Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3554/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksi ilə əlaqədar keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-2(81)-1188/2019 saylı iş üzrə mübahisə sülh yolu ilə həll edilmişdir. Belə ki, X6 və “AYSEL KO" MMC ilə “Accessbank" QSC arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən borclu X1 göstərilən məbləği sazişin 5-ci bəndində qeyd olunan ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdəsinə götürmüşdür. Lakin, bütün dünyada, həmçinin də Azərbaycan Respublikası ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılması və ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydaları Borclunun barışıq sazişi üzrə ödənişlərini vaxtında icra edə bilməsində problemlər yaratmışdır. İcra məmuru isə qüvvədə olan barışıq sazişini və işin faktiki hallarını nəzərə almayaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1188/2019-010 saylı, 29.11.2019-cu il tarixli icra sənədinə əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi 27.11.2020-ci il tarixli İcraata başlamaq haqqında Qərar (bundan sonra “Qərar") qəbul etmişdir. Həmin Qərara əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən iş üzrə icraata başlanılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-2(81)-1188/2019-010 saylı, 29.11.2019-cu il tarixli icra sənədinə əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi 27.11.2020-ci il tarixli İcraata başlamaq haqqında Qərar (bundan sonra “Qərar") qəbul etmişdir. Həmin Qərara əsasən Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən iş üzrə icraata başlanılması qərara alınmışdır. İcra məmuru “İcra haqqında" Azərbaycan Respublikası Qanunun 61.2-ci maddəsinə əsasən borclu X4 (burdan sonra “İddiaçı") məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi, İ -ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 6399.3 kv.m. olan əmlak kompleksinin açıq hərracda satılması üçün sifariş məktubu tərtib edərək Respublika Xammal və Əmtəə Birjasının “Külək’“ MMC-nə (bundan sonra “Cavabdeh") göndərmişdir. Hərrac təşkilatçısı olan Cavabdeh 30.03.2021-ci il tarixli 01/1869 saylı hərracın keçirilməsinə dair Bildiriş №1 göndərərək 16.04.2021-ci il tarixə hərrac təyin etmişdir. 20.04.2021-ci il tarixli 01/2392 saylı hərracın keçirilməsinə dair Bildiriş №2 göndərərək 06.05.2021-ci il tarixə təkrar hərracı təyin etmişdir. Təkrar hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetinin 04.05.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Cavabdeh 04.05.2021-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair Təklifi Binəqədi rayon İcra şöbəsinə və "xxxx" QSC-nə göndərmişdir. İddiaçı Cavabdehə sorğu vermiş və hərracın yekun protokolunun ona təqdim edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı Binəqədi rayon İcra şöbəsinə də eyni məzmunlu sorğu vermiş, Binəqədi rayon İcra şöbəsi 17/68-198019-16 nömrəli 24.06.2021-ci il tarixli cavab ilə bildirmişdir ki, cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol Binəqədi rayon İcra şöbəsinə hazırki günədək daxil olmamışdır və bu səbəbdən həmin protokolun iddiaçıya təqdim edilməsi mümkünsüzdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edirlər ki, hərrac Cavabdeh tərəfindən qanunsuz olaraq keçirilmişdir. Daha sonra iddiaçı X6 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi, Binəqədi şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399.3 kv.m. olan əmlak kompleksi ilə əlaqədar keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək bildirmişdir ki, məhkəməyə müraciət etdikdən sonra iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddiasının əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 1) Qeyd edir ki, hərracın keçirilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (“Qanun”) ilə tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Qanunun tələbindən göründüyü kimi hərracın keçirilməsi ilə bağlı elan və bildiriş hərrac gününə ən geci 20 təqvim günü qalmış verilməlidir. İş materiallarına əsasən hərrac təşkilatçısı olan Cavabdeh 30.03.2021-ci il tarixli 01/1869 saylı hərracın keçirilməsinə dair Bildiriş №1 göndərərək 16.04.2021-ci il tarixə hərrac təyin etmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin 30.03.2021-ci il tarixli 241 nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də iddiaçıya bildiriş göndərilmişdir. Yəni, Qanunun imperativ tələbi olan hərrac gününə 20 təqvim günündən az müddət qalmış elan yerləşdirilmiş və İddiaçıya bildiriş göndərilmişdir. 2) Eyni pozuntu təkrar hərracın keçirilməsində də baş vermişdir. Belə ki, Cavabdeh 20.04.2021-ci il tarixli 01/2392 saylı təkrar hərracın keçirilməsinə dair Bildiriş №2 göndərərək 06.05.2021-ci il tarixə təkrar hərracı təyin etmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin 20.04.2021-ci il tarixli nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də İddiaçıya bildiriş göndərilmişdir. Yəni, Qanunun imperativ tələbi olan hərrac gününə 20 təqvim günündən az müddət qalmış elan yerləşdirilmiş və İddiaçıya bildiriş göndərilmişdir. 3) Cavabdeh tərəfindən əsas pozuntu isə bundan sonra baş vermişdir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən 04.05.2021-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair Təklif Binəqədi rayon İcra şöbəsinə, İddiaçıya və "xxxx" QSC-nə göndərilmişdir. Bunu təsdiq edən sənədlər aşağıdakılardır və bütün bu sənədlər Cavabdehin özü tərəfindən Məhkəməyə təqdim edilmişdir: FM Express kuryer şirkətinin 199584 saylı qəbz. Həmin qəbzin üzərində 04.05.2021-ci il tarixi qeyd olunmuşdur; Təkrar hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetinin 04.05.2021-ci il tarixli 246 saylı nömrəsində dərc edilmiş elan; Cavabdeh tərəfindən təqdim edilmiş 04.05.2021-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair Təklif. Bütün bu sübutların mövcud olmasına baxmayaraq, Cavabdeh Məhkəməyə 19.11.2021-ci il tarixli a/4953 saylı məktub təqdim edərək bildirir ki, guya adıçəkilən Təklifdə texniki səhvə yol verilərək 04.05.2021-ci il tarixi qeyd edilmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kuryer qəbzi və “Birja yenilikləri” qəzetindəki elan həmin Təklifdəki tarixin səhv olmadığını və Cavabdehin qeyd edilən məktub ilə Məhkəməni aldatmaq istədiyi açıq-aşkardır. 4) Həmçinin, İddiaçı Cavabdehə sorğu vermiş və hərracın yekun protokolunun ona təqdim edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı Binəqədi rayon İcra şöbəsinə də eyni məzmunlu sorğu vermiş, Binəqədi rayon İcra şöbəsi 17/68-198019-16 nömrəli 24.06.2021-ci il tarixli cavab ilə bildirmişdir ki, Cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol Binəqədi rayon İcra şöbəsinə hazırki günədək daxil olmamışdır və bu səbəbdən həmin protokolun İddiaçıya təqdim edilməsi mümkünsüzdür. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X5 hazırda mübahisəli əmlakın bank tərəfindən əldə edilərək, çıxarış almasını, bankın onsuzda kifayət qədər ziyana məruz qalmasını, iddiaçı tərəfindən hazırki iddianın öhdəliklərin icrasından yayınmaq üçün qaldırılmasını bildirərək, iddia tələbinin əsassız olduğunu, bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə, "xxxx" QSC-yə, İddiaçı və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə ünvanlanmış 30.03.2021-ci il tarixli, 01 nömrəli və 20.04.2021-ci il tarixli, 02 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin 17/68-198019-16 nömrəli, 17.03.2021-ci il tarixli sifariş məktubu və Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1188/2019 nömrəli, 29.11.2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksinə yönəldilməsi, hərracda ******* manat ilkin satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 16.04.2021-ci il saat 11:00-17:00-dək (növbəlilik əsasında) və 06.05.2021-ci il 11:00- 17:00-dək (növbəlilik əsasında) tarixdə keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin 24.06.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Sizin 23.06.2021-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1188/2019*010 nömrəli. 29.11.2019-cu il tarixli icra vərəqəsi üzrə "xxxx" QSC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Binəqədi rayonu Baksol ərazisi Binəqədi şossesi 1-ci küçə 3-cü döngə 3 ünvanında 0.65076 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 6399 3 m2 olan əmlak kompleksinin açıq hərracda satılmasına dair “Külək" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol Binəqədi rayon İcra Şöbəsinə hazırkı günədək daxil olmamışdır və bu səbəbdən həmin protokolun surətinin Sizə təqdim edilməsi mümkünsüzdür.Əmlak kompleksinin açıq hərracda satılmasına dair protokol Binəqədi rayon İcra Şöbəsinə daxil olduqda surəti Sizə təqdim olunacaqdır. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə, "xxxx" QSC-yə, İddiaçı və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə ünvanlanmış 04.05.2021-ci il tarixli, 01/2733 nömrəli təklifin surətindən görünür ki, Binəqədi rayon icra şöbəsinin № 17/68-198019-16 $pylı 17.03.2021 -ci il tarixli sifariş məktubu əsasən ipoteka yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Baksol ərazisi. Binəqədi şossesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanda 0.65076 ha torpaq sahəsində ümumi sahəsi 6399 3 kv.m olan əmlak kompleksi kimi müəssisənin təkrar hərracının baş tutmaması barədə “Biıja yenilikləri” qəzetinin 04.05.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 975375 (doqquz yüz yetmiş beş min üç yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunur, “İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetim əldə etdiyi halda AR Mülki Məcəlləsinin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 19.11.2021-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayon icra şöbəsinin 17/68-198019-6 saylı 17.03.2021ci il tarixli sifariş məktubu üzrə X4 təqdim olunmuş hərrac təşkilatının 2733 saylı məktubnda operator tərəfindən texniki səhvə yol verilərək 04.05.2021-ci il tarixləriu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2021-ci ildə yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksi Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1188/2019 nömrəli, 29.11.2019-cu il tarixli icra vərəqəsinin, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin 17/68-198019-16 nömrəli, 17.03.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti ******* manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 975375 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" QSC-yə təklif olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi əmlak kompleksi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Eyni zamanda iddiaçının “cavabdeh tərəfindən 04.05.2021-ci il tarixdə İpoteka predmetinin əldə olunmasına dair Təklif Binəqədi rayon İcra şöbəsinə, iddiaçıya və "xxxx" QSC-nə göndərildiyi halda cavabdeh 20.04.2021-ci il tarixli 01/2392 saylı təkrar hərracın keçirilməsinə dair Bildiriş №2 göndərərək 06.05.2021-ci il tarixə təkrar hərracı təyin etmişdir. Həmin hərrac barədə “Birja yenilikləri” qəzetinin 20.04.2021-ci il tarixli nömrəsində elan yerləşdirilmiş və həmin tarixdə də İddiaçıya bildiriş göndərilmişdir”, “Cavabdeh tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol təqdim edilməmişdir” dəlillərinə münasibətdə məhkəmə bildirir ki, formal əsaslara görə hərracın etibarsız hesab edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən, iş üzrə üçüncü şəxs olan bankın haqlı mənafelərinin qorunması, habelə iddiaçının hərracda iştirak edərək əmlakı əldə etmək üçün hər hansı real hərəkətinin olmasının sübut edəcək dəlillərinin olmamasını nəzərə almışdır, eyni zamanda iddiaçının bildirişdəki texniki səhvi əsas götürərək, sırf bu səbəbdən iş üzrə üçüncü şəxsin mülkiyyətində olan əmlaka dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair tələbi prosessual norma baxımından üçüncü şəxslərə qarşı yönəldilə bilməzdi. Belə ki, iddianın mümkün təmin edilməsi halında iş üzrə üçüncü şəxsə verilmiş çıxarış ləğv ediləcəkdir. Bundan başqa ədalətlilik prinsipi baxımından da məhkəmə hesab edir ki, iddiaçının belə bir iddia irəli sürərək bank qarşısında götürülmüş öhdəliklərinin yerinə yetirilməsindən yayınmaq üçün hərracı mübahisələndirməsi formal, məsuliyyətdən yayınmaq üçün atılmış addımdır. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsində qeydiyyatda olduğu ünvanını ünvan 10 tədqiq edilmiş poçt göndərişləri ilə bağlı xəbərnamələr də göstərilən ünvana göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Baksol şosesi 1-ci küçə, 3-cü döngə, 3 ünvanında 0.65076 ha torpaq sahəsi 6399.3 kv.m olan əmlak kompleksi ilə əlaqədar keçirilmiş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçının cavabdehlər "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və LPO QSC "xxxx" KB cəlb edilməklə) “hərrac protokollarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X6 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3554/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3554/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver