Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3479/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X4 Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC-yə, Göygöl rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və evin ilkin vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC-yə, Göygöl rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və evin ilkin vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 sifarişi əsasında Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən aparılmış hərracın nəticələrinin və Hərrac Mərkəzi ilə digər cavabdeh bank "xxxx" ASC arasında ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınmasına dair 20 noyabr 2020-ci il tarixli, 49/02 №-li Protokolun etibarsız hesab edilməsinə və evin ilkin hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göygöl rayon Məhkəməsinin 26 iyul 2019cu il tarixli, 2(066)-599/2019 nömrəli qətnaməsi ilə Bank"xxxx" ASC-nin iddia tələbi təmin edilmiş məndən kredit borcu üzrə 52835.67 manat kredit borcunun tutulması, tutmanın mülkiyyət hüququ üzrə mənə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi qət olunmuşdur. O, həmin qətnamədən narazı qaldığı üçün Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayət vermişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığı halda Göygöl rayon İcra və Probesiya şöbəsi tərəfindən əmlakın açıq hərracda satılması üçün Hərrac Mərkəzi "xxxx" MMC-nə sifariş verilmiş, hərraclar keçirilərək əmlak Banka təklif olunmuşdur. Bank «BTB ASC» təklifi qəbul etmiş və bankın nümayəndəsi tərəfindən 20 noyabr 2020-ci il tarixdə əmlak bank tərəfindən balansa götürülmüşdür. Hesab edir ki, İcra İdarəsi tərəfindən verilmiş sifariş əsasında keçirilən hərrac tamamilə qanunsuzdur və onun nəticələrinə dair tərtib olunmuş protokol və alqı-satqı müqaviləsi etibarsızdır. Belə ki, qanuni qüvvəyə minməmiş Məhkəmə qətnaməsi üzrə İcra İdarəsi tərəfindən icra hərəkətləri icra oluna bilməz. Gəncə Apelyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(104- 4260 №-lit qətnaməsindən də göründüyü kimi həmin tarixdə apelyasiya şikayətinə baxılmış və qətnamə çıxarılmışdır. Gəncə Apelyasiya Məhkəməsi Cavabdeh2nə 03 dekabr 2020-ci il tarixli, 2(104)-4260/2019 №-li məktub ünvanlayaraq Bank "xxxx" ASC-nin mənə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsirnin qətnaməsindən kassasiya şikayəti verməyimi və kassasiya şikayətinin mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndəriləcəyi qeyd olunsa da Cavabdeh2 tərəfindən hərracın dayandırılması ilə bağlı heç bir tədbir görülməmişdir. Şərh olunanlardan da göründüyü kimi məhkəmə qətnaməsinə apelyasiya məhkəməsində baxıldığı ərəfədə qanunsuz hərrac keçirilmiş və protokol tərtib olunmuşdur. Yuxarda göstərilənlər və iddia ərizəsinə əlavə olunan sənədlər bir hada onu da göstərir ki, ona məxsus fərdi yaşayış evi ilə bağlı aparılmış icra hərəkətləri, habelə keçirilən hərrac qanunsuzdur və hərrac qanun pozuntuları ilə aparıldığı üçün onun nəticəsi olaraq mübahisəli əmlakın yeni mülkiyyətçisi olaraq Bank "xxxx" ASC-nin adına aparılmış dövlət qeydiyyatı etibarsızdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatladırılsa da məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, mülki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin iddia tələbini qəbul etməyərək hərracın qanuni əsaslarla keçirildiyini, əmalkın hazırda bankın mülkiyyətində olduğunu qeyd edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC-yə, Göygöl rayon İcra Şöbəsinə məlumat verilsə də, cavabdehlərin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC-yə, Göygöl rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 26.10.2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evinin açıq auksion formasında hərracın keçirilməsi 06 noyabr 2020-ci il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir; Cavabdeh1 20.11.2020-ci il tarixli hərracın yekunları barədə 49/02 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 70200 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 59670 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə- 44752,5 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC-yə tərəfindən əldə edilmişdir; Gəncə Apelyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(104)-4260/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Göygöl Rayon Məhkəməsinin 26 iyul 20h9-cu il tarixli 2(066)-599/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Birja yenilikləri” qəzetinin 24 oktyabr 2020-ci il tarixli 220 nömrəli nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evin 23.10.2020-ci il tarixə təyin edilmiş birinci hərracı barədə elan dərc edilmişdir; “Birja yenilikləri” qəzetinin 11 noyabr 2020-ci il tarixli 223 nömrəli nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evin hərracı barədə elan dərc edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə "xxxx" ASCnin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 30.11.2020-ci il tarixdə qeydiyyat alınmışdır. Cavabdeh1-hərrac təşkilatçısı ilə “"xxxx" ASC-nin nümayəndəsi X3-alıcı arasında bağlanmış 20.11.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evi 44752,5 (qırx dörd min yeddi yüz əlli iki manat əlli qəpik) manat dəyərində alıcı tərəfindən əldə edilmişdir; Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 açıq hərracın keçirilməsinə dair bildirişləri ilə Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evinin açıq auksion formasında satışa çixarılmasına dair keçiriləcək ilkin və təkrar hərracın vaxtı və yeri barədə iddiaçı məlumatlandırılmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC-yə, Göygöl rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinə dair protokolu etibarsız hesab edilməsi və evin ilkin vəziyyətinə qaytarılması” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3479/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3479/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver