Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3555/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Sumqayıt şəhər İcra Şöbəsinə qarşı, üçüncü şəxs "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Sumqayıt şəhər İcra Şöbəsinə qarşı hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evinin satılması ilə əlaqədar keçirilmiş hərracı və "xxxx" MMC tərəfindən həmin bağ evinin auksion vasitəsi ilə satılmasına dair keçirilmiş hərracın nəticələrinin, 02.12.2019-cu il tarixli protokolun və müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında 02.08.2016-cı il tarixdə bağlanmış 2016/00330- 01 saylı kredit müqaviləsi üzrə iddiaçıya 48 ay müddətinə 12000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı kimi iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. İddiaçının tanışı ona pula ehtiyacı olduğunu deməsi və kredit götürüləcəyi halda borcu tezliklə ödəyəcəyini vəd etməsi səbəbindən iddiaçı özünə məxsus evi ipoteka İlə yüklü edərək 12000 ABŞ dolları məbləğində pul götürülməsinə dair kredit müqaviləsi imzalamişdır. Həmin müqavilə üzrə aylıq kredit ödənişini iddiaçının tanışı ödəyirdi və iddiaçının bu hallarla bağlı məlumatı olmurdu. Müqavilədən 4 il keçmiş və iddiaçı hesab etmişdir ki, kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilib və kredit borca bağlanılıb. İddiaçı Sumqayıt şəhər İcra Şöbəsinə dəvət olunmuş və orada icra məmuru iddiaçıya bildirmişdir ki, Göyçay rayon Məhkəməsinin qətnaməsi İcra olunaraq iddiaçıya məxsus olan bağ evi hərracdan satılmışdır və iddiaçı ailə üzvləri ilə birlikdə evdən çıxarılmalıdır. İddiaçı bildirir ki, məhkəmə proseslərindən onun xəbərini olmamış, bildirişlər almamış, məhkəmə proseslərinə dəvət olunmamış və bunun nəticəsində Göyçay rayon məhkəməsinin qətnaməsini almamış və ümumiyyətlə həmin qətnamədən xəbəri olmamışdır. Daha sonra həmin qətnamə icraya yönəlmiş, və icra məmuru tərəfindən aparılan icra hərəkətlərindən, yəni bağ evinin hərraca çıxarılmasından və sonrakı proseslərin heç birindən iddiaçının məlumatı olmayıb. İcra məmuruna müradət edərək iddiaçıya məxsus bağ evinin satılmasına dair, müqavilə və hərrac protokolunun surətini istəsə də, o, sənədləri iddiaçıya təqdim edə bilmədiyini deyərək yalnız bildirmişdir ki, Sumqayıt şəhər İcra Şöbəsi iddiaçıya məxsus bağ evini açıq hərracdan satışa çıxarmış və sifarişçi kimi icranı "xxxx"nə tapşırmışdır. «Daşınar və daşınmaz əmlakın satışı üzrə Hərrac mərkəzi» isə iddiaçının iştirakını təmin etmədən, iddiaçının xəbəri olmadan bağ evinin qiymətləndirilməsini keçirmədən 60000 manat dəyərində olan bağ evini 38 000 manat qiyməti ilə hərraca çaxarmış, yəni cavabdeh həmin bağı düzgün qiymətləndirməmiş, bazar qiymətindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarmış, iddiaçının qiymətlənmədə və hərracda iştirakını təmin etməmişdir. Daha sonra, Hərrac mərkəzi, özəl bağ sahəsini və üzərində olan bağ evini dəyərindən qat-qat aşağı qiymətə «Fhnoko» BOKT-a satmışdır. İddiaçı hesab edir ki, qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında və yazılı etiraz təqdim edərək bildirdi ki, iddiaçının qeyd etdiyi Göyçay Rayon Məhkəməsinin qətnaməsində iddiaçının cavabdeh kimi izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirməsi ilə bağlı məlumat öz əksini tapmışdır. Eyni zamanda mübahisə edilən əmlak satılmamışdan əvvəl iddiaçı Azərbaycan Respublikası Prezident Administrasiyasına ona məxsus əmlakın satışa çıxarılması barədə teleqram vurmuşdur ki, bütün bunlar iddiaçının gedən proseslərdən xəbərdar olduğunu göstərir. Bu səbəblərdən iddia ərizəsini etibarsız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları tədqiq edərək, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan 02 avqust 2016-cı il tarixli 2016/00330-01 saylı kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti İddiaçı 48 ay müddətinə illik 28% dərəcəsi ilə 12 000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 02 avqust 2016-cı il tarixli ipoteka müqaviləsindən müəyyən olunur ki, borcalan və ipoteka qoyan İddiaçı 02 avqust 2016-cı il tarixli 2016/00330-01 saylı kredit müqaviləsinin təminatı kimi özünə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 2(046)-390/2018 saylı, 28.06.2018-ci il tarixli qətnaməsindən görünür ki, 11572 ABŞ dolları 09 sent əsas, 1954 ABŞ dolları 48 sent faiz, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 13626 ABŞ dolları 57 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdeh İddiaçı tutulub İddiaçı "xxxx" BOKT ASC-nə ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191 G saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 38.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması; Əldə edilən vəsaitdən 13626 ABŞ dolları 57 sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azerbaycan Respublikasının pul vahidi manatla miqdarı və həmçinin məhkəməyə müraciət etmək üçün xərcin cavabdehə aid hissəsi 25 manat pulun iddiaçı "xxxx" BOKT ASC- nə ödənilməsi qət edilmişdir.eyni zamanda qətnamənin mətnindən müəyyən olunur ki İddiaçı məhkəmə iclasında iştirak edərək iddianı qismən qəbul etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(046)-2100/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı əşyaları ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evindən çıxarılması qət edilmişdir. İş materiallarında olan 02 dekabr 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən müəyyən olunur ki, alıcı "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evini 0,03 ha torpaq sahəsi ilə birlikdə 24 225 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışdan müəyyən olunur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 191G saylı bağ evi xüsusi mülkiyyəti hüququ ilə tam payda "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə məxsus olması barədə 21.01.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ5000/********** nömrəli teleqramdan müəyyən olunur ki, İddiaçı borclarının silinməsi və evinin satılmamasına köməklik edilməsi barədə teleqram göndərilmişdir. İş materiallarında olan "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh İddiaçı ünvanlanmış məktubdan müəyyən olunur ki, sözügedən əmlakın hərraca çıxarılması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi İddiaçı oğluna hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmişdir. Bundan əlavə, iddiaçı girov qoyulmuş əmlakın qiymətləndirilməsi ilə narazı olduğunu bildirərək, hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, girov əmlakların hərraca çıxarılması üçün ilkin satış qiyməti məhkəmənin qətnaməsində öz əksini tapmışdır. Qətnamə icra edildiyi zaman isə əlavə qiymətləndirmə keçirilmədən, məhkəmə tərəfindən müəyyən edilmiş qiymətlə hərraca çıxarılmışdır. Məhkəmə iddiaçının dəlillərini və ümumilikdə iddianı əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Sumqayıt şəhər İcra Şöbəsinə qarşı, üçüncü şəxs "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Sumqayıt şəhər İcra Şöbəsinə qarşı, üçüncü şəxs "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə hərracın nəticələrinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3555/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3555/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver