Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-339/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçılar İddiaçı1, onun nümayəndəsi və vəkili X5, digər İddiaçı2, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1na qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1na qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh4 arasında Cavabdeh2 bağlanmış xx.xx.2015-ci il tarixli ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin tam hissədə bağışlanması müqaviləsinin, həmçinin Cavabdeh4 və Cavabdeh5 arasında Cavabdeh1 bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsinin alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və Cavabdeh3 xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.1993-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.1997-ci il təvəllüdlü İddiaçı3 Qasqay oğlu dünyaya gəlmişlər. Tərəflər nikah bağlandıqdan sonra ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini almış, ora köçmüş və birgə yaşadıqları vaxtda yaşayış sahəsinin sol hissəsini və ikinci mərtəbəsini tikdirməklə artırmalar etmişlər. Həmin artırmalar tərəflərin birgə nikah dövründə edilmiş, İddiaçı1 və Cavabdeh3 ümumi birgə mülkiyyəti olmuşdur. Daha sonra həmin yaşayış sahəsinin bütövlükdə birinci mərtəbəsi cavabdeh X4 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2007-ci il tarixdə qeydə alınsa da, həmin əmlak birgə nikah dövründə birgə gəlir hesabına tikildiyindən İddiaçı1 həmin əmlaka dair mülkiyyət hüquqları mövcuddur. Bundan əlavə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 bu günədək həmin ünvanda qeydiyyatdadırlar və faktiki olaraq yaşayırlar. Cavabdeh3 dəfələrlə yaşayış sahəsini satmaq istədiyini bildirsə də, İddiaçı1 buna razı olmamış, qəti etiraz etmişdir. Odur ki, Cavabdeh3 iddiaçıları aldatmış, iddiaçılara demədən, onların razılığını almadan, iştirakı olmadan yaşayış sahəsini özgəninkiləşdirmişdir. Belə ki, Cavabdeh3 və onun bacısı Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.m (yaşayış sahəsi 59.1 kv.m, yardımçı sahəsi 25.7 kv.m) olan mənzil tam şəkildə Cavabdeh4 hədiyyə edilmişdir. Mənzilin dəyəri 200000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh4 dərhal sözügedən mənzilə dair xx.xx.2015-ci il tarixdə ******* nömrəli DƏDRX-dən Çıxarış almışdır. Daha sonra Cavabdeh4 Cavabdeh5 ilə xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlayaraq, ünvan 3 ünvanında yerləşən həmin yaşayış sahəsinin 48 kv.m hissəsini (qiyməti 60000 manat dəyərləndirilmişdir) Cavabdeh5 satmışdır. Hesab edir ki, aşağıdakılara əsasən sözügedən hər iki müqavilə bağlandığı andan etibarsız hesab edilməlidir. İlk növbədə, həmin müqavilələr iddiaçılara heç bir məlumat verilmədən, iddiaçıların iştirakı və ya razılıq ərizəsi olmadan bağlanmış və bununla da İddiaçı1 və onun övladlarının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Sözügedən yaşayış evi İddiaçı1 ilə onun həyat yoldaşı cavabdeh X4 birgə nikah dövründə tikildiyindən və bu müddətdə evə dair çıxarış alındığından tərəflərin ümumi birgə mülkiyyəti hesab olunur. Cavabdeh3 iddiaçıları aldadaraq ailəni dolandırmaq üçün evin birinci mərtəbəsini kirayəyə verdiyini bildirmişdir. Halbuki yaşayış sahəsinin aşağı hissəsində olan kirayəçi iddiaçılara bildirmişdir ki, onun tanıdığı və aybaay ödəniş etdiyi şəxs Cavabdeh3 deyil, Nəhayət adlı bir xanımdır. O, mülkiyyətçi olaraq onu tanıyır və ödənişləri də ona edir. Məsələni aydınlaşdırmaq və həqiqəti üzə çıxarmaq üçün iddiaçılar vəkilə müraciət etmiş və vəkil tərəfindən müvafiq sorğular göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Ofisindən alınan Notariat işinin materiallarından məlum olmuşdur ki, Cavabdeh3 tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh4 adına daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İş materiallarında İddiaçı1 və İddiaçı2 adından “etibarnamə” adı altında saxta sənədlər hazırlanmış və bununla da müqavilə bağlanmışdır. Həmin sənədlər iddiaçılar tərəfindən guya onlar Ukrayna Respublikasında olduqları zaman verilmiş və bağışlama müqaviləsinin bağlanmasına etiraz etmədiklərini əks etdirmişdir. Halbuki iddiaçıların heç biri nəinki Ukraynada, ümumiyyətlə ölkə xaricində olmamışlar, dövlət sərhədini keçməmişlər, bağışlamanın həyata keçirilməsi barədə xəbərsiz olmuşlar, əgər xəbərləri olsaydı yeganə yaşayış sahələrinin bağışlanmasına qəti etiraz edərdilər. İddiaçı1 və İddiaçı2 adından “etibarnamə” adı altında tərtib edilmiş saxta sənəddə isə imzalar onlara məxsus deyil. Həmin sənədlər istər forma, istər məzmun baxımından saxtadır. Bu saxta sənədləri hazırlayanlar cinayət törətmiş və cinayət məsuliyyətinə cəlb edilməlidirlər. İddiaçılar ümumiyyətlə baş verənlərdən xəbərsiz olmuşlar. Cavabdeh3 iddiaçıları aldatmış, onlara yaşayış sahəsini kirayə verdiyini bildirmişdir. Əslində isə saxta sənədlərlə bağışlama müqaviləsi bağlayaraq yaşayış evini bacısı Cavabdeh4 adına keçirmişdir. Bununla da, Cavabdeh3 əsl niyyətini, yəni yaşayış sahəsini sataraq pulları mənimsəmək niyyətini gizlətmiş, iddiaçıları yeganə yaşayış sahəsinə dair hüquqlardan məhrum etmişdir. Digər tərəfdən, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı Notariat Ofisindən alınmış Notariat işinin materiallarından məlum olmuşdur ki, Cavabdeh4 və Cavabdeh5 arasında xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandığı zaman da iddiaçıların adından saxta sənədlər tərtib edilmiş və bunun əsasında müqavilə bağlanmışdır. Belə ki, iş materiallarında olan guya Ukrayna Respublikasının Xarkov şəhərindəki notariat ofisindən verilmiş xx.xx.2017-ci il tarixli “Razılıq” adı altında tərtib edilmiş ərizələr aşkardır ki, tamamilə saxtadır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ölkə xaricində heç vaxt olmamışlar, belə bir razılıq ərizəsi verməmişlər. Onların baş verənlərdən ümumiyyətlə xəbərləri olmamışdır. Həmin ərizələrdə olan imzalar onlara məxsus deyildir. İddiaçılar bu müqavilənin bağlanmasından da xəbərsiz olmuşlar. Cavabdeh5 isə ümumiyyətlə tanımırlar və görməyiblər. Göründüyü kimi, iddiaçıların adından sözügedən saxta sənədlər hazırlanmış, imzalar saxtalaşdırılmış və bu saxta sənədlərlə onların iradəsi xaricində alqısatqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən xx.xx.2015-ci il tarixdə müqavilə bağlanarkən, Bakı şahəri 21 saylı Notariat Ofisi tərəfindən isə xx.xx.2017-ci il tarixdə alqı-satqı müqavilələri bağlandığı zaman, təqdim olunan sənədlərin saxta olduğu aşkar edilməli, iddiaçıların şəxsi iştirakı və ya ölkə xaricində olduqlarına dair sübut təqdim edilməsi tələb edilməli idi. Göründüyü kimi, notariat ofisləri tərəfindən saxta sənədlər əsasında müqavilələrin bağlanmasi qanunsuz olaraq rəsmiləşdirilmişdir. İddiaçılara onların adından saxta sənədlərin hazırlanması, əvvəlcə bağışlanma, daha sonra alqı-satqı müqavilələrinin bağlanması və bununla da mülkiyyət hüquqlarından məhrum edilmələri xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə, müvafiq notariat işinin materialları əldə edildiyi zaman məlum olmuşdur. Odur ki, hüquqların bərpa edilməsi üçün qanunvericilikdə nəzərə tutulmuş müddət ötürülmədiyindən sözügedən müqavilələr etibarsız hesab edilməli və onun yaratdığı hüquqi nəticələr ləğv edilməlidir. Cavabdeh5 nümayəndəsi Vəkil1 tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək bildirilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Mammədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mövcud mülki qanunvericiliyə əsasən əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Eyni zamanda, sözügedən mübahisəli əmlaka dair Cavabdeh4 ilə Cavabdeh5 arasında xx.xx.2017-ci il tarixdə notariat qaydada alqı-satqı müqaviləsi imzalanması, əmlakın satış qiyməti 60000 manat qeyd edilmişdir. Sözügedən dövrdə, qeyd olunan ərazidə daşınmaz əmlakın 1 kv.m 1250-1350 manat olmuşdur. Bunun müəyyən edilməsi məqsədilə "xxxx" MMC-dən mütəxəssis rəyi alınmışdır. İddiaçıların iddia etdiyinə görə bağışlama və alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq aparılmışdır. Cavabdeh5 ondan əvvəl olmuş sözügedən əmlaka dair bağışlanma müqaviləsi qanunazidd aparılmış olsa belə (belə ki, iddiaçılar iddia edir ki, qanuna zidd olmuşdur) və iddiaları məhkəmə tərəfindən öz təsdiqini tapsa belə Cavabdeh5 vicdanlı alıcı olmuşdur. Belə ki, 2017-ci ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsi aparılan zaman hər hansı qanun pozuntusuna yol verilməmiş, Cavabdeh5 ondan əvvəl bağlanmış bağışlanma müqaviləsinin həqiqiliyinin yoxlanması vəzifə borcu olmamaışdır. Əgər iddiaçıların iddiası təmin olunsa belə, iddiaçılar sözügedən daşınmaz əmlakın satışından əldə olunmuş pulu digər cavabdehlərdən tələb etməlidir. Digər tərəfdən, iddiaçılar iddia edirlər ki, guya həmin müqavilələrdən 2022-ci ildə xəbərləri olmuşdur. İddiaçıların qeydiyyat və yaşayış ünvanlarından aydın görünür ki, onlar sözügedən mübahisəli əmlakların 2-ci mərtəbəsində yaşayırlar və qeydiyyatdadırlar. Yəni mümkünü yoxdur ki, onlar 6 il ərzində cavabdehin o əmlakı almasından xəbərsiz olsunlar. İddiaçılar qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsızlığının mübahisələndirilməsi üçün qeyd olunan müddəti ötürüblər. Bütün bu arqumentləri nəzərə alaraq, iddiaçının qanunsuz, əsassız və həqiqəti əks etdirməyən, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 öz nümayəndəsi vasitəsilə məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanan alqı-satqı müqaviləsi 3 saxta sənəd əsasında rəsmiləşdirildiyindən bağlandığı andan etibarsız hesab edilməlidir. Belə ki, iddiaçılar heç vaxt ölkə xaricində olmamışlar və onların xarici pasportları ümumiyyətlə yoxdur. Razılıq sənədləri tamamilə saxtadır və onların əsasında bağlanmış alqı-satqı müqaviləsi də etibarsız hesab edilməlidir. Digər tərəfdən, mülki qanunvericiliyin mövqeyinə görə ümumi əmlaka ərin (arvadın) razılığı olmadan həmin əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə müqavilə etibarsızdır və bu hal hətta əldə edən vicdanlı olduğu hala da aiddir. Hesab edirlər ki, Cavabdeh5 ümumiyyətlə vicdanlı alıcı deyil və vicdanlı alıcı olub-olmamasından asılı olmayaraq müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsində, bağışlanan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçev 621 B ünvanında yerləşən 84.8 kv.m sahəsi olan daşınmaz əmlakın dəyəri 200000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə isə həmin daşınmaz əmlakın böyük hissəsini təşkil edən 48 kv.m hissəsi cəmi 60000 manat məbləğində özgəninkiləşdirilmişdir. Eyni daşınmaz əmlakın 48 kv.m sahəsinin iki il ərzində olduqca ucuz qiymətə satılması real bazar qiymətini əks etdirmir və əməliyyatın məqsədli şəkildə aparılmasına dair əsaslı şübhə doğurur. Belə ki, Cavabdeh5 60000 manatlıq əmlakı əldə etməmişdən qabaq əmlakın yerləşdiyi əraziyə ümumiyyətlə gəlməmiş, daşınmaz əmlakı görməmiş, həmin əmlaka daxil olmamış, orada kimlərin yaşayıb-yaşamadığı ilə maraqlanmamışdır. Hətta alqı-satqı müqaviləsi bağlandıqdan sonra da Cavabdeh5 həmin əraziyə gəlməmiş, nə iddiaçılar, nə də həmin ərazidə yaşayan şəxslər onu heç vaxt görməmiş, tanımamışlar. Cavabdeh5 olduqca aşağı, ağlabatmayan qiymətə daşınmaz əmlakı əldə etməsi, həm də bu günədək həmin əmlakla maraqlanmaması onun əmlakın qanunsuz olaraq əldə edilməsindən məlumatlı olmasına əsaslı şübhələr yaradır. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1, onun nümayəndəsi və vəkili X9 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, heç bir sənədi saxta adlandırmaq olmaz. Müqavilələr qanuni olmuşdur. Baş tutmuş alqı-satqı məqsədli olmuş, Cavabdeh3 əmlakı bacısının adına keçirmişdir ki, sonradan satıb borclarını bağlasın. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazı müdafiə edərək izahatında bildirdi ki, X1 əmlakı makler vasitəsilə tapıb almışdır. O, Cavabdeh4 əvvəllər tanımamış və heç bir münasibətləri olmamışdır. Cavabdehlər Cavabdeh2na və Cavabdeh1na məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbləri baxımından işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu ildə təkrar verilmiş AZ-İ 545726 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə Kərimova (Bayramova) Sevinc Məsim qızı xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuşlar. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 nömrəli fərdi yaşayış evi **********22-10301 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3630 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 045926 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçev 621 B ünvanında yerləşən yaşayış evində Cavabdeh3 1998-ci ildən, İddiaçı1 1998-ci ildən, X7 və İddiaçı3 1998-ci ildən qeydiyyatdadırlar. xx.xx.2015-ci ildə Ukrayna Respublikasının xüsusi notariusu P.P.Petrenko tərəfindən təsdiq edilmiş və Ukrayn dilindən Azərbaycan dilinə tərcümə edilmiş etibarnamədən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən Cavabdeh3 məxsus olan xüsusi evin bağışlanmasına qarşı heç bir etirazının olmadığını bildirmişdir. xx.xx.2015-ci ildə Ukrayna Respublikasının xüsusi notariusu P.P.Petrenko tərəfindən təsdiq edilmiş və Ukrayn dilindən Azərbaycan dilinə tərcümə edilmiş etibarnamədən görünür ki, İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçev 621 B ünvanında yerləşən Cavabdeh3 məxsus olan xüsusi evin bağışlanmasına qarşı heç bir etirazının olmadığını bildirmişdir. Cavabdeh2 xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə- 49 reyestr nömrəli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, Cavabdeh3 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçev 621 B ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.m, yaşayış sahəsi 59.1 kv.m, yardımçı sahəsi 25.7 kv.m olan 4 otaqlı mənzili Cavabdeh4 bağışlamışdır. Daşınmaz əmlakın dəyəri 200000 (iki yüz min) manat məbləğində qiymətləndirilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3 nömrəli fərdi yaşayış evi **********22-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh4 Cavabdeh1na müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini satmaq istədiyini bildirmişdir. xx.xx.2017-ci il tarixdə Ukrayna Respublikasının xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş və Ukrayn dilindən Azərbaycan dilinə tərcümə edilmiş “razılıq”dan görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən yaşayış evini Cavabdeh4 satmasına və onun (İddiaçı1) mənzildən istifadə hüququnun ləğvinə icazə vermiş, həmçinin alqı-satqı müqaviləsi tərtib olunduqdan sonra müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir. xx.xx.2017-ci il tarixdə Ukrayna Respublikasının xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş və Ukrayn dilindən Azərbaycan dilinə tərcümə edilmiş “razılıq”dan görünür ki, İddiaçı2 ünvan 1 ünvanında yerləşən yaşayış evini Cavabdeh4 satmasına və onun (İddiaçı2) mənzildən istifadə hüququnun ləğvinə icazə vermiş, həmçinin alqı-satqı müqaviləsi tərtib olunduqdan sonra müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir. xx.xx.2017-ci il tarixdə Ukrayna Respublikasının xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş və Ukrayn dilindən Azərbaycan dilinə tərcümə edilmiş “razılıq”dan görünür ki, İddiaçı3 ünvan 1 ünvanında yerləşən yaşayış evini Cavabdeh4 satmasına və onun (İddiaçı3) mənzildən istifadə hüququnun ləğvinə icazə vermiş, həmçinin alqı-satqı müqaviləsi tərtib olunduqdan sonra müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir. Cavabdeh1 xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə- 224 reyestr nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh4 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçev 621 B ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.m, yaşayış sahəsi 59.1 kv.m, yardımçı sahəsi 25.7 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin 48 kv.m hissəsini 60000 manat müqabilində Cavabdeh5 satmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, xx.xx.1973cü il təvəllüdlü İddiaçı1, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.1997-ci il təvəllüdlü İddiaçı3 2014-2022-ci illər ərzində dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/435 nömrəli ekspert rəyindən görünür ki: 1.1. Ekspertizaya təqdim edilmiş, 4Ə-224 nömrəli notariat işində (Cavabdeh1) olan İddiaçı1 adından olan razılıq ərizəsinin surətində “Підпис:” qrafasında əks olunmuş imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, 4Ə-224 nömrəli notariat işində (Cavabdeh1) olan İddiaçı2 adından olan razılıq ərizəsinin surətində “Підпис:” qrafasında əks olunmuş imza - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 1.3. Ekspertizaya təqdim edilmiş, 4Ə-224 nömrəli notariat işində (Cavabdeh1) olan İddiaçı3 adından olan razılıq ərizəsinin surətində “Підпис:” qrafasında əks olunmuş imza - İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş, 4Ə-49 nömrəli notariat işində (Cavabdeh2) olan İddiaçı1 adından olan etibarnamənin surətində “Пiдписи” qrafasında əks olunmuş imza və İddiaçı2 adından olan etibarnamənin surətində “Пiдписи” qrafasında əks olunmuş imza tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, Azərbaycan Respublikası MPM-nin 101.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti” Qanunun 12-ci maddələrinə əsasən həmin imzaların İddiaçı1 tərəfindən, İddiaçı2 tərəfindən, İddiaçı3 tərəfindən, və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh3 tam mülkiyyətində olmaqla, İddiaçı1 ilə birgə nikah dövründə əldə olunmuş, Cavabdeh3 sözügedən yaşayış evini xx.xx.2015-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Cavabdeh4 bağışlamış, Cavabdeh4 isə xx.xx.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsini Cavabdeh5 satmışdır. Hal-hazırda iddiaçılar sözügedən müqavilələrin onların razılığı olmadan bağlandığını və həmin müqavbilələrin etibarsız hesab edilməsini məhkəmədən xahiş edirlər. Cavadbehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi baş tutmuş alqısatqının məqsədli olduğunu, Cavabdeh3 əmlakı bacısının adına keçirməklə, sonradan satıb borclarını bağlamaq məqsədilə bunu etdiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Cavabdeh5 nümayəndəsi iddia tələbinə etiraz edərək, Nəhayət Məmmədovanın vicdanlı alıcı olduğunu, eyni zamanda iddiaçılar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsızlığının mübahisələndirilməsi üçün qeyd olunan müddətin ötürüldüyünü bildirir və iddianın rədd edilməsini xahiş edir. Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçının mübahisəli mənzilin satıldığını əvvəldən bildiyini iddia etsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Bunun əksi olaraq, iddiaçı iddia ərizəsində mənzilin başqa şəxsin mülkiyyətinə keçməsini vəkil sorğusunun verilməsindən və xx.xx.2022-ci il tarixdə notariat işi ilə tanış olduqdan sonra öyrəndiyini qeyd etmişdir. Göründüyü kimi, iddiaçı mənzilin aşağı mərtəbəsinin satılmasını həmin dövrdə bilmişdir. Həmçinin qeyd edilməlidir ki, mənzilin satılmış hissəsi qeyri-yaşayış kimi istifadə olunur (təndir) və əvvəldən də, həmin sahə müxtəlif şəxslərdə icarədə olmuşdur. Göründüyü kimi, həmin sahənin başqa şəxslərin istifadəsində olması onlarda şübhə yaratmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldugu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından 6 il keçdikdən sonra müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etməklə müddətin ötürülməsi yuxarıda göstərilən obyektiv səbəblərlə əlaqədar olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfin hüququnun pozulduğunu bildiyi an, vəkilinin notariat işi ilə tanış olduğu andan hesablanmalı və buna görə də, hazırki mübahisəyə kəsici müddət tətbiq edilə bilməz. Məhkəmə hazırkı mübahisə ilə bağlı aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə (mülkiyyət) əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə (mülkiyyət hüququ) əsasən: İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı iş üzrə iddiaçıların ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqları 2000-ci il sentyabrın 1-dən əvvəl yarandığından (1998-ci il) məhkəmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad etməyi zəruri hesab edir. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Eyni zamanda 2000-ci ilədək yaranan münasibətlərdə icarədar (mülkiyyətçi) ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər. Məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi İddiaçı1 ilə Cavabdeh3 birgə nikahları dövründə əldə olunmuş, sözügedən mənzil 2007-ci ildə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, həm Cavabdeh3, həm də onun ailə üzvləri, yəni hazırkı iddiaçılar 1998-ci ildən həmin yaşayış evində qeydiyyatda olmuşlar. Cavabdeh3 ünvan 3 nömrəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə iddiaçıların razılığı olmadığı halda müvafiq notariusa müraciət edərək, iddiaçılar ümumiyyətlə Azərbaycan Respublikası sərhədlərindən kənara çıxmadığı halda, onların adından, lakin onlar tərəfindən imzalanmamış guya Ukrayna Respublikasında verilmiş müvafiq etibarnamə və razılıqları notariat kontoruna təqdim etməklə, fərdi yaşayış evini qanunsuz şəkildə özgəninkiləşdirməsi (əvvəlcə bağışlama, daha sonra alqı-satqı müqaviləsinin bağlanması) iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsinin tələbləri ilə tanınan və qorunan hüquqlarından məhrum edilməsinə yönəlmiş hərəkətləri kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-49 reyestr nömrəli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” mülki qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün etibarsız sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Lakin məhkəmə iddia tələblərinin digər yəni, Cavabdeh4 və Cavabdeh5 arasında Cavabdeh1 bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsinin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı hissəsi üzrə fərqli mövqeyə gəlir. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh4 və Cavabdeh5 arasında Cavabdeh1 bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsi 60000 manat müqabilində Cavabdeh5 satılmışdır. Müəyyən edilmişdir ki, sözügedən cavabdehlər arasında müqavilə bağlanan anadək rəsmi reyestr üzrə Cavabdeh4 məxsus olmuş mənzil yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən müvafiq “razılıq”lar iddiaçılar tərəfindən imzalanmamasına baxmayaraq, yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh4 məxsus olmaqla, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 mülkiyyətinə verildiyindən Cavabdeh5 əmlak üzrə hüquqları vicdanlı əldə edilmiş olduğundan onun hüquqları qanunla dövlət tərəfindən qorunur. Belə ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi qərarlarında vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsinin alqı-satqı müqaviləsi bağlanarkən əmlak hüquqları qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət reyestrindən verilmiş çıxarışla təsdiq edilmişdir. Odur ki, hazırda həmin əmlakı əldə etmiş Cavabdeh5 vicdanlı əldə edən statusuna malik olması nəzərə alınmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Rəsmi dövlət qeydiyyatına alınmış hüquqları əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli plenum qərarına əsasən dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsi, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuşdur. Qanunvericilikdən də göründüyü kimi daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. Qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. О halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərilir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Həmçinin əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cumlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyiin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri- müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Bu baxımdan məhkəmənin qənaətinə görə, iddiaçının hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü cavabdehlər Cavabdeh3 və Cavabdeh4 daşıyaraq, əmlakı əldə etmiş Cavabdeh5 hüquqları xələl görməməlidir. Azərbaycan Respublikası МРМ-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericiliklə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Ə.M.Həsənovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı). Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir. (X.İ.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı) Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına dair olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir.... Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Məhkəmə hesab edir ki, iddiaçıların hüquqları cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən pozulduğu üçün bu hüquqlarının bərpası ilə bağlı məhkəmə müdafiə hüququndan istifadə etməkdə haqlıdır. Lakin məhkəmə qeyd etməyi də zəruri sayır ki, Cavabdeh5 cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən müvafiq olaraq özgəninkiləşdirilmiş ünvan 1 ünvanında yerləşən yaşayış evini vicdanlı əldə edən olduğu üçün onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələbin təmin edilməsi yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından mümkünsüzdür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılara onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək kimi hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanrn şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 və Cavabdeh4 arasında Cavabdeh2 bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-49 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin tam hissədə bağışlanması müqaviləsi etibarsız sayılmalı, iddiaçılara ünvan 1 ünvanında yerləşən yaşayış evinin 48 kv.m hissəsinin özgəninkiləşdirilməsi nəticəsində vurulmuş ziyanı tələb etmək kimi hüquqlarının olması izah edilməli, iddia qalan hissələrdə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh3 və Cavabdeh4 arasında Cavabdeh2 bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-49 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən yaşayış evinin tam hissədə bağışlanması müqaviləsi etibarsız sayılsın. İddiaçılara ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsinin özgəninkiləşdirilməsi nəticəsində vurulmuş ziyanı tələb etmək kimi hüquqlarının olması izah edilsin. İddia qalan hissələrdə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ramin Quliyev