Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3368/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı, istifadə edilməmiş məzuniyyət pulu və kompensasiya tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı, istifadə edilməmiş məzuniyyət pulu və kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixdə İddiaçı ilə cavabdeh "Cavabdeh" MMC arasında Əmək Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə görə İddiaçı cavabdeh "Cavabdeh" MMC-ə direktor vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.4.-cü bəndinə uyğun olaraq iddiaçı işə başlamışdır. İddiaçı xx xxxxx 2020-ci il tarixli ərizəsilə "Develor Azerbaijan" MMC-ə müraciət edərək xx.xx.2020-ci il tarixdən həmin Cəmiyyətin direktor vəzifəsindən azad etməsini xahiş etmişdir. Cavabdeh “Cavabdeh" MMC-nin təsisçisi xx xxxxx 2020-ci il tarixli 002-K/20 nömrəli “İşdən azad olunma barədə” Əmrində yazmışdır: "İddiaçı xx.xx.2020-ci il tarixdən cəmiyyətin öıkə üzrə direktor Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən tutduğu vəzifədən/peşədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin. İstifadə edilməmiş əmək məzuniyyətinə görə 25 gün pul əvəzi ödənilsin." Lakin, cavabdeh "Cavabdeh" MMC iddiaçıya son ayın əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə 25 gün pul əv əzi ödəməmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə ərizə verərək Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə şikayət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaliəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli. **********9 nömrəli məktubunda göstərmişdir ki, əmək haqqı bank kartından çıxarışa və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin "əmək müqaviləsi* bildirişi” alt sisteminə baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilmiş, lakin son haqq hesabı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilməmiş, buna görə "Cavabdeh*' MMC-nin rəhbərliyi barəsində AR İXM-nin 192.4-cü maddəsinin tələbinə əsasən İnzibati Xəta haqqında Protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh MMC iddiaçıya son ayın (2020-ci ilin aprel ayının) əmək haqqını ödəməmişdir. Bundan əlavə Cavabdeh MMC nin təsisçinin əmrində iddiaçı)a istifadə edilməmiş əmək məzuniyyətinə görə 25 gün pul əvəzi ödənilməsi göstorilsədə həmin 3791,25 manat (3336,31 manat : 22 gün= 151,65 manat, 25 gün x 151,65 manat = 3791,25 manat) məbləğində pul İddiaçı ödənilməmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh MMC İddiaçı əmək haqqını və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödəmədiyi gün 123 təşkil edir. İddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə Cavabdeh MMC ödənişin hər gecikdirilmiş gün üçün iddiaçıya 237,58 (3336.31 + 3791,25=7127,56 manat: 7127,56 manat : 30 gün = 237,58 manat) manat məbləğində ödənc verilməlidir. Beləliklə, Cavabdeh MMC tərəfindən İddiaçı 29222,34 manat (237.58 manat* 123 gün = 29222.34 manat) məbləğində ödənc verilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh MMC-dən iddiaçı X1 xeyrinə 3336,31 (üç min üç yüz otuz altı manat otuz bir qəpik) manat əmək haqqı, 3791.25 (üç min yeddi yüz doxsan bir manat iyirmi beş qəpik) manat istifadə edilməmiş əmək məzuniyyəti əvəzi pul və 29222.34 (iyirmi doqquz min iki yüz iyirmi iki manat otuz dörd qəpik) manat məbləğində ödənc (ödənişin gecikdirilməsinə görə kompensasiya) ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, №-li əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC-nin təsisçisi cənab X4 ilə İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan Cavabdeh MMC-nin təsisçisi X3 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı xx xxxxx 2020-ci il tarixdən Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin ********** saylı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən cəmiyyətin ölkə üzrə direktor Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə 25 gün pul əvəzi ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********9 №-li məktubundan görünür ki, onun xxxx” MMC-də əmək hüquqlarının pozulması barədə Azorbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı müraciətə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bununla əlaqədar “xxxx” MMC-nin rəhbərliyinə iddiaçıya aid sənədlərin təqdim olunması ilə bağlı məktub göndərilməsinə baxmayaraq bu günə qədər heç bir cavab verilməmişdir. Eyni zamanda iddiaçının Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi əmək haqqı bark kartından çıxarışa və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin əmək müqaviləsi bildirişi" alt sisteminə baxış keçirilərkən müəyyən olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş lakin son haqq hesabı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilməmişdir. Bu səbəbdən də “xxxx” MMC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinə əsasən İnzibati Xəta haqqında Protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda qeyd edilənlərlərlə razılaşmadığı halda müəssisə ilə arasında yaranmış mübahisənin həlli məqsədi ilə iddiaçının məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-nin direktoru İddiaçı əmək müqaviləsinə 002k/20 saylı xx.xx.2020-ci il tarixli əmrlə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edildi ki, İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsinə xx xxxx 2019-cu il tarixli müddətsiz əmək müqaviləsi əsasında təyin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi ilə öz xahişi əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, bu barədə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ləğv edilmişdir. Hazırda iddiaçı ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və son haqq-hesabın, eyni zamanda kompensasiyanın ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəllənin 2-ci mаddəsinin 3-cü hissəsinə görə, əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir. Məhkəmə qeyd edir ki, iddiaçı öz ərizəsi əsasında işdən azad edilmişdir. Lakin işdən azad edilərkən işçiyə əmək mücəlləsində nəzərdə tutulmuş müddət ərzində son haqqhesab ödənilməmişdir. Qeyd edilən halı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli məktubu da sübut edir. Belə ki, İddiaçı ödənilməli olan son haqq hesab qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyindən “xxxx” MMC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinə əsasən İnzibati Xəta haqqında Protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya işəgötürən tərəfindən ödənilməli olan ödənclərin ödənilməməsi tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən iddia son haqq hesabın ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. 29222.34 (iyirmi doqquz min iki yüz iyirmi iki manat otuz dörd qəpik) manat məbləğində ödəncin iddiaçıya cavabdeh tərəfindən (ödənişin gecikdirilməsinə görə kompensasiya) ödənilməsinə dair hissədə iddianı tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən məhkəmə əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndindən göründüyü kimi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunun tələbindən göründüyü kimi, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) hesablanaraq ödənilməsi "Cavabdeh" MMC-nin üzərinə vəzifə kimi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3368/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3368/2020
23.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver