Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3335/2021 20.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı və X3 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə dair; iddiaçılar İddiaçı, X3 Cavabdeh3 qarşı “maddi zərərin ödəniməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı̇ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin açıq hərracda satılmasına dair “Külək" MMC-nin 19.11.2020-ci il tarixli 48/01 saylı hərracın nəticələri haqqında protokolunun etibarsız hesab edilməsi, əmlakın onun sahibliyinə geri qaytarılması barədə qətnamə, habelə qanun pozuntusuna yol vermiş vəzifəli şəxslər barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 23.06.2014-cü il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. 2014-cü ildə İddiaçı qızının əri X5 İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 1-ci döngə, 1A ünvanında yerləşən 0,276117 ha torpaq sahəsində 4 mərtəbəli çoxmənzilli yaşayış binasını tikərək qazanc əldə etməyi təklif etmiş, lakin əldə olan pulun tikintiyə bəs edilməməsi səbəbindən qeyd olunan torpağı girov qoyub borc götürməyə dair İddiaçı razılıq almışdır. 29.12.2014-cü il tarixdə tikinti ilə əlaqədar AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən sifarişçi İddiaçı layihəsinə müsbət rəy verilmişdir. 14.07.2015-ci il tarixli, 127 saylı AR Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının rəyinə əsasən İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsində tikintinin aparılmasına icazə verilmişdir. 12.12.2015-ci il tarixdə Cavabdeh3 ilə X5 arasında 7 ay müddətinə 305.000 (üç yüz beş min) ABŞ dolları məbləğində borc müqaviləsi bağlanıb. Həmin öhdəliyin təmin edilməsi məqsədilə İddiaçı məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0.276117 ha torpaq sahəsi 12.02.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 xeyrinə yüklü edilmişdir. Tikinti işlərinin davam etdirilərək başa çatdırılması üçün əlavə vəsaitə ehtiyac yaranmışdır. Bu səbəbdən 06.10.2015-ci il tarixdə 5 ay müddətinə Cavabdeh3 ilə İddiaçı arasında 204.000 (iki yüz dörd min) ABŞ dollarında məbləğində müqavilə bağlanıb, borcun təminatı olaraq 06.10.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi sonrakı ipoteka müqaviləsinə əsasən yenə də yüklü edilmişdir. Həmçinin 06.10.2015-ci il tarixdə Cavabdeh3 ilə İddiaçı arasında öhdəlik müqaviləsi bağlanılmışdır, öhdəlik müqaviləsinə əsasən tərəflər razılaşmışdır ki, ipotekaya qoyulmuş torpaq sahəsinin təminat olduğu borc öhdəliyi vaxtında və ya tam ödənilmədiyi halda, gələcəkdə ipotekaqoyan yalnız ipotekasaxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini alqı- satqısını, bağışlanılmasını, dəyişdirilməsini, kirayə, icarə və ya istifadəyə verilməsini həyata keçirəcək və bunlardan əldə edilmiş pul vəsaiti ilk növbədə borc kredit öhdəliyinin ödənilməsinə yönəldiləcəkdir. Bina tikilən zaman mənzillər təxmin olunan vaxtda satılmadığına, həmçinin, ABŞ dollarının məzənnəsi yüksəldiyinə görə borcları vaxtında qaytara bilməmişlər. Bu səbəbdən Cavabdeh3 2016-cı ilin oktyabr ayında Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 605.000 (altı yüz beş min) ABŞ dolları borcun tutulması, tələbin İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilməsini, torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunmuş vəsaitdən borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda, həmin məhkəmənin 10.10.2016-cı il tarixli qərardadı ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuş, X5 və İddiaçı torpaq sahəsinə və yaşayış evinə hər hansı qaydada girişinə qadağa qoyulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 28.06.2018-ci il tarixli 2(005)-10/2018 saylı saylı qətnaməsi ilə Cavabdeh3 iddiası təmin olunaraq 345.225 ABŞ dollarının X2 tutulması, tələbin ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 170.000 manat məbləğində müəyyən edilmiş Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilməsi və satışdan əldə olunan vəsaitdən borcun tutlması, İddiaçı isə 227.460 ABŞ dolları məbləğində borcun tutulması və tələbin yenə də həmin torpaq sahəsinə yönəldilərək açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borcun qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu ıl tarixli qətnaməsi ilə təmin edilmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmiş, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin ilkin satış qiyməti 230.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 23.10.2019-cu il tarixli 2(102)-6684 sayıl qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 11 03.2020-ci il tarixli icra vərəqəsinə əsasən 345.225 ABŞ dolları X2 tutulmalı, tələbin ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 230.000 manat məbləğində müəyyən edilmiş Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 0.276117 ha torpaq sahəsinə yönəldilməli və satışdan əldə olunan vəsaitdən borc tutulmalı, İddiaçı isə 227.460 ABŞ dolları məbləğində borc tutulmalı və tələb yenə də həmin torpaq sahəsinə yönəldilərək açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borc qaytarılmalıdır. Materiallara əsasən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 11.03.2020-ci il tarixli icra vərəqəsi üzrə 12.03.2020-ci il tarixdə Cavabdeh2ndə icraata başlanılmış, tələbin könüllü icrası barədə 5 gün könüllü müddət təyin edilmişdir. 21.05.2020-ci il tarixdə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin açıq hərracda satılması üçün “Əmlak ixtisaslaşdırılmış hərrac mərkəzi" MMC-yə sifariş verilmiş, 05.06.2020-ci il tarixli bildirişə əsasən hərracın keçirilməsi 01.07.2020-ci il tarixə təyin edilmiş, sonradan 26.06.2020-ci il tarixli bildirişə əsasən 01.07.2020-ci il tarixə təyin edilmiş hərrac COVİD- 19 səbəbilə təxirə salınaraq 08.07.2021-ci il tarixə təyin olunmuşdur. Lakin açıq hərracın nəticələri barədə məlumat icra işinin materiallarında yoxdur. Daha sonra Cavabdeh3 16.10 2020-ci il tarixli ərizəsinə əsasən (ərizə icra qurumuna 23.11.2020-ci il tarixdə daxil olub) “Əmlak ixtisaslaşdırılmış hərrac mərkəzi" MMC-yə verilmiş sifariş Cavabdeh2 20.10.2020-ci il tarixli məktubu ilə geri istənilmiş, torpaq sahəsinin açıq hərracda satılması üçün icra qurumunun 22.10.2020-ci il tarixli məktubu ilə "xxxx" MMC-yə sifariş verilmişdir. Cavabdeh2ndən və 2021-ci ilin may ayının 11-də “Külək" MMC-dən təqdim olunan materiallara əsasən məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş əmlak 19.11.2020-ci il tarixdə guya 243.800 (iki yüz qırx üç min səkkiz yüz) manata Cavabdeh3 satılmışdır. Halbuki həmin torpaq sahəsinin üzərində 4 mərtəbəli çoxmənzilli yaşayış binaları mövcuddur, hazırkı bazar qiyməti minimim 1.000.000 (bir milyon) manat dəyərində qiymətləndirilir. Sual olunur ki, hazırda Bakıda daşınmaz əmlak bazarında sözügedən torpaq sahəsinin üzərində 1000 kv.m-a yaxın yaşayış binası inşa edilmiş 243.800 manat deyərində əmlak mövcuddurmu? Əlbəttə ki, mövcud deyildir. Lakin nə Cavabdeh2ndən, nə də “Külək" MMC-dən qeyd olunanlarla bağlı hər hansı rəsmi sənəd daxil olmamış, bu hallar 2021-ci ilin may ayında məlum olmuşdur. Belə ki, icra prosesi və hərracın keçirilməsi zamanı kobud qanun pozuntularına yol verilmişdir. “ipoteka haqqında" Qanunun 41.2-ci maddəsinə 28.12.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə era məmuru sifarişi “icra haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Göründüyü kimi, icra məmuru qanunun bu tələbinə əməl etməmiş, əmlakın satılması üçün istədiyi hərrac təşkilatlarına sifariş vermişdir. Bundan başqa, “Külək" MMC-dən əldə etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, hərracın keçirilməsi barədə guya ona bildiriş göndərilmiş, lakin həmin bildiriş də ona çatmamışdır. “FM Express" məktub və bağlama daşınması xidmətinin 28.10.2020-ci il tarixli 124304 nömrəli qəbzində bildirişin ona ünvanlandığı, lakin həmin bildirişin “Starşeva" soyadlı şəxs tərəfindən qəbul edildiyi yazılmışdır. O, isə həmin soyadlı şəxsi tanımır, nə də belə bir şəxsə hər hansı səlahiyyət verməmişdir. Hərracın keçirilməsi barədə bildirişi almış olsaydı orada iştirak edər və əmlakın qiymətinin real bazar dəyərində satılmasına nail olardı. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(009)-1771/2021 saylı qərardadına əsasən İddiaçı və X3 Cavabdeh3 qarşı “zərə” tələbinə dair 2(009)- 1771/2021 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(005)-3535/2021 saylı mülki işlə bir icraatda birləşdirilib vaxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçılar İddiaçı və X3 Cavabdeh3 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, Cavabdeh3 onlara dəymiş zərərin əvəzi kimi ******* manat pul vəsaiti, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi ******* manat pul vəsaitinin tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 23.06.2014-cü il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. 2014-cü ildə İddiaçı qızının əri X5 İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 1-ci döngə, 1A ünvanında yerləşən 0,276117 ha torpaq sahəsində 4 mərtəbəli çoxmənzilli yaşayış binasını tikərək qazanc əldə etməyi təklif etmiş, lakin əldə olan pulun tikintiyə bəs edilməməsi səbəbindən qeyd olunan torpağı girov qoyub borc götürməyə dair İddiaçı razılıq almışdır. 29.12.2014-cü il tarixdə tikinti ilə əlaqədar AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən sifarişçi İddiaçı layihəsinə müsbət rəy verilmişdir. 14.07.2015-ci il tarixli, 127 saylı AR Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının rəyinə əsasən İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsində tikintinin aparılmasına icazə verilmişdir. 12.12.2015-ci il tarixdə Cavabdeh3 ilə X5 arasında 7 ay müddətinə 305.000 (üç yüz beş min) ABŞ dolları məbləğində borc müqaviləsi bağlanıb. Həmin öhdəliyin təmin edilməsi məqsədilə İddiaçı məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0.276117 ha torpaq sahəsi 12.02.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 xeyrinə yüklü edilmişdir. Tikinti işlərinin davam etdirilərək başa çatdırılması üçün əlavə vəsaitə ehtiyac yaranmışdır. Bu səbəbdən 06.10.2015-ci il tarixdə 5 ay müddətinə Cavabdeh3 ilə İddiaçı arasında 204.000 (iki yüz dörd min) ABŞ dollarında məbləğində müqavilə bağlanıb, borcun təminatı olaraq 06.10.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi sonrakı ipoteka müqaviləsinə əsasən yenə də yüklü edilmişdir. Həmçinin 06.10.2015-ci il tarixdə Cavabdeh3 ilə İddiaçı arasında öhdəlik müqaviləsi bağlanılmışdır, öhdəlik müqaviləsinə əsasən tərəflər razılaşmışdır ki, ipotekaya qoyulmuş torpaq sahəsinin təminat olduğu borc öhdəliyi vaxtında və ya tam ödənilmədiyi halda, gələcəkdə ipotekaqoyan yalnız ipotekasaxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini alqı- satqısını, bağışlanılmasını, dəyişdirilməsini, kirayə, icarə və ya istifadəyə verilməsini həyata keçirəcək və bunlardan əldə edilmiş pul vəsaiti ilk növbədə borc kredit öhdəliyinin ödənilməsinə yönəldiləcəkdir. Bina tikilən zaman mənzillər təxmin olunan vaxtda satılmadığına, həmçinin, ABŞ dollarının məzənnəsi yüksəldiyinə görə borcları vaxtında qaytara bilməmişlər. Bu səbəbdən Cavabdeh3 2016-cı ilin oktyabr ayında Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 605.000 (altı yüz beş min) ABŞ dolları borcun tutulması, tələbin İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilməsini, torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunmuş vəsaitdən borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda, həmin məhkəmənin 10.10.2016-cı il tarixli qərardadı ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuş, X5 və İddiaçı torpaq sahəsinə və yaşayış evinə hər hansı qaydada girişinə qadağa qoyulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 28.06.2018-ci il tarixli 2(005)-10/2018 saylı saylı qətnaməsi ilə Cavabdeh3 iddiası təmin olunaraq 345.225 ABŞ dollarının X2 tutulması, tələbin ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 170.000 manat məbləğində müəyyən edilmiş Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilməsi və satışdan əldə olunan vəsaitdən borcun tutlması, İddiaçı isə 227.460 ABŞ dolları məbləğində borcun tutulması və tələbin yenə də həmin torpaq sahəsinə yönəldilərək açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borcun qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu ıl tarixli qətnaməsi ilə təmin edilmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmiş, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin ilkin satış qiyməti 230.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 23.10.2019-cu il tarixli 2(102)-6684 sayıl qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 11 03.2020-ci il tarixli icra vərəqəsinə əsasən 345.225 ABŞ dolları X2 tutulmalı, tələbin ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 230.000 manat məbləğində müəyyən edilmiş Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 0.276117 ha torpaq sahəsinə yönəldilməli və satışdan əldə olunan vəsaitdən borc tutulmalı, İddiaçı isə 227.460 ABŞ dolları məbləğində borc tutulmalı və tələb yenə də həmin torpaq sahəsinə yönəldilərək açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borc qaytarılmalıdır. Araşdırma zamanı və 2021-ci ilin may ayının 11-də "xxxx" MMC-dən təqdim olunan materiallara əsasən məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş əmlak (üzərində 4 mərtəbəli çox mənzilli yaşayış binası istisna olmaqla) 19.11.2020-ci il tarixdə 243.800 manata Cavabdeh3 satılmışdır. Qeyd etmək lazımdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat qoyulmuşdur. Qiymət yalnız torpaq sahəsinə qoyulmuşdur. Bu onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin üzərində olan tikili başa çatmayan tikilidir və reyestrdə qeydə alınmamışdır. Həmin tikili mövcud vəziyyətdə və qabaqcadan qeydiyyata alınması ilə bağlı qanunvericiliyin müəyyən etdiyi hər hansı əsasla qeydə alınmamışdır. Belə olan halda rəsmi dövlət reyestrində qeydə alınmayan əmlaka ipoteka predmeti olaraq tələb yönəldilməsi və ilkin satış qiymətinin müəyyən edilməsi mümkün hesab edilməmişdir. Belə olan halda Cavabdeh3 928,5 kv.metr olan yaşayış sahəsini və 261,1 kv.metr olan zirzəmi sahəsini pulsuz əldə etmişdir. Həmçinin Cavabdeh3 öhdəlik müqaviləsinə də əməl etməmişdir, çünki bugünkü gündə İddiaçı və E.Ağayev tərəfindən Cavabdeh3 borca götürülən 452.100 (dörd yüz əlli iki min yüz) manatın qarşılığında hələ də 743.564 (yeddi yüz qırx üç min beş yüz altmış dörd) manat məbləğində borc qalmaqdadır. 11.02.2019-cu il tarixdə Əmlak Ekspert Mərkəzi tərəfindən qeyd olunan torpaq tikililərlə birlikdə 696.000 (altı yüz doxsan altı min) manata qiymətləndirilsə də, bugünkü gündə təkcə tikililər 1.000.000 (bir milyon) manat məbləğində qiymətləndirilir. Məhkəmə iclasında iddiaçılar İddiaçı və X3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh3 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, sözügedən iddia tələbləri ilə razi deyil, onu əsassız və qanunsuz hesab etməklə aşağıda qeyd etdiyim xüsusatlara görə iddia ərizəsinə etiraz edir. İddia ərizəsinin giriş və təsviri hissəsindəndə görünürki, 3 məhkəmə instansiyasında mübahisə predmeti olaraq bu iş tam, hərtərəfli və obyektiv olmaqla hazırki, iddiaçının nümayəndəsinin və vəkillərinin iştirakı ilə 5 il müddətində araşdırılıb və xeyrinə olan yekun məhkəmə aktı hazırda qüvvədədir. Müki işin bu həqiqi halı bir daha ona dəlalət edir ki, iddiaçının qüvvədə olan məhkəmə aktlarının icrasına bilərəkdən, qərəzli maneələr yaratmaqda məqsədi onları lüzumsuz məhkəmə çəkişmələrinə cəlb edərək, icra işini əsassız və qanunsuz olaraq yubatmaqdır. Digər tərəfdən hərracın keçirilməsinin guya İddiaçı hüquqlarının pozuntusu ilə aparıldığının iddia etməsi növbəti subyektiv mülahizədir, hər hansı sübuta söykənməyən və qərəzli mövqenin nümayişidir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, hərracların təyin edilməsi tarixlərini iddiaçı ərizəsində dəqiq göstərib, bununlada hər bir hərracın keçirildiyi günləri özü bilavasitə etiraf edib. Lakin nədənsə son hərracın keçirildiyinə dair bildirişi, guya özü deyil qonşusu “Starşeva” soyadlı şəxs tərəfindən qəbul edildiyi və bu barədə ona məlumat verilmədiyini bildirir. Halbu ki, “FM Express” özəl poçtun iş təcrübəsi bütün abunəçilərə məlumdur ki, hər hansı bildiriş yalnız çatdırılmalı şəxsə verilir, əgər həmin şəxs bu və ya digər səbəbdən mənzilin qapısını açmırsa onda bildiriş onu tanıyan qonşuya təqdim olunması üçün verilir. İddiaçının özünün də etiraf etdiyi bu xüsusat dolayısı ilə bu faktı sübut edirki, İddiaçıƏ mənzilin qapısını bilərəkdən açmayıb yaxud da sonradan ona verilən bildirişi alsada belə məqsədli olaraq hərracda iştirak etməkdən bilə-bilə yayınıb. Əlavə olaraq bildirmişdir ki, İddiaçıƏ barəsində Nərimanov rayon icra şöbəsində 7-8 icra vərəqsi üzrə borclu olaraq icra işinə görə axtarılır. Odur ki, məhz bu səbəblərdən o, yaşadığı mənzilin qapısını arzu etmədiyi şəxslərə açmır. Zəruri olaraq bildirmişdir ki, hərracın keçirilməsinə dəvət olunan digər borclu X5, İddiaçı kürəkəni olmaqla işin əsas sahibidir. Bu müstəvi də mübahisəyə yanaşdıqda tamamilə məntiqi nəticə hasil olur ki, hər iki borclu eyni mövqedən yəni, hərracın keçirilməsinə dair bildirşi almadıqlarına dair subyektiv- əsaslar yaradıb, sonradan həmin qərəzli mövqedən çıxış edərək guya məhz bu səbəbdən hərracın etibarsız hesab edilməsinə guya hüquqi əsas yaratmağa cəhd edirlər. Nəzərə alınsa ki, digər borclu X6 cinayət qanunvericiliyi ilə müəyyən edilmiş qaydada iki dəfə ayrı-ayrı cinayət əməllərin üzrə məhkum olunmuş, 2013-cü ildən hazıradək 8 digər icra işi üzrə borclu olmaqla barəsində axtarış verilmişdir. Həmin axtarışı təsdiq edən sənədin sürətini etirazına əlavə edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndəsi heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, hər iki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 962/2019 saylı, 02.04.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-10/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiyməti 170.000 (yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat müəyyən edilməsi, qətnamənin cavabdeh İddiaçı münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, qiymətləndirmənin aparılması ilə bağlı hesablanmış 200 manat cavabdeh İddiaçı tutularaq "xxxx" MMC-in hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 240.000 (iki yüz qırx min) manat (ekvivalenti 305.000 (üç yüz beş min) ABŞ dollarına bərabər olan) məbləğində pul vəsaitini, 7 (yeddi) ay müddətinə X4 borc vermiş, sonuncu isə həmin pulu 12.09.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 204.000 (iki yüz dörd min) ABŞ dolları məbləğində pul vəsaitini, İddiaçı borc vermiş, sonuncu isə həmin pulu 06.03.2016cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 ilə X5 arasında bağlanmış borc (kredit) müqaviləsi üzrə yaranan borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə mülkiyyət hüququ ilə İddiaçı qızma məxsus olan Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsi Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 06 oktyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə yaranan borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə mülkiyyət hüququ ilə İddiaçı qızma məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2015-ci il tarixli öhdəlik müqaviləsinin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında bağlanmış 06 oktyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka predmeti olan torpaq sahəsi üzərində tikiləcək istənilən tikili, qurğu və binalara həmin ipoteka şamil ediləcəkdir; İddiaçı ipotekaya qoyulan torpaq sahəsi üzərində qanuna müvafiq qaydada 4 mərtəbəli yaşayış evinin inşa olunacağını bildirir, ipotekasaxlayan isə, yaşayış evinin tikintisinin aparılmasına razılıq verir. Tərəflər razılaşırlar ki, ipotekaya qoyulmuş torpaq sahəsinin təminat olduğu borc (kredit) öhdəliyi vaxtında və ya tam ödənilmədiyi halda, gələcəkdə ipotekaqoyan yalnız ipoteka saxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini, alqı-satqısını, bağışlanmasını, dəyişdirilməsini, kirayə və ya istifadəyə verilməsini həyata keçirəcək və bunlardan əldə edilmiş pul vəsaiti ilk növbədə borc (kredit) öhdəliyinin ödənilməsinə yönəldiləcəkdir. İş materiallarında olan “Əmlak Ekspert Mərkəzinin” 11.02.2019-cu il tarixli, ƏEM/F299- 386/19 saylı rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha boş torpaq sahəsinin 11.02.2019-cu il tarixə olan bazar dəyəri 230000 manat, üzərində olan tikililərlə birlikdə 172500 manat, yarımçıq tikililərlə olan dəyəri 696000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi 23.06.2014-cü il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən 0,2761 ha torpaq sahəsi 24.02.2021-ci il tarixdən Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan Binəqədi rayon icra və probasiya şöbəsinin 12.03.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 962/2019 saylı, 02.04.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu X4 və İddiaçı qərarda göstərilən tələbi 5 gün müddətinə könüllü olaraq təmin etmələri təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin 31.01.2020-ci il tarixli sifariş məktubundan görünür ki, "xxxx" MMC-yə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-962/2019 saylı, 02.04.2019-cu il tarixli icra vərəqəsi üzrə əmlakın hərraca çıxarılması sifariş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış 12.03.2020-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-962/2019 saylı, 02.04.2019-cu il tarixli icra vərəqəsi üzrə girov predmeti olan əmlakın ilkin satış qiyməti 170000 manat və 230000 manat müəyyən edilmişdir. İcra vərəqəsinin icrasında zərurət yarandığından Bakı Apellyasiya Məhkəməsinin 28.02.2020-ci il tarixli qərardadı əsasında həmin əmlakın ilkin satış qiyməti 230000 manat müəyyən edilmiş və 11.03.2020-ci il tarixdə yeni icra vərəqəsi verilmişdir. Bu səbəbdən ünvanlanmış 17/68-108566-15 saylı, 31.01.2020-ci il tarixli sifarişin icra edilmədən geri qaytarılması xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin 21.05.2020-ci il tarixli sifariş məktubundan görünür ki, "xxxx" MMC-yə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-962/2019 saylı, 02.04.2019-cu il tarixli icra vərəqəsi üzrə əmlakın hərraca çıxarılması sifariş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış 20.10.2020-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-962/2019 saylı, 02.04.2019-cu il larixli icra sənədinə ən əmlakın hərracı çıxarılması ilə əlaqədar 21.05.2020-ci il tarixli sifariş məktubu göndərilmişdir. Zərurət aradan qalxdığından hərracın keçirilməsinin dayandırılması və 21.05.2020-ci il tarixli sifarişi icra etmədən geri qaytarılması xahiş edilmişdir. İş materiallarında olan hərracın yekunları barədə 19.11.2020-ci il tarixli, 48/01 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi ilkin satış qiyməti 230000 manat məbləğində müəyyən edilərək "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi 0,276117 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və Cavabdeh3 xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin 22.10.2020-ci il tarixli sifariş məktubundan görünür ki, "xxxx" MMC-yə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-962/2019 saylı, 02.04.2019-cu il tarixli icra vərəqəsi üzrə əmlakın hərraca çıxarılması sifariş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin hərracın keçirilməsi barədə 26.10.2020-ci il tarixli, 01 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan FM Express Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, X4 ünvanlanmış məktub 29.10.2020-ci il tarixdə “Xanəliyeva” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin 24.10.2020-ci il tarixli buraxılışında Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən torpaq sahəsinin hərraca çıxarılması yeri və vaxtına dair elan verilmişdir. Məhkəmə ilk növbədə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd edir ki, mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, İddiaçı, cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və s. tələbinə dair ərizəsində "xxxx" MMC tərəfindən keçirilmiş hərracın qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsini iddia edir. Belə ki, İddiaçı bildirmişdir ki, hərrac təşkilatı onları hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırmamış, hərracın təşkili ilə bağlı bildirişlər “Starşeva” adlı kənar şəxs tərəfindən qəbul edilmişdir. Lakin hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş hərrac işinə dair sənədlərdə görünür ki, qeyd edilən hərrac bildirişi eyni tarixdə, yəni 29.10.2020-ci il tarixdə X4 da ünvanlanmış və həmin bildiriş “Xanəliyeva” soyadlı şəxt tərəfindən qəbzə imza atılmaqla qəbul edilmişdir. Bundan əlavə hərrac təşkilatı "xxxx" MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir kii, İddiaçı hərrac barədə lazımınca məlumatlandırılmışdır. Bundan əlavə hərraca çıxarılmış torpaq sahəsinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Məhkəmə, iddiaçılar İddiaçı, X3 Cavabdeh3 qarşı “maddi zərərin ödəniməsi” tələbinə dair iddia ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə hesab edir ki, iddiaçılar cavabdeh tərəfindən onlara maddi zərərin dəyməsini sübuta yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçılar İddiaçı, X3 Cavabdeh3 qarşı “maddi zərərin ödəniməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3335/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3335/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver