Məhkəmə qərarları › İş №2(005)-3696/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3696/2020

30.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3696/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X5, İlkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X17 nümayəndəsi və vəkili X3 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı X5 ilk iddia üzrə cavabdeh X20 qarşı çıxarışın ləğvi, pulun geri qaytarılması və mənzilə sahiblik hüququnun bərpası” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı X17 qarşılıqlı iddia üzrə cavabdeh X10 qarşı “mülkiyyət hüququnun bərpası və mənzildən çıxarılma” qarşılıqılı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı X12 ilkin iddia üzrə cavabdeh X20 “çıxarışın ləğvi, verdiyim pulun qaytarılması, mənzilə sahiblik hüququnun bərpası” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nərimanov rayonu, Əhməd Rəcəbli 28, mənzil 20 saylı evin çıxarışının ləğv edilməsini, həmin mənzilə sahiblik hüququnun bərpasını və ya iddiaçının verdiyi 49.000 (qırx doqquz min) manat pulun cavabdehdən tutularaq qaytarılmasını, qarşılıqlı iddia üzrə iddiaçı X17 qarşılıqlı iddia üzrə cavabdeh X10 qarşı “mülkiyyət hüququnun bərpa edilməsi, evdən çıxarılma tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia tələbinin təmin olunaraq cavabdeh X11 qarşı “mülkiyyət hüququnun bərpa olunması, evdən çıxarılma” tələbinin təmin olunmasını, ilkin iddia üzrə iddiaçı X6 ona qarşı qaldırdığı “çıxarışın ləğvi, pulun geri qaytarılması, mənzilə sahiblik hüququnun bərpası” üzrə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, iddiaçı X13 2008-ci ildən indiyə kimi Nərimanov rayon Əhməd Rəcəbli 28 mənzil 20-də yaşayır. Mənzilin sahibi X26 ilə razılaşaraq evi iddiaçıya satmaq məqsədi ilə ona 10.000 AZN manat pul vermiş və qalan 40.000 AZN manatını isə hissə-hissə verməklə evi iddiaçının 50.000 AZN manata öz aralarında razılaşaraq satdı və pulu verib qurtardıqdan sonra evi adına keçirməyə razılıq verdi. İndiyə kimi 10.000 AZN manatdan əlavə hissə-hissə olmaqla Sabirə və Sabir rəhmətə gedəndən sonra isə Qadirin qızına ,arvadına və qayınanasına ümumi olaraq 39.000 AZN manat vermişdir. Lakin təqribən bir ildən artıqdır ki,yaşadığı evi Cavabdeh qanunsuz olaraq əmisi Sabirin vəsiyyətnaməsi və əmisinin həyat yoldaşıyla oğlunun razılığı olmadan öz adna keçirib. X4 bu qanunsuzluqdan belə xəbəri olmayıb.Hətta həyat yoldaşının zaksı olduğu halda razılığı belə olmayıb. Uzun müddətdir ki, iddiaçı bu evdə yaşayır. Heç vaxt Qadirin evə gəlməsini görməmişdir. Qadir bir dəfə qaynı Şəmsibala və yoldaşı Samirə, Samirənin anası və digər tanımadığı bir kişi və arvadla birlikdə yaşadığı evə hücum edərək iddiaçını döymək istədilər. Onlar iddiaçını ağır təhqir və söyüşlərlə və hədə qorxu ilə hədələdilər. İddiaçının evdə qoca xəstə anası olduğu üçün onları çox çətinliklə evdən çıxmağa razı salmışdır. Sonra davamlı olaraq Qadirin qızı gəlib iddiaçıdan pul alıb apardı. Bəzən iddiaçı pulu marketə qoyurdu, qızı gəlib oradan götürürdü.Onlar hətta Qasımov Sabirə ölüm kağızı Xaçmazdan həkim Safıtdən saxta alıblar. Məqsədləri evə sahib olmaq olub. Qadir nabranda da Sabirin iki evini qanunsuz olaraq ələ keçiriblər. Birini satıblar, digərini isə evlərinə qatıblar. Bu məsələdən sonra iddiaçı Sabirin oğlu Andreyi taparaq, görüşüb məsələ barədə ona məlumat vermişdir. İddiaçı demişdir ki, atanın evini Qadir qanunsuz olaraq adına kcçirib. Andrey dedi nə onun, nə də anasının xəbəri yoxdur. Dedi sənədlərini düzəldib gələcək. İddiaçıya tapşırdı ki, o gəlincə evi tərk etmə.orada yaşa. Görüşülə bağlı şəkillərdə vardır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X13 cavabdehə qarşı “çıxarışın ləğvi, pulun geri qaytarılması, mənzilə sahiblik hüququnun bərpası” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan iddia ərizəsi üzrə mülki İşin baxılması Nərimanov rayon Məhkəməsinin məhkəmə hazırlıq iclası mərhələsindədir. ikin olaraq məhkəmənin nəzərinə çatdırılır ki, ilkin idda tələbi uzrə iddiaçı X13 tərəfindən verilən iddia tələbi tam əsassız olduğuna görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, ilkin idda uzrə iddiaçı X13 iddia tələbini onunla əsaslandırmışdı ki, mübahisə predmeti olan məzilin əvvəlki sahibi X26 (xx.xx.2014-cu il tarixində vəfat etmişdir) ilə 2008-ci İldən hal-hazıradək kirayəçi qismində yaşadığı və mübahisə predmeti olan mənzilin ona ilkin olaraq 10.000 manat, sonra isə qalıq qalan 40.000 manat məbləğin hissə-hissə verilməklə, ümumilikdə isə 50.000 manat məbləğin verilməsi və sözügedən əmlakın onun adna keçirilməsinə dair aralarında razılaşma müqaviləsinin bağlanılmasını iddia etmişdir. İddiaçı mübahisə predmetinin onun tərəfindən razılaşma müqaviləsinə əsasən alınmasını iddia etməsinə baxmayaraq, hal-hazıradək cavabdehə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 28 nömrəli evin, 20 nömrəli mənzilində kirayəçi olaraq yaşayışı üçün mütəmadi olaraq hər ay Kasumov Vaqifə kirayə haqqı ödəyir və buda öz növbəsində onu deməyə əsas verir ki, əgər sözü gedən mübahisə predmeti olan mənzilə onun iddia elədiyi kimi onun tərəfindən alınıbsa, indiyinə qədər niyə həmin əmlak üzərində sərəncam vermək hüququnu kirayəçi kimi yerinə yetirir. İlkin iddia tələbinin digər əsası olaraq iddiaçı X13 bunu iddia edir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 28 nömrəli evin, 20 nömrəli mənzili qanunsuz əsaslarla Kasumov Qədirin mülkiyyətinə keçmişdir. Belə ki, sözügedən mənzilin əvvəlki sahibi mərhum Qasımov Sabir xx.xx.2014-cü ildə vəfat etmiş və ona məxsus mübahisə predmeti olan Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 28 nömrəli evin, 20 nömrəli mənzilə dair miras əmlaka vərəsəlik hüququ Kasumov Qədirə verilmiş və DƏDRX-nin xx.xx.2014-cü il tarixli, seriya RX ******* nömrəli çıxarışı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 28 nömrəli evin, 20 nömrəli mənzil Kasumov Qədirin xüsusi mülkiyyətinə keçmişdir. İlkin iddia tələbi üzrə iddiaçının əsaslandırdığı hallara uyğun olaraq iddiaçı X6 iddia tələbi tam əsassız olduğundan təmin olunmamalıdır. Bu səbəbdən də qeyd olunan iddia tələbi üzrə Kasumov Qədir tərəfindən ilkin iddia üzrə iddiaçı olan X11 qarşı qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X12 iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X17 nümayəndəsi və vəkili X7 ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli qarşılıqlı iddia tələbi təmin edilməldir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X27 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Göyçay RPŞ tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı, Göyçay rayonu potu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.1981-ci il təvvəlüdlü X21, xx.xx.1983-cü il təvəllüdlü X22 və xx.xx.1984-cü il təvəllüdlü X18 İddiaçı övladlarıdır. İş materiallarına əlavə olunmuş X2, X13, X23 və X28 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktlardan görünür ki, iddiaçı faktiki olaraq Bakı şəhəri, Nərimanov Rayonu, Əhməd Rəcəbli küçəsi bina 28 mənzil 20 də yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdehi Cavabdeh kimi qeyd etmiş lakin cavabdehin həqiqi ad və soyadı X29 olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat 40 qəpik məbləğində (otuz manat qırx qəpik) dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 28, 20 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 2188 nömrəli reyestrlə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat Kontorunun məktubundan görünür ki, mərhum xx.xx.1937-ci il təvəllüdlü, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X19 vərəsəlik işi ilə əlaqədar olaraq onun miras əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı kontora yazılı ərizə ilə müraciət ediliərək vərəsənin dairəsi müəyyən edilib və onun vərəsəsi qardaşı oğlu X29 olduğu müəyyən edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın icbari sığortası haqqında BA № 381658 seriyalı şəhadətnamədən görünür ki, ünvan 3 də yerləşən mənzil X17 adına sığorta olunmuşdur. İş materiallarında olan “xxxx” ASC və “xxxx” ASC tərəfindən təqdim edilmiş Bildiriş Xəbərdarlığdan görünür ki, ünvan 3 ünvanının işıq və su xəttləri X17 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz rayon Q və ŞV Bölməsi tərəfindən xx xxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı 13548320 nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X8 rayonu turist qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mənzilin əvvəlki mülkiyyətçisi X26 1937-ci ildə Xaçmaz rayonu, Yalama kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh məhkəmədə qarşılıqlı idda qaldırmaq üçün 10 (on manat) manat məbləğində dövlət rüsumu ödəmişdir. İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxaq hüququn prinsipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışı zamanı İddiaçı qeyd etmişdir ki, 2008-ci ildən inidiyə qədər ümumi olaraq cavabdehə 39.000 (otuz doqquz) min manat məbləğində pul vermişdir. Lakin iddiaçı qeyd edilən pul vəsaitini cavabdehə təqdim etməsi barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X29 mənzilin əvvəlki sahibi X26 vərəsəliyin dairəsi müəyyən edilərək və onun vərəsəsi trasmisya yolu ilə qardaşı oğlu X1. Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 28, 20 nömrəli mənzilə dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış X17 adına verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qanunvericiliyin yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi ilkin iddiaçının həmin mənzilə dair çıxarışın ləğvi, verdiyi pulun geri qaytarılması və ya mənzilə sahiblik hüququnun bərpası tələbi əsassızdır. Belə ki, ilkin iddiaçının tələbindən də göründüyü kimi iddia edilən mənzilin Baxışova Minurəyə məxsus olması barədə hər hansı hüquqmüəyyənedici mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən ilkin iddiada qeyd edilən tələb təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının mənzilə dair çıxarışının və digər komunal ödənişlər barədə qəbzlərin mövcud olması ona əsas verir ki, qarşılıqlı idida tələbi təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, çıxarışın ləğvi, pulun geri qaytarılması, mənzilə sahiblik hüququnun bərpasına dair ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı X29 ünvan 4 ünvanında yerləşən evə mülkiyyət hüququ bərpa olunmalı, evdən çıxarılma tələbi təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı X5 ilki iddia üzrə cavabdeh X20 qarşı “çıxarışın ləğvi, pulun qaytarılması, mənzilə sahiblik hüququnun bərpası” tələbinə dair ilkin iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılqlı iddia təmin edilsin. X12 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 28, 20 saylı mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar