Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3435/2022 03.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, Cavabdeh2 qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmənin ləğv edilməsini və yeni qiymətləndiricinin təyin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli. 2(042)51/2051 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 qarşı “tikiliyə sərf olunmuş materialın dəyərinin ödənilməsi" tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, Gəncə şəhəri, Məhsəti qəsəbəsində Cavabdeh2 məxsus 0.45 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunmuş materialların dəyəri olaraq 30764 (otuz min yeddi altmış dörd) manat məbləğində pul vəsaiti Cavabdeh2 alınıb iddiaçılar İddiaçı qızma və X1 verilməsi qət edilmişdir. Gədəbəy rayon məhkəməsinin 8(042)-97/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Nərimanov rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Aerodrom küçəsi, Dərnəgül qəsəbəsi, 507, 2091-ci məhəllədə yerləşən 0,06 ha torpaq sahəsinin qiymətlənləndirilməsi "EL-EX” MMC-yə həvalə edilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin e159146/2019 saylı məktubu ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi qiymətləndirilməsi üçün “Külək"xxxx"Külək'’ MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0.045 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi 65000 manat miqdarında qiymətləndirilmişdir. İddiaçının iddia ərizəsində cavabdehlərdən tələb etdiyi qeyd olunan rəyinin etibarsız hesab edilməsi barədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadı ilə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. Bu baxımdan İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMCyə, Cavabdeh2 qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, Cavabdeh2 qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3435/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3435/2022
03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver