Məhkəmə qərarları › İş №2(005)-3467/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3467/2020

30.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3467/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı Cavabdehnə qarşı qanunsuz yazılmış borcun silinməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı qanunsuz yazılmış borcun silinməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı qızma məxsus **********00010 nömrəli abonent koduna qaz sərfiyyatına görə tələb etdiyi 324 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsiində yerləşən 26 saylı evin 6 saylı mənzilinin 1 otağının mülkiyyətçisidir. xx.xx.2020-ci il tarixində həmin mənzildə quraşdırılmış C-6 markalı, mexaniki tipli, ******* nömrəli qaz sayğacına “Cavabdeh" İB -nin əməkdaşları tərəfindən baxış keçirilmiş, istismar müddəti bitdiyi üçün qaz sayğacı çıxardılmışdır və bu barədə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu" haqqında xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir.AR DNŞ “Cavabdeh" İBnin Metrologiya Departamentinin tərtib etdiyi Qaz sayğacının yoxlanılması barədə Akta əsasən. xx.xx.2020-ci il tarixində əhali sektorunda istismarda olan mexaniki tipli qaz sayğacları dövlət yoxlanmasından keçirilmiş, sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar olunduğu qeyd edilmişdir. Qaz sayğacının yoxlanılması barədə aktın əsasında “Cavabdeh" İB-nin BRQS Departameti tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması" haqqında ******* nömrəli. xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Qeyd etmək zəruridir ki, iddiaçı aktın tərtib edilməsində iştirak etməmişdir və imza etməmişdir.AR DNŞ “Azəiqaz" İB-nin BRQSD İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən ******* nömrəli, xx.xx.2020ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 3240 m3 qazın itkiyə getdiyi hesablanmışdır. Qeyd etmək zəruridir ki, Yasamal rayonu. Şamil Əzizbəyov küçəsində yerləşən 26 saylı evin 6 saylı mənzili paylı mülkiyyətdə olan mənzildir. Həminmənzildə olan çıxarılan qaz sayğacı mülkiyyətçilərdən biri olan X1/ıııın adına olmuşdur. xx.xx.2020-ci il tarixdə Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi əsasında yeni qaz sayğacı İddiaçı adına rəsmiləşdirilmişdir. Ona görə də, hazırki borc İddiaçı tələb olunur.İddiaçı və ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə edilməmişdir, əgər hər hansı qaz itkisi fakt, aşkarlanıbsa iddiaçının təqsiri, hərəkət və ya hərəkətsizliyi ucbatından olmamışdır. Hər bir nasazlıq barədə AR DNŞ Cavabdeh əməkdaşlarına da məlumat verilmişdir. Əslində qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrə yol verilməməsi istehlakçının vəzifəsi deyildir. İddiaçı, abonent olaraq yalnız vizual, yəni adi gözlə aşkar olunan hallar barədə qaz paylayıcısına məlumat verməlidir. Lakin qaz idarəsinin əməkdaşı nəinki vəziyyətin əsl səbəbini araşdırmağa səy göstərməmiş, hətta qulaq asmaq belə istəməmişdir.Ona görə də, İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatəmin edilməlidir. İş materiallarında olan 12.05.200-ci il tarixli, 2/565 N-li müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında qaz paylayıcısı ilə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş **********00010 saylı Abonentin Saldosundan görünür ki, İddiaçı 2012-ci il tarixdən 2020-ci il tarixədək 324 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə zərər 3240 m3 hesablanmışdır. İş materiallarından görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 26 saylı evin 1 saylı ünvanına dair “Qaz sayğacıının çıxarılması, quraşdırılması və istismara qəbulu" haqqında xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Lakin, yeni qaz sayğacı quraşdırıldıqdan sonra abunəçiyə 3240 m3 artıq sərfiyyat hesablanaraq, iddiaçıdan ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının zədələnməsi nəticəsində hesablanmış 3240 m3 artıq sərfiyyatın iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia təmin edilərək, **********00010 nömrəli abonent koduna qaz sərfiyyatına görə yazılmış 324 manat borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən 26 saylı evin 1 saylı ünvanı üzrə İddiaçı (abonent kodu: **********00010 olan) hesablanmış 324 (üç yüz iyirmi dörd) manat məbləğində borc silinsin. 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar