Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3375/2021 03.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hərracın nəticələrinin ləğvi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC cəlb edilməklə) “hərracın nəticələrinin ləğvi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2238/2019 saylı iş üzrə 20 fevral 2019-cu il tarixli icra sənədi üzrə ipoteka predmeti İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzili ipoteka yüklülüyündən azad edilməsini və əmlak barəsində Azərbaycan Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, TBC Kredit" BOKT MMC X5 və İddiaçı Bəhir oğluna qızına qarşı "kredit borcunun alınması, tutmanın ipoteka predmetinə yönəldilməsi və qeydiyyatda olanların məcburi qaydada çıxarılması" tələbi ilə məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-88.'20l9 saylı iş üzrə 22.01.2019-cu il tarixində qəbul etdiyi qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, cəmi 47729.01 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun a ınması. ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin. 2 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiyməti 60000 manat müəyyən edilməklə açıq hərracdan satılması və cavabdehlərin ipoteka predmeti olan ərazidən 1 ay ərzində çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi cavabdehlərin apellyasiya şikayətlərini 2(103)- 7165/19 saylı iş üzrə 30 may 2019-cu il tarixdə qəbul etdiyi qərarla qismən təmin etmiş, faiz və cəmi borcun tutulması hissəsində dəyişdirilməsi, faiz borcunun 8174.48 ABŞ dolları, cəmi borcun isə 45455,4 ABŞ dolları olmasını müəyyən etmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışıdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 7379/2010 saylı iş üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti 27.11.2019-cu il tarixli Qərarla təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi 2(103)-7165/2019 saylı iş üzrə 30.05.2019-cuil tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üyün Sabunçu rayon İcra və Probasiya Şübəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-7165/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılmış və “İcra Haqqında” AR Qanununun 61.2-ci maddəsinin tələblərinə əsasən hərracın təşkili və keçirilməsi üçün \/ərbaycan Respublikası Respublika Xammal və X7 Mərkəzi "xxxx" MMCyə Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatçısı olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə X8 "Külək“ MMC-nin təşkilatçılığı ilə “açıq hərracın keçirilməsinə dair 2X.02.202U-Cİ il tarixli 01 JSfo-li və 13.03.2020-ci il tarixli 01/2 saylı bildirişlərlə kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsi əarədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7165 2019 saylı iş ü/rə 30 may 2020-ci il tarixli icra sənədi ü/rə ipoteka predmeti 30 mart 2020ei il tarixdə hərraca çıxarılması iddiaçıya bildirilmişdir. İlkin hərrac baş tutmadığından \ə Covid19 virusunun yaratdığı pandemiva şəraiti ilə bağlı olaraq cavabdehin fəaliyyət müəyyən miiddətə qadağan edildiyi üçün növbəti hərrac 31.08.2020-ci il tarixli 01 nömrəli və 06.10.2020-ci il tarixində 02 nömrəli bildirişlə təkrar hərracın 12.10.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. Lakin, təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının 15.10.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında' Qanıınun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti 38250 manata “İ BC' Kredit BOK İ" MMC-nə təklif olunmuşdur. Hesab edirəm ki. Azərbaycan Respublikası Respublika Xammal və ümtəə X8 "xxxx" MMC-nin təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin 2 otaqlı 7 nömrəli mənzili barəsində keçirilmiş hərracın nəticələri qanunsuz və əsassız, olduğundan ləğv edilməlidir və əmlak ipoteka yüklülüyündən azad edilməlidir. İlk öncə qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti real bazar qiyməti ilə düzgün qoyulmamış və əsassız rəqəmlərlə qiymət qoyulmuşdur. Əlavə olaraq hərracın keçirilməsi qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilən xüsusatlara əsasən pozulmuşdur. Belə ki, hərracın keçirilməsi barədə bildiriş ona göndərilməmiş və hərracın keçirilməsinin vaxtı iddiaçıya müəyyən olmadığından həmin hərracda iştirakım mümkün olmamışdır. Qeyd edir ki, hərracda iştirakçı olmamağının səbəbi bildirişlərin hərracı keçirən tərəfindən düzgün göndərilməməsidir və hesab etmək olar ki, təkrar hərracda da bu səbəbdən əmlakı ilkin satış qiyməti ilə eyni qiymət qoyulmalı idi. Lakin hərracı keçirən düzgün şəkildə hərracın keçirilməsi qaydalarına riayət etmədiyi üçün və həmin hərraca yenidən qiymət qoyulmasında yalnışlığa yol verildiyi üçün hərrac nəticələri etibarsız hesab edilməlidir. Bundan əlavə olaraq qeyd edir ki, hərrac yalnız təkrar hərrac olmaqla 2 dəfə keçirilə bilər və Mülki Məcəllədə də yalnız bir tək təkrar hərracın keçirilməsi qaydası nəzərdə tutulub. Azərbaycan Respublikası Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahat vermişdir ki, həmin ipoteka predmeti olan əmlak 3 dəfə hərraca çıxarılmış və daha sonra TBC Kredit Bank Olmayan Kredit X1 Cəmiyyətinə satın alınması üçün təklif etmişdir. Hesab edir ki, 3-cü dəfə hərracın keçirilməsi qanunsuz olduğundan və onun hərracın keçirilməsində iştirakı təmin olunmadığından həmin hərracın nəticələri ləğv olunmalıdır və “TBC Kredit" Bank Olmayan Kredit X1 Cəmiyyətinin iddiası təmin olunmamalıdır. Konstitusiyası Məhkəməsinin qərarına əsasən ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmelini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunun tələbindən də göründüyü kimi hərracın nəticələri etibarsız sayılması nəticəsində hərracı udmuş şəxslə bağlanan müqavilə də etibarsız hesab edildiyi üçün Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin 2 otaqlı 7 nömrəli mənzilinə dair keçirilmiş hərracın nəticəsində ipoteka saxlayana satılması da etibarsız hesab edilməlidir. Qanunun tələbindən də göründüyü kimi hərracın qanunla müəyyən olunmuş keçirilməsi qaydaları pozulmuş və bu hərracın keçirilməsi etibarsız hesab edilməlidir və bank da əmlakı əldə etmədiyinə görə əmlak ipoteka yüklülüyündən azad edilməlidir. İddiaçı iddia tələblərinə əlavə təqdim edərək, qeyd etmişdir ki, iddiaçı X2 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş məhkəmənin icraatındadır. İddia ərizəsinin əsaslandırıcı hissəsində göstərilənlərlə yanaşı həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Respublika X13 “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 15.10.2020-ci il tarixli 19/1512 saylı məktubundan görünür ki, hərraca çıxarılmış iddiaçı F.Mehdiyevə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b №-li evin 7 №-li mənzili təkrar hərrac baş tutmadığına görə ipoteka saxlayan BOKT "xxxx" MMC-yə təklif olunmuşdur. BOKT "xxxx" MMC ipoteka predmetini əldə etməsi ilə bağlı Hərrac Mərkəzinin məktubuna hər hansı münasibət bildirmədiyinə görə, Hərrac Mərkəzi 19.11.2020-ci il tarixli məktubla icra məmurunun sifariş məktubunun icrasının yekunlaşdırılması məqsədi ilə Sabunçu Rayon İcra Şöbəsinə qaytarmış, bu barədə ipoteka qoyan, iş üzrə iddiaçı F.Mehdiyevə məlumat verilmişdir. İpoteka predmeti olan 7 №-li mənzilin əldə olunması barədə Hərrac Mərkəzinin təklifinə BOKT "xxxx" MMC-nin hər hansı münasibət bildirməməsi Hərrac Mərkəzinin iddiaçı F.Mehdiyevə ünvanladığı 15.04.2021-ci il tarixli 19/1047 №-li məktubunda da öz təsdiqini tapmışdır. Lakin sonradan BOKT "xxxx" MMC, Hərrac Mərkəzinə qarşı “hərracın yekunu üzrə alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin qoyulması tələbi barədə” Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Həmin kommersiya işi üzrə iddiaçı məhkəməyə guya Hərrac Mərkəzinə ünvanladığı 1572 HO-OUT №-li, 30.10.2020-ci il tarixli məktubunu təqdim edərək, bildirmişdir ki, guya MMC tərəfindən Hərrac Mərkəzinin təklif məktubuna cavab verilmiş və bu cavabda mənzili almaq təklifini qəbul etmişdir. Hesab edir ki, BOKT "xxxx" MMC-dən 1572 HO-OUT №-li, 30.10.2020-ci il tarixlə göndərilməsi qeyd olunan məktub, 30.10.2020-ci il tarixdə MMCdən xaric olmamış və təbii ki, 02.11.2020-ci il tarixdə Hərrac Mərkəzinə daxil olmamışdır. Buna dəlalət edən sübutları aşağıdakılardır: Birincisi, yuxarıda qeyd olunan fakt, yəni BOKT "xxxx" MMC-nin Hərrac Mərkəzinə 30.10.2020-ci il tarixdə məktubla müraciət etsə idi və həmin məktub 02.11.2020-ci il tarixdə Hərrac Mərkəzinə daxil olsaydı, Hərrac Mərkəzi bundan 17 gün sonra, yəni 19.11.2020-ci il tarixdə sifariş məktubunu İcra Şöbəsinə qaytarmaz və bu barədə iddiaçı F.Mehdiyevə yazılı formada məlumat verməzdi. İkincisi, BOKT "xxxx" MMC-nin Hərrac Mərkəzinə 30.10.2020-ci il tarixdə göndərdiyi məktubun məhz 02.11.2020-ci il tarixdə Hərrac Mərkəzinə daxil olmasını təsdiq edən hər hansı sübut yoxdur. Digər tərəfdən BOKT "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi “Azari Express”nin 255039 №-li qaiməsində göndərişin “Alıcı” qrafasında qeyd olunan tarixdə edilmiş düzəlişlər də iddiaçıda bu fikri yaradır ki, BOKT "xxxx" MMC Hərrac Mərkəzi ilə birləşib, hərraca çıxarılan və qanunla nəzərdə tutulan 30 təqvim günündə qəbul etmədiyi mənzili əldən çıxarmamaq üçün bu məktubları ortaya çıxarmış və bununla da məhkəmələrə yalnış məlumat verərək, mübahisəni öz xeyrinə həll etməyə çalışırlar. Şübhələrinin aradan qaldırılması və tərəflər arasında mövcud mübahisənin ədalətli həlli məqsədi ilə həm BOKT "xxxx" MMC-dən, həm də Hərrac Mərkəzindən müvafiq qeydiyyat kitablarının məhkəməyə təqdim olunması barədə tərəfindən vəsatət verilmişdir. Məhkəmə tərəfindən vəsatət təmin olunsa da, sözügedən kitablar məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, cavabdeh tərəf öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda müəyyən edilir ki, BOKT "xxxx" MMC mənzilin qəbulu ilə bağlı 30.10.2020-ci il tarixdə Hərrac Mərkəzinə müraciət etməmiş, həmin məktub da 02.11.2020-ci il tarixdə Hərrac Mərkəzinə daxil olmamışdır. Bütün bunlar onu təsdiq edir ki, BOKT "xxxx" MMC qanunvericiliklə nəzərdə tutulan müddətdə, yəni 30 təqvim günü ərzində mübahisəli mənzili qəbul etməmişdir. BOKT "xxxx" MMC-nin bildirdiyinə görə Hərrac Mərkəzi mənzillə bağlı xidmət haqqının ödənilməsi ilə bağlı hesab faktura təqdim etmədiyinə görə, onlar arasında hərracın yekunları üzrə müvafiq müqavilə bağlanması baş tutmamışdır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı, hərracın nəticələrinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Çünki, yuxarıda qeyd edildiyi kimi, BOKT "xxxx" MMC “İpoteka haqqında” Qanunu ilə ona vermiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış mənzili təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində əldə edilməsi barədə Hərrac Mərkəzi ilə müvafiq müqavilə bağlamamışdır. Göstərilənlərə əsasən iddiaçı X2 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə” iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Daha sonra iddiaçı X6 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-yə və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 9b nömrəli evin, 2 otaqlı 7 nömrəli mənzillə bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipoteka predmetiolan həmin mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə yanaşı iddia ərizəsinə əlavədə qeyd olunan halların nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, Banka təklif məktubu daxil olduğu zaman bank tərəfindən təklifə vaxtında cavab verilmişdir. İddiaçı dəfələrlə banka köməklik edilməsi üçün müraciət etmişdir. Bank isə ona öz növbəsində bildirmişdir ki, bank əmlakın götürülməsindən çox pulun ödənilməsində maraqlıdır. Əlavə olaraq qeyd etmişdir ki, hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsi ona görə bağlanmamışdır ki, bankla hərrac təşkilatı arasında hərracın keçirilməsi ilə bağlı xərclərin ödənilməsində anlaşmazlıq olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, qeyd etdi ki, hərrac təşkilatı ilə banklar arasında təklif məktublarının göndərilməsi, təklifə cavabla bağlı heç vaxt problemlər olmur. Bəzən olur ki, hansısa məhkəmə proseslərinə görə müddət ötürülür, əmlakı əldə etmirlər, gözləyirlər ki, məhkəmə prosesi nəticələnsin. Çünki hərrac müddəti ərzində ya vaxtı uzatmaq ya da ki məsuliyyətdən yayınmaq üçün bu cür şikayətlər olur. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin və digər üçüncü şəxsin nümayədəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: "xxxx" MMC tərəfindən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə, İddiaçı, X4 və Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 31.08.2020-ci il, 06.10.2020-ci il tarixli, 01, 02 nömrəli, bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7165/2019 nömrəli, 30.05.2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilə yönəldilməsi, hərracda 60000 manat ilkin, təkrar hərracda 51000 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 28.09.2020-ci il tarixdə və 12.10.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. “Birja Yenilikləri” qəzetinin surətindən görünür ki, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. “Birja Yenilikləri” qəzetinin 14 oktyabr 2020-ci il tarixli 218 nömrəli buraxılışının surətindən görünür ki, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili ilə bağlı keçirilmiş hərracın baş tutmaması barədə elan verilmişdir. 15.10.2020-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin 1596-24736/15 saylı 20.02.2020ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri" qəzetinin 15.10.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 38250 ( otuz səkkiz min iki yüz əlli ) manat olmaqla ipoteka saxlayana təklif olunur. "xxxx" MMC tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə və İddiaçı ünvanlanmış 19 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, Sizin 1596-24736/15 saylı, 20.02.2020-ci il tarixli sifariş məktubunuza əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili “İpoteka Haqqında” və həmin qanuna edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin müvafiq bəndlərinə uyğun olaraq hərraclar keçirilmiş, tərəfimizdən hərracın keçirilməsi ilə bağlı bildirişlər tərəflərə təsdiq etmə üsulu ilə göndərilmişdir. ’’İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə əsasən hərraclar baş tutmamış elan edilmişdir. Yuxarıda qeyd olunan Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan hərracın baş tutmadığı gündən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir, lakin ipoteka saxlayan ipoteka predmetini əldə etmədiyindən adı çəkilən qanunun 43.8-ci maddəsinə uyğun olaraq 26-10 saylı, 31.08.2020-ci il tarixli sifariş məktubunun icrasının yekunlaşdırılması məqsədi ilə Sizə göndərilir. 30.10.2020-ci il tarixli 1572/HO-OUT nömrəli təklifin qəbulu haqqında məktubun surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli 01/512 nömrəli məktubuna cavab olaraq bildirir ki, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin hərracda satılmadığına görə həmin əmlakı almaq barədə təklifi qəbul edir və hərracın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsini təmin edəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən “İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir”. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Qərarının 1-ci bəndinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Sözügedən qərarın 2-ci bəndinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Həmin Qərarın 3-cü bəndinə əsasən “İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" MMC tərəfindən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə, İddiaçı, X4 və Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 31.08.2020-ci il, 06.10.2020-ci il tarixli, 01, 02 nömrəli, bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7165/2019 nömrəli, 30.05.2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilə yönəldilməsi, hərracda 60000 manat ilkin, təkrar hərracda 51000 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 28.09.2020-ci il tarixdə və 12.10.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. “Birja Yenilikləri” qəzetinin surətindən görünür ki, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. “Birja Yenilikləri” qəzetinin 14 oktyabr 2020-ci il tarixli 218 nömrəli buraxılışının surətindən görünür ki, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili ilə bağlı keçirilmiş hərracın baş tutmaması barədə elan verilmişdir. 15.10.2020-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin 1596-24736/15 saylı 20.02.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri" qəzetinin 15.10.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 38250 ( otuz səkkiz min iki yüz əlli ) manat olmaqla ipoteka saxlayana təklif olunur. "xxxx" MMC tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə və İddiaçı ünvanlanmış 19 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, Sizin 1596-24736/15 saylı, 20.02.2020-ci il tarixli sifariş məktubunuza əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili “İpoteka Haqqında” və həmin qanuna edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin müvafiq bəndlərinə uyğun olaraq hərraclar keçirilmiş, tərəfimizdən hərracın keçirilməsi ilə bağlı bildirişlər tərəflərə təsdiq etmə üsulu ilə göndərilmişdir. ’’İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə əsasən hərraclar baş tutmamış elan edilmişdir. Yuxarıda qeyd olunan Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan hərracın baş tutmadığı gündən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir, lakin ipoteka saxlayan ipoteka predmetini əldə etmədiyindən adı çəkilən qanunun 43.8-ci maddəsinə uyğun olaraq 26-10 saylı, 31.08.2020-ci il tarixli sifariş məktubunun icrasının yekunlaşdırılması məqsədi ilə Sizə göndərilir. 30.10.2020-ci il tarixli 1572/HO-OUT nömrəli təklifin qəbulu haqqında məktubun surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli 01/512 nömrəli məktubuna cavab olaraq bildirir ki, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilinin hərracda satılmadığına görə həmin əmlakı almaq barədə təklifi qəbul edir və hərracın keçirilməsi ilə bağlı xidmət haqqının ödənilməsini təmin edəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (maddə 317.1.). Satış həmin Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir (maddə 317.2.). Mülki Məcəllənin 319.5-ci maddəsinə görə, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.( 416.2-ci maddəsi). Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.( 337.1-ci maddəsi) "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə, İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. (maddə 41.2.). Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. (maddə 41.3.). Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmayan elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. "İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Qeyd olunan maddi hüquq normalarının tələblərindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı, hərracın nəticələrinin etibarsız hesab edilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsini tələb etməkdə haqlıdır. Çünki yuxarıda qeyd edildiyi kimi, ipoteka saxlayan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC 30 gün ərzində ipoteka predmetini əldə etməmişdir. Belə olan halda isə ipoteka qoyanın tələbi ilə ipotekaya xitam verilməli, habelə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilin açıq hərracdan satılmasına dair hərracın nəticələri etibarsız hesab edilməlidir. Belə ki, “Birja Yenilikləri” qəzetinin 14 oktyabr 2020-ci il tarixli 218 nömrəli buraxılışında mübahisəli əmlaka dair keçirilmiş hərracın baş tutmadığı barədə elan verilmiş, 15 oktyabr 2020-ci il tarixdə hərrac təşkilatı ipoteka saxlayana əmlakın əldə edilməsi ilə bağlı təklif göndərmişdir, həmin təklifin surətini eyni zamanda borclu və icra şöbəsinə də ünvanlamışdır. Daha sonra yəni 19 noyabr 2020-ci il tarixdə hərrac təşkilatının təklifinə ipoteka saxlayan yəni bank tərəfindən müvafiq cavab verilməmişdir. Göründüyü kimi, cavabdeh bank tərəfindən təklifə cavab verilmədiyindən cavabdeh hərrac təşkilatı sifariş məktubunu icra etmədən icra şöbəsinə qaytarmışdır. Məhkəmə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş çatdırılmanın təsdiqi barədə 255039 nömrəli Qaimənin surətinə münasibətdə qeyd edir ki, çatdırılma tarixində düzəlişlərin edilməsi açıq-aşkar müşahidə edilir. Azari MMC-nin aktı ilə qeyd edilmişdir ki, mübahisəli məktub 02.11.2020-ci il tarixdə 11:59-da "xxxx" MMC-yə çatdırılmışdır. Lakin həmin çatdırılmanın həqiqətən də "xxxx" MMC-yə 02.11.2020-ci il tarixdə çatdırılmasını sübut edəcək reyestrlər, müvafiq qeydiyyat və daxilolma kitabları cavabdeh hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Habelə, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən göndərilən məktublar üçün qeydiyyat jurnalı təqdim edilsə də həmin qeydiyyat kitabı da lazımi qaydada tərtib edilməmiş, həmin kitabın sonradan deyil, həqiqətən də məhz 2020-ci ildə bank tərəfindən tərtib edildiyi inandırıcı olmamışdır. Digər tərəfdən məhkəmə araşdırması zamanı 19.11.2020-ci il tarixli hərrac təşkilatının icra şöbəsinə ünvanlandığı məktubun bir surətinin iddiaçıya əlyazma təsdiqlənmə üsulu ilə təqdim edilməsi barədə müvafiq məktub iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, həmin məktubla bir daha sübut olunmuşdur ki, cavabdeh bankın hərrac təşkilatına təklifin qəbulu barədə məktubu qeyd edildiyi kimi 02.11.2020-ci il tarixdə daxil olmamışdır. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən 30 günlük müddət kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əmlakı əldə etmək hüququnu itirir (həmin hüquqa xitam verilir). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxnulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinə əsasən: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilin açıq hərracdan satılmasına dair hərracın nəticələri etibarsız hesab edilməli və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzili üzərində olan ipotekaya xitam verilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddiaçının cavabdehlərin əməllərində cinayətin əlamətlərinin olması nəzərə alınaraq xüsusi qərardad qəbul edilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən əsassızdır və qeyd olunan hallar mülki xarakterli mübahisələr olduğundan təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən 9b saylı evin 7 saylı mənzilin açıq hərracdan satılmasına dair hərracın nəticələri etibarsız hesab edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzilin üzərində olan ipotekaya xitam verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3375/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3375/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver