsadiq Rövşən oğlunun qanuni nümayəndəsi Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-871/2013 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçılar Cavabdeh1 və Rüstəmzadə Cəfərsadiq Rövşən oğlunun cavabdeh Hüseynov Şakir Hüseyn oğluna (üçüncü şəxs Cavabdeh3) qarşı “mənzillərin təhvil verilməsi” tələblərinə dair iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillərin cavabdeh tərəfindən təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2817/2014 saylı xx xxxxxx 2014cü il tarixli qərarına əsasən, cavabdeh Hüseynov Şakir Hüseyn oğlunun və üçüncü şəxs Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx xxxx 2006-cı il tarixli Rüstəmov Rövşən Nəcəf oğlu ilə fiziki şəxs Hüseynov Şakir Hüseyn oğlu arasında tərtib olunmuş aktın surətinin məzmunundan görünür ki, həmin aktla 1-ci tərəf Hüseynov Şakir Hüseyn oğlu 2-ci tərəf Rüstəmov Rövşən Nəcəf oğlu aktı imzalayırlar ondan ötrü ki, Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında inşa olunan 10 mərtəbəli yaşayış binasının tam tikilib başa çatdırılması məqsədilə həmin binadan ayrılan 20 mənzilin satışının ƏDV ilə birlikdə səlahiyyəti Rüstəmov Rövşən Nəcəf oğluna verilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(81)-2953/2015 saylı qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə Yasamal rayon icra şöbəsinin icra məmurlarının Bakı şəhəri, Yasamal rayonu, X30 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli bina sakinlərinin mənzillərdən çıxarılmasının icrası dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(81)-2953/2015 saylı qərarına əsasən iddiaçılar İddiaçı3, X3, X18, X7, İddiaçı4, X8, X12, İddiaçı5, X13, İddiaçı2, X14, X15, X9, X10, X16, X1, X11, İddiaçı1 oğunun, X2 cavabdeh Yasamal rayon icra şöbəsinə qarşı 3-cü şəxslər Cavabdeh1 və Rüstəmzadə Cəfərsadiq Rövşən oğlunun qanuni nümayəndəsi Cavabdeh2, X19, X4, X23 işə cəlb olunmaqla Yasamal rayon icra şöbəsinin icra məmurlarının hərəkətləri qanunsuz hesab edilməklə Bakı şəhəri, Yasamal rayonu, X30 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binanın sakinlərinin mənzillərdən çıxarılmaqlarına dair inzibari aktın və ondan irəli gələn bütün hüquqi nəticələrinin ləğv edilməsi barədə iddiaları rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13(102)-145/2015 saylı xx xxxx 2015-ci il tarixli qərarına əsasən X5 və qeyrilərinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2817/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qərarından əlavə kassasiya şikayəti vermək hüquqları olmadığından şikayət geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1082/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən maraqlarına toxunan şəxs kimi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 29.1.2019-cu il tarixli qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx xxxx 2006-cı il tarixli Rüstəmov Rövşən Nəcəf oğlu ilə fiziki şəxs Hüseynov Şakir Hüseyn oğlu arasında tərtib olunmuş akta əsasən 1-ci tərəf Hüseynov Şakir Hüseyn oğlu 2-ci tərəf Rüstəmov Rövşən Nəcəf oğlu aktı imzalayırlar ondan ötrü ki, Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanında inşa olunan 10 mərtəbəli yaşayış binasının tam tikilib başa çatdırılması məqsədilə həmin binadan ayrılan 20 mənzilin satışının ƏDV ilə birlikdə səlahiyyəti Rüstəmov Rövşən Nəcəf oğluna verilir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 qeyd edirlər ki, Bakı şəhəri, Yasamal rayonu, X29 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı mənzillərixx xxxxxx 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 25 saylı mənzil payçı İddiaçı2, 2007-ci ilin may ayında bağlanmış müqavilə əsasında dəyəri ödənilməklə 22 savlı mənzil X20, fevral 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 24a saylı mənzil payçı İddiaçı1, xx xxxxx 2007ci il tarixli müqavilə əsasında dəyəri tam ödənilməklə 26 saylı mənzil İddiaçı4 və avqust 2009-cu il tarixli müqavilə əsasında dəyəri tam ödənilməklə 75 saylı mənzil X17 təhvil verilmişdir. İddiaçılar iddia tələbində qeyd olunan əsaslardan çıxış edərək, qeyd olunan mənzillərin Şakir Hüseynov tərəfindən sakinlərə pay müqaviləsi əsasında satıldığını və tərəflərindən mənzillərin dəyərinin ödənilməsi barədə maliyyə arayışlarının olduğunu qeyd edərək, Aktda Rüstəmov Rövşən Nəcəf oğlunimzasının, Aktın hüquqi qüvvəsinin olmamasını əsas gətirərək aktın etibarsız hesab edilməli olduğu qənaətinə gəlir. Belə ki, akt müqavilə deyil və nəyisə təsdiq etmir. Həmçinin tərəflərin müqavilə bağlamadıqlarını, müqavilə bağlanmadan aktda qeyd olunanları həyata keçirilməsinin mümkün olmadığını, bununla belə Mülki Məcəllənin tələblərinə görə müqavilə olmadan öhdəliyin yaranmadığını bildirirlər. Cavabdeh isə iddia tələbini qəbul etməyərək həmin mübahisəli aktın mötəbərliyinə məhkəmə qərarları ilə qiymət verildiyini, həmçinin iddiaçıların mübahisəli aktdan Yasamal rayon icra şöbəsinin icra məmurlarının icra tədbirlərini həyata keçirən zaman məlumatlı olduqlarını bildirərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddia tələbini və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçılar mübahisəli aktı məhkəmə müstəvisində mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, mülki iş materiallarında olan məhkəmə aktlarından görünür ki, iddiaçılar mübahisələndirdiyi aktla bağlı hüquqlarının pozulmasından, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə Yasamal rayon icra şöbəsinin icra məmurlarının Bakı şəhəri, Yasamal rayonu, X30 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli bina sakinlərinin mənzillərdən çıxarılmasının icrası dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə tədbiri ilə əlaqədar məhkəməyə müraciət etdikləri vaxtdanməlumatlı olmuş, onlar aktın etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişlər. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərarı) Məhkəmə, iddiaçıların məlumatlı olması məsələsinə münasibət bildirərək qeyd edir ki, mübahisələndirilən aktdan məlumatlı olsalar da, onlar, məhkəməyə xx.xx.2020-ci il tarixdə aktın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə müraciət edərək, məhkəmə müstəvisində mübahisələndirmiş, beləliklə qanunla müəyyən edilmiş 1 illik müddəti ötürmüşlər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnaməsinə əsasən iddiaçılar azyaşlı Cavabdeh1 və Rüstəmzadə Cəfərsadiq Rövşən oğlunun qanuni nümayəndəsi Cavabdeh2 cavabdeh Hüseynov Şakir Hüseyn oğluna (üçüncü şəxs Cavabdeh3) qarşı “mənzillərin təhvil verilməsi” tələblərinə dair iddia tələbi təmin edilərək, hazırki mübahisəli aktın mötəbər sübut olmasına məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Bu səbəbdən də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “aktın etibarsız hesab olunması” tələbinə dairiddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçıların dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “aktın etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar