Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-36/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Standart Plus” MMC-nin nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1392/2021 saylı Qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-1392/2021 saylı Qətnaməsindən iddiaçı Cavabdeh MMC və cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(105)-2822/2021 saylı Qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1392/2021 saylı Qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanmışdır. Cavabdeh İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 2822/2021 saylı Qətnaməsi ilə razılaşmayaraq kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 23 may 2022-ci il tarixli, 2(102)-2706/2022 saylı Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2822/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1392/2021 saylı Qətnaməsindən iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına dair 2(105)-2277/2022 saylı mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafarinin icraatındadır və bu səbəbdən Cavabdeh MMC iş üzrə icraata xitam verilməsini xahiş etmitşdir. Məhkəmə, iddia ərizəsini habelə mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş yekun məhkəmə aktlarından görünür ki, Cavabdeh MMC tərəfindən 21 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması qət edilmiş və həmin məhkəmə aktları ilə kredit müqaviləsinin qanuniliyinə artıq qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır; 261.0.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı 14 iyun 2022-ci il tarixli Qərardadından göstərilir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi mülki iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin ödənilməsi” tələbinə dair iddia qaldırmış bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən tələb ilə cavabdehə qarşı iddia irəli sürə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiasına artıq məhkəmə tərəfindən baxılmaqla məhkəmə aktı qəbul edildiyindən mülki işin icraatına xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-36/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-36/2023
18.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver