Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3522/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının, İbrahimova Ramilə Namiq qızının katibliyi, Cavabdeh3 QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların X10 Mərkəzi” MMC-yə, Lənkəran rayon İcra Şöbəsinə, Cavabdeh3 QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların X10 Mərkəzi” MMC-yə, Lənkəran rayon İcra Şöbəsinə, Cavabdeh3 QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri Şəhidlər Xiyabanı ev 46/3-də yerləşən 21 nömrəli mənzilin “Daşınar Daşınmaz Əmlakların X10 Mərkəzi" MMC tərəfindən 21.12.2018-ci il tarixli 81/01-3 nömrəli protokol əsasında keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməsi, Lənkəran şəhəri Şəhidlər Xiyabani ev 46/3-də yerləşən 21 nömrəli mənzilin 16575 manata satılması barədə “Daşınar Daşınmaz Əmlakların X10 Mərkəzi” MMC ilə Cavabdeh3 QSC arasında 21.12.2018-ci il tarixli hərracın yekunları üzrə alqı-satqı barədə müqaviləsi etibarsız hesab edilməsi, Lənkəran şəhəri Şəhidlər Xiyabanı ev 46/3-də yerləşən 21 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış etibarsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Məhkəməsinin 2(049)- 209/2018 saylı 16.03.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı Tofıq oğlundan, X1 və X4 müştərək qaydada cəmi 15742,55 ABŞ dolları məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı üzrə tutma "xxxx" QSC-nin qarşısında ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 26000 manat müəyyən edilməklə İddiaçı Tofıq oğluna məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı ev 46/3-də xüsusi mülkiyyətində olan 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 29,5 kv.m, yardımçı sahəsi 24,2 kv.m, ümumi sahəsi 53,7 kv.m olan 21 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması qət edilmişdir. Cavabdeh2 sifariş məktubuna əsasən “Daşınar Daşınmaz Əmlakların X10 Mərkəzi” MMC tərəfindən İddiaçı məxsus Lənkəran şəhəri Şəhidlər Xiyabanı ev 46/3-də yerləşən 21 nömrəli mənzilin ilkin satış qiyməti 26000 manat müəyyən edilməklə açıq hərracda satılması ilə bağlı 14.09.2018-ci il tarixdə 1 hərrac keçirilmişdir. 28.09.2018-ci il tarixdə qeyd olunan əmlak üzrə təkrarən Açıq hərracın keçirilməsinə dair 01/2 saylı bildirişə əsasən hərrac keçirilib. 19.10.2019-cu il tarixdə Açıq hərracın keçirilməsinə dair 02 saylı bildirişə əsasən İİ hərrac keçirilib. 08.11.2018-ci il tarixdə qeyd olunan əmlak üzrə təkrarən Açıq hərracın keçirilməsinə dair 02/2 saylı bildirişə əsasən hərrac keçirilib. Bundan başqa ipoteka saxlayan ipoyeka predmetini müəyyən edilmiş 30 gün müddətində əldə etməmişdir. Yuxarıda qeyd olunan qanunsuzluqlar davam etmiş Hərrac Mərkəzi tərəfindən 21.12.2018-ci il tarixli məktuba əsasən lağıyev Rüfət Tofiq oğluna məxsus Lənkəran şəhəri Şəhidlər Xiyabanı ev 46/3-də yerləşən 21 nömrəli mənzil 16575 manata tələbkara təklif edilmişdir. Bundan sonra 'fağıyev Rüfət Tofiq oğluna məxsus Lənkəran şəhəri Şəhidlər Xiyabanı ev 46/3-də yerləşən 21 nömrəli mənzilin 16575 manata satılması barədə "xxxx" MMC ilə Cavabdeh3 QSC arasiııda 21.12.2018-ci il tarixli hərracın yekunları üzrə alqı- satqı barədə müqavilə bağlanmış və ipoteka saxlayan "xxxx" QSC tərəfindən İddiaçı məxsus Lənkəran şəhəri Şəhidlər Xiyabanı ev 46/3-də yerləşən 21 nömrəli mənzilin 16575 manata hərracın yekunları barədə 21.12.2018- ci il tarixli 81/01-3 nömrəli Hərracın yekunları barədə Protokol imzalanmışdır. Hüquqların dövlət Qeydiyyatı İ laqqında daşınmaz Omlakın Dövlət reyestrından Çıxarışa əsasən müəyyən edilmişdir ki, “Daşınar Daşınmaz Omlakların X10 Mərkəzi” MMC tərəfindən 21.18.2018-ci il tarixli 81/01-3 nömrəli protokol əsasında keçirilmiş qanunsuz hərracın yekunları barədə protokol əsasında Lənkəran şəhəri Şəhidlər Xiyabanı ev 46/3-də yerləşən 21 nömrəli mənzil “Access bank" QSC-nin adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Aşağıdakı səbəblərə görə “Daşınar Daşınmaz Əmlakların X10 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməlidir. İddiaçı 28.07.2021-ci il tarixdə teleqram vuraraq mülki işin növbəti tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 QSC-nin nümayəndəsi X5 məhkəmə iclasında ərizə təqdim edərək, 21.12.2018ci il tarixdə imzalanmış alqı-satqı müqaviləsindən 3 ilə yaxın müddət keçdiyi üçün iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Daşınar və Daşınmaz Əmlakların X10 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.09.2018-ci il tarixli 01 nömrəli bildirişlərinin surətlərindən görünür ki, Lənkəran şəhəri Şəhidlər Xiyabani ev 46/3-də yerləşən 21 nömrəli mənzil 26.000 manat qiymətə açıq hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı 15.10.2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir; “Daşınar və Daşınmaz Əmlakların X10 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.10.2018-ci il tarixli 02 nömrəli bildirişlərinin surətlərindən görünür ki, Lənkəran şəhəri Şəhidlər Xiyabani ev 46/3-də yerləşən 21 nömrəli mənzil 22100 manat qiymətə açıq hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı 19.11.2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir; “Daşınar və Daşınmaz Əmlakların X10 Mərkəzi” MMC-nin Hərracın nəticələri haqqında 21.12.2018-ci il tarixli 81/01-3 nömrəli yekun protokolun surətindən görünür ki, İddiaçı məxsus Lənkəran şəhəri Şəhidlər Xiyabani ev 46/3-də yerləşən 21 nömrəli mənzil 26.000 manat məbləğində ilkin hərrac qiyməti, 22100 manat 15% aşağı məbləğdə təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 16575 manat dəyərində tələbkar, yəni Cavabdeh3 QSC-yə tərəfindən əldə edilmişdir; Lənkəran Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(049)-209/2018 saylı qətnaməsinin məzmunundan görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdehlər İddiaçı, X1 və X4 müştərək qaydada 11368.90 ABŞ dolları məbləğində kredit borcu, 1873.65 ABŞ dolları məbləğində faiz borcu və 2500 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 15742.55 ABŞ dolları məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət Rüsumu və 20 manat xidmət haqqı tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər İddiaçı, X1 və X2 müştərək qaydada tutulacaq 15742.55 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş gününə müəyyən edilmiş manat məzənnəs ilə hesablanılması, cavabdehlər İddiaçı, X1 və X4 müştərək qaydada Cavabdeh3 QSC-nin xeyrinə tutulmalı olan cəmi 15742.55 ABŞ dolları məbləğində borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı üzrə tutma Cavabdeh3 QSC-nin qarşısında ipoteka ilə yiklü edilmiş, Lənkəran Şəhəri, Şəhidlər Xiyabanı, ev 46/3-də xüsusi mülkiyyətində olan 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 29.5 kv.m, yardımçı sahəsi 24.2 kv.m, ümumi sahəsi 53.7 kv.m olan 21 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan Lənkəran Şəhəri, Şəhidlər Xiyabanı, ev 46/3-də xüsusi mülkiyyət ndə olan 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 29.5 kv.m, yardımçı sahəsi 24.2 kv.m, ümumi sahəsi 53.7 kv.m olan 21 nömrəli mənzilinin hərracda ilkin satış qiyməti 26000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Lənkəran Şəhəri, Şəhidlər Xiyabanı, ev 46/3-də xüsusi mülkiyyət ndə olan 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 29.5 kv.m, yardımçı sahəsi 24.2 kv.m, ümumi sahəsi 53.7 kv.m olan 21 nömrəli mənzil açıq hərracda satılması, ipoteka predmeti olan Lənkəran Şəhəri, Şəhidlər Xiyabanı, ev 46/3-də xüsusi mülkiyyət ndə olan 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 29.5 kv.m, yardımçı sahəsi 24.2 kv.m, ümumi sahəsi 53.7 kv.m olan 21 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdeh İddiaçı həmin mənzilə istifadə hüququ itirilsin, o həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və iddiaçı Cavabdeh3 QSC-yə təhvil verilməsi qət edilmişdir. 22.06.2021-ci il tarixli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cu maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 (otuz) təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 (on beş) təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi miqdarında beh ödəməlidir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəmə ümumilikdə iddia tələbləri ilə bağlı ilk növbədə edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Lənkəran şəhəri Şəhidlər Xiyabani ev 46/3-də yerləşən 21 nömrəli mənzili ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildiriş İddiaçı göndərilmişdir. Nəticədə həmin hərracların keçirilməsi barədə İddiaçı oğlu şəxsən məlumatlandırılmışdır. Göründüyü kimi, “Daşınar və Daşınmaz Əmlakların X10 Mərkəzi” MMC tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd etməyi həmçinin zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia tələblərində göstərilən halların məhkəmə araşdırmasında heç bir sübutla öz həqiqi təsdiqini tapmamışdır. Həmin əqdin bağlandığı tarix (21.12.2018-ci il) İddiaçı bəlli olmuşdur. Lakin, buna baxmayaraq hazırki iddia tələbi ilə həmin tarixdən 3 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə alqı-satqı müqaviləsinin etibarsızlığını mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 (bir) illik müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bununla belə, məhkəmə İddiaçı tərəfindən hərracın yekunlarının və alqı-satqı müqaviləsinin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməli və İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların X10 Mərkəzi” MMC-yə, Lənkəran rayon İcra Şöbəsinə, Cavabdeh3 QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “hərracın yekunları üzrə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların X10 Mərkəzi” MMC-yə, Lənkəran rayon İcra Şöbəsinə, Cavabdeh3 QSC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “hərracın yekunları üzrə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3522/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3522/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver