Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3443/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ekoloğiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional İdarəsi cəlb edilməklə) “sifariş məktubunun,hərracın nəticələri haqqında protokolun, hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ekoloğiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional İdarəsi cəlb edilməklə) “sifariş məktubunun, hərracın nəticələri haqqında protokolun, ilkin hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayon məhkəməsinin 8(024)-155/2019 saylı qətnaməsinə əsasən Cavabdeh2 xx.xx.2020-ci il tarixli №550/1 nömrəli sifariş məktubunun, “Cavabdeh1" MMC-nin xx xxxxxx 2020-ci il tarixli hərracın nəticələri haqqında protokolun və yekunların etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qax rayon məhkəməsinin icraatında olmuş iddiaçı 7 saylı Regional Ekologiya və X3 İddiaçı qarşı 1200 manat pul tələbinə dair cərimə sanksiyasının tutularaq ödənilməsi müəyyən edilmişdir. Qətnamə icraya yönəldilmişdir və onu cərimə sanksiyasının hissə-hissə ödəməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh2 təqdimatla məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətimdə olan "DAEWOO DAMAS YÜK" markalı ** BC *** dövlət nişanlı avtomobilimin üzərinə həbs qoyulması üçün tədbir görülməsini xahiş etmiş, təqdimat təmin edilmiş və avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin həbsin qoyulmasına dair təqdimatın baxılması üçün keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmədiyindən məhkəmə baxışında iştirak edə bilməmiş və həmin qərardad poçt vasitəsilə də ona göndərilməmişdir. Məhkəmə təqdimatı təmin etmiş, həmin qərardaddan sonra, eyni qaydada onun iştirakı və razılığı olmadan qəbul edilmiş qərarla qiymətləndirməyə dair qanunla müəyyən edilmiş səlahiyyətləri olmayan “xxxx" MMC-nin rəyinə əsasən əsassız olaraq 3500 manat civarında qiymətləndirilmişdir. Halbuki, avtomobilin orta bazar qiyməti 11.000 manat civarındadır, bu səbəbdən əmlakının dəyər-dəyməzinə, 3500 manata satılması üçün yaşayış yerindən 400 km aralıda yerləşən yəni, Bakı şəhərindəki Cavabdeh1 MMC-nin təşkil etdiyi xx xxxxxx 2020-ci il saat 11:00-da hərracda avtomobilimin satılması üçün keçirilmiş auksionda iştirak etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümum Respublika Karantin rejiminin tətbiqinə dair" sərəncamının tələblərinə görə hərracın keçirildiyi Bakı şəhərinə gedib orada iştirakı ümumiyyətlə mümkün olmamış, bu barədə ona göndərilmiş bildirişi də poçt vasitəsilə almamışdır. Belə olan halda avtomobilimə dair hərracın onun iştirakı olmadan keçirilməsi yol verilməzdir avtomobilin 3500 manatdanda aşağı qiymətə satılması qanunsuz və əsassızdır. Hərracın keçirilməsi həm də, AR MM-nın 415.2-ci maddəsi ilə tamamilə ziddir. Eyni məcəllənin 416.1-ci maddəsinə görə bu məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Avtomobilin orta bazar qiyməti 11.000 manat civarında olduğu halda onun satılması ilə aradakı 7500 manat fərq ona zərər olaraq vurulacaqdır.Bu səbəbdən Cavabdeh2 xx.xx.2020-ci il tarixli №550/1 nömrəli sifariş məktubunun, “Cavabdeh1" MMC-nin xx xxxxxx 2020-ci il tarixli hərracın nəticələri haqqında protokolun və yekunların etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2nə və 7 saylı Regional Ekoloğiya və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5 və 185.6-cı maddələrinə əsasən işə cavabdehlərlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdikləri sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, İddiaçı mülkiyyətində olan "DAEWOO DAMAS YÜK" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılmasına dair 7 Saylı Ekologiya və X7 ******* saylı,. xx.xx.2019 -ci i. tarixli icra vərəqəsi "Cavabdeh1" MMC-yə göndərilmiş, "DAEWOO DAMAS YÜK" markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində keçirilmiş hərracda ilkin satış qiyməti 3500 manata, xx.xx.2020-ci il tarixində ilkin salış qiyməti 10% endirimlə 3150 manata, xx.xx.2020-ci il tarixində ilkin salış qiyməti 20% endirimlə 2800 manata, 05 10.2020-ci il tarixində ilkin satış qiyməti 30% endirimlə 2450 manata açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamış, "İcra haqqında" Azərbaycan Respublikasının Qanunun 53.3-cü maddəsinə əsasən sənədlər toplusu Qax rayon İcıa və Probasiya Şöbəsinə geri qaytarılmışdır. Hərracın baş tutmaması ilə bağlı “Kaspi" qəzetində elan dərc olunmuşdur. İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 148-1 nömrəli bildirişdən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, № 550/1 nömrəli sifariş məktubu ilə pul tələbinə dair Azərbaycan Respublikası Qax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(024)- 155/2019 saylı qərardadına əsasən icra vərəqəsi üzrə (borclu) - İddiaçı məxsus “DAEWOO DAMAS YÜK”markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı göndərilməsi üçün imzalanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 148-1-2 nömrəli bildirişdən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, № 550/1 nömrəli sifariş məktubu ilə pul tələbinə dair Azərbaycan Respublikası Qax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(024)-155/2019 saylı qərardadına əsasən icra vərəqəsi üzrə (borclu) - İddiaçı məxsus “DAEWOO DAMAS YÜK”markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı göndərilməsi üçün imzalanmışdır. İş materiallarına əlavə olunmuş, məhkəmə sorğusu əsasında məhkəməyə təqdim olunmuş Cavabdeh2 xx.xx.2020-ci il tarixli, № 550/1 nömrəli sifariş məktubundan görünür ki, 7 saylı Regional Ekologiya və X3 ******* saylı, 21.02 2019-cu tarixli icra sənədinə əsasən borclu İddiaçı 1200 manat inzibati cərimə tutularaq dövlət büdcəsinin müvafiq hesabına ödənilməlidir. Qax Rayon Məhkəməsinin 8(024)-155/2019 № li, xx.xx.2019-cu il tarixli qərardadına əsasən borclu İddiaçı məxsus “DAEWOO DAMAS YÜK” markalı, 34-BC-97 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. “Qiymətləndirmə Xidməti Mərkəzi' MMC-nin QR-2623 №-li. 19.02 2020-ci il tarixli qiymətiəndirmə rəyinə əsasən borcluya məxsus “DAEWOO DAMAS YÜK" markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 3500 manat dəyərində qiymətləndirilmişdir. Odur ki, 'DAEWOO DAMAS YÜK" markalı, ** BC *** dövlət qeydiyyat nişa avtomobilin açıq hərrac vasitəsi ilə satışının təşkil edilməsi üçün icra sənədi müvafiq sənədlərlə birlikdə Cavabdeh1 MMC-nə göndərilmişdir. İş materiallarında olan arayışdan görünür ki, "Cavabdeh1" MMC-nin təsisçilərinin xx xxxxxxxx 2020-ci il tarixli 04 saylı qərarı ilə adı dəyişdirilərək "xxxx" MMC-i kimi adlandırılmışdır. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. Göründüyü kimi, iddiaçı sifariş məktubunun, hərracın nəticələri haqqında protokolun, ilkin hərracın yekunlarının etibarsız hesab edilməsini xahiş etsə də hərrac keçirilməmiş "İcra haqqında" Azərbaycan Respublikasının Qanunun 53.3-cü maddəsinə əsasən sənədlər toplusu Qax rayon İcıa və Probasiya Şöbəsinə geri qaytarılmışdır. Hərracın baş tutmaması ilə bağlı “Kaspi" qəzetində elan dərc olunmuşdur. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçıların isə məhkəməyə qeyd edilən əsasların olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh1nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və 7 saylı Regional Ekoloğiya və X6 cəlb edilməklə) “hərracın nəticələri haqqında protokolun, ilkin hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehlərin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ekoloğiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional İdarəsi cəlb edilməklə) “sifariş məktubunun,hərracın nəticələri haqqında protokolun, hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3443/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3443/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver