Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3582/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçılar İddiaçı1 və İddiaçı2 Möküb qızının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Möküb qızının cavabdehlər Cavabdeh2, ünvan 2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “ötürülmüş müddətin bərpa olunması, Cavabdeh2 Möküb qızının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və onlar tərəfindən mirasın faktiki olaraq qəbul edilmə faktının təsdiq olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Möküb qızının cavabdehlər Cavabdeh2, ünvan 2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “ötürülmüş müddətin bərpa olunması, Cavabdeh2 Möküb qızının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və onlar tərəfindən mirasın faktiki olaraq qəbul edilmə faktının təsdiq olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, anası X10 27 mart 2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhər Nərimanov rayonu Sabit Rəhman küçəsi 44 saylı evin 16-cı mənzili mülkiyyət hüququ ilə anası X6 məxsus olmuşdur.Həmin Bakı şəhər Nərimanov rayonu Sabit Rəhman küçəsi 44 saylı ev 16cı mənzil atası X11 məxsus olub və onun 07 mart 2013-cü il tarixində vəfatından sonra vərəsəliklə anasının adına rəsmiləşdirilmişdir. Anası ilə Atasının birgə nigahdan 3 (üç) övladı İddiaçı1, İddiaçı2 Mökyüb qızı və Cavabdeh2 Möküb qızı dünyaya gəlmişdir. Bu yaxınlarda onlara məlum olmuşdur ki, Bakı şəhər Nərimanov rayonu Sabit Rəhman küçəsi 44 saylı evin 16-cı mənzilə yalnız bacısı Cavabdeh2 Möküb qızına xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında çıxarış verılmişdir. Bunu bildikdən sonra onlar da vərəsə olmaq üçün və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilməsi üçün Cavabdeh1na müraciət etmişdir. Bakı şəhər 51 saylı notariat kontorunun 08 avqust 2022-ci il tarixli qərarına əsasən onlar müddətin ötürüldüyü üçün imtina məktubu verilmişdir. Tərəfindən ötürülmüş müddət üzürlü olduğu üçün bərpa edilməli və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş Çıxarışın etibarsız hesab edilməlidir. Belə ki, o, İddiaçı1 anasının ölümündən sonra səhhətində bir çox problemlər yarandı. Bir müddət ev şəraitində müalicə aldıqdan sonra məcburiyyət qarşısında qalaraq Ege Hospı̇ tal xəstəxanasına yerləşdirildi. 07 sentyabr 2021-ci il tarixdə sağ tərəfli ureterolitotripsiya, sağ sidik axarının stentləşdirilməsi əməliyyatı olundu. Əməliyyat olunduqdan sonra maddi vəziyyəti yaxşı olmadığı üçün Bakı şəhər Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasında yatmışdır. Həmçinin qeyd edir ki, onlar 3 övlad danışmışdır ki, hər üçünün vərəsəliyi tanınsın, lakin bacısı Cavabdeh2 həmin ünvanda yaşasın. Amma bacısı Kəmalə onların xəbəri olmadan özü vərəsəliklə bağlı notariusa müraciət etmişdir. Onlar məlumat bildikdən sonra dərhal 51 saylı Notariat kontoruna müraciət etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 Möküb qızının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 sübutların təqdim edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Möküb qızına birlikdə notariat kontoruna getmək barədə təklif etmiş, dəfələrlə müraciət etməsinə baxmayaraq onlar müvafiq struktura yaxınlaşmaqdan imtina etmişdir və nəticə cavabdeh zərurət qarşısında qalaraq qanunvericilikdə nəzərdə tutulan 6 aylıq müddət ərzində müraciət etmiş və hüququ tanınaraq şəhadətnamə əldə etmişdir. Şəhadətnamənin əsasında çıxarış almışdır. Hazırki işin tam, obyektiv, ətraflı araşdırılması məqsədilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Möküb qızı arasında olan telefon səs yazılarını və whatsapp üzərindən aparılmış yazışmaları sübut qismində qəbul edilməsini və iş yazışmaları bilavasitə mübahisə tərəfləri arasında olmuş, məhkəmədə baxılan işlə birbaşa əlaqədardır. Həmçinin təqdim olunan səs yazıları və yazışmaları vərəsəlik açılan dövrə (6 aylıq müddətə) təsadüf edir. Buna görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Ofisi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5cı maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 177714 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27 mart 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 Möküb qızı xx.xx.1973-cü il tarixdə AR Bakı şəhərində anadan olmuş, atası X15, anası X12 qeyd edilmişdir. İş materiallarında olan TSEK-in xx.xx.2021-ci il tarixli №5126003AAAG5 nömrəli göndərişinin surətindən görünür ki, İddiaçı1 xroniki xəstəlikdən əziyyət çəkir. İş materiallarında olan № ******* nömrəli əmək qabiliyyətinin olmaması barədə vərəqənin surətindən görünür ki, İddiaçı1 stasionar müalicə almış və əmək qabiliyyətinin olmaması müəyyən edilmişdir. İş materiallarında olan № 131186 nömrəli əmək qabiliyyətinin olmaması barədə vərəqənin surətindən görünür ki, İddiaçı2 Möküb qızı xəstəliklə əlaqədar əmək qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarında olan 08 avqust 2022-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərarından görünür ki, İddiaçı2 Möküb qızı və İddiaçı1 notariat ofisinə Bakı şəhəri, S.Rəhman küçəsi, ev 44, mənzil 16-da yaşamış 27 mart 2021-ci il tarixdə vəfat etmiş X2 qalmış mirası qəbul etmək və qeyd edilən ünvanda yerləşən mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün, 08 avqust 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş və cari sənədlərdən görünür ki, X2 qalmış əmlaka xx.xx.2021-ci il tarixdə Cavabdeh2 tam pay olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəblə notariat orqanı iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Novruzov qardaşları küçəsi, ev 13-ə X8 1/8 hissədə payı xx.xx.2020-ci il tarixdə, X7 1/8 hissədə, X16 3/8 hissədə, X14 adına 3/8 hissədə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Cavabdeh2 ın surətindən görünür ki, ünvan 1 ünvanında olan əmlak Cavabdeh2 mülkiyyətindədir və xx.xx.2022-ci il tarixdə və ********** nömrəsilə qeyd alınmışdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 Möküb Həsənağa oğlu ilə nikaha daxil olmuş, birgə nikahlarından - İddiaçı1, İddiaçı2 Möküb qızı, Cavabdeh2 adlı övladları da olmuşdur. İş materiallarından aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 44, 16 saylı mənzil vərəsəlik qaydasında tərəflərin atası X9 ölümündən sonra anaları X3 mülkiyyətində olmuşdur. X10 27 mart 2021-ci il tarixdə vəfat etmiş, onun qızı Cavabdeh2 xx.xx.2021-ci il tarixli ünvan 2 ünvanladığı ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə tam pay olaraq Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 44, 16 saylı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh2 mübahisəli əmlaka dair xx.xx.2022-ci il tarixdə Dövlət reyestrindən çıxarış əldə etmiş, hazırda da həmin əmlak onun mülkiyyətindədir. İş materiallarından aydın olur ki, mərhum X2 qalmış miras əmlak barədə Cavabdeh2 adına yuxarıda qeyd edilən vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən mərhumun (miras qoyanın) qanun üzrə digər iki (İddiaçı2 Möküb qızı, İddiaçı2 Möküb qızı) vərəsəsinin olması notariusdan gizlədilmiş, vərəsələrə məlumat verilməmiş, notarius isə vərəsələrin dairəsini yoxlamaması nəticəsində həmin vərəsələri nəzərə almadan sadəcə Cavabdeh2 adına vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhkəmənin qənaətinə görə, iddia tələblərinə düzgün hüquqi qiymət verilməsi, ilk növbədə vərəsələr tərəfindən mirasın qəbul edilib-edilmədiyi məsələsinin aydınlaşdırılmasından asılıdır. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun; Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Yuxarıda da göstərildiyi kimi, mərhum X2 qalmış miras əmlak barədə Cavabdeh2 adına yuxarıda qeyd edilən vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi, həmin şəhadətnamə verilərkən İddiaçı2 Möküb qızı və İddiaçı1 özlərinə çatası miras payından onun xeyrinə imtina etmədiklər işin mübahisəsiz halıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, işin hallarından mirasqoyanın digər qanun üzrə vərəsələrinin, yəni iddiaçıların məhrumun yas mərəsimində iştirakı, mübahisəli əmlakı gəlib-getmələri mirası qəbul etdikləri qənaətinə gəlməyə imkan verir. X10 vəfat etdikdən sonra iddiaçılar birinci dərəcə vərəsə kimi digər vərəsə ilə birgə miras əmlaka faktiki sahiblik etməyə və onun idarə edilməsində iştirak etməyə başlamışdır. Cavabdeh tərəf iddia tələbinə etirazın əsası kimi göstərmişdir ki, iddiaçıların əmlak barədə vərəsəlik işinin açılmasından məlumatı olmuş, buna baxmayaraq notariat orqanına müraciət etməmişlər. Eyni zamanda, iddiaçıların xəstə olması uzunmüddətli olmamış, tərəflər arasında səsyazıları mövcuddur, bu yazılarla müəyyən olunur ki, tərəflər ünvan 1 miras əmlakla bağlı notariat orqanına müraciət olunmasından məlumatlıdır. Bu baxımdan, müddətin bərpa olunması əsassızdır. Məhkəmə həmin dəlillərə münasibətdə qeyd edir ki, iddiaçılar müras əmlakdan imtina etməmiş, belə olduğu halda onların notariat orqanında yazılı müraciətləri olardı. İşdən görünür ki, tərəflərin anasının vəfatından sonra Cavabdeh2 notariat kontoruna müraciət edərək, digər vərəsələrin iştirakı olmadan vərəsəlik işinin açılmasını xahiş etmiş, bununla belə Cavabdeh2 adına sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mərhumun qanun üzrə digər iki vərəsəsinin olması notariusdan gizlədilmiş, notarius isə vərəsələrin dairəsini yoxlamaması nəticəsində həmin vərəsələri nəzərə almadan sadəcə Cavabdeh2 adına vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Həmin şəhadətnamələrin verilməsindən xəbər tutandan sonra iddiaçılar hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Bu o deməkdir ki, iddiaçılar mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərmiş, bununla bağlı niyyəti əvvəldən mövcud olmuşdur; eyni zamanda, işə əlavə edilmiş səsyazılarında da iddiaçıların miras əmlakla bağlı paylarından imtina etmədikləri məlum olmuşdur. Buna görə də onların mirası qəbul etdikləri qənaətinə gəlmək daha məntiqlidir. Məhkəmə iddiaçıların mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpası tələbi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də təmin edilməli, X4 miras qalmış əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi üzürlü hesab edilməklə uzadılmalıdır. Belə ki, iddiaçıların birinci növbəli vərəsələr kimi miras almaq hüququ birinci növbəli vərəsələrin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə mirası qəbul etməməsi nəticəsində yaranmışdır Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1318-ci maddəsinə görə, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir; “Notariat haqqında” Qanunun 59-cu maddəsinə görə isə, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 55-ci maddəsinə görə də, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Yuxarıda şərh olunanlardan göründüyü kimi, notariat orqanı öz vəzifəsini yerinə yetirməmiş, Cavabdeh2 isə digər vərəsələrin olmasını və ünvanını göstərməyərək mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərmiş, digər vərəsələrin hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu səbəblə də Cavabdeh2 adına verilmiş yuxarıda göstərilən vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, sözügedən əmlak üzərində mirası faktiki qəbul etmə faktı müəyyən edilməlidir. Halbuki, Mülki Məcəllənin 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən isə, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Möküb qızının cavabdehlər Cavabdeh2, ünvan 2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “ötürülmüş müddətin bərpa olunması, Cavabdeh2 Möküb qızının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və onlar tərəfindən mirasın faktiki olaraq qəbul edilmə faktının təsdiq olunması” tələbinə dair iddia ərizəsi təmin edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Möküb qızının cavabdehlər Cavabdeh2, ünvan 2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “ötürülmüş müddətin bərpa olunması, Cavabdeh2 Möküb qızının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və onlar tərəfindən mirasın faktiki olaraq qəbul edilmə faktının təsdiq olunması” tələbinə dair iddia ərizəsi təmin edilsin. X2 qalmış Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 44, 16 saylı mənzilə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh2 tam pay olaraq vərəsəlik hüququ haqqında Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında verilmiş ünvan 1 üzərində Cavabdeh2 qıznın mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilsin. Miras qalmış - ünvan 1 miras əmlakın faktiki olaraq qəbul edilmə faktının təsdiq olunmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 Möküb qızı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü sayılmaqla, həmin müddət uzadılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3582/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3582/2022
04.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver