Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3376/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Bakı şəhəri 14 nömrəli notariat kontoruna qarşı “təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında xx xxx 2012-ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilə bağlanmışdır. xx xxx 2020-ciiltarixdə cavabdehAzərbaycanRespublikası DövlətNeft Şirkətiona bildiriş göndərmişdir. Həminbildirişdə yazılmışdırki, “Halhazıradəkhəminborcməbləği ödənilmədiyi üçün “İpotekahaqqında” AzərbaycanRespublikası Qanunununtələblərinə əsasən, SOCARqarşısındaicraedilməmiş və ipotekailə təminedilmiş öhdəliyinicrasını təminetmək üçünipotekapredmetiolanünvan 1ünvanındayerləşən 4 otaqlı 64 nömrəlimənzilə və Bakı şəhəri, Xəzərrayonu, Mərdəkanqəsəbəsi, Şərqküçəsi, 17 nömrəli bağ evinə notariusunicraqeydi əsasındatutmanınyönəldilməsiprosedurubaşlanacaqdır”. Qeyd edilməlidir ki, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin 10.1-ci bəndinə əsasən “tərəflər arasında bu Müqavilə və ya onunla əlaqədar yarana biləcək bütün mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə həll olunmalıdır.” Lakin cavabdeh müqavilənin bu bəndinə zidd olaraq notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru barədə bildiriş göndərmişdir. Eyni zamanda müqavilənin 3.1-ci bəndində müqavilənin ümumi məbləği xarici valyuta ilə ABŞ dolları ilə göstərilmişdir. Azərbaycan Respublikasında manatdan başqa valyutanın ödəniş vasitəsi kimi istifadə edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Bununla da, cavabdeh tərəfindən müqavilənin etibarsızlığına səbəb olan hərəkətlər edildiyinə və müvafiq məcəllədə nəzərdə tutulmuş hallar mövcud olduğuna görə tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə iş üzrə İddiaçı arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən, SOCAR-ın Təqaüd Proqramı çərçivəsində keçirilən müsabiqənin nəticələrinə uyğun olaraq, iddiaçının X2 Pensilvaniya Dövlət Universitetində “neft mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili SOCAR tərəfindən maliyyələşdirilmişdir. Müqavilənin predmeti maliyyələşdirmədir. Qeyd edilən müqavilə həmin tarixdə müvafiq notariat kontoru tərəfindən təsdiq edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin 2-ci hissəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, bu iş üzrə iddiaçı əqdin etibarsız sayılmasına əsas olması üçün sadaladığı halları hələ müqavilə imzalanarkən, eləcə də 2012-ci ildən 2016-cı il tarixdək SOCAR tərəfindən maliyyələşdirilmə aparıldığı dövrdən məlumatlı idi. Bu səbəbdən, əgər təqaüdçü hesab edirsə müqavilə onun hüquqlarını pozmaqla bağlanılmışdır, həmin müqavilənin etibarsızlığını müqavilə bağlandı tarixdən və ya təhsil haqqının, həmçinin ona ilk təqaüd ödənilən tarixdən bir il müddətində mübahisələndirmək hüququ vardı. Ona görə də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Təqaüdçünün təhsilinin təşkili haqqında müqavilədə maliyyələşdirməni xarici valyutada göstərilməsinin heç bir halda pozuntu deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 390-cı maddəsinin 1-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Yuxarıda qeyd edilən müqavilənin 3.1-ci bəndində olan cədvəldə İddiaçı təhsili ilə bağlı SOCAR tərəfindən həyata keçirilən maliyyələşdirilmə ABŞ dolları ilə göstərilmişdir. Həmçinin həmin müqavilənin 4.1ci bəndində yuxarıda qeyd edilən cədvəlin 1-ci sətri üzrə xərclər təhsil müəssisəsinin təqdim etdiyi hesab əsasında SOCAR tərəfindən birbaşa təhsil müəssisəsinə ödənilməsi müəyyən edilmişdir. Həmin təhsil müəssisəsi də X2 təhsil müəssisəsi olduğu üçün hesabı ABŞ dolları ilə təqdim etmiş və SOCAR həmin hesab üzrə müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərarının müəyyən etdi hissəsindən göründüyü kimi, xarici valyuta, o cümlədən ABŞ dolları mülki dövriyyədən çıxarılmamış əşya hesab olunur. Həmin qərarda göstərilir ki, pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir. Belə olan halda ödəniş manatla ifadə olunmalıdır. Bu səbəbədən hesab edir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar, o cümlədən SOCAR ilə İddiaçı arasında bağlanmış müqavilədə qeyd edilən məbləğin manatla ifadə olunması kimi yazıları tam əsassızdır. Bu baxımdan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda onun tərəfindən verilmiş iddia ərizəsində iddia tələbinin artırılması və dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bu barədə ərizə ilə müraciət edərək, iddia tələblərinin həcmini dəqiqləşdirərək və artıraraq iddia ərizəsinin mətnində və xahiş etdi hissəsində “onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri 14 nömrəli notariat kontorunun xx xxxx 2020-ci il tarixli 7518 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi”ni xahiş edir. Belə ki, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməlidir, cünki cavabdeh tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda məhkəmə tərəfindən Bakı şəhəri 14 nömrəli notariat kontorunun xx xxxx 2020-ci il tarixli 7518 nömrəli icra qeydi də qanunsuz və əsassız olduğu ücün ləğv olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndinə əsasən tərəflər bu Müqavilənin qüvvədə olduğu müddət ərzində yaranan mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail ola bilmədiyi halda, bu mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll ediləcəkdir. Lakin cavabdeh müqaviləyə zidd olaraq məhkəməyə müraciət etmədən qanunsuz olaraq Bakı şəhəri 14 nömrəli notariat kontorunun xx xxxx 2020-ci il tarixli 7518 nömrəli icra qeydini çıxartmışdır. Qeyd edilənlərə əsasən, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri 14 nömrəli notariat kontorunun xx xxxx 2020-ci il tarixli 7518 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək, iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri 14 nömrəli notariat kontoruna qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 14 nömrəli notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 17 nömrəli bağ evi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 6537 nömrəli vərəqində xx xxxx 2011-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İddiaçı arasında bağlanmış xx xxx 2012ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin məzmunundan görünür ki, bu müqavilənin predmeti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin təqaüd proqramının çərçivəsində təqaüdçünün təhsilinin təşkili və maliyyələşdirilməsindən, bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən irəli gələn tərəflərin qarşılıqlı münasibətləridir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin təqaüd proqramı çərçivəsində keçirilən müsabiqənin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 2012-2016-cı tədris illərində təqaüdçünün X2 Pensilvaniya Dövlət Universitetində (X7 University) neft mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almasını maliyyələşdirir (1.1-ci bənd). Tərəflərin bu müqavilə üzrə hüquq və vəzifələrinin yaranmasının şərti təqaüdçünün öhdəliklərinin yerinə yetirilməsinin təminatı olan ipoteka müqavilələrinin qüvvəyə minməsidir (1.2-ci bənd). Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti təqaüdçü bu müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda, Azərbaycan Respublikasının qanunvericiliyi və bu müqavilə ilə nəzərdə tutulmuş qaydada müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir (2.1.2-ci bənd). Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq təqaüdçünün bu müqavilənin şərtlərini pozduğu halda, ipotekaqoyanın təqaüdçünün bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün təqdim etdiyi və bu müqavilənin 5.1-ci bəndində göstərilmiş təminata tutmanı yönəltmək hüququna malikdir (2.1.3-cü bənd). Bu müqavilə üzrə təqaüdçünün magistr təhsili üzrə xərclərinin ümumi məbləği 184.094 (bir yüz səksən dörd min doxsan dörd) ABŞ dollarıtəşkil edir (3.1-ci bənd). Təqaüdçünün bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (ipotekaqoyan) arasında bağlanmış xx xxx 2012-ci il tarixli 100 nömrəli ipoteka müqaviləsinə uyğun tam mülkiyyət hüququ ipotekaqoyana məxsus olan ünvan 3 ünvanında yerləşən 4 otaqlı 64 nömrəli mənzil və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (ipotekaqoyan) arasında bağlanmış xx xxx 2012-ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinə uyğun tam mülkiyyət hüququ ipotekaqoyana məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 17 nömrəli bağ evi çıxış edir (5.1-ci bənd). Bu Müqavilənin 5.1-ci bəndində qeyd olunmuş əmlakların qiymətləndirmə müəssisəsi tərəfindən müəyyən olunmuş orta girov dəyəri bu müqavilənin 3.1-ci bəndində göstərilmiş ümumi məbləğdən aşağı olmamalıdır (5.2-ci bənd). Bu müqavilənin yerinə yetirilməsinin təminatı tərəflərin razılığı ilə istənilən vaxt bu müqavilənin 3.1-ci bəndində qeyd olunmuş ümumi məbləğdən aşağı olmayan başqa təminatla əvəz edilə bilər (5.3-cü bənd). Tərəflər bu müqavilə üzrə öhdəliklərini pozduqda, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyırlar (6.1-ci bənd). Tərəflər bu müqaviləyə Azərbaycan Respublikası qanunvericiliyi və bu müqavilə ilə nəzərdə tutulmuş hallarda və qaydada xitam verə bilərlər (7.1-ci bənd). xx xxx 2012-ci il tarixli 100 nömrəli və xx xxx 2012-ci il tarixli 101 nömrəli ipoteka müqavilələri ipotekaqoyanın və ya təqaüdçünün təqsiri üzündən vaxtında və düzgün dövlət qeydiyyatından keçməzsə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti bu müqaviləyə vaxtından əvvəl xitam verə bilər (7.2-ci bənd). Bu müqaviləyə xitam verildikdə, xitam verilmənin təşəbbüskarı olan tərəf digər tərəfə müqaviləyə xitam verilməsi üçün əsasları təsdiqləyən sənədlər əlavə olunmaqla yazılı bildiriş göndərir. Bildirişə digər tərəf cavab vermədikdə, bildirişin göndərildiyi gündən bir ay sonra müqaviləyə birtərəfli qaydada xitam verilir (7.3-cü bənd). Təqaüdçünün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş arayışla təsdiqlənən və təhsilini mümkünsüz edən xəstəliyi ilə bağlı bu müqaviləyə xitam verildikdə, təqaüdçü Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin qərarı əsasında bu müqavilə üzrə çəkilmiş xərcləri ödəməkdən azad edilə bilər (7.4-cü bənd). Tərəflər arasında bu müqavilə və ya onunla əlaqədar yarana biləcək bütün mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə həll olunmalıdır (10.1-ci bənd); Azərbaycan Respublikasının Dövlət X3 və Uçot İdarəsinin müvafiq arayışının məzmunundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İddiaçı arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən İddiaçı özünə aylıq təqaüd olaraq ümumilikdə 57.414 (əlli yeddi min dörd yüz on dörd) ABŞ dolları və 1.142 (bir min bir yüz qırx iki) manat, onun təhsil aldığı X7 Universitetinə isə təhsil haqqı olaraq 121.335 (bir yüz iyirmi bir min üç yüz otuz beş) ABŞ dolları vəsait köçürülmüşdür; Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli müqavilə tələbinin pozulması haqqında xəbərdarlıq məktubunun surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən, onun X2 Pensilvaniya Dövlət Universitetində “neft mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili maliyyələşdirilmişdir. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən, təhsil müddəti 2012-2016-cı tədris illərini əhatə etmişdir. Müqavilənin 2.4.6-cı bəndinə əsasən, təhsil müəssisəsinin müəyyən etdiyi müddət seçilmiş ixtisas üzrə tədris planları və proqramların yerinə yetirmək barədə öhdəliyi vardır. Lakin buna baxmayaraq, SOCAR-la bağlanmış müqavilə üzrə onun öz üzərinə götürdüyü öhdəlik yerinə yetirilməmişdir. Onunla bağlanmış müqavilənin 6.2-ci maddəsinə əsasən, onun tərəfindən müqavilə üzrə öhdəliklər əhəmiyyətli dərəcədə pozulduqda, həmçinin yerinə yetirməkdən imtina edildikdə, təhsil müəssisəsindən xaric edildikdə, müqavilənin 1.1-ci bəndində qeyd olunan ixtisas və dərəcəni almasını təsdiq edən sənədi SOCAR-a təqdim ediimədikdə, təhsil müəssisəsində təhsil ilə bağlı bu müqavilə üzrə çəkilən bütün xərcləri, həmçinin SOCAR tərəfindən tələb olunduğu halda, əlavə olaraq həmin xərclərin məbləğinə münasibətdə emitent bank (Azərbaycan Beynəlxalq Bankı) tərəfindən müvafiq dövr üçün təyin edilmiş faiz dərəcəsi üzrə bonus ödəmək öhdəliyi vardır. Məlumat üçün qeyd edilməlidir ki, onun təhsili ilə bağlı SOCAR tərəfindən ümumilikdə 178.749 (bir yüz yetmiş səkkiz min yeddi yüz qırx doqquz) ABŞ dolları (USD) və 1.142 (bir min bir yüz qırx iki) manat (AZN) məbləğində pul vəsaiti xərclənmişdir. Qeyd edilənlərə əsasən, 178.749 (bir yüz yetmiş səkkiz min yeddi yüz qırx doqquz) ABŞ dolları (USD) və 1.142 (bir min bir yüz qırx iki) manat (AZN) məbləğində pul vəsaiti 5 (beş) iş günü müddətində SOCARın müvafiq olaraq qeyd olunmuş bank hesablarına ödəmədiyi təqdirdə, bu məbləğlə yanaşı, bank xərclərini, eləcə də dəymiş zərərin ödənilməsi üçün şirkət tərəfindən aidiyyəti məhkəməyə müraciət olunacağı və tələbin ipoteka ilə təmin edilmiş əmlaklara yönəldiləcəyi barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İddiaçı ünvanladığı xx xxx 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən) haqqında bildirişin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə bağladığı xx xxx 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən, SOCAR-ın Təqaüd Proqramı çərçivəsində keçirilən müsabiqənin nəticələrinə uyğun olaraq, X2 Pensilvaniya Dövlət Universitetində “neft mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili SOCAR tərəfindən maliyyələşdirilmişdir. Qeyd olunan “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi SOCAR, onunla xx xxx 2012-ci il tarixində 100 və 101 nömrəli ipoteka müqavilələrini bağlamışdır. İpoteka müqavilələrinə əsasən, onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 4 otaqlı 64 nömrəli mənzil və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 17 nömrəli bağ evi SOCAR qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklü edilməsi xx xxx 2012-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********, ********** qeydiyyat nömrələri ilə dövlət qeydiyyatına alınmış və daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı 0386138, ******* nömrəli çıxarışlar verilmişdir. Hazırda o “Təqaüdçünün təhsilinin təşkili haqqında” müqavilədən irəli gələn öhdəliyi icra etmədiyi üçün SOCAR-a ümumilikdə 178.749 (bir yüz yetmiş səkkiz min yeddi yüz qırx doqquz) ABŞ dolları (USD) və 1.142 (bir min bir yüz qırx iki) manat (AZN) məbləğində borcu yaranmışdır. Halhazıradək həmin borc məbləği ödənilmədiyi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, SOCAR qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 4 otaqlı 64 nömrəli mənzilə və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 17 nömrəli bağ evinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacaqdır; xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə hesab edir ki, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə baxışında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə iş üzrə İddiaçı arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən, SOCAR-ın Təqaüd Proqramı çərçivəsində keçirilən müsabiqənin nəticələrinə uyğun olaraq, iddiaçının X2 Pensilvaniya Dövlət Universitetində “neft mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili SOCAR tərəfindən maliyyələşdirilmişdir. Azərbaycan Respublikasının Dövlət X3 və Uçot İdarəsinin müvafiq arayışına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İddiaçı arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli müqaviləyə əsasən İddiaçı özünə aylıq təqaüd olaraq ümumilikdə 57.414 (əlli yeddi min dörd yüz on dörd) ABŞ dolları və 1.142 (bir min bir yüz qırx iki) manat, onun təhsil aldığı X7 Universitetinə isə təhsil haqqı olaraq 121.335 (bir yüz iyirmi bir min üç yüz otuz beş) ABŞ dolları vəsait köçürülmüşdür. SOCAR-la bağlanmış müqavilə üzrə iddiaçı öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli müqavilə tələbinin pozulması haqqında xəbərdarlıq məktubu ilə şirkət tərəfindən ödənilmiş pul vəsaitinin 5 (beş) iş günü müddətində SOCAR-ın müvafiq bank hesablarına ödəmədiyi təqdirdə, bu məbləğlə yanaşı, bank xərclərini, eləcə də dəymiş zərərin ödənilməsi üçün şirkət tərəfindən aidiyyəti məhkəməyə müraciət olunacağı və tələbin ipoteka ilə təmin edilmiş əmlaklara yönəldiləcəyi barədə iddiaçını xəbərdar etmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İddiaçı ünvanladığı xx xxx 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlə ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 4 otaqlı 64 nömrəli mənzilə və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 17 nömrəli bağ evinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru başlanacağı barədə məlumat verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri 14 nömrəli notariat kontorunun xx xxxx 2020-ci il tarixli 7518 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə yazılı etirazında maraqlı şəxsin müvafiq əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə biləcəyi ilə bağlı, iddia tələbinə iddia müddətini tətəbiq edərək, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bununla belə, məhkəmə İddiaçı tərəfindən ipoteka müqaviləsinin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə münasibət bildirməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia ərizəsinə iddia müddəti tətbiq edilməli və İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Bakı şəhəri 14 nömrəli notariat kontoruna qarşı onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 99 nömrəli təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin etibarsız hesab edilməsi, onunla cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında bağlanmış xx xxx 2012-ci il tarixli 101 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri 14 nömrəli notariat kontorunun xx xxxx 2020-ci il tarixli 7518 nömrəli icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi rədd edilməlidir. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə iddia ərizəsi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən “…öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”; - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; - 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər; - 422.4-cu maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. X8 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X9rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə araşdırması zamanı müvafiq ipoteka müqaviləsi bağlanarkən İddiaçı mülkiyyətində olan bağ sahəsinin cavabdehin xeyrinə ipoteka ilə yüklülüyə salınmasına etiraz etmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddia tələbi əsassızdır, iddiaçı şəxs iddia tələbini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Bakı şəhəri 14 nömrəli notariat kontoruna qarşı “təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3376/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3376/2020
27.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver