Məhkəmə qərarları › İş №2(005)-3384/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3384/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3384/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı X6 iştirakı ilə, İddiaçı X6 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh "xxxx" MMC-yə qarşı “hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət sahəsinin üzərinə həbs qoyulduğu üçün X13 Hərrac Nəticələri haqqında 05/01 nömərli 19.01.2017-ci il tarixli protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X8 iddia ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə aralarında borc iddiasına görə məhkəmələrdə çəkişmələri olmuş və tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Səbail Rayon Məhkəməsi, Ali Məhkəmə və Appellyasiya Məhkəməsi onun xeyrinə qərar qəbul edərək 48000 manat pulun G.Məhərrəmova tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarmışdır. Pulun 25000 manatını ödədikdən sonra, 12000 manat dəyərində olan ona məxsus ünvan 1 ünvanında olan 26kvm qeyri yaşayış sahəsini hərrac yolu ilə adına keçirilməsinə razılıq vermişdir. Qalan 10000 manatı isə G.Məhərrəmovanın maddi imkanı pis olduğu üçün ona bağışlamışdır. "xxxx" MMC-nin və Səbail rayon İcra şöbəsinin göndərdiyi məktublara baxmayaraq qeyri yaşayış sahəsi onun adına rəsmiləşdirilməmişdir. Sənədin rəsmiləşdirilməsi üçün AR ƏMDK yanında DƏDRXnın Bakı Şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuş və alınmış **********65 nömrəli 09.02.2017-ci il tarixli məktubla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Hal-hazırda G.Məhərrəmova ilə aralarında heç bir ədavət yoxdur, həmin qeyri yaşayış sahəsinin pulunu ödəmiş və bununla əlaqədar həmin qeyri yaşayış sahəsinin G.Məhərrəmovanın adına keçirilməsi üçün yenidən AR ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etdim. Alınmış **********5 saylı 18.09.2000-ci il tarixli məktuba əsasən həmin qeyri yaşayış sahəsi G.Məhərrəmovanın mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında iddiaçı X8 bildirmişdir ki, iddiası əsaslıdır. İddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 09.02.2017-ci il tarixli bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı ********** nömrəli, 25.01.2017-ci il tarixli ərizəyə baxılmışdır. Aparılan araşdırma zamanı hərracın keçirilməsi üçün əsas olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7148/2014 saylı, 16.12.2014-cü il tarixli icra sənədində borcun qeyd olunan daşınmaz əmlaka yönəldilməsi qeyd olunmadığı, icra hərəkətlərinin qanuna uyğun aparılmadığı müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı 23.01.2017-ci il tarixli, 2895/2015-16- 3/831 saylı məktubundan görünür ki, icra sənədinin icrası ilə əlaqədar X4 məxsus olan ünvan 2 ünvanda yerləşən 21 m/2 ibarət olan qeyri-yaşayış sahəsinə Səbail Rayon Məhkəməsinin 8(009)-1978/2015 saylı, 15.10.2015-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin şöbəyə daxil olmuş 05/01 saylı, 19.01.2017-ci il tarixli protokolunda ünvan 5 ünvanında yerləşən 21 m/2 ibarət olan qeyri-yaşayış sahəsinin 12000 manata tələbkar İddiaçı əldə etdiyi göstərilmişdir. 19.01.2017-ci il tarixli, 05/01 №-li X13 X10 Protokolundan görünür ki, X5 məxsus ünvan 2 ünvanda yerləşən 21 m/2 ibarət olan qeyri-yaşayış sahəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7148/2014 saylı, 16.12.2014-cü il tarixli icra sənədinin, Səbail rayon İcra şöbəsinin 17/64 2895-9/3352/15 saylı, 19.02.2016-cı il tarixli sifariş məktubunanun, cavabdeh X2 və tələbkar İddiaçı Mərdan qızının ərizələrinin icrasına əsasən hərrac təşkil olunmuş və qeyd olunan əmlak 12600 manata İddiaçı Mərdan qızına satılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.09.2014-cü il tarixli, 2(009)-2925/2014 saylı qətnaməsindən görünür ki, X1 50000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.12.2014-cü il tarixli, 2(103)-7184/2014 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X1 48000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi qət edilmişdir. AZE 13991895 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsindən görünür ki, X7 26.06.1958-ci ildə ünvan 7 ünvanında qeydiyyatdadır. AZE 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə ünvan 8 ünvanında qeydiyyatdadır. İş materiallarında olan birja yenilikləri qəzetinin 23 fevral-03 mart 2016-cı il tarixli tirajından görünür ki, daşınmaz əmlakla bağlı elan yerləşdirilmişdir. İş materiallarında olan poçt bildirişlərinin surətindən görünür ki, Məhərrəmaova Gülnarə pöoçt bildirişlərini almışdır. Səbail Rayon Məhkəməsinin 19.08.2014-cü il tarixli, 2(009)-2925/2014 saylı qərardadından görünür ki, İddiaçı ərizə təmin edilmiş və X4 məxsus ünvan 2 ünvanda yerləşən 21 m/2 ibarət olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilən sübutlarla müəyyən edilir ki, tərəflər arasında pul tələbinə dair mübahisə olmuş və həmin mübahisə məhkəmə qaydasında həll olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26.09.2014-cü il tarixli, 2(009)-2925/2014 saylı qətnaməsinə əsasən X1 50000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi qət edilmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin 16.12.2014-cü il tarixli, 2(103)-7184/2014 saylı qətnaməsi ilə cavabdeh X1 48000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının 08 may 2015-ci il tarixli, 29102)-1856/2015 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 16.12.2014-cü il tarixli, 2(103)-7184/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qətnamənin icrasını təmin etmək üçün Səbail Rayon Məhkəməsinin 19.08.2014-cü il tarixli, 2(009)-2925/2014 saylı qərardadı ilə İddiaçı ərizə təmin edilmiş və X4 məxsus ünvan 2 ünvanda yerləşən 21 m/2 ibarət olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Qeyd olunan əmlak açıq hərrac vasitəsi ilə iddiaçı Səfərova X3. Daha sonra tərəflər arasında razılıq əsasında və ünvan 2 ünvanda yerləşən 21 m/2 ibarət olan qeyri-yaşayış sahəsi yenidən X2 adına rəsmiləşdirilmişdir. Hazır ki iddia ərizəsində iddiaçı mülkiyyət sahəsinin üzərinə həbs qoyulduğu üçün X13 Hərrac Nəticələri haqqında 05/01 nömərli 19.01.2017-ci il tarixli protokolun ləğv edilməsini tələb etsə də, iş materiallarından görünür ki, iddiaçı qeyd olunan mülkə həbs qoyulmasını özü məhkəmədən tələb etmiş və hərrac keçirilərkən, mülkiyyətin üzərində həbs olduğunu bilirdi. Bundan başqa iddianın təmin tədbiri kimi qoyulmuş həbs hərracın keçirilməsində heç bir məhdudiyyət yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən mülki qanunvericliyin öhdəliyin yaranma əsaslarını müəyyən edən normasının məzmunundan da aydın olur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulan digər əsaslarla yanaşı müqavilə əsası da mövcud olmalıdır. Bu əsasların pozulması isə qanunvericlikdə müəyyən edilmiş mülki məsuliyyətə səbəb olur. Məhkəmənin qənaətinə görə iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi X7 ilə öz arasında razılıq əldə etməsi hərracın nəticələrinin ləğvi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən mülki qanunvericliyin öhdəliyin yaranma əsaslarını müəyyən edən normasının məzmunundan da aydın olur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulan digər əsaslarla yanaşı müqavilə əsası da mövcud olmalıdır. Bu əsasların pozulması isə qanunvericlikdə müəyyən edilmiş mülki məsuliyyətə səbəb olur. İşin halllarından göründüyü kimi iddiaçı həmin hərracın nəticələrinin ləğv edilməsini tələb etsə də hərrac qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilmişdir. Cavabdeh hərrac mərkəzi üzərinə düşən öhdəliyi yerinə yetirmiş və hərrac keçirilmiş, həracın nəticələri iddiaçı ilə arasında alqı-satqı müqaviləsi ilə yekunlaşmış, beləliklə cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Bundan başqa o da qeyd edilməlidir ki, yuxarıda sadalanan qanunvericilik əsaslarından göründüyü kimi hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. İş materiallarında olan 19 yanvar 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən də görünür ki, iddiaçı S. Səfərova hərracın yekunları ilə razılaşaraq imza etməklə müqavilə bağlamışdır. Məhkəmə onu da qeyd edir ki, mülki qanunvericilikdə protokolun ləğvi nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Qanunda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun ləğvini deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Bununla belə iddiaçı X13 Hərrac Nəticələri haqqında 05/01 nömərli 19.01.2017-ci il tarixli protokolun etibarsızlığını deyil, ləğv edilməsini xahiş etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X6 cavabdeh "xxxx" MMC-yə qarşı “hərrac protokolunun ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar