Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3374/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş Bakı şəhəri, Əzizbəyov Rayonu 0,12 ha sahəsi olan 432v №li bağ sahəsinin istifadəyə verilməsi haqqında, 02.03 2007-ci il tarixli, 27673 saylı müqavilənin, xx.xx.2021-cı il tarixdə vəfat etmiş atası X9 məxsus olması faktının müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum atası X9 Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və istismarı Birliyi tərəfindən xx.xx.2007-ci il tarixli, 27673 saylı müqavilə ilə Bakı şəhəri Əzizbəyov Rayonunda 0.12 ha sahəsi olan, 432 v№-li bağ sahəsi istifadəyə verilmişdir. Hazırda atası ölmüşdür. Onun ölümü ilə əlaqədar vərəsəlik şəhadətnaməsi almaq istəyərkən məlum olmuşdur ki, atasına bağ sahəsi verilərkən müqavilədə onun ata adında yanlışlığa yol verilmişdir. Belə ki, atası “X14” oğlu olduğu halda onun müqavilədə ata adı “X15” oğlu qeyd edilmişdir. Lakin ölüm haqqında şəhadətnamədə və başqa sənədlərdə atasının adı “X14” oğlu olmuşdur. Bu səbəbdən də Bakı şəhəri 16 saylı notariat ofisi Ərizəçi vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etmişdir. 30 mart 2022-ci il tarixli, Bakı şəhəri 16 saylı notariat ofisinin Ərizəçi verdiyi digər qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən də görünür ki, atasının adı “X14" oğludur. Hazırda Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və İstismarı Birliyi ləğv edildiyindən maraqlı şəxs həmin müqavilədə bu səhvi aradan qaldırmasını qeyri-mümkün hesab etmişdir. Bununla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.2007-ci il tarixli, 27673 saylı müqavilə ilə Bakı şəhəri, Əzizbəyov Rayonunda 0,12 ha sahəsi olan, 432 v№-li bağ sahəsinin müqaviləsinin doğrudan da mərhum atasına məxsus olması faktının məhkəmədə təsdiqini tapması zəruridir. Bu faktın təsdiqi Ərizəçi həmin bağ sahəsinə vərəsəlik şəhadətnaməsi almaq üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirdi ki, atasının adına olan və miras qalmış yeganə əmlak olan bağ sahəsinə dair hüquqmüəyyənedici sənəddə atasının ata adında yanlışlığa yol verildiyindən vərəsəlik işi üzrə notarial hərəkətlərin aparılması mümkün olmamışdır. Bu səbəbdən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmyaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Bakı şəhər 16 saylı notariat ofisinə təqdim edilmiş sənədlərə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X6 ata adı X5 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 37673 saylı müqavilədə “ŞƏRİF” qeyd edilmişdir. Lakin ölüm haqqında şəhadətnaməsində ata adının “ŞƏFİQ” qeyd edildiyi üçün Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyil. Yuxarıda yazılanları nəzərə alaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. - İİ-ЖГ seriaylı, 438461 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1r. - Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-T seriaylı 241603 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə doğulmuşdur. X3r. - 2 saylı Bakı “Asan xidmət” X12 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 208257 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür və bu barədə xx.xx.2021-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 837 nömrəli qeyd aparılmışdır. - xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsəsi Ərizəçidır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak 90DH857 nömrəli “Toyota Rav 4 minik” markalı avtomobildir. - xx.xx.2007-ci il tarixli 27673 nömrəli müqavilədə qeyd olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və X8 rayonu, Xoşaxuna ərazisində 0,12 hektar torpaq sahəsi olan 432v nömrəli bağı X7 istifadəsinə verir və istifadəçi həmin bağı istifadəyə götürür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenumunun Qərarının 6 və 6.1-ci bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X6 ata adı Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2007-ci il tarixli 37673 saylı müqavilədə yanlışlıqla “Şərif” kimi qeyd edilmişdir. Belə ki, iş materiallarından X6 ata adının “Şərif” deyil, “Şəfiq” olması, həmin müqavilənin X11 tərəfindən bağlanması sübut olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş Bakı şəhəri, Əzizbəyov Rayonu 0,12 ha sahəsi olan 432v №-li bağ sahəsinin istifadəyə verilməsi haqqında, 02.03 2007-ci il tarixli, 27673 saylı müqavilənin, xx.xx.2021-cı il tarixdə vəfat etmiş X9 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş Bakı şəhəri, Əzizbəyov Rayonu 0,12 ha sahəsi olan 432v №-li bağ sahəsinin istifadəyə verilməsi haqqında, 02.03 2007-ci il tarixli, 27673 saylı müqavilənin, xx.xx.2021-cı il tarixdə vəfat etmiş X9 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3374/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3374/2023
10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver