Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-349/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 İddiaçı vəkili və nümayəndəsi X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” ASC-nin nümayəndəsi X13 oglunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərrac Mərkəzi “xxxx” MMC -nin xx.xx.2020-ci il tarixli, 03/03 saylı hərrac protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X5, X2 və X3 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli UM-01/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxx 2014-cü il tarixli 02/14 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 115577 ABŞ dolları 45 sent, faiz borcu üzrə 45081 ABŞ dolları 63 sent, cərimə borcu üzrə 944 ABŞ dolları 58 sent, cəmi 161603 ABŞ dolları 66 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarının, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulub "xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə verilməsi, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətimim 74 000 manat müəyyən olunmaqla açıq hərracda satılması, açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində əmlakların boşaldılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(004)-2011/2018 saylı icra vərəqəsi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icraatına daxil olmuş, ona bildiriş icraata başlama qərarının surəti təqdim edilmədən müxtəlif icra hərəkətləri aparılmış 17/72- 142392/3- 28925 saylı, xx.xx.2019-cu-ci il tarixli məktubla hərrac keçirilməsi barədə Hərrac Mərkəzi "xxxx1' MMC -nə sifariş verilmiş, 25% aşağı olan qiymətilə 62 900 manat qiymətlə tələbkar eldə etmişdir. Bildirir ki, bankla arasında şifahi razılıq əsasında ona məxsus əmlak hərracda satılmalı deyildi. Bankın nümayəndəsi həmişə ona deyirdi ki, sən hissə-hissə ödəmələr apar, biz də hərracda satışı dayandırmışıq. Halbuki, icra məmuru əmlakı qiymətləndirərkən, yaxud satışa göndərərkən ipoteka qoyan kimi ona bildiriş verilməli, eyni zamanda əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ona təqdim olunmalı idi. Bir faktı da qeyd etmək istəyir ki, əmlak qiymətləndirilərkən baxış keçirilməmiş, anoloji qaydada rəy tərtib olunmuş “Qiymətləndirmə haqqında ' qanunun tələbləri pozulmuşdur. İddiaçı iddia ərizəsinə xx.xx.2020-ci il tarixdə dəqiqləşmə verərək “xxxx” MMC -nin xx.xx.2020-ci il tarixli, 03/03 saylı hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin olinmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” ASC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Hərrac Mərkəzi Cavabdehnə məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Hərrac Mərkəzi Cavabdeh nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(004)- 2011/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X5, X2 və X3 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli UM-01/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxx 2014-cü il tarixli 02/14 saylı əlavə muqaviləyə əsasən görə əsas kredit borcu üzrə 115577 ABŞ dolları 45 sent , faiz borcu üzrə 45081 ABŞ dolları 63 sent, cərimə borcu üzrə 944 ABŞ dolları 58 sent, cəm 161.603 ABŞ dolları 66 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiymətınin Azəfbaycan Respublikasının pul vahidi olan manatla miqdarının, iddiaçı tərəfind <wlət rqsumgjkimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi, xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pul vəsaitinin qaydada tutulub “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə verilməsi, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə X9 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və İddiaçı və X7 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilinə yönəldilməsi, X9 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 85000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, İddiaçı və X8 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilinin ilkin satış qiyməti 74000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 161603 ABŞ dolları 66 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarının “xxxx” Kommersiya Bankı ASC-yə ödənilməsi, ipoteka predmetlerinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin müvafiq olaraq X9, İddiaçı və X8 verilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilinin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin bu daşınmaz əmlakları boşaltmaları qət edilmişdir. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh xx.xx.2020-ci il tarixli hərracın yekunları barədə 30/05 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus olan Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilin ilkin satış qiyməti 74.000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 62.900 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-47.175 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan “xxxx” Kommersiya Bankı ASC-yə tərəfindən əldə edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx.xx.2019cu il tarixli 01/2 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilin açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxx 2019-cu il tarixə saat 17:00-a təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin 22-xx xxxxxx 2019-cu il tarixli 194 nömrəli nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı xx.xx.2019-cu il tarixə təyin edilmiş birinci hərracı barədə elan dərc edilmişdir; “Birja yenilikləri” qəzetinin 13-xx xxxxxx 2019-cu il tarixli 197 nömrəli nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı xx.xx.2019-cu il tarixə təyin edilmiş birinci hərracı barədə elan dərc edilmişdir; Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair bildirişləri ilə Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 53 saylı evin 19 saylı mənzilin açıq auksion formasında satışa çixarılmasına dair keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə iddiaçı məlumatlandırılmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-349/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-349/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver