Məhkəmə qərarları › İş №2(005)-352/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-352/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-352/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi ilə, İddiaçı Kazımov Təhməz Bəhmən oğlunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Kazımov Təhməz Bəhmən oğlunun cavabdeh "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh "xxxx" MMC-yə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Külək" MMC tərəfindən keçirilmiş 13 avqust 2021-ci il tarixli 62/Ü4№-li hərracın yekun nəticələri barəd protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X6 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentybar 2018-ci il tarixli 2(009)- 2828/2018 saylı qətnaməsi ilə "xxxx" BOKT ASC-nin mənə qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, onun ilə "xxxx" BOKT ASC arasında bağlanmış 24.02.2017-ci il tarixli 2017/00410-01 saylı kredit müqaviləsinə xitam verilməsi, ondan "xxxx" Bokt ASC-nin xeyrinə 24.02.2017-ci il tarixli 2017/00410-01 saylı kredit müqaviləsinə əsasən 31.05.2018-ci il tarixə yaranmış 22115.67 ABŞ dolları məbləğndə əsas borcun, 1400,30 ABŞ dolları faiz borcunun və 34.03 ABŞ dolları cərimə borcunun, cəmi 23550 (iyirmi üç min beş yüz əlli) ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması; ondan tutulacaq pul məbləği ipoteka ilə yüklü edilmiş və X5 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 130000 (yüz otuz min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması; Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması və X2 "xxxx" BOKT ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Bakı Şəhəri Səbil Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(009)-2828/2018 nömrəli qətnaməsini “ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilin ilkin satış qiyməti 130000 (yüz otuz min) manat müəyyən olunması“ hissəsində dəyişdirərək əmlakın ilkin satış qiymətini 162 000 (bir yüz altmış iki min) manat məbləğində müəyyən etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunması üçün Səbail rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə qeyd edilən əmlakın açıq hərracdan satılması üçün Səbail Rayon İcra Şöbəsi "xxxx" MMC-yə sifariş vermişdir. Əmlak açıq hərraca çıxarıldığı zaman tələbkar "xxxx" BOKT MMC-yə müraciət edərək məhkəmə qətnaməsi ilə təmin edilmiş 23550 (iyirmi üç min beş yüz əlli) ABŞ dolları məbləğində pul vəsaitinin ondan qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda hərrac mərkəzinə və İcra Şöbəsinə müraciət edərək hərracın dayandırılmasını xahiş etmişdir. Bundan sonra dəfələrlə tələbkara göstərilən məbləğdə pul vəsaitini ondan qəbul etmələrini xahiş etsə də, tələbkar ondan əlavə olaraq 10000 ABŞ dolları pul vəsaitini tələb etmişdir. Beləliklə məhkəmə qətnaməsi ilə təyin edilmiş pul vəsaitinin ondan qəbul edilməsi təmin edilməmişdir. Oktyabr ayında ona məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş əmlak dəyərindən ən azı iki dəfə aşağı qiymətə 103.275 manata tələbkarın mülkiyyətinə verilmişdir. Hesab etmişdir ki, qeyd edilən hərrac qanunsuz və əsassız olduğundan ləğv edilməli, pozulmuş hüquqları məhkəmə vasitəsi ilə təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı X6 əsl iddiaçı olan Kazımov Təhməz Bəhmən oğlu ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı Kazımov Təhməz Bəhmən oğlunun nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Eyni zamanda əvvəlki məhkəmə iclaslarında üçüncü şəxs "xxxx" BOKT ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Səbail Rayon Məhkəməsinin 2(009)-2828/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh X3 yaranmış borcun tutulması və tutmanın Kazımov Təhməz Bəhmən oğlunun mülkiyyətində olan ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qeyd olunan icra sənədi icra olunması üçün Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh Kazımov Təhməz Bəhmən oğlu prosesual hüququndan İstifadə edərək apellyasiya şikayəti vermişdir. Səbail rayon İcra və Probasiya Şöbəsi apellyasiya şikayətinin verilməsini nəzərə alaraq 03 yanvar 2019-cu il tarixdə icra sənədi üzrə İcraatın dayandırılması ilə bağlı qərar qəbul etmiş və icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-134/20 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-2828/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən Kazımov Təhməz Bəhmən oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3709/2020 saylı 21,07.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(103)-134/2020 saylı qətnaməsinə əsasən Kazımov Təhməz Bəhmən oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Səbail rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən, 162 000 manata “X10” MMC-də satışa çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamış və ipoteka predmeti olan mənzil İpoteka haqqında qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə- 103 275 manata "xxxx" BOKT ASC-yə təklif edilmişdir. "xxxx" BOKT ASC təklifə cavab olaraq mənzilin təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə əldə olunmasına razılıq bildirmişdir. Daha sonra "xxxx" BOKT ASC sözügedən mənzilə dövlər reyestrindən çıxarış almışdır. İpoteka predmeti olan əmlakın "xxxx" BOKT ASC-balansına götürüldüyü qiymət ilə borc arasında yaranan 63 209 manat məbləğində fərq Səbail rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. 01.12.2020-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu tərəfimizdən X4 və Kazımov Təhməz Bəhmən oğlunun ünvanına göndərilmişdir. 18.12.2020- ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu tərəfimizdən X4 və Kazımov Təhməz Bəhmən oğlunun ünvanına göndərilmişdir. 02.08.2021- ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı müşaiyət məktubu tərəfimizdən X4 və Kazımov Təhməz Bəhmən oğlunun ünvanına göndərilmişdir. X1 və Kazımov Təhməz Bəhmən oğlu tərəfimizdən onların ünvanına göndərilən bütün məktubların qəbulundan imtina etmişdir. Buna dair qeyd poçt göndərişinin çatdırılmasına dair qaimələrdə də öz əksini tapmışdır. Bu səbəbdən iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentybar 2018-ci il tarixli 2(009)-2828/2018 saylı qətnaməsindən görünür ki, "xxxx" BOKT ASC-nin mənə qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, onun ilə "xxxx" BOKT ASC arasında bağlanmış 24.02.2017-ci il tarixli 2017/00410-01 saylı kredit müqaviləsinə xitam verilməsi, ondan "xxxx" Bokt ASC-nin xeyrinə 24.02.2017-ci il tarixli 2017/00410-01 saylı kredit müqaviləsinə əsasən 31.05.2018-ci il tarixə yaranmış 22115.67 ABŞ dolları məbləğndə əsas borcun, 1400,30 ABŞ dolları faiz borcunun və 34.03 ABŞ dolları cərimə borcunun, cəmi 23550 (iyirmi üç min beş yüz əlli) ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması; ondan tutulacaq pul məbləği ipoteka ilə yüklü edilmiş və X5 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 130000 (yüz otuz min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması; Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması və X2 "xxxx" BOKT ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-134/20 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-2828/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3709/2020 saylı 21,07.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh 13 avqust 2021-ci il tarixli hərracın yekunları barədə 62/04 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Kazımov Təhməz Bəhmən oğluna məxsus olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzil ilkin satış qiyməti 162.000 (bir yüz altmış iki min) manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 137700 (bir yüz otuz yeddi min yeddi yüz) manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-103275 (bir yüz üç min iki yüz yetmiş beş) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" BOKT ASC tərəfindən əldə edilmişdir; Buna dair 13 avqust 2021-ci il tarixdə hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair 05 noyabr 2020-ci il tarixli 01 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilini 162.000 (bir yüz altmış iki min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 01 dekabr 2020-ci il tarixə saat 11:00-17:00dək təyin edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair 02 dekabr 2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilini 137.700 (bir yüz otuz yeddi min yeddi yüz) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 18 dekabr 2020-ci il tarixə saat 11:00-17:00dək təyin edilmişdir; Səbail Rayon İcra Şöbəsinin 02.07.2021-ci il tarixli, 163052/20-16-15/5314 №-li "xxxx" MMCyə ünvanlanmış məktubdan görünür ki, ....09.12.2020-ci il tarixdə hərracın dayandırılması ilə bağlı məktub ilə müraciət edilmişdir. Zərurət aradan qlxdığından hərracın davam etdirilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair 13 iyul 2021-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilini açıq auksion formasında hərracın keçirilməsi 02 avqust 2021-ci il tarixə saat 11:00-17:00dək təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin 03.08.2021-ci il tarixli, 13.07.2021-ci il tarixli buraxılışlarının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilin açıq hərraca dair elan yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzili "xxxx" BOKT ASC-nin adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 11.09.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən Kazımov Təhməz Bəhmən oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzili 103275 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən 13 avqust 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı şəxs Kazımov Təhməz Bəhmən oğluna keçiriləcək hərracın vaxtı və yeri barədə bildirişlər göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Birja yenilikləri” qəzetinin 03.08.2021-ci il tarixli, 13.07.2021-ci il tarixli buraxılışlarında Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 7 saylı mənzilin açıq hərraca çıxarılması barədə elan dərc edilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi, protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Kazımov Təhməz Bəhmən oğlunun hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Kazımov Təhməz Bəhmən oğlunun cavabdeh "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Kazımov Təhməz Bəhmən oğlunun cavabdeh "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar