Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3516/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank “VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə (mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank "VTB (Azərbaycan)" ASC cəlb edilməklə) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi, 12 nömrəli fərdi yaşayış evinə dair “xxxx” MMC tərəfindən keçirilmiş 50/05 saylı xx xxxxxxxx 2018-ci il tarixli hərrac protokolunun etibarsız hesab edilməsinə dairqətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-412/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən, cavabdehlər Rövşən Əliyev, İddiaçı, Sayibxan Səmədovdan müştərək qaydada əsas kredit borcu 142947, 80 manat, faiz borcu 25755, 02 manat və cərimə borcu 1357, 50 manat, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat, dövlət rüsumunun əvəzinin bir qismi 24 manat, cəmi 170114, 32 manat iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi, 12 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 412/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi Binəqədi rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar olaraq ipoteka predmetinin satılması üçün “xxxx” MMC-yə sifariş göndərilmişdir. “xxxx” MMC-nin 50/05 saylı xx xxxxxxxx 2018-ci il tarixli protokoluna əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldınm küçəsi, 12 nömrəli fərdi yaşayış evi “xxxx” ASC-nin etibarnamə əsasında nümayəndəsi X12 tərəfindən əldə edilmişdir. “xxxx” MMC-nin 50/05 saylı xx xxxxxxxx 2018-ci il tarixli protokoluna əsasən keçirilən hərrac qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, tərəflər apelyasiya instansiyasında məhkəmə baxışı keçirildiyi zaman icra tədbirlərinin davam etdirilməsi və hərrac keçirilməsi qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-5879/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 412/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi cavabdeh X3 aid hissədə ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2( 102)-339/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2( 103)- 5879/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4110/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı “xxxx” Azərbaycan ASC-nin Əliyev Rövşən Gülağa oğluna, İddiaçı, X3 və X2rşı kredit müqaviləsi üzrə borcun tutulması və s. tələbinə dair iddiası cavabdeh X3 münasibətdə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6273/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4110/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, iddia tələbinin cavabdeh X3 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-13860/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-412/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi cavabdeh X4 aid hissədə ləğv edilməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13860/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mənə (İddiaçı) xx xxxxxx 2020-ci il tarixdə rəsmi olaraq çatdırılmış və tərəfimizdən kassasiya şikayəti verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icraat dayandırılır. Yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən icra hərəkətləri dayandırılmalı olduğu halda dayandırmamış və nəticədə qanunsuz hərrac keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bank «VTB (Azərbaycan)» ASC-nin nümayəndəsi X9 yazılı etiraz təqdim edərək bildirdi ki, İddiaçı cavabdeh ‘‘xxxx” MMC və üçüncü şəxs “xxxx (Azərbaycan)” ASC-nə qarşı hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbində cavabdeh “xxxx” MMC tərəfindən keçirilmiş xx xxxxxxxx 2018-ci il tarixli 50/05 saylı hərrac protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, mülki mübahisəyə apelyasiya instansiya məhkəməsində baxılarkən məcburi icra tədbirləri dayanmalı olduğu halda davam etmiş və bu səbəbdən də, cavabdeh “xxxx” MMC tərəfindən keçirilmiş xx xxxxxxxx 2018- ci il tarixli 50/05 saylı hərrac protokolu etibarsız hesab edilməlidir. Hesab edirik ki, iddiaçı E.H.Eynalevun hazırki iddia tələbinin nə hüquqi, nə də ki, faktiki baxımından heç bir əsası yoxdur və bu səbəbdən hazırki iddia tələbi təmin oluna bilməz.Bununla əlaqədar, aşağıdakıları qeyd edirik. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(007)- 412/2016 saylı qətnaməsi ilə (hakim R.T.Ohmədov) iddiaçı “xxxx (Azərbaycan)” ASC-nin cavabdehlər Əliyev Rövşən Gülağa oğlu, X10, İddiaçı və X5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilərək, cavabdehlər R.Əİiyev, İddiaçı və S.Səmədovdan müştərək qaydada cəmi 170.114,32 manat iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi, 12 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və evin ilkin satış qiymətinin 300.000 manat məbləğində müəyyən edilməsi, cavabdehlər İddiaçı və A.Eynalovanın evdən istifadə hüquqları itirilmiklə fərdi yaşayış evi satıldıqdan sonra 1 ay müddətində evdən istifadə hüquqlarına xitam verilməsi və evin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2017-ci il tarixli 2( 103)-3885/2017 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.M.Əliyev) cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(007)- 412/2016 saylı qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi 12 nömrəli yaşayış evinin ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsi hissəsində cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə minmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-412/2016 saylı icra vərəqəsi icra olunması üçün icra qurumuna göndərilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evi Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli xx/xx-2306/2016 saylı sifariş məktubu əsasında açıq hərraca çıxarılmışdır. “xxxx” MMCnin xx xxxxxxxx 2018-ci il tarixli 50/05 saylı hərrac protokolundan müəyyən olunur ki, tələbkar “xxxx (Azərbaycan)” ASC ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi 12 nömrəli fərdi yaşayış evini əldə etmək hüququnu bildirərək ipoteka predmetini əldə etmişdir. “xxxx” MMC-nin xx xxxxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən müəyyən olunur ki, tələbkar “xxxx (Azərbaycan)” ASC ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi 12 nömrəli fərdi yaşayış evini əldə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron çıxarışına (daşınmaz əmlakın reyestri nömrəsi **********14-10301; qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2019) əsasən ümumi sahəsi 365,80 kv.m. olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi 12 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə “xxxx (Azərbaycan)” ASC-nə məxsusdur. Bundan sonra, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 18 sentyabr ci il tarixli 2( 103)-5879/2018 sayiı qətnaməsi ilə (sədrlik edən hakim R.Qurbanov) cavabdeh S.İ.Səmədovun apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-412/2016 saylı mülki iş üzrə qəbul edilmiş xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi cavabdeh S.İ.Səmədova aid hissədə ləğv edilmiş və həmin cavabdehə aid hissədə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiysasının 16 yanvar cu il tarixli 2( 102)-339/2019 saylı qərarı ilə (sədrlik edən hakim İ.Xələfov) kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2( 103)- 5879/2018 saylı qətnaməsinin ləğv- edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2( 103)-4110/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ş. Məhərrəm ova) cavabdeh S.l.Səmədovun apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-412/2016 saylı mülki iş üzrə qəbul edilmiş xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi cavabdeh S.İ.Səmədova aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı “xxxx (Azərbaycan)” ASC-nin cavabdehlər R.G.Əliyev, S.İ.Səmədov, İddiaçı və A.Ş.Eynalovaya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və sair tələbə dair iddiası cavabdeh S.İ.Səmədova münasibətdə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollcgiysasının xx xxxxxxxx 2019-cu il tarixli 2( 102)-6273/2019 saylı qərarı ilə (sədrlik edən hakim A.Kalbajıyev) iddiaçı “xxxx (Azərbaycan)” ASC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(103)-4110/2019 saylı qətnaməsinin qismən - iddia tələbinin S.l.Səmədova münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-l3860/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim İ.Kərimli) cavabdeh S.İ.Səmədovun apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(007)-412/2016 saylı qətnaməsi cavabdeh S.İ.Səmədova aid hissədə ləğv edilmiş, iddia tələbi S.İ.Səmədova aid hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 20 avqust Cİ il tarixli 2(102)-3022/202ü saylı qərarı ilə (sədrlik cdon hakim A.Q.Hüseynov) iddiaçı “xxxx (Azərbaycan)” ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019cu il tarixli 2(103)- 13860/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, həmin iş üzrə kassasiya instansiya məhkəməsinin həmin tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı cavabdeh İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilməsi, həmin şikayətin icraata qəbulundan imtina edilməsi və Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-13860/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı kassasiya şikayətinin geri qaytarılması üçün mülki işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sadalanan məhkəmə qərarlarından müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə qərarı İddiaçı münasibətdə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2017-c i il tarixli 2(103)-3885/2017 saylı qətnaməsi ilə qanuni qüvvəyə minmiş və icraya yönələrək icra olunmuşdur. Göründüyü kimi, hərrac təşkilatçısı "xxxx” MMC tərəfindən açıq hərrac keçirilərkən icra sənədinin əsasını təşkil edən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(007)- 412/2016 saylı qətnaməsi qüvvədə olmuş və qanunvericiliyinin heç bir tələbi pozulmamış, ümumiyyətlə, İddiaçı münasibətdə məhkəmə qərarı hal-hazırda da qüvvədədir. Bundan əlavə qeyd edirik ki, çoxsaylı poçt qaimələrindən müəyyən olunur ki, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumatın verilməsi məqsədi ilə ipoteka qoyan İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvana dəfələrlə bildirişlər göndərilmiş, həmin bildirişlər ipoteka qoyan İddiaçı və ailə üzvü (arvadı) A.Eynalova tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, hərracın keçirilməsi barədə ipoteka qoyan İddiaçı vaxtında və kifayət qədər məlumatı olmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli Hərrac Təşkilatının 50/05 saylı X11 Protokolun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.İldırım küçəsində yerləşən 12 saylı fərdi yaşayış evi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-412/2016 saylı icra vərəqəsinin və Binəqədi rayon icra şöbəsinin xx/xx-2306/16 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubunun, Xətai rayon icra şöbəsinin xx/xx-21650/9 saylı, xx.xx.2017-ci il tarixli məktubunun və Bank «VTB (Azərbaycan» ASC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 300000 manat, təkrar hərracdakı ilkin satış qiyməti-15 faiz endirimlə 255000 manat olmuşdur. Tələbkar ipoteka predmetini 25 faiz aşağı olan 191250 manat qiymətlə əldə etmişdir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.İldırım küçəsində yerləşən 12 saylı fərdi yaşayış evi “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 191250 manat qiymətlə tələbkar əldə etmək hüququnu bildirdi. Sifarişçi ipoteka saxlayan cavabdehlər qarşısında hərracın yekununa görə məsuliyyəti daşımaları nəzərə alındı. Hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında müqavilə qüvvəsinə malik alqı-satqı protokolu imzalanmalıdır. Hərracın təşkilinə görə ixtisaslaşdırılmış təşkilat əmlakın alıcıya təhvil verilməsinə borcun tələbkara tam ödənilməsinə görə bütün əməliyyatlara sifarişçi məsuliyyət daşıyır. Hərracın satışını təşkil edən sifarişçi: X17 41.2 və 47.2 maddələrinin icrasına görə məsuliyyət daşıyır. Hərrac təşkilatçısı: kütləvi informasiya vasitələrində elanların dərc olunmasına, bildirişlərin tərəflərə göndərilməsinə, yerin ayrılmasına görə məsuliyyət daşıyır. İş materiallarında olan “xxxx” MMC tərəfindən X6, İddiaçı, Binəqədi rayon icra və probasiya şöbəsinə, Bank «VTB (Azərbaycan» ASC-yə ünvanlanmış məktubdan görünür ki, tərəfimizdən 2943-184212/17 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklənmiş Bakı ş. Binəqədi r.M.Ə.Rəsulzadə qəs., C.İldırım küç., 0.03749 ha t/sahəsində yerləşən 12 saylı f/yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə «Birja Yenilikləri» qəzetinin xx.xx.2018-ci il tarixli qəzetində elan dərc edilmişdir. Azərbaycan Respublikası «İpoteka haqqında» qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq bildiririk ki, ipoteka qoyan və saxlayana hərracın baş tutmadığı haqda kütləvi informasiya orqanları vasitəsilə məlumat verilmişdir. Məlikəmə qərarını yekunlaşdırarkən Sizdən xahiş olunur ki, ipoteka saxlayana ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatını tanış edəsiniz. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətindən görünür ki, Hərrac təşkilatçısı: “xxxx” MMC-nin direktoru G.N.Mustafayeva və (tələbkar) Bank «VTB (Azərbaycan» ASC-nin etibarnamə üzrə nümayəndəsi X12 fərdi yaşayış evi barədə alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3885/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməsi, hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 12 nömrəli fərdi yaşayış evin ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsi hissəsində, cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası xx.xx.2020-ci il tarixli 2(102)- 3022/2020 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə xx xxx 2018-ci il tarixli qərardadı cavabdeh İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilsin və həmin şikayətin icraata qəbulundan imtina edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13860/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2018-ci ilin sentyabrında olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göstərilən Qanunun 34.1 və 34.1.1 maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarından biridir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. İpoteka predmeti hərracda satışa çıxarılmazdan əvvəl onun dəyəri qiymətləndirilməli və bu zaman mövcud qanunvericiliyin tələblərinə riayət olunmalıdır. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Sözügedən Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.8-cü maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.İldırım küçəsində yerləşən 12 saylı fərdi yaşayış evi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-412/2016 saylı icra vərəqəsinin və Binəqədi rayon icra şöbəsinin xx/xx-2306/16 saylı xx.xx.2018-ci il tarixli sifariş məktubunun, Xətai rayon icra şöbəsinin xx/xx-21650/9 saylı, xx.xx.2017-ci il tarixli məktubunun və Bank «VTB (Azərbaycan)» ASC-nin müvafiq məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Tələbkar ipoteka predmetini bu barədə "xxxx” MMC tərəfindən tərtib olunmuş X11 protokola əsasən balansına keçirilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Birja Yenilikləri qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Bank «VTB (Azərbaycan)» ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.İldırım küçəsində yerləşən 12 saylı fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi, Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən icra hərəkətləri dayandırılmalı olduğu halda dayandırılmamış və nəticədə qanunsuz hərrac keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatçısı "xxxx” MMC tərəfindən açıq hərrac keçirilərkən icra sənədinin əsasını təşkil edən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(007)- 412/2016 saylı qətnaməsi qüvvədə olmuşdur, habelə İddiaçı münasibətdə qeyd edilən məhkəmə qərarı iş materiallarından göründüyü kimi qüvvədədir, ləğv edilməmiş, dəyişdirilməmişdir. Bundan başqa üçüncü şəxs Bank «VTB (Azərbaycan)» ASC-nin nümayəndəsi X9 iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürdüyünü bildirmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş “FM Express” kuryer xidmətinin seriya ƏİV № 050960, 050961, 051616, 051620, 052453, 052454, 053219, 053220, 057261, 057262 qaimələrindən; Azərpoçl MMC-nin xx.xx.2018 və xx.xx.2018-ci il tarixli xəbərnamələrindən müəyyən olunur ki, hərrac təşkilatçısı “xxxx” MMC tərəfindən hərracın keçirilməsinə dair bildirişlər xx.xx.2018, xx.xx.2018,xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018- ci il tarixlərdə İddiaçı qeydiyyatda olduğu və yaşadığı ünvanına göndərilmiş; xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə İddiaçı həmin bildirişləri şəxsən almış; xx.xx.2018 və xx.xx.2018ci il tarixlərdə isə həmin bildirişləri həmin ünvanda iddiaçı ilə birlikdə yaşayan həyat yoldaşı Adilə Eynalova almışdır. Göründüyü kimi, hərrac təşkilatçısı “xxxx” MMC tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə keçirilən hərracdan İddiaçı əvvəlcədən məlumatı olmuşdur. Beləliklə, hazırki iş üzrə iddiaçı bildiyi və bilməli olduğu hallarla bağlı ağlabatan müddət ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürmüşdür. Halbuki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı olmasına baxmayaraq, iddia tələbini uzun müddət keçdikdən sonra irəli sürmüşdür. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş iddia ərizəsi rədd edilməlidir. Göründüyü kimi, İddiaçı hərracın nəticələrini mübahisələndirilməsinə dair iddianı verərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununla da, hazırki iddia tələbi üzrə iddia müddətini buraxmışdır. İddiaçı iddia müddətini ötürməklə hazırki iddia tələbini irəli sürmüşdür. Bu səbəbdən, hazırki iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməlidir.İddiaçı cavabdeh “xxxx” MMC və üçüncü şəxs “xxxx (Azərbaycan)” ASC-nə qarşı xx xxxxxxxx 2018-ci il tarixli 50/05 saylı X11 protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd etməyi zərur hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. xx xxxx 2005-ci il tarixdə qəbul edilmiş və xx xxxxxx 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə bildirir ki, iddiaçı mübahisələndirdiyi tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərarı) Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı mübahisəli protokoldan məlumatlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, iddia müddətindən fərqli olaraq kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Belə olan təqdirdə mülki iş materiallarından göründüyü kimi, İddiaçı mübahisəli protokoldan 2018-ci ildən məlumatı olsa da həmin müqaviləni yalnız xx.xx.2020-ci il tarixdə məhkəmə müstəvisində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı protokolunu mübahisələndirmək hüququnu itirmişdir, belə bir tələb ilə məhkəməyə müraciət etməsinə hüququ olmamışdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər “xxxx” MMC-yə (mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxsi Bank “VTB (Azərbaycan)” ASC cəlb edilməklə) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə (mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank "VTB (Azərbaycan)" ASC cəlb edilməklə) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3516/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3516/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver