Məhkəmə qərarları › İş №2(005)-3532/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3532/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3532/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasanın və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati Xəta Protokollarına əsasən İddiaçı ASC tərəfindən ödənilmiş 701 manat məbləğində pul və ödənilmiş 30.40 manat dövlət rüsumu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, 16 dekabr 2017-ci il tarixdə AL-274 (1) saylı “öhdəliklərin ötürürülməsi" müqaviləsi əsasən 30 noyabr 2016-cı il tarixli AL-274 saylı “Daxili Lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh1 öz üzərinə götürmüş və istifadəsinə 2013-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534415 ban. 212133192DFCX0420 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi" və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı ASC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərə və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2(005)-3415/2019 saylı qətnaməsi ilə (hakim S.Ədilova) iddiaçı “Union Lizinq" ASC-nin iddası qismən təmin edilərək “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 ümumilikdə 2099.65 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daxili lizinq" müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq alan Cavabdeh1 xahişi əsasında şirkət tərəfindən Cavabdeh2 lizinq obyekti olan “Daewoo Gentra" markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Sürücü Cavabdeh2 nəqliyyat vasitəsini idarə edərkən AR X6 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı Azərbaycan Respublikası X7 İdarəsi tərəfindən təqdim olunmuş protokolların surəti və DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1) xx.xx.2019-cu il tarixli EQ ******* saylı protokola görə 45 manat; 2) xx.xx.2018-ci il tarixli İXP ******* saylı protokola görə 96 manat; 3) xx.xx.2018-ci il tarixli İXP ******* saylı protokola görə 96 manat; 4) xx.xx.2018-ci il tarixli İXP ******* saylı protokola görə 96 manat; 5) xx.xx.2018-ci il tarixli İXP ******* saylı protokola görə 64 manat; 6) xx.xx.2018-ci il tarixli TYP 133689 saylı protokola görə 128 manat; 7) xx.xx.2018-ci il tarixli İXP ******* saylı protokola görə 96 manat; 8) xx.xx.2018-ci il tarixli MMX ******* saylı protokola görə 80 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 701 manat məbləğində ödəniş edilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X4 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da şirkətin mülkiyyətində olan nəqliyyat vastəsi X7 İdarəsinin cərimə meydançasına yerləşdirilir. Avtomobil cərimə meydançasında qaldığı müddətdə avtomobilin mühafizə olunmasına görə duracağa şirkət tərəfindən əlavə vəsait ödənilir və avtomobil saxlanıldığı müddətdə avtomobildən gəlir əldə edilə bilmir. Bu isə İddiaçı ASC- nin hüquqlarını pozduğu üçün şirkət həmin cərimələri ödəyir və avtomobil cərimə meydançasından çıxarıldır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasan izahat verərək, sözügedən nəqliyyat vasitəsini İddiaçı ASC-nin Cavabdeh1 yalnız şifahi razılığı ilə etibarnamə əsasında Cavabdeh2 istifadəsinə verdiyini və bütün inzibati xətaların avtomobil Cavabdeh2 istifadəsində olduğu zaman törədildiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh1 iddianın ona aid olduğu hissədə əsassız olduğunu qeyd edərək, ona aid hissədə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Lizinq verən İddiaçı ASC ilə lizinq alan X2 arasında bağlanmış 30 noyabr 2016-cı il tarixli AL-274 saylı “Daxili Lizinq" müqaviləsindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı, lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Lizinq verən lizinq obyektini lizinq alanın yekun sifarişi əsasında alqı-satqı müqaviləsi ilə satıcı X1 əldə edir. Lizinq müqaviləsinin ümumi məbləği 14600 manat təşkil edir. xx.xx.2017-ci il tarixdə X2, Cavabdeh1 və İddiaçı ASC arasında bağlanmış AL-274 (1) saylı “öhdəliklərin ötürürülməsi” barədə müqavilədən görünür ki, 30 noyabr 2016-cı il tarixli AL-274 saylı “Daxili Lizinq" müqaviləsi üzrə Cavabdeh1 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-146/2020 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AL-980 sylı və 30 noyabr 2016-cı il tarixli AL-274 saylı “Daxili Lizinq" müqavilələri ləğv edilmiş və Cavabdeh1 ümumilikdə 2099.65 manat borcun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli pretenziya məktublarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ödənilmiş cərimə məbləğlərinin əvəzi olaraq 701 manat pulu 7 gün müddətində ödəmək təklif edilmiş, əks təqdirdə pulun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. AC 496126 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “DAEWOO Gentra Minik” markalı, 99AR304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 “DAEWOO Gentra Minik” markalı, 99AR304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman AR İXM-nin 339.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 50 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 “DAEWOO Gentra Minik” markalı, 99AR304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 60 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 “DAEWOO Gentra Minik” markalı, 99AR304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman AR İXM-nin 327.1 və 327.2-ci maddələrində tutulmuş inzibati xətanı törətmiş, barəsində 60 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 “DAEWOO Gentra Minik” markalı, 99AR304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 60 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 “DAEWOO Gentra Minik” markalı, 99AR304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 “DAEWOO Gentra Minik” markalı, 99AR304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman AR İXM-nin 327.3-cü və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, barəsində 80 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 “DAEWOO Gentra Minik” markalı, 99AR304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman AR İXM-nin 327.1-ci və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, barəsində 60 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 “DAEWOO Gentra Minik” markalı, 99AR304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman AR İXM-nin 339.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 50 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 53808938 nömrəli, xx.xx.2020-ci tarixli qəbzdən görünür ki, EQ2802699 nömrəli protokola əsasən “DYP ödənişləri” kateqoriyası üzrə 45 manat ödənilmişdir. 53829508 nömrəli, xx.xx.2020-ci tarixli qəbzdən görünür ki, İXP2186287 nömrəli protokola əsasən “DYP ödənişləri” kateqoriyası üzrə 96 manat ödənilmişdir. 53823057 nömrəli, xx.xx.2020-ci tarixli qəbzdən görünür ki, İXP2221553 nömrəli protokola əsasən “DYP ödənişləri” kateqoriyası üzrə 96 manat ödənilmişdir. 53822954 nömrəli, xx.xx.2020-ci tarixli qəbzdən görünür ki, İXP2254061 nömrəli protokola əsasən “DYP ödənişləri” kateqoriyası üzrə 96 manat ödənilmişdir. 53829749 nömrəli, xx.xx.2020-ci tarixli qəbzdən görünür ki, İXP2154478 nömrəli protokola əsasən “DYP ödənişləri” kateqoriyası üzrə 64 manat ödənilmişdir. ********** nömrəli, xx.xx.2020-ci tarixli qəbzdən görünür ki, “AsanPay” portalı vasitəsi ilə, “Hökumət” kateqoriyası üzrə 80 manat ödənilmişdir. 53830205 nömrəli, xx.xx.2020-ci tarixli qəbzdən görünür ki, İXP2123038 nömrəli protokola əsasən “DYP ödənişləri” kateqoriyası üzrə 96 manat ödənilmişdir. 53830028 nömrəli, xx.xx.2020-ci tarixli qəbzdən görünür ki, TYP123689 nömrəli protokola əsasən “DYP ödənişləri” kateqoriyası üzrə 128 manat ödənilmişdir. xx.xx.2018-ci il tarixli, POA**********1 saylı etibarnamədən müəyyən olunur ki, İddiaçı ASC “DAEWOO Gentra Minik” markalı, 99AR304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yalnız Azərbaycan Respublikası ərazisində idarə etmək hüququnu Cavabdeh2 vermişdir. Etibarnamə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək etibarlıdır. xx.xx.2018-ci il tarixli, POA**********8 saylı etibarnamədən müəyyən olunur ki, İddiaçı ASC “DAEWOO Gentra Minik” markalı, 99AR304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yalnız Azərbaycan Respublikası ərazisində idarə etmək hüququnu Cavabdeh2 vermişdir. Etibarnamə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək etibarlıdır. xx.xx.2018-ci il tarixli, POA**********8 saylı etibarnamədən müəyyən olunur ki, İddiaçı ASC “DAEWOO Gentra Minik” markalı, 99AR304 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yalnız Azərbaycan Respublikası ərazisində idarə etmək hüququnu Cavabdeh2 vermişdir. Etibarnamə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək etibarlıdır. Mülki iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, 16 dekabr 2017-ci il tarixdə AL-274 (1) saylı “öhdəliklərin ötürürülməsi" müqaviləsi əsasən 30 noyabr 2016-cı il tarixli AL-274 saylı “Daxili Lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh1 öz üzərinə götürmüş və istifadəsinə 2013-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, **-AR- *** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Eyni zamanda İddiaçı ASC tərəfindən həmin avtomobil Cavabdeh1 razılığı olmadan etibarnamə əsasında idarə edilməsi üçün Cavabdeh2 verilmişdir. Etibarnamə hər dəfə qısa zaman dövrü üçün verilmiş, ödənişlər edildikcə Cavabdeh2 sözügedən nəqliyyat vasitəsini idarə etmək üçün yeni etibarnamə verilmişdir. Nəqliyyat vasitəsi Cavabdeh2 istifadəsində olan zaman onun tərəfindən inzibati xətalar törədilmiş və barəsində inzibati cərimə tənbeh tədbirləri tətbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında protokollardan inzibati xətanı törədənin yalnız Cavabdeh2 olduğu müəyyən olunur. Lakin Cavabdeh2 cərimə məbləğlərini ödəməmişdir. Sonradan Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçı ASC məhkəməyə müraciət etmiş və onunla bağlanmış lizinq müqaviləsi məhkəmə qaydasında ləğv edilmişdir. Bundan sonra İddiaçı ASC nəqliyyat vasitəsi üzərində ödənilməmiş cərimə tənbeh tədbirlərinin olduğunu müəyyən etmiş və nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməməsi üçün bütün cərimələri ödəmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Nəqliyyət vasitəsinin üzərində ödənilməmiş cərimə tənbeh tədbirlərinin qalmasının İddiaçı ASC tərəfindən sonradan aşkar olunmasının doğruluğu bütün cərimələrin ödəniş tarixlərinin eyni olması faktı ilə də möhkəmlənir. Belə ki, bütün cərimə ödənişləri xx.xx.2020-ci il tarixdə ödənmişdir. Ödənişlərin inzibati tənbeh vermə qərarlarında qeyd edilən məbləğlərdən çox olması qanunvericiliklə izah olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Göründüyü kimi bütün inzibati tənbeh vermə haqqında qərarlar 2018-ci il tarixli olsa da, bütün cərimə ödənişləri 2020-ci il tarixdə edilmişdir. Yəni bütün cərimə ödənişləri 60% daha artıq məbləğdə ödənilmişdir. Məhkəmə ödənilmiş cərimə məbləğlərinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması barədə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından hər üç şərtin mövcudluğu təsdiq olunur. Belə ki, Cavabdeh2 etibarnamə əsasında nəqliyyat vasitəsini idarə edən zaman məhz onun tərəfindən inzibati xətalar törədilmişdir ki, bu fakt iş materiallarında olan inzibati tənbeh vermə qərarlarından təsdiq olunur. Tətbiq olunmuş cərimə məbləğlərini ödəməmiş, nəticədə nəqliyyat vasitəsinin sahibi İddiaçı ASC cərimə məbləğlərini ödəməli olmuş, bununla da ona zərər dəymişdir. Dəymiş zərərin mahiyyəti Cavabdeh2 hüquq pozuntusu törədərək ödəməli olduğu cərimə məbləğlərini ödəməməsi təşkil edir, yəni hüququ pozuntusu ilə zərər arasında səbəbli əlaqə vardır. Belə olan halda mülki qanunvericiliyə əsasən zərəvuran hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödənilməli olduğundan, İddiaçı ASC tərəfindən Cavabdeh2 törətdiyi inzibati xətalara görə ödəməli olduğu və hazırda məhkəmə qaydasında tələb etdiyi 701 manat pul məbləğini tam həcmdə ASC-yə ödəməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 dair hissəsində isə qeyd edir ki, mülki iş materiallarından zərərin yalnız Cavabdeh2 tərəfindən,avtonəqliyyat vasitəsinin onun qanuni sahibliyində olduğu vurulduğu sübut olunur. Belə ki iddiaçının nümayəndəsi də məhkəmə iclasında nəqliyyat vasitəsinin Cavabdeh2 istifadəsinə verilməsi zamanı Cavabdeh1 yazılı razılığının olmadığını, həmçinin zərərin vurulduğu bütün müddətdə nəqliyyat vasitəsinin Cavabdeh2 istifadəsində olduğunu təsdiq etmişdir. Mülki iş materiallarında olan heç bir sübut zərərin vurulmasına Cavabdeh1 əlaqəsi olduğunu göstərmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməli, iddiaçı tərəfindən tələb olunan bütün məbləğ yalnız Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid edildiyi hissədə rədd edildiyindən, iddiaçı tərəfindən tələb olunan 30.40 manat dövlət rüsumu Cavabdeh2 tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş zərərin əvəzi olaraq 701 manat məbləğində pul və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 30.40 manat pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar