Məhkəmə qərarları › İş №2(005)-34/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-34/2022

13.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-34/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi –X11, Cavabdeh X2 vəkili və nümayəndəsi-Vəkil2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin; Qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və X3 qarşı “pul vəsaiti ödənilməklə mülkiyyət hüququna xitam verilməsi və alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli 164 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6138/2014 nömrəli icra sənədi üzrə tutma obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, Qaradağ küçəsində yerləşən 9 nömrəli evin 2 nömrəli mənzilinin satışı ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərraclar keçirilmiş, alıcı olmadığından mərkəz qeyd edilən əmlakı banka təklif etmiş və təklif qəbul edilmişdir. Bununla bağlı 18 yanvar 2018-ci il tarixdə mərkəz hərracın nəticələri haqqında yekun protokol və müvafiq qaydada “hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilə bağlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli 11 sentyabr 2018-ci il tarixli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qaradağ küçəsində yerləşən, 9 nömrəli evin, 2 nömrəli mənzili bankın xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Həmin mənzilin söküntü zonasına düşdüyünü nəzərə alaraq ödəniləcək təzminatın köhnə mülkiyyətçiyə deyil, yeni mülkiyyətçi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə və Cavabdeh1nə 22 noyabr 2018-ci il tarixli 07.05-4078 nömrəli məktub göndərilmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən banka iddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı 500 (beş yüz) manat məbləğində kirayə haqqının ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə 01 mart 2019-cu il tarixli, 2(005)-1185/2019 nömrəli məhkəmə bildirişi göndərilmişdir. Sözügedən iddia ərizəsi və ərizəyə verilmiş etirazla tanış olarkən, iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında 16 noyabr 2017-ci il tarixli, 164 nömrəli müqavilə bağlanmışdır. Sözügedən mənzil bankla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 dekabr 2010-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq həmin tarixli ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmişdir. Cavabdeh2 məlumatı olmasına baxmayaraq, müqavilə bağlandığı zaman sözügedən mənzilin özəlləşdirilmədiyini, həmin mənzilə çıxarışın alınmadığıni bildirməsi səbəbndən ondan əmlakın yüklü olmaması barədə arayış tələb edilməmişdir. Yuxarıda qeyd edilənlərdən mübahisəsiz qaydada aydın olur ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə dair 16 noyabr 2017-ci il tarixli 164 nömrəli müqavilə bağlandığı zaman cavabdehin həmin əmlakın bankın xeyrinə ipoteka ilə yüklü olunmasından məlumatı olmuşdur. Bundan başqa, Cavabdeh2 tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6138/2014 nömrəli qətnamənin icrasını ləngitmək məqsədilə əsassız iddialar və şikayətlər vermişdir. Bu səbəbdən də, qətnamənin icraya yönəldilməsi prosesi uzanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 16 noyabr 2017-ci il tarixli 164 nömrəli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 14.01.2022-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verlməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İnteks “MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 89250 (səksən doqquz min iki yüz əlli) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İddiaçı ASC-nin mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı ASC-nin Cavabdeh1 MMC və Cavabdeh2 qarşı Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 16.11.2017-ci il tarixli 164 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(005)-34/22 saylı mülki iş vardır. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı Apellvasiya Məhkəməsinin 2(103)-6138/2014 saylı icra sənədi üzrə tutma obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilin satışı ilə bağlı "xxxx" MMC tərəfindən hərraclar keçirilmiş, alıcı olmadığından "xxxx" MMC yuxarıda qeyd edilən əmlakı banka təklif etmiş, İddiaçı ASC təklifi qəbul etmiş, bununla bağlı “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 18.01.2018-ci il tarixli müqavilə bağlanmış və Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsus olması barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Çıxarış verilmişdir. Daha sonra iddia ərizəsində göstərilir ki, mübahisəli olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili söküntü zonasına düşdüyünü nəzərə alaraq ödəniləcək təzminatın köhnə mülkiyyətçiyə deyil, yeni mülkiyyətçi İddiaçı ASC-nin hesabına ödənilməsi barədə Cavabdeh1 MMC-yə 22.11.2019-cu il tarixli məktub göndərilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli Qərarının icrasını təmin etmək məqsədi ilə Nərimanov rayon İcra Hakimiyyəti başçısı 12.12.2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə Bakı şəhəri. Nərimanov r-nu, Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədi ilə 3,82 oa torpaq sahəsi Cavabdeh1 MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəmcamm icrası nəticəsində qəzalı və yaşamaq üçün yararsız vəziyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili 2017-ci ilin noyabr ayında sökülmüş və İddiaçı ASC-nin 22.11.2019-cu il tarixli məktubu Cavabdeh1 MMC-yə daxil olandan sonra Cavabdeh1 MMC Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət Cavabdeh2lə bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5669/21 saylı 21.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Ali Məhkəmənin 2(102)-119/2022 saylı 10.01.2022-ci il tarixli Qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda RX seriyalı ******* saylı 11.09.2018-ci il tarixli Çıxarışa əsasən İddiaçı ASC-nin mülkuyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili 2017-ci ilin noyabr ayında sökülmüş və hal-hazırda həmin mənzil mövcud deyildir. Belə olan halda, qanunvericiliyin tələbinə müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İddiaçı ASC tərəfindən mülkiyyət hüququ itirilmişdir. Mübahisəli mənzil "xxxx" MMC tərəfindən müəyyən olunmuş 89250 (səksən doqquz min iki yüz əlli) manat məbləğində satış qiymətinə İddiaçı ASC-yə verildiyindən, Hesab edirik ki, həmin məbləğ banka ödənilməklə, daşınmaz əmlak üzərində olan mülkiyyət hüquqlarına xitam verilımlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 14.03.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, X4 cavabdeh qismində qarşılıqlı iddia ərizəsinə əlavə etmiş və “İnteks “MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 89250 (səksən doqquz min iki yüz əlli) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İddiaçı ASC-nin mülkiyyət hüquqlarına xitam verilməsi, eyni zamanda "xxxx" Bank ASC ilə X6 arasında bağlanmış, 14.01.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 12.04.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, X4 cavabdeh qismində qarşılıqlı iddia ərizəsinə əlavə etmiş və “İnteks “MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 89250 (səksən doqquz min iki yüz əlli) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İddiaçı ASC-nin mülkiyyət hüquqlarının itirilməsi, eyni zamanda "xxxx" Bank ASC ilə X6 arasında bağlanmış, 14.01.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında 2(005)-34/22 saylı mülki iş var. Həmin mülki iş üzrə İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi üzrə tutma obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili "xxxx" MMC tərəfindən banka təklif olunmuş, İddiaçı ASC təklifi qəbul etmiş və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 18.01.2018ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsus olması barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Çıxarış verilmişdir. Daha sonra iddia ərizəsində göstərilmişdir ki, mübahisəli olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili söküntü zonasına düşdüyünü nəzərə alaraq ödəniləcək təzminatın köhnə mülkiyyətçiyə deyil, yeni mülkiyyətçi İddiaçı ASC-nin hesabına ödənilməsi barədə Cavabdeh1 MMC-yə 22.11.2019-cu il tarixli məktub göndərilmişdir. Həmin iddia ərizəsinə qarşılıqlı iddia ərizəsi verərək göstərmişik ki, Bakı şəhər Nərimanov rayon icra Hakimiyyəti başçısının 12.12.2016-cı il tarixli 430 nömrəli sərəmcamın icrası nəticəsində qəzalı və yaşamaq üçün yararsız vəziyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili sökülmüş, İddiaçı ASC-nin 22.11.2019-cu il tarixli məktubu Cavabdeh1 MMC-yə daxil olandan sonra Nərimanov rayon Məhkəməsində iddia qaldıraraq keçmiş mülkiyyətçi ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişlər. Daha sonra, İddiaçı ASC-nin adına verilmiş RX seriyalı ******* saylı 11.09.2018-ci il tarixli Çıxarışa əsasən bankın mülkuyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili mövcud olmadığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203- cü maddəsinə istinad edərək, qarşılıqlı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək “İnteks “MMC tərəfindən "xxxx" ASC- nin xeyrinə 89250 (səksən doqquz min iki yüz əlli) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İddiaçı ASC-nin mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. Lakin, məhkəmənin iclası zamanı məlum olmuşdur ki, "xxxx" Bank ASC Qanunvericiliyin tələblərini kobud surətdə pozaraq 14.01.2022-ci il tarixdə mövcud olmayan, sökülmüş mənzilə dair X6 ilə alqı- satqı müqaviləsi bağlamışdır. Bildirmək istəyir ki, həmin müqavilə bağlandığı andan etibarsızdır və heç bir hüquqi nəticəsi yoxdur. Belə ki, Azəbaycan Respublikası Mülki Məcəlləsinin 203-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mülki işdə olan sənədlərdən aydın görünür ki, mübahisəli mənzil tamamilə məhv olmuş (sökülmüş) və belə olan halda, qanunvericiliyin tələbinə müvafiq olaraq İddiaçı ASCnin mübahisəli mənzilə mülkiyyət hüququ itirilmişdir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 646.1 -ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə görə, əgər bu Məcəllənin bu paraqrafının aşağıdaki müddəalarında ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. İddiaçı ASC ilə X6 arasında bağlanmış 14.01.2021 -ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli müqavilənin 11- ci bəndinə əsasən satıcı mübahəsili mənzili 14.01.2022-ci il tarixinədək alıcının faktiki sahibliyinə verilməsini öz öhdəsinə götürmüşdür. Açıq-aydın görünür ki, satıcı tərəfindən mövcud olmayan, sökülmüş mənzilin alıcının faktiki sahibliyinə verilməsi qeyri-mümkündür. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd bərəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. "xxxx" Bank ASC ilə X6 arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericlklə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlandığından, yəni satıcı tərəfindən mövcud olmayan, sökülmüş mənzil alıcıya satıldığından, "xxxx" Bank ASC ilə X6 arasında bağlanmış, 14.01.2022- ci il tarixli, AN-İ ******* nömrəli əqd etibarsızdır və hər hansı hüquqi nəticə doğurmur. Belə olan halda, qanunvericiliyin tələbinə müvafiq olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 9 ünvanında yerləşən 2 nömrəli mənzil mövcud olmadığından, İddiaçı ASC-nin həmin mənzilə mülkiyyət hüququ itirilmişdir və mübahisəli mənzil "xxxx" MMC tərəfindən müəyyən olunmuş 89250 (səksən doqquz min iki yüz əlli) manat məbləğində satış qiymətinə İddiaçı ASC-yə verildiyindən, hesab edirik ki, həmin məbləğ banka ödənilməklə, daşınmaz əmlak üzərində olan mülkiyyət hüquqlarına xitam verilməli, eyni zamanda, mövcud olmayan mənzilə İddiaçı ASC-nin mülkiyyət hüququ itirildiyindən, həmin mənzilə dair bağlanmış 14.01.2022-ci il tarixli alğı-satqı müqaviləsi və onun əsasında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2022 saylı, 13.04.2022-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilk iddiadan imtinası qəbul edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia üzrə icraata xitam verilmişdir. İddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında qarşıqlılı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X16 məhkəmə iclasında qarşılılı iddia tələbini əsassız hesab etdi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsini qəbul etmədi və iddiaya etiraz təqdim edərək bildirdi ki, mülki iş materiallarından göründüyü kimi sözügedən ünvan 1 ünvanı "xxxx" MMC banka təklif etmiş, İddiaçı ASC təklifi qəbul etmiş və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 18.01.2018-ci il tarixli müqaviləyə əsasən tam qanuni əsaslarla mülkiyyət hüququ qazanmış və daha sonra İddiaçı ASC öz mülkiyyətindən olan əmlakını yenədə qanuni əsaslarla “alqı-satqı müqaviləsi”nə əsasən ona satmışdır. Oda öz növbəsində mənzilin dəyərini tam ödəyərək mənzili almışdır. Lakin, Cavabdeh1 MMC İddiaçı ASC ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsini məhkəmədən tələb etsədə müqavilənin etibarsızlığının hüquqi əsasını əsaslandıra bilməmişdir. Belə ki, "xxxx" ASC ilə mənim aramda bağlanmış “alqı-satqı müqaviləsi” nin Cavabdeh1 MMC-nin hansı maraqlarına toxunduğu və aralarında bağlanmış müqavilənin etibarsız hesab ediləcəyi təqdirdə hansı pozulmuş hüquqlarının bərpa olunacağını əsaslandıra bilməyib. Cavabdeh1 MMC Bankla mənim arasında bağlanmış etibarsızlığını tələb etdiyi 14.01.2022-ci il tarixli, AN-İ ******* nömrəli “alqı-satqı” müqavilənin tərəfi deyil və Mülki Məcəllənin tələbinə əsasən onun belə bir iddia qaldırması üçün subyektiv hüququ yoxdur. Mülki iş materiallarından və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi İddiaçı hətta ərizəsinə iddia tələbini təsdiq edəcək sübut əlavə edə bilməmişdir. Eyni zamanda Cavabdeh1 MMC hazırkı qarşılıqlı iddia tələbini qaldırmaqla məqsədi özünün pozulmuş hüquqlarını bərpa etmək deyil, onun mülkiyyət hüquqlarıma müdaxilə etməyə çalışmaqdan ibarətdir. Halbuki, onunla Cavabdeh1 MMC arasında heç bir hüquq münasibəti olmamışdır və Cavabdeh1 MMC-nin istər İddiaçı ASC-dən, istərsə də ondan hazırkı iddia ilə tələb etməsi heç bir hüquqi əsasa söykənmir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, mülkiyyət hüququ şəxsin konstitusion və toxunulmaz, eləcə də dövlət tərəfindən qorunan hüququdur. Lakin.’"lnteks'’ MMC bütün bunlara baxmayaraq əsassız iddialarla mənim mülkiyyət hüququmu pozmağa çalışmaqla digər tərəf "xxxx" ASC-ni də mülkiyyət üzərində sərəncam vermək hüququnu məhdudlaşdıraraq mülkiyyətçinin deyil Cavabdeh1 MMC-nin istədiyi qiymətə və istədiyi adama satmağa məcbur etmək üçün hazırkı iddianı qaldırıb. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 08.11.2019-cu il tarixli, 243№-li məktubdan görünür ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında 16 noyabr 2017-ci il tarixində 164 №-li Müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaqdır) bağlanmışdır. Müqavilə bağlandığı zaman Cavabdeh2 mənzil özəlləşdirilmədiyini, yəni onun mülkiyyət hüququ dövlət tərəfindən tanınmadığını və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxırışm onun tərəfindən əldə olunmadığını bildirmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının 26.11.2008-ci il tarixli 569 №-li Sərəncamı əsasında bu mənzil ona nəxsus olduğunu bildirmişdir. Bu səbəbdən Müqavilənin 2.12-ci bəndi ilə nəzərdə tutulmuş yüklü olmaması barədə arayış (forma 1) ondan tələb edilməmişdir. Lakin sonradan məlum olmuşdur ki. Cavabdeh2 bu mənzilin mülkiyyətçisi kimi tanınmış və mənzil Müqavilə bağlandığı tarixdə yüklü olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının birinci müavinin 20 dekabr 2018-ci il tarixli 1/1452 №-li məktubuna qoşma kimi əlavə edilmiş "xxxx" ASC- nin İdarə Heyətinin sədri Orxan Hüseynovam məktubundan və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından məlum olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi 11.09.2018-ci il tarixdən etibarən "xxxx" ASC-dır. "xxxx" ASC-nin İdarə Heyətinin sədrinin məktubu Cavabdeh1 MMC-nə daxil olduqda Cavabdeh2 ilə danışıqlar aparılmış və ona banka müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdeh2 ilə 'İnteks” MMC arasında 16 noyabr 2017-ci il tarixində 164 №- li Müqavilənin və Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının 26.11.2008-ci il tarixli 569 №-li Sərəncamının surətini bu məktuba qoşma kimi əlavə edilir. “Tikinti şirkəti” Cavabdeh1 ilə “əmlak istifadəçisi” Cavabdeh2 arasında bağlanmış 16.11.2017ci il tarixli, 164 №-li müqavilədən görünür ki, 1.1.“Tərəflər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3. maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərilərinə öhdəliklər götürürlər: 1.1.1.“Əmlak istifadəçisi“ bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının 26.11.2008-ci il tarixli 569№-li Sərəncamı əsasında bağlanan kirayə müqaviləsi ilə onun istifadəsində olan olan ünvan 2 ünvanında yerləşən 90 kv.m ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh1 MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti“ tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərədə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. 1.1.2. “Tikinti şirkəti“ “İnteks" MMC ünvan 3 ünvanında yerləşən “Əmlak istifadəçisi”-nin istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın küncündə pəncərələri Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində və binanın 7.8.9 və ya 10-cu mərtəbələrində 25kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili “Əmlak istifadəçisr'-nin istifadəsinə verməyi öhdəsinə götürür. 1.2. “Tikinti şirkəti" inşa edəcəyi çoxmənzilli, hündtirmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak istifadəçisi’-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak istifadəçisi“-nə kompensasiya şəklində aylıq 500 (beş yüz.) manat məbləğində kirayə haqqını, yaşayış sahəsini “Əmlak istifadəçisi“-ndən bu Müqavilənin 2.1.2-ci bəndinə müvafiq şəkildə təhvil götürdüyü tarixdən sonra ilk ödəniş gününə istinad edilməklə hər ay üzrə əvvəlcədən, ayda 1 (bir) dəfə ödəyir. “Əmlak isıifadəçisi“-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 07.11.2014-cü il tarixli, 2(103)-6138/2014 saylı icra vərəqəsindən görünür ki, Vaxtı keçmiş əsas kredit borcunun məbləğini təşkil edən 375.000 (üç yüz yetmiş beş min) ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış vaxtı keçmiş faiz borcunun məbləğini təşkil edən 109.290 (bir yüz doqquz min iki yüz doxsan) ABŞ dolları 77 (yetmiş yeddi) sent, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbə) məbləğini təşkil edən 37.500 (otuz yeddi min beş yüz) ABŞ dolları məbləğində pul ödəniş gününə müəyyən olunacaq məzənnəyə uyğun olaraq manatla, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat və bildirişlərin AR ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 146 (bir yüz qırx altı) manat məbləğində pul cavabdehlər "xxxx" MMC və X5 tutularaq iddiaçı "Azər-Türk Bank” ASC-yə ödənilsin. Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0,04594 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 2 nömrəli mənzilinə, X9 məxsus Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, X9 məxsus Quba şəhəri, "Qəçrəş yolu” yaşayış massivində 0,14 ha torpaq sahəsinə, X10 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 4-cü mərtəbəsində olan qeyri-yaşayış sahəsi (82 saylı ofis) açıq hərracdan satılsın, satışdan əldə olunacaq vəsaitdən vaxtı keçmiş əsas borca görə 375.000 ABŞ dolları, vaxtı keçmiş faiz borcuna görə 109.290,77 ABŞ dolları və ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cəriməyə (dəbbə) görə 37.500 ABŞ dolları məbləğində pul ödəniş gününə müəyyən olunacaq məzənnəyə uyğun olarac manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat cavabdehlər "xxxx" MMC və X5 İddiaçı ASC-nin xeyrinə tutulması, Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivində 0,14 ha torpaq sahəsi və Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 4-cü mərtəbəsində olan qeyri-yaşayış sahəsi (82 saylı ofis) boşaldılması, İpoteka predmeti olan yaşayış sahələrinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh2, X6, X12, Natəvan Fərhad qızı müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan-0,04594 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 2 nömrəli mənzilini və Quba şəhəri, Qəçrəş yolu yaşayış massivində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini könüllü tərk etməzlərsə, həmin yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları, İpoteka predmetləri olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0,04594 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 2 nömrəli mənzilinin ilkin satış qiyməti 140.000 (bir yüz qırx min) manat, Quba şəhəri, "Qəçrəş yolu” yaşayış massivində 0,12 ha.torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 230.000 (iki yüz-otuz min) manat- Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivində 0,14 ha torpaq sahəsinin ilkin satış qiyməti 70.000 (yetmiş min) manat, Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 4-cü mərtəbəsində olan qeyri-yaşayış sahəsinin (82 saylı ofisin) ilkin satış qiyməti 343.800 (üç yüz qırx üç min səkkiz yüz) manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 9 nömrəli evin 2 nömrəli mənzili 18 ay müddətinə İddiaçı Açıq Səhmdar Cəmiyyətində yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 9 nömrəli evin 2 nömrəli mənzili 11.09.2018-ci il tarixdə, mülkiyyət hüququ üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına qeydiyyata alınmışdır; Bakı şəhəri Nərimanov Rayon İvra Hakimiyyətinin Başçısının 12.12.2016-cı il tarixli, 430 nömrəli sərəncamından görünür ki, Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yəni hündürmərtəbə «çoxmənzilli yaşayış binalarının tikintisinin apanimast məqsədilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi Cavabdeh1 MMC-nin daimi istifadəsinə verilsin. Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalannın tikintisinə başlanılması məqsədi ilə Cavabdeh1 MMC-yə aşağıdakılar həvalə edilsin: 2.1 «İnteks” MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2 Aynlmış torpaq sahəsinə Cavabdeh1 MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada İstifadə hüququ eldə edilsin; 2.3 Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılsın; 2.4 Tikinti İşlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması Cavabdeh1 MMC-yə tapşırılsın; 2.5 Ərazidə layihə-axtarış İşləri apanlarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan İşlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla Cavabdeh1 MMC-nln vəsaiti hesabına həyata keçirilsin; 2.6 Rayonun Təbriz» F.Məmmədov, Qarabağ və Nemet Quliyev küçələrinin kesişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsünlər

3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz. F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binaları sökülsün.

4. Sərəncamın İ və İİ bəndlərinin tələbləri Cavabdeh1 MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azerbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun daraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə İcazə barədə sərəncamın verilməsi və tikinti İşlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RlH-ə müraciət edilsin.

5. Bu sərəncam İlkin olaraq yalnız layihələndirmə üçün əsasdır.

6. Ayrılmış torpaq sahəsinin zəbt olunmasının həmin ərazidə yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətin nəzarətdə saxlanılması RİH başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılsın. 7.Sərəncamın aidiyyəti Ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06.04.2016-cı il tarixli, 2(102)-1252/2016 saylı qərarı ilə iddiaçı Cavabdeh1 MMC-nin və üçüncü şəxs “X20” ASC-nin kasasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2020ci il tarixli, 2(103)-5381/2020 saylı qətnaməsi ləğv edilməsi, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 21.06.2015-ci il tarixli, 2(103)-5669/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 MMC və üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-684/2020 saylı işi üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh1 MMC-nin Cavabdeh2 ("xxxx" ASC 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 ilə "İnteks” MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 N-li Müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. "xxxx" MMC-nin 18.01.2018-ci il tarixli, Y-61 saylı protokolundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzil 89250 manata açıqdan "xxxx" ASC tərəfindən əldə edilmişdir. Bakı nikah evi tərəfindən 14.02.2004-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X7 arasında 14.02.2004-cü il tarixdə nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 384 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. "xxxx" ASC -satıcı ilə X6-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, 14.01.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı mülkiyyətində olan ünvan 1-ni satıcıya 130.000 (bir yüz otuz min) manat qiymətə satmağı, alıcı isə müvafiq əmlakı həmin qiymətə satmağı öz üzərinə götürmüşdür; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli Qərarının icrasını təmin etmək məqsədi ilə Nərimanov rayon İcra Hakimiyyəti başçısı 12.12.2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə Bakı şəhəri. Nərimanov r-nu, Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədi ilə 3,82 oa torpaq sahəsi Cavabdeh1 MMC-nin daimi istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə yerləşən ünvan 1 18.01.2018-ci il tarixdə açıq hərraca çıxarılmış və "xxxx" ASC tərəfindən hərracdan əldə edilmişdir. Daha sonra qeyd edilən 2018-ci il tarixdə Nərimanov rayon İcra Hakimiyyəti başçısı 12.12.2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası üçün "İnteks” MMC ərazidə çoxmərtəbəli yeni yaşayış binalarının tikintisinə başlamaq məqsədilə söküntü işləri aparmış və qeyd edilən mənzil də sökülmüşdür. Məhkəmə araşdırması zamanı təqdim edilmiş alqı-satqı müqaviləsindən görünür ki, qeyd edilən ünvanda söküntü işləri aparıldıqdan sonra (mövcud olmayan əmlak) X6 ilə "xxxx" ASC arasında 14.01.2022-ci il tarixdə sökülmüş mənzilə dair müqavilə bağlanmış və mənzil X3 130.000 manata satılmışdır. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı "İnteks” MMC məhkəməyə müraciət edərək, onun tərəfindən İddiaçı ASC-nin xeyrinə 89.250 (səksən doqquz min iki yüz əlli) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İddiaçı ASC-nin mülkiyyət hüquqlarının itirilməsi, eyni zamanda "xxxx" Bank ASC ilə X6 arasında bağlanmış, 14.01.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X8 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli Qərarının icrasını təmin etmək məqsədi ilə Nərinanov rayon İcra Hakimiyyəti başçısı 12.12.2016-cı il tarixli 430 nömrəli sərəncamının icrası ilə əlaqədar "İnteks” MMC ərazidə çoxmərtəbəli yeni yaşayış binalarının tikintisinə başlamaq məqsədilə söküntü işləri aparmış və köhnə binanın yerində yeni hündürmərtəbəli bina inşa edilmiş və sakinlərin istifadəsinə və mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş alqı-satqı müqaviləsindən görünür ki, qeyd edilən ünvanda söküntü işləri aparıldıqdan sonra X6 ilə "xxxx" ASC arasında 14.01.2022-ci il tarixdə mövcud olmayan sökülmüş mənzilə dair müqavilə bağlanmış və əmlak X3 130.000 manata satılmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC tərəf olmasa belə, bağlanmış müqailə birbaşa onların maraqlarına toxunur. Belə sökülmüş əmlakın yerləşdiri ərazi tikinti üçün onlara ayrılmış və həmin ərazidə yeni bina inşa etmişlər. Belə olan halda sökülmüş əmlakın dəyəri mülkiyyətçiyə ödənilməlidir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur; Azərbaycan Respublikası Prosessual Məcəlləsinin: 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilə dair 14.01.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlansa da, həmin vaxt mənzil mövcud olmamış, sözsüz ki, mənzili alıcı X3 təhvil verilməsi mümkün olmamışdır. Müqavilə tərəfi X6 isə mənzilin əvvəlki mülkiyyətçisinin həyat yoldaşıdır. O alqı-satqı müqaviləsi bağlanan zaman mənzilin mövcud olmamasından xəbərdar olmuşdur. Lakin hazırda Aidə Babayeva mənzilə dair mülkiyyət hüququ, çıxarış əldə edə bilməmişdir. Məhkəmə hesab edir ki, bu halda mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair müddəaları pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, sökülmüş mənzilin dəyəri hissədə qarşılıqlı iddia qismən təmin edilərək qeyd edilən MMC tərəfindən mənzilin dəyəri onun hazırkı hüquq subyekti, yəni mülkiyyətçisi olan "xxxx" ASC-yə ödənilməli, onların Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə mülkiyyət hüquqları itirilməli, "xxxx" Bank ASC ilə X6 arasında bağlanmış, 14.01.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, tərəflər əvvəlki vəziyyətinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Qarşılıqlı iddia qismən təmin edilsin. "İnteks” MMC tərəfindən İddiaçı ASC-nin xeyrinə 130.000 (bir yüz otuz min) manat məbləğində pul vəsaiti ödənilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinə İddiaçı ASC-nin mülkiyyət hüquqları itirilsin. "xxxx" Bank ASC ilə X6 arasında bağlanmış, 14.01.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Tərəflər əvvəlki vəziyyətinə qaytarılsın. Qalan hissədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar