Məhkəmə qərarları › İş №2(005)-3380/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3380/2024

24.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3380/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1946-cı il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, o, Ərizəçi xx.xx.1969-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. Ərizəçinin anası X4 xx.xx.1946-cı il tarixində Nuxa (Nuxa) şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında yaşayır. Ərizəçinin anası X4 Bakı şəhərində yerləşən “X16” klinikasında “Demensiya” diaqnozu əsasında mütəmadi olaraq müalicəsi davam etdirilir. O psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və idarə edə bilmir. Ona görədə ərizəçi anasının qəyyumu olmaq niyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyniməzmunlu izahat verərək ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə və ərizəçinin anasına münasibətdə qəyyum təyin edilməsinə hər hansı etirazlarının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1969-cu il tarixdə doğulmuşdur, onun atası X10, anası X3r. - Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X7 xx.xx.1966-cı il tarixdə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra ərə Soltanov, arvada Soltanova soyadı verilmişdir. - Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1946-ci il tarixdə, Şəki şəhərində doğulmuşdur. - 134 saylı MİKS tərəfindən verilən arayışdan görünür ki, X8 F.Yusifov küçəsi, 16 saylı evin 45 saylı mənzilində qeydiyyatdadır. - X16 tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1946-cı il təvəllüdlü X4 həmin klinikada həkim nevropatoloqun müayinəsində olub. Göründüyü kimi, X5 ərizəçi X6 anasıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Ərizəçi psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə psixiatriya ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5042 №-li rəyinə əsasən X2 Altsheymer xəstəliyi nəticəsində demansiya xroniki psixi xəstəliyi müəyyən edilir. X4 hal-hazırda bu xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi üçün əsas var. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.1946-cı il tarixdə doğulmuş X4 hal-hazırda öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1946-cı il tarixdə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1946-cı il tarixdə doğulmuş X4 fəaliyyət qabliyyətli olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar