Məhkəmə qərarları › İş №2(005)-3442/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3442/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3442/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X22” MMC-yə, Lənkaran rayon icra və probasiya şöbəsinə, Cavabdeh3 QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X22” MMC-yə, Lənkaran rayon icra və probasiya şöbəsinə, Cavabdeh3 QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasına dair “Daşınar Daşınmaz Əmlakların X23 Mərkəzi” MMC tərəfindən 02.06.2021-ci tarixli 47/06 №-li protokol əsasında keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməsini, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinə dair “Daşmar Daşınmaz Əmlakların Satışı X22” MMC tərəfindən 02.06.2021-cü tarixli 47/05 №-li protokol əsasında keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməsini, Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının (mağaza) 25500 manata satılması barədə “Daşınar və Daşınmaz Əmlakların Satışı X22" MMC ilə “Access Bank» QSC arasında 02.06.2021-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı barədə müqaviləsi etibarsız hesab edilməsini, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin 28687.50 manata satılması barədə “Daşmar Daşınmaz Əmlakların Satışı X22” MMC ilə "xxxx" QSC arasında 02.06.2021-ci il tarixli hərracın yekunları üzrə alqısatqı barədə müqaviləsi etibarsız hesab edilməsini, Lənkəran şəhəri, iskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasına (mağaza) dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan 07.06.2021-ci il tarixli Hüquqların dövlət Qeydiyyatı Haqqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsini, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan 07.06.2021 -ci il tarixli Hüquqların dövlət Qeydiyyatı Haqqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsini, Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasına (mağaza) dair iddiaçı ilə “Access Bank» QSC arasında bağlanmış 26.09.2012-ci il tarixli 08M000000911 saylı ipoteka müqaviləsinə xitam verilməsini və Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binası (mağaza) yüklülükdən azad edilməsini, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinə dair iddiaçı ilə "xxxx" QSC arasında bağlanmış 01.10.2012-ci il tarixli 08M0000009İ5 sayli ipoteka müqaviləsinə xitam verilməsini və ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evi yüklülükdən azad edilməsini, Cavabdeh2 tərəfindən verilmiş 30.04.2021-ci il tarixli 4828-2021 saylı sifariş məktubunun etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon məhkəməsinin 2(049)-59/2018 saylı, 08.10.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X1 və X3 iddiaçı "xxxx" QSC-nin xeyrinə cəmi 243404.34 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 40.000 manat müəyyən edilməklə İddiaçı məxsus Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasına, ilkin satış qiyməti 25.000 manat müəyyən edilməklə X6 məxsus Lənkəran şəhəri, H.Əliyev prospektində yerləşən (keçmiş T.İsmayılov) 17/11 saylı binanın, 2 saylı mənzilinə və ilkin satış qiyməti 45.000 manat müəyyən edilməklə İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsi ilə satılması qət edilmişdir. Cavabdeh2 sifariş məktubuna əsasən “Daşınar Daşınmaz Əmlakların Satışı X22” MMC tərəfindən İddiaçı məxsus Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının (mağaza), ilkin satış qiyməti 25.000 manat müəyyən edilməklə X6 məxsus Lənkəran şəhəri. H.Əliyev prospektində yerləşən (keçmiş T.İsmayılov) 17/11 saylı binanın, 2 saylı mənzilinin və ilkin satış qiyməti 45.000 manat müəyyən edilməklə İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə bağlı 16.11.2020-ci il tarixdə İ hərrac keçirilmişdir. Lənkəran Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 8(049)-140/2020 saylı qərardadı ilə Lənkəran Rayon məhkəməsinin 2(049)- 59/2018 saylı, 08.10.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Bununla bağlı Hərrac Mərkəzinə 03.12.2020-ci il tarixdə rəsmi məlumat verilmişdir. Lakin icra sənədi üzrə mübahisə olduğu halda “Daşınar Daşınmaz Əmlakların Satışı X22” MMC-yə bununla bağlı 03.12.2021-ci il tarixdə rəsmi məlumat daxil olmasına baxmayaraq qanunsuz olaraq 04.12.2020-ci il tarixdə 2-ci hərrac keçirilmişdir. Bundan başqa ipoteka saxlayan ipoteka predmetini qanunla müəyyən edilmiş 30 gün müddətində əldə etməmişdir. Bundan başqa Cavabdeh2 tərəfindən qəbul edilmiş 29.04.2021-ci il tarixli qərara əsasən Lənkəran Rayon məhkəməsinin 2(049)-59/2018 saylı, 08.10.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Həmin Qərar 04.05.2021-ci il tarixdə rəsmi poçt vasitəsi ilə ona çatmışdır. Qərarda 10 gün şikayət müddəti nəzərdə tutulmuşdur. Lakin Lənkəran Rayon məhkəməsinin 2(049)-59/2018 saylı, 08.10.2018-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmasına baxmayaraq qanunsuz olaraq Cavabdeh2 tərəfindən 30.04.2021-ci il tarixli sifariş məktubuna əsasən ilkin satış qiyməti 40.000 manat müəyyən edilməklə İddiaçı məxsus Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının(mağaza) və ilkin satış qiyməti 45.000 manat müəyyən edilməklə İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması ilə bağlı Hərrac mərkəzinə sifariş məktubu verilmişdir. Belə ki, Lənkəran Rayon məhkəməsinin 2(049)-59/2018 saylı, 08.10.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılması barədə Cavabdeh2 tərəfindən qəbul edilmiş 29.04.2021-ci il tarixli qərar qüvvədədir. Lakin bütün bu qanunsuzluqlar davam etmiş Hərrac Mərkəzi tərəfindən 18.05.2021-ci il tarixli məktuba əsasən İddiaçı məxsus Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının (mağaza) 25500 manata, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evi 28687.50 manata tələbkara təklif edilmişdir. Bundan sonra İddiaçı məxsus Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının (mağaza) 25500 manata, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin 28687.50 manata satılması barədə “Daşmar Daşınmaz Əmlakların Satışı X22” MMC ilə "xxxx" QSC arasında 02.06.2021-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı barədə müqavilələri bağlanmış və İpoteka saxlayan “Access Bank» QSC tərəfindən İddiaçı məxsus Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının (mağaza) 25500 manat X14 02.06.2021-ci il tarixli 47/06 №-li, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin 28687.50 manata əldə edilməsi barədə 02.06.2021-ci il tarixli 47/05 №-li X14 Protokol imzalanmışdır. 07.06.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət Qeydiyyatı Haqqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən müəyyən edilmiş edilmişdir. ki, “Daşınar Daşınmaz Əmlakların Satışı X22” MMC tərəfindən 02.06.2021-ci tarixli 47/06 №-lii protokol əsasında keçirilmiş qanunsuz, X14 protokola əsasən Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binası “Access Bank» QSC-nin adına xüsusi mülkiyyət hüquq üzrə qeydə alınmışdır. 07.06.2021ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət Qeydiyyatı Haqqqında daşınmaz Əmlakın Dövlət reyestrincən Çıxarışa əsasən müəyyən edilmiş edilmişdir ki, “Daşınar Daşınmaz Əmlakların Satışı X22” MMC tərəfindən 02.06.2021-ci tarixli 47/05 №-li i protokol əsasında keçirilmiş qanunsuz X14 protokola əsasən ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evi“Access Bank» QSC-nin adına xüsusi mülkiyyət hüquq üzrə qeydə alınmışdır. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 QSC-nin nümayəndəsi X10 iddia tələbinin əsssız olduğunu bildirərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X22” MMC-yə, Lənkaran rayon icra və probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(049)-59/2018 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X1 və X3 müştərək qaydada 08R000019784 saylı kredit razılaşması üzrə 164801.78 ABŞ dolları məbləğində kredit borcu, 67238.74 ABŞ dolları məbləğində faiz borcu və 6000 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 238040.52 ABŞ dolları məbləğində borc, 008K**********1 kredit razılaşması üzrə 4993.78 ABŞ dolları məbləğində kredit borcu, 170.04 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə 5363.82 ABŞ dolları məbləğində borc, ümumilikdə 243404.34 ABŞ dolları kredit30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmelinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasıüçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət «Acces Bank”Q S C - n i n xeyrinə ödənilməsi, cavabdehlər Hikmət Rufulla oğlundan, X1 və X20 oğlundan müştərək qaydada tutulacaq 243404.34 ABŞ dolları məbləğində kredit borcu Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş ABŞ dolları məzənnəsi ilə hesablanmış, Cavabdehlər X8, X1 və X3 müştərək qaydada Cavabdeh3 QSC-nin xeyrinə tutulmalı olan cəmi 243404.34 ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqı üzrə tutma Cavabdeh3 QSC-nin qarşısında ipoteka ilə yüklü edilməsi, İddiaçı məxsus Lənkəran şəhəri, lskəndər Səmədzadə küçəsində yerləşən qeyri yaşayış binasına (mağaza), X7 məxsus Lənkəran şəhəri, H.Əliyev prospekti (keçmiş T.İsmayılov), bina 17/11, 2 saylı mənzilə və İddiaçı məxsus Lənkəran şəhəri, Səttərxan küçəsi, döngə 4-də yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinə yönəldiləsi, ipoteka predmeli olan Lənkəran şəhəri, lskəndər Səmədzadə küçəsində yerləşən qeyri yaşayış binasının (mağaza) hərracda ilkin satış qiyməti 40000 manat məbləğində müəyyən edilmiş,ipoteka predmeti olan Lənkəran şəhəri, H.Əliyev prospekti (keçmiş T.lsmayılov), bina 17/11,2 saylı mənzilin hərracda ilkin satış qiyməti 25000 manat məbləğində müəyyən edilmiş, ipoteka predmeti olan Lənkəran şəhəri, Səttərxan küçəsi, döngə 4-də yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilmiş,ipoteka predmeti olan Lənkəran şəhəri, lskəndər Səmədzadə küçəsində yerləşən qeyri yaşayış binası (mağaza) açıq hərracda satılmış,ipoteka predmeti olan Lənkəran şəhəri, H.Əliyev prospekti (keçmiş T.lsmayılov), bina 17/11,2 saylı mənzil açıq hərracda satılmış, ipoteka predmeti olan Lənkəran şəhəri, Səttərxan küçəsi, döngə 4-də yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evi açıq hərracda satılmış,ipoteka predmeti olan Lənkəran şəhəri, lskəndər Səmədzadə küçəsində yerləşən qeyri yaşayış binasına (mağaza) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binası boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilmiş, İpoteka predmeti olan Lənkəran şəhəri, H.Əliyev prospekti (keçmiş T.lsmayılov), bina 17/11, 2 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər X4 və X12 həmin mənzilə istifadə hüquqları itirilsin, onlar həmin mənzildən çıxarılması, həmin mənzil boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi İpoteka predmeti olan Lənkəran şəhəri, Səttərxan küçəsi, döngə 4-də yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər İddiaçı, X4 və X5 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməsi, onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılsınlar, torpaq sahəsi və fərdi yaşayış evi boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iş üzrə ekspertiza xərci təşkil edən 50 manat məbləğində pul iddiaçıya aid edilməklə iddiaçı Cavabdeh3 QSC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh2 30 aprel 2021-ci il tarixli № 4828-2021/2016 saylı sifariş məktubundan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı məxsus Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının (mağaza) və Lənkəran şəhəri, Səttərxan küçəsi, döngə 4-də yerləşən 0.0915. ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin hissəsində təklif mərhələsində olan hərracın davam etdirilməsindən ötrü Sifariş Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların satışı üzrə hərrac mərkəzinin rəhbərliyinə göndərilmişdir. İş materiallarında olan açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, İddiaçı, X11, X6, X9, X13 Lənkəran ş, İ.Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsi, Lənkəran şəhəri, H.Əliyev prospekti, bina17/11-də yerləşən 2 saylı mənzil, Lənkəran şəhəri, Səttərxan küçəsi, döngə 4-də yerləşən 4 saylı fərdi yaşayış evinin hərracda satılması ilə bağlı məlumat verilmişdir. İş materiallarında olan 18 may 2021-ci il tarixli İddiaçı, X11, X6, X9, X13 göndərilmiş təklifdən görünür ki, Cavabdeh2 4828-2020/16 saylı,19.10.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Lənkəran ş, İ.Səmədzadə küçəsində yerləşən qeyriyaşayış sahəsi, Lənkəran şəhəri, H.Əliyev prospekti, bina17/11-də yerləşən 2 saylı mənzil, Lənkəran şəhəri, Səttərxan küçəsi, döngə 4-də yerləşən 4 saylı fərdi yaşayış evinin təkrar hərracının baş tutçaçası barədə “Birja yenilikləri” qəzetinin 18.05.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faizaz olmayan qiymətlə yəni 25 500 manat və 2867,50 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan X14 47/05 saylı protokoldan görünür ki, İddiaçı məxsus Lənkəran şəhəri, Səttərxan küçəsi, döngə 4də yerləşən 0,915 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 4 saylı fərdi yaşayış evi ipoteka predmctinln (fərdi yaşayış evi) “ipoteka Haqqında”Azərbaycan Respublikası Qanunun 43.7 ci maddəsinə müvafiq olan qiyməti tam dəyəri 28 637,50 (iyirmi səkkiz min altı yüz səksən yeddi man, 50qəpik) manat Lənkəran rayon Məhkəməsinin 2(049)-59/2018 saylı, 07.12.2018-ci il tarixli icra vərəqəsinin, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin 4828-2020/6 saylı, 19.10.2020-ci il tarixli sifəriş məktubunun və “Access Bank" QSC -nin müvafiq məktubunun icrasına osason «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 41.42.və 43 cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. İcra vərəqəsində edilmiş icra hərəkətlərinin dəyişdirilməsi haqqında heç bir rəsmi məlumat daxil olmamışdır. İpoteka predmetinin ilkin hərrac qiyməti(fərdi yaşayış evi) (rəqəm vo sözlə):45 000,00 (qırx beş min man 00 qəpik) manat İpoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti (fərdi yaşayış evi) (rəqəm və sözlə):38250,00(otuz səkkiz min iki yüz əlli man OOqəpik) manat, ipoteka predmetinin (fərdi yaşayış evi) "İpoteka Haqqında" Azərbaycan Republikası Qanunun 43.7 ci maddəsinə əsasən 25% aşağ: olan qiyməti(rəqəm və sözlə); 28 687,50 (iyirmi səkkiz min altı yüz səksən yeddi man. əlli qəpik) manat qiymətlə tələbkar əldə edərək cavabdehlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. İş materiallarında olan X14 47/06 saylı protokoldan görünür ki, İddiaçı Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasının (mağaza) "İpoteka Haqqında" Azərbaycan Republikası Qanunun 43.7 ci maddəsinə əsasən müvafiq olan qiyməti 25500 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan hərracın yekunları üzrə 02 iyun 2021-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin 28687.50 manata satılması barədə “Daşmar Daşınmaz Əmlakların Satışı X22” MMC ilə “Access Bank» QSC arasında müqavilə bağlanmışdır. İş materiallarında olan hərracın yekunları üzrə 02 iyun 2021-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsindən görünür ki, Lənkəran şəhəri İ.Səmədzadə küçəsində 0,0023 ha torpaq sahəsinin üzərində yerləşən mağaza 25500,00 manata satılması barədə “Daşmar Daşınmaz Əmlakların Satışı X22” MMC ilə “Access Bank» QSC arasında müqavilə bağlanmışdır. İş materiallarında olan 07.06.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət Qeydiyyatı Haqqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Lənkəran ş, Səttərxan küçəsi, döngə 4, ev 4 "xxxx"QSC-nin adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan 07.06.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət Qeydiyyatı Haqqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Lənkəran şəhəri İ.Səmədzadə küçəsində 0,0023 ha torpaq sahəsinin üzərində yerləşən mağaza "xxxx"QSC-nin adına hüquqi rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan Cavabdeh2 30 aprel 2021-ci il tarixli № 4828-2021/2016 saylı sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. 02 iyun 2021-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı müqavilələri görünür ki, ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi ilə birlikdə 4 nömrəli fərdi yaşayış evinin 28687.50 manata satılması və Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində 0,0023 ha torpaq sahəsinin üzərində yerləşən mağaza 25500,00 manata satılması barədə “Daşmar Daşınmaz Əmlakların Satışı X22” MMC ilə “Access Bank» QSC arasında müqavilə bağlanmış, Lənkəran şəhəri, Səttərxan küçəsi, döngə 4, ev 4 və Lənkəran şəhəri İ.Səmədzadə küçəsində 0,0023 ha torpaq sahəsinin üzərində yerləşən mağaza "xxxx" QSC-nin adına hüquqi rəsmiləşdirilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh3 QSC-nə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binası (mağaza) və ünvan 1 ünvanda yerləşən 0.0915 ha torpaq sahəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, Lənkəran Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli 8(049)-140/2020 saylı qərardadı ilə Lənkəran Rayon məhkəməsinin 2(049)-59/2018 saylı, 08.10.2018-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmasına, icra sənədi üzrə mübahisə olduğu halda “Daşınar Daşınmaz Əmlakların Satışı X22” MMCyə bununla bağlı 03.12.2021-ci il tarixdə rəsmi məlumat daxil olmasına baxmayaraq qanunsuz olaraq 04.12.2020-ci il tarixdə 2-ci hərracın keçirilməsi, Lənkəran Rayon məhkəməsinin 2(049)-59/2018 saylı, 08.10.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılması barədə Cavabdeh2 tərəfindən qəbul edilmiş 29.04.2021-ci il tarixli qərarın qüvvədə olması, o cümlədən Cavabdeh2 tərəfindən 30.04.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka əmlakının hərracdan satılması üçün Hərrac mərkəzinə sifariş məktubu verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 53.2-ci maddəsinə əsasən Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Göründüyü kimi, icra məmuru ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Habelə iddiaçı iddia tələbinin əsaslı olmasını “Lənkəran Rayon məhkəməsinin 2(049)- 59/2018 saylı, 08.10.2018-ci il tarixli icra sənədi üzrə icraat dayandırılması barədə Cavabdeh2 tərəfindən qəbul edilmiş 29.04.2021-ci il tarixli qərarın qüvvədə olması, bu səbəbdən də keçirilmiş hərracın qanunsuzluğu” ilə əsaslandırır. Bununla da yuxarıda qeyd olunan iddia tələbinin dəlillərini də sadalamaqla, hərracın qanunsuz keçirildiyini bildirir. Lakin məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icra hərəkətlərinin icra qanunvericiliyinə uyğun olaraq həyata keçirilməməsi hərrac təşkilatının sifarişçinin sifarişi əsasında qanuni təşkil etdiyi hərracın etibarsızlığına əsas ola bilməz. İcra hərəkətlərinin qanunla müəyyənləşdirilmiş qaydada yerinə yetirilməsinə görə hərrac təşkilatı məsuliyyət daşımır. Nəticə etibarilə icraatın dayandırılması ilə bağlı Cavabdeh2 icra məmurunun 29.04.2021-ci il tarixli icraatın dayandırılması barədə qərarı olmasına baxmayaraq, 30.04.2021-ci il tarixli sifariş məktubuna əsasən Cavabdeh2 tərəfindən İddiaçı məxsus əmlakların açıq hərracdan satılması ilə bağlı Hərrac mərkəzinə sifariş məktubu verməsi, özü-özlüyündə hərrac təşkilatının hərracın keçirilməsi qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə iddia tələbinin “ipoteka müqaviləsinə xitam verilməsi, qeyri-yaşayış binasının və fərdi yaşayış evinin yüklülükdən azad edilməsi” ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (maddə 317.1.). Satış həmin Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir (maddə 317.2.). Mülki Məcəllənin 319.5-ci maddəsinə görə, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.( 416.2-ci maddəsi). Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.( 337.1-ci maddəsi) "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə, İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. (maddə 41.2.). Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. (maddə 41.3.). Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmayan elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. "İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-59/2018 nömrəli, 08.10.2018-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Cavabdeh2nə göndərilmişdir. Görülmüş icra tədbirləri nəticəsində mübahisəli əmlaklar hərraca çıxarılmış, 16.11.2020-ci il tarixdə birinci, 04.12.2020-ci il tarixdə isə təkrar hərrac keçirilmiş və hərrac baş tutmadığı üçün 18.05.2021-ci il tarixdə “Daşınar və Daşınmaz Əmlakların Satışı X22” MMC cavabdeh "Accessbank” QSC-yə məktub ünvanlayaraq hərracın baş tutmadığını bildirmiş, ipoteka predmetini mülkiyyətinə qəbul etməyi təklif etmişdir. Daha sonra "Accessbank” QSC ipoteka predmetini borcun əvəzinə mülkiyyətinə qəbul edilməsi barədə təkliflə razı olduğunu bildirmiş və mübahisəli əmlaklar 02.06.2021-ci il tarixli X14 protokollara əsasən hazırki mübahisə üzrə cavabdeh olan "Accessbank” QSC-nin balansına qəbul edilmişdir. Daha sonra cavabdeh Bank Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışlar əsasında mübahisəli əmlaka dair mülkiyyət hüququ əldə etmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdeh bank tərəfindən mübahisəli əmlaklar 30 gün müddətində qanunauyğun şəkildə əldə edilməmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə də müəyyən edilir ki, hərrac təşkilatının 18.05.2021-ci il tarixli təklifindən sonra 02.06.2021-ci il tarixdə hərracın yekunlarına dair protokol və müvafiq alqı-satqı müqavilələri bağlanmışdır. Nəticədə cavabdeh bank tərəfindən həmin əmlaklara dair 07.06.2021-ci il tarixdə çıxarışlar əldə olunmuşdur. Göründüyü kimi, mübahisəli əmlaklarla bağlı ipoteka müqaviləsinə xitam verilməsi, qeyri-yaşayış binasının və fərdi yaşayış evinin yüklülükdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxnulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinə əsasən: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarı). Əlavə olaraq o da qeyd edilməlidir ki, mülki qanunvericilikdə yalnız əqdlərin etibarsızlığı nəzərdə tutulmuşdur. İddia tələbinin Cavabdeh2 tərəfindən verilmiş 30.04.2021-ci il tarixli 4828-2021 saylı sifariş məktubunun etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, sifariş məktubu məhkəmə qərarının icrası üçün icra məmurunun həyata keçirdiyi icra hərəkətidir. Belə olan halda qeyd edilməlidir ki, həmin məktubun etibarsız hesab edilməsi heç bir hüquqi əsasa söykənmir. Bu baxımdan məhkəmə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıda qeyd olunanlara əsasən, X14 02 iyun 2021-ci il tarixli protokollar etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X22” MMC-yə, Lənkaran rayon icra və probasiya şöbəsinə, Cavabdeh3 QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar