Məhkəmə qərarları › İş №2(005)-3623/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3623/2024

09.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3623/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məhkəmə iclas katibi X9, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsin Nərimanov rayon Sukanal İdarəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Qarabağ qazisi olmağını, işsiz olmağını və anasının rəhmətə getməsini nəzərə alıb onun adına yığılan 832,84 manat su pulu borcunun ləğv olunması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, o, İddiaçı 2-ci qrup hərbi əlil və Qarabağ qazisidir. O yaşadığı yataqxanada ailə tərkibi 2 nəfər olub anası və o. Anası xx.xx.2022-ci ildə rəhmətə gedib. Lakin Nərimanov rayon su kanal idarəsi hər ay rəhmətlik anasının adına suya görə pul qəbzi verirlər. Hal-hazırda suya yığılan su borcun cəmi 832,84 (səkkiz yüz otuz iki manat, səksən dörd qəpikdir). Bildirir ki, o heç bir yerdən maddi yardım almır. Heç bir yerdə işləmir. O ancaq pensiya hesabına yaşayır. Suya yığılan borcun ödənilməsinə pulu yoxdur. 2 ədəd güllə yarası almışdır. 3-m nazik bağırsağı yoxdur, əlil və şikəstdir. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsin Nərimanov rayon Sukanal İdarəsi vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ su pulu borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə cavabdeh "xxxx" ASC-nin əsil cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsin Nərimanov rayon Sukanal İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə məhkəmə xx.xx.2024-cü il tarixli hazırlıq iclasında "xxxx" ASC –nin əsl cavabdehlə əvəz edilməsi qərara alınmışdır. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmənin əvvəlki iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsin Nərimanov rayon Sukanal İdarəsinin nümayəndəsi X2 izahat verərək, bildirdi ki, iddiaçının anası rəhmətə getdiyindən artıq hesablanmış borc məbləği silinə bilər. Lakin iddiaçıya münasibətdə hər hansı güzəşt nəzərdə tutulmamışdır. Borc məbləğinin 2000-ci ildən etibarən iddia ərizəsi verilənədək 2 nəfərə münasibətdə hesablanması nəzərdə tutulsa da, 2011-ci il tarixdə Prezidentin müvafiq fərmanı ilə 2011-ci ilin fevral ayına qədər mövcud borc məbləğləri silinmişdir. Bununla bağlı müvafiq arayışın məhkəməyə təqdim olunması məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent kartının surətinə əsasən "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2000-ci il tarixli müqavilə üzrə X1 borcu 840,94 manat təşkil edir. “İri Şəhərlərin Birləmiş Su təhcizatı Xidməti” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Nərimanov rayonu, F.X.Xoyski küç, ev 128, mənzil 112 ünvanında yaşayan X4 2019-cu ilin avqust ayından 2022-ci ilin aprel ayına qədər göstərilən su təchizatı və kanalizasiya xidmətləri nəticəsində yaranmış borc (2 nəfər və 1 nəfərə görə) aşağıdakı cədvəldə göstərilib: 2019-cu ilin avqust ayından 2022-ci ilin aprel ayına qədər yaranmış borc 231,78 manat (2 nəfər), 115,89 manat (1 nəfər) məbləğində , 2022-ci ilin aprel ayından 2024-cü ilin sentyabr ayına qədər yaranmış borc 284 manat (2 nəfər), 142 manat (1 nəfər) məbləğində olmuşdur. AZ-İİ seriyalı, 272556 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 550 nömrə ilə qeyd edilmişdir. AR DİN-in İddiaçı verdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, o xx.xx.2006-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər, X7, X14. Beləliklə, məhkəmə iclasında işin müəyyən edilmişdir ki, X5 ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. xx.xx.2024-ci il tarixli abonent kartının surətinə əsasən "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2000-ci il tarixli müqavilə üzrə X3 borcu 840,94 manat təşkil edir. Hal-hazırda iddiaçı, “Azərsu" ASC tərəfindən hesablanan 840,94 manat məbləğində əsassız borcun silinməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf iddiaya dair hər hanı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yaşayan X4 2019-cu ilin avqust ayından 2022-ci ilin aprel ayına qədər (sonuncunun öldüyü tarixədək) göstərilən su təchizatı və kanalizasiya xidmətləri nəticəsində yaranmış borc 2 nəfər üçün 231.78 manat, 2022-ci ilin aprel ayından 2024-cü ilin sentyabr ayınadək 1 nəfər üçün 142 manat yazılmışdır. Göründüyü kimi, ümumilikdə göstərilən ünvan üzrə su təchizatı və kanalizasiya xidmətləri nəticəsində yaranmış borc 373,78 manat təşkil edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında suyun alğı-satqısı ilə bağlı müqavilənin bağlandığı və iddiaçının cavabdehi su ilə təmin etdiyi və ona kanalizasiya xidmətləri göstərdiyi işin mübahisəsiz halıdır. Lakin tərəflər arasındakı mübahisə sərf olunmuş suya görə tutulan pul ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş, “X13”na əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan su ölçən cihazın göstəricilərinə əsasən, su ölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. Həmin Qərarın 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası qismən əsaslıdır, iddiaçı müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə qismən olaraq öz təsdiqini tapmışdır. İdiaçıya istifadə etmədiyi suya görə borcun yazılması əsassızdır, həmin borc qismən silinməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu. F.X.Xoyski küç,, ev 128, 112 saylı mənzildə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 459,06 manat (832,84 - 373,78) borc vəsaiti silinməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küç, ev 128, 112 saylı mənzil üçün hesablanmış 459,06 manat (dörd yüz əlli doqquz manat altı qəpik) məbləğində borc vəsaiti İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar