Məhkəmə qərarları › İş №2(005)-3491/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3491/2022

23.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3491/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3 Ərizəçi, Maraqlı şəxs Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi (Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi bildirmişdir ki, o, Ərizəçi xx.xx.1965-ci ildə Azərbaycan Respublikasının İmişli rayonunda anadan olmuşdur. X2 xx.xx.1987-cü ildə Azərbaycan Respublikasının Kürdəmir rayonunda anadan olmuşdur. O, ünvan 1 ünvanında yaşayır. X2 ünvan 2kı şəhər Poliklinikasında “Şizofreniya, paranoid forma" diaqnozu ilə qeydiyyatdadır. O, fiziki, psixi və əqli qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Nərimanov rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və himayəçilik" komissiyasından ona şifahi olaraq bildirilmişdir ki, övladının üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də, o, Nərimanov rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE seriyalı, 13398373 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X10 AR ünvan 3 ünvanında yaşayır; Bakı şəhəri Kürdəmir rayon İcraiyyə Komitəsi tərəfindən verilmiş 04 aprel 1987-ci il tarixli 331429 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X6 xx.xx.1987-ci il tarixində nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İbrahimov , arvada İbrahimova soyadı verilmişdir. Bakı şəhəri Kürdəmir rayon İcraiyyə Komitəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş 260601 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1987-cü il tarixdə Bakı şəhərində doğulmuş X5 atası – X11, anası isə – Ərizəçidır; Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 026254 saylı arayışa əsasən Ərizəçi, X11 və X1 rayon, Təbriz küçəsi 46 nömrəli evin 3-4 saylı mənzili ünvanında qeydiyyatdadırlar; ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının 707220 saylı arayışına əsasən, X8 xx.xx.2004-cü il tarilxi 128 saylı müayinə aktına əsasən müddətsiz İ qrup əlillik statusu verilmişdir . xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 707220 saylı arayışına əsasən X10 İ qrup əlildir və bu daimi xidmət qulluğa ehtiyacı olması faktını sübut edir. Bunları nəzərə alaraq, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 3764 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən X7 ağır dərəcəli əqli gerilik (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar (hərbi xidmətdə olmaması, psixi inkişafda xeyli geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasının arayışına əsasən İ dərəcə əlil olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə çətin daxil olması, bilik ehtiyatının son dərəcədə kasadlığı, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalannın qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair) sübut edir. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psıxiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs X7 hal-hazırda ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) aşkar olunur. Yoxlanılan şəxs X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. E N.İbrahimovu öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar var. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1987-cü il təvəllüdlü X5 anasıdır. Ərizəçi oğlu ilə birlikdə ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1987-cü il Azərbaycan, Kürdəmir rayonunda anadan olmuş, ünvan 8 ünvanında qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1987-cü il Azərbaycan, Kürdəmir rayonunda doğulmuş, ünvan 8 ünvanında qeydiyyatda olmaqla X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar