Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3696/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçılar X2, İddiaçı2, İddiaçı4 və İddiaçı5 nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh RÜRMəhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar X2, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi və kompensasiya tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh MMC-nə qarşı müqavilənin qismən etibarsızlığı və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışlar ki, “RÜR" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərinin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları-34A ünvanında yerləşən yaşayış sahəsi üzrə yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışında göstərilmiş onlara məxsus mənzil mülkiyyətində yaşayış sahəsi 360,0 kv.metrdən ibarət olan mənzilinin əvəzinə RÜR MMC tikiləcək yeni binada 434,0 kv.metrdən olan yaşayış və qeyri yaşayış sahələrini iddiaçıların istifadə, sahiblik və mülkiyyətə verməyi öz öhdəsinə götürmüşdür. İddiaçılarla müqavilə imzalanarkən yalnız onlara məxsus fərdi yaşayış sahəsinin faktiki ölçü və əlavə 20% sahə hesablanaraq nəzərə alınmış, lakin Daşınmaz Əmlakın **********09-10301 reyestr nömrəli məqsədli təyinatı yaşayış məntəqəsi torpağı olan 0.0185 hektar mülkiyyətdə olan torpaq sahəsi nəzərə alınmamışdır. Hesab edirlər ki, şirkətin hərəkətləri qanunsuzdur. Belə ki, əvəzlənmə həyata keçirilərkən torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyəti təhvil versələr də, torpaq sahəsinin ölçüsü hesablanmamışdır. Bu səbəbdən müqavilə torpaqla bağlı hissədə etibarsız hesab edilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29.06.2012-ci il tarixli, 392-İVQ nömrəli, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 18-ci bəndi əsasında qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosia-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25.02.2016-cı il tarixi, 86 nömrəli qərarına əsasən, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, Nəsimi rayonu ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanıİmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Hesab edirlər ki, onlarla bağlanılmış əqd vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh ilə X4 arasında bağlanmış 16 avqust 2019-cu il il tarixli Razılaşma Müqaviləsi torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi, Xüsusi mülkiyyətdə olan Daşınmaz Əmlakın **********09-10301 reyestr nömrəli çıxarışı ilə iddiaçılara məxsus məqsədli təyinatı yaşayış məntəqəsi torpağı olan 0.0185 hektar torpaq sahəsi əvəzlənib hesablanaraq iddiaçılara kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1319/2020 nömrəli, 23.11.2020-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh ilə X4 arasında bağlanmış 16 avqust 2019-cu il il tarixli Razılaşma Müqaviləsi torpaq sahəsinə münasibətdə etibarsız hesab edilmiş, X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 555000 manat məbləğində kompensasiya və 30 manat ödənilmiş dövlət rüsumu ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1319/2020 nömrəli, 23.11.2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsızlığı və kompensasiyanın ödənilməsi tələbi ilə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 23.11.2020 tarixli, 2(005)-1319/20 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə əsasız olduğu üçün ləğv edilməlidir. Belə ki, cavabdehə məhkəmə çağırış vərəqəsi göndərilməmiş və bu iş üzrə təyin edilmiş məhkəmə iclasları barədə məlumatları olmamışdır. Ona görə də nümayəndəsinin məhkəmə iclasında iştirakı mümkün olmamışdır.Həmin məhkəmə mübahisəsi ilə bağlı məlumatları qiyabi qətnamə cavabdeh tərəfə təqdim ediləndə məlum olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(005)- 3696/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1319/2020 nömrəli, 23.011.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh MMC-nə qarşı müqavilənin etibarsızlığı və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-1319/2020 saylı mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçılar X2, İddiaçı2, İddiaçı4 və İddiaçı5 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh RÜR Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini rədd edərək, tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 adına hər birinə öz payına uyğun olaraq qeydiyyatdan keçmişdir. İş materiallarında olan 10.08.2019-cu il tarixli razılaşma müqaviləsindən görünür ki, "Cəmiyyət" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən, Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşlan-34A ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və ətraf mühit üçün harmoniyası pozulmuş yaşayış evlərin söküntüsünü, eləcə də həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda Mülkiyyətcinin söküntüsü nəzərdə tutulan reyestr nömrəsi **********09- 10301, qeydiyyat nömrəsi **********, **********, **********4, **********, **********, qeydiyyat tarixi 23.04.2019, 23.04,2019, 17.04 2019, 17.04.2019. 01.03.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışında göstərilmiş mənzil mülkiyyətində (tikintiaitı sahəsi 220,40 kv.metr) yaşayış sahəsi 360,00 kv.metrdən ibarət olan mənzilinin əvəzinə tikiləcək binanın 7-5 u bloklarından ümumi sahəsi 434,00 kv.metr olan 7-ci blokda 2(iki) ədəd sahəsi 92,00 kv.metr, 5-cı blokunda 2(iki) ədəd sahəsi 92,00 kv.metr, 1(bir) ədəd 66,00 kv.metr (divaraltı sahələr daxil olmaqla) mənzilləri təmirli və 7-ci blokun -6,60 səviyyəsində 7(iki) ədəd qaraj sahəsi "Mülkiyyətçi"-nin istifadə, sahibliyi və mülkiyyətinə verməyi öhdəsinə götürür; Bakı şəhəri, Nasımı rayonu, Novruzov Qardaşları-34A ünvanında yerləşən İddiaçı1 Əmırxan qızına məxsus 220,40 kv.metrdən ibarət yaşayış evi yerləşdiyi 360,00 kv.metr ölçüdə və mülkiyətçiyə xüsusi mülkiyyət hüququna məxsus olan torpaq sahə ilə birlikdə "Mülkiyyətçi "Cəmiyyət"ə təhvil verdi. Bu Müqavilə Bakı Şəhər Nəsimi Rayon icra Hakimiyyəti ilə Cavabdeh arasında 04 aprel 2018-ci il tarixdə bağlanmış Müqavilənin tərkib hissəsidir; "Mülkiyyətçi" söküntüsü nəzərdə tutulan evinin Müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində tam hazır vəziyyətdə təhvil- təslim aktı tərtib olunması üçün "Cəmiyyət"-ə təhvil verir, bundan sonra "Mülkiyyətçi"-yə kirayə aldığı ev üçün kirayə haqqı verilir. "Mülkiyyətçi” əlavə olaraq öz şəxsi vəsaiti hesabına əldə etmək istədiyi mənzil və əlavə kvadratmetrlər üçün "Tərəflər"in qarşılıqlı razılığı əsasında tərtib olunmuş ödəniş cədvəlinə uyğun ödəmələr etməyi bu müqavilədə göstərilən müddətdə və müəyyən olunmuş şərtlər daxilində yeni binada tikilmiş təmirli (və ya təmirsiz) mənzili qəbul etməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş 07.08.2019-cu il tarixli Müqavilədən görünür ki, “Cəmiyyət” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yemlərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardasları-34A ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və ətraf mühit üçün harmoniyası pozulmuş yaşayış evinin söküntüsünü, eləcə də həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulan reyestr nömrəsi **********09- 10301, qeydiyyat nömrəsi **********, **********. **********4, **********, **********, qeydiyyat tarixi 23.04,2019, 23.04.2019, 17.04.2019, 17,04,2019, 01.03.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışında göstərilmiş mənzil mülkiyyətində (tikintialtı sahəsi 220,40 kv.metr) yaşayış sahəsi 360,00 kv.metrdən ibarət olan mənzilinin əvəzinə tikiləcək binanın 7-5 ci bloklarından ümumi sahəsi 434,00.. kv.metr olan 7-ci blokdan 4(dörd) ədəd sahəsi 92,00 kv.metr, 5-cı blokunda 1(bir) ədəd 66,00 kv.metr (divaraltı sahələr daxil olmaqla) mənzilləri təmirli və 7-ci blokun -6.60 səviyyəsində 2(iki) ədəd qaraj sahəsi Mülkiyyətçi”nin istifadə, sahibliyi və mülkiyyətinə verməyi öhdəsinə götürür; Bu Müqavilə Bakı Şəhər Nəsimi Rayon icra Hakimiyyəti ilə RÜR Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 04 aprel 2018-ci il tarixdə bağlanmış Müqavilənin tərkib hissəsidir; ”Mülkiyyətçi” söküntüsü nəzərdə tutulan evinin Müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində tam hazır vəziyyətdə təhvil-təslim aktı tərtib olunması üçün “Cəmiyyət”-ə təhvil verir, bundan sonra Mülkiyyətçi”-yə kiraya aldığı ev üçün kirayə haqqı verilir. Mülki işin araşdırılmış halları ilə iddiaçıların cavabdehlə müqavilə bağlamaqla, onlara məxsus daşınmaz əmlakların torpaq sahələri ilə birlikdə təhvil verilməsi, cavabdehin isə həmin əmlak əvəzində iddiaçılara yeni tikilən binada təmirli mənzillərin və müvəqqəti yaşamaq üçün digər tərəfə ümumi kirayə haqqının verilməsi barədə öhdəlik götürmələri müəyyən edilmişdir. Hazırda iddiaçılar onlara daçınmaz əmlakın yerləşən torpaq sahisinə görə onlara kompensasiya ödənilməsini və torpaq sahəsinə münasibətdə müqavilənin etibarsız hesab edilməsini xahiş edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cii maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui- istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Mülki iş üzrə araşdırlmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddianın əsaslı olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən əsassızdır. İddiaçılar iddia tələblərini irəli sürərək, tərəflər arasında bağlanan müqavilənin torpaqla bağlı hissəsinin vacib əhəmiyyətli yanılma təsiri altında imzaladıqlarını iddia etsələr də, bunu təsdiq edən hər hansı tutarlı sübut məhkəməyə təqdim etmədilər. Mülki Məcəllənin müvafiq normasının tələblərindən göründüyü kimi, vacib əhəmiyyətli yanılmanın hansı hallarda mövcud olması aydın göstərilmişdir və bu halların hər hansının hazırki işdə olmasını iddiaçılar sübut edə bilmədilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar X2, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi və kompensasiya tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar irəli sürdüyü tələbləri əsaslandıra bilmədilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, müqavilənin qismən etibarsız hesab edilməsi və kompensasiyanın ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 9,119,217,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar X2, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi və kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3696/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3696/2021
19.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver