Məhkəmə qərarları › İş №2(005)-37/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-37/2024

01.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-37/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sərhəd divarının ara məsafə tələblərinə uyğunlaşdırılması və kanalizasiya xətlərinin ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı “qanunsuz tikilinin sökülməsi və kanalizasiya xətlərinin ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X12 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 160E ünvanda inşa edilmiş özbaşına tikintinin cavabdehin hesabına sökülməsi və özbaşına tikintinin kanalizasiya xəttinin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 93 saylı evin kanalizasiya xəttindən ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 93 saylı evdə 1988-ci il tarixdən ailə üzvüləri birlikdə yaşayır və qeydiyyatdadır. Həmin ev üzərində mülkiyyət hüququ AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışla rəsmiləşdirilmişdir. ünvan 1 ünvanda yaşayan hazırki iş üzrə cavabdeh X2 Arif küçəsi 160 saylı evin sahibi, iddiaçının qonşusu Məmmədəli adlı şəxsdən torpaq sahəsi alaraq orada ev tikmək qərarına gəlir. Həmin torpaq sahəsi bizim evin divarları ilə sərhəddə yerləşdiyindən onlar əvvəlcədən cavabdehə iddiaçıya məxsus həyətin, xüsusilə otaqların günəş şüasından, havalanmadan məhrum olmaması üçün evi tikərkən ara məsafəsi saxlamağı xahiş etdilər. Eyni zamanda onu da diqqətinə çatdırdılar ki, uzun illərdi istifadə etdikləri, onların evinə məxsus su xətti sözügedən torpaq sahəsinin sərhəddində yerləşən otaqlarının divarı ilə gəlir, bu və yuxarıda qeyd etdiyi digər səbəblərdən dolayı ara məsafəsinin saxlanılması son dərəcə vacibdir. O da razılaşdı və tikinti işlərinə başladı. Və başladığı vaxtdan da tikintini razılaşmalarını, daha doğrusu şəhərsalma və tikinti normalarının tələblərini pozmaqla apardığını gördü, irad bildirəndə söküb yenidən tikəcəyini və ara məsafəsi məsələsinə xüsusilə diqqət yetirəcəyini dedi. Xoş niyyətli davranaraq yenidən xeyir-dua verib və gələcəkdə qonşuları olacağını nəzərə alıb ona inanmışlar, lakin, razılaşmalarına qarşılıq verməyən cavabdeh onların evdə olmadıqları qısa müddətdə evin divarlarını teztələsik, əvvəldən başladığı şəkildə, yəni ara məsafəsi saxlamadan tikmiş və evin damını da tikərək üstünü bağlamışdır. Bununla da cavabdeh şəhərsalma və tikinti normalarını ciddi şəkildə pozmaqla və eyni zamanda qonşuluq münasibətlərinə qeyri-adekvat davranış nümayiş etdirərək onun mülkiyyət hüququnu pozmuşdur. Onun qaçılmaz maddi məsrəflərə nədən olan və xüsusilə sağlamlığını təhdid edən belə qanunsuz hərəkətləri evdə gərgin əsəbi mühit yaratmaqla ailələrinin rahatlığını əlindən almışdır. Belə ki, cavabdehin apardığı qanunsuz tikinti işlərindən sonra nəinki həyətlərinin, hətta həmin qanunsuz tikili ilə sərhəddə yerləşən otaqlarındakı pəncərələrin qarşısı kəsilmiş, günəş şüasından və havalanmadan məhrum olunmuşdur. Bundan əlavə, qanunsuz tikinti işlərindən sonra divarlarda çatlar yaranmış, sərhəd otaqlarda (birinci mərtəbə) rütubətin və havasızlığın nəticəsində divarlar korlanmış, otaqlarda aradan qaldırılması mümkün olmayan kəskin qoxu yaranmış və bununla da həmin otaqlar istifadəyə tamamilə yararsız vəziyyətə düşmüşdür. Yuxarı mərtəbənin pəncərəsinin qarşısı kəsilməsə də ara məsafəsinin saxlanılmaması səbəbindən daha təhlükəli vəziyyət yaranmışdır. Belə ki, qanunsuz tikilinin damı iddiaçının evin divarına birləşdirildiyindən yuxarı mərtəbənin pəncərəsi ilə qanunsuz tikilinin damı arasında təxminən bir metr məsafə qalmışdır. Bu hal həmin otağa kənardan qanunsuz daxil olmaya əlverişli şərait yaratdığından, deməli otaqdakı əşyalar və eyni zamanda həmin otaqdan istifadə edən ailə üzvünün həyatı, sağlamlığı daim təhlükə altında olacaqdır. Tikinti normalarına əməl edilməməsi yalnız bu hallara görə deyil, eyni zamanda yanğın təhlükəsizliyi baxımından da arzuolunmaz hadisələri qaçılmaz edə bilər, bu da mülkiyyətçi olaraq iddiaçını və bu evdə yaşayan ailə üzvlərini narahat etməyə bilməz. Tikinti normalarının kobud şəkildə pozulmasının yaratdığı mənzərəyə diqqət yetirin: 25-30 ildir iddiaçının evə evinin divarı ilə gələn su xətti bu gün həmin qanunsuz tikilinin içində qalıb. Komik və absurd olduğu qədər də acınacaqlı olan bu vəziyyət nəinki tikinti normalarına və qonşuluq münasibətlərinə uyğun deyil, ümumiyyətlə izahı olmayan və normal düşüncəyə, məntiqə sığmayan bir haldır. Ancaq bu da son deyil, daha betəri odur ki, su borusunu divardan açaraq yerə atan cavabdeh qanunsuz tikilmiş 160 E saylı evin sahibi kimi Nərimanov RPl-nin 18-ci Polis Bölməsinə iddiaçıdan şikayət edərək bildirmişdir ki, iddiaçının evin su xətti onun evinin içindən keçir və bu vəziyyət onu narahat edir, hüquqlarımı pozur (!?). Belə bir davranışa, bu yanaşmaya nə ad vermək olar, bilmir? Bütün bunlar azmış kimi, qanunsuz tikilinin küçəyə çıxış qapısının 2-3 metrliyindən kanalizasiya xəttinin keçməsinə və həmin xəttə qoşulmanın daha əlverişli olmasına baxmayaraq cavabdeh qanunsuz tikilinin kanalizasiya xəttini 17-18 metr məsafədə boru xətti ilə çəkərək 25-30 ildir yalnız iddiaçının evə aid olan kanalizasiya xəttinə qoşmuşdur. Cavabdehdən dəfələrlə apardığı tikintinin şəhərsalma və tikinti normalarına uyğunlaşdırılmasını və kanalizasiya xəttinə icazəsiz qoşulmanın aradan qaldırılmasını tələb etsələr də heç bir nəticəsi olmamış, eyni zamanda müvafiq orqanlara müraciətləri də nəticəsiz qalmışdır, buna görə də pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək qərarına gəldi. Odur ki, göstərilənlərdən və aşağıda istinad etdiyi qanunvericilik normalarından çıxış edərək hesab edir ki, cavabdeh X12 tərəfindən şəhərsalma və tikinti normalarına zidd şəkildə inşa edilmiş qanunsuz tikili sökülməli, mülkiyyətində olan evə aid kanalizasiya xəttinə qanunsuz müdaxilə aradan qaldırılmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə müraciət edərək, İddiaçı cavabdeh X8 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə cavabdeh X9 əsil Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iclasında əsl olmayan tərəfin əsl cavabdehlə əvəz edilməsi qərara alınmışdır. Sonuncu dəfə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixində iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda inşa edilmiş fərdi yaşayış evinin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 93 saylı evlə sərhəd divarının cavabdehin hesabına dövlət şəhərsalma norma və qaydalarının ara məsafəsinə dair tələblərinə uyğunlaşdırılması və həmin evin kanalizasiya xəttinin iddiaçının evinin kanalizasiya xəttindən ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə sorğusu əsasında səlahiyyətli dövlət orqanı tərəfindən təqdim edilmiş sənədlərlə məlum olmuşdur ki, mübahisəli tikilinin mülkiyyətçisi X6r. Eyni zamanda o da məlum olmuşdur ki, X10 həmin evi Cavabdeh satmışdır. Sözügedən fərdi yaşayış evinin sonuncu mülkiyyətçisi Cavabdeh hazırkı mülki işə cavabdeh qismində cəlb edilmişdir. Bununla da məlum olmuşdur ki, dövlət şəhərsalma norma və qaydalarının tələbləri nöqteyi-nəzərindən mübahisə predmeti olan ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədləri mövcuddur. Mübahisəli fərdi yaşayış evinin statusundakı dəyişiklik, yəni hüquqmüəyyənedici sənədlərin mövcudluğu tikilinin bütünlüklə sökülməsi tələbinin tikilinin dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğunlaşdırılması şəklində dəyişdirilməsini, bu səbəbdən də iddia ərizəsinin nəticə hissəsində eyni məzmunlu dəqiqləşmənin edilməsi zərurətini yaratmışdır. Bildirmək istəyir ki, tikinti işləri aparılarkən baş vermiş qanunsuzluqlarla bağlı tərəfindən dövlət orqanlarına müraciətlər ünvanlanmışdır. Həmin müraciətlərdən birinə cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən tikintiyə baxış keçirilmişdir. Həmin baxışın nəticəsi olaraq Baş İdarə tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı cənab Elgin Həbibullayevə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi cənab ünvan 4 ünvanlanaraq (məlumat üçün iddiaçıya da göndərilmişdir) tikinti işləri görülərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli və 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarlarının, şəhərsalma və tikinti normalarının, habelə yanğın təhlükəsizlik, sanitar gigiyena, insolyasiya və işıqlandırma normalarının tələblərinin pozulması göstərilmiş, bununla bağlı müvafiq tədbirlər görərək Komitəyə və vətəndaş İddiaçı məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikintidə baş vermiş qanunsuzluqlara qarşı tədbirlər görülməsi məqsədilə həmin dövlət orqanlarına təkrarən 16 iyun 2022-ci il tarixli məktub ünvanlanmışdır. Məktublar məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Bundan əlavə, məhkəmə qərardadı əsasında təyin edilərək keçirilmiş xx.xx.2023-cü il tarixli, 10/1984 nömrəli ekspert rəyində qeyd edilir: “Baxış zamanı, fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki pasportda göstərilən 1 saylı tikilinin pəncərəsinin qarşısında mişar daşından hasar tikintisinin, eyni zamanda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhəddinə inşa edilmiş hasar tikintisinin üzərində əlavə tikili inşa edildiyi müəyyən edilmişdir”. Qeyd edir ki, rəydə göstərilən 1 saylı tikili mülkiyyətində olan 93 saylı fərdi yaşayış evinin bir hissəsidir. Uzun illər əvvəl iddiaçının evinin bir hissəsi olan həmin hissənin çöl divarına bitişik hasar inşa edilmişdir. Ekspert rəyi ilə müəyyən edilən “hasar tikilisinin üzərində inşa edilmiş əlavə tikili” məhz dövlət şəhərsalma norma və qaydalarının tələblərinin pozulması ilə tikilmiş 160N saylı fərdi yaşayış evinin divarıdır. Yəni mübahisəli fərdi yaşayış evi tikilərkən şəhərsalma və tikinti normalarının ara məsafəsi ilə bağlı tələblərinə əməl edilmədiyindən, bu səbəbdən də ayrıca divar götürülmədiyindən iddiaçının evin divarına tamamilə bitişik (heç bir ara məsafəsi olmayan) olan hasar cavabdehin evinin divarı olmuş, həmin hasarın üstündən divar hörülərək qaldırılmışdır. Və bu qanunsuzluğun nəticəsində evinin divarına bitişik hasarın divarı ilə iddiaçının evə gələn su boruları cavabdehin evinin içində qalmışdır. Onu da bildirmək istəyir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə aşağıdakı suallar qoyulmaqla əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir: 1. ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evi dövlət şəhərsalma norma və qaydalarının (müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə-plan və s. uyğun) tələblərinə uyğun tikilibmi? 2. ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evi dövlət şəhərsalma norma və qaydalarının (müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə-plan və s. uyğun) tələblərinə uyğun tikilməyibsə, həmin pozuntuların dövlət şəhərsalma norma və qaydalarına uyğun aradan qaldırılmasının texniki üsulları mümkündürmü? 3. Ekspertlərə Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin tələblərinə əsasən qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da rəydə göstərmələri təklif olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli (Ekspertizanın nömrəsi: 3-16-16/2-107303, ekspert: İsa Eyvazzadə) Ekspert rəyində 1-ci sual üzrə qeyd edilir ki, ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsi tərəfindən tərtib edilmiş texniki pasporta uyğun olduğunun nəzərə alaraq, həmin evin dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğun inşa edildiyi müəyyən edilmişdir. Hesab edir ki, ekspertin belə bir rəy verməsi mübahisəli tikili inşa edilərkən iddiaçının evinə münasibətdə ara məsafəsinin saxlanılması baxımından dövlət şəhərsalma və tikinti normalarının tələblərinin kobud şəkildə pozulması faktını aradan qaldırmır. Ekspertin müəyyən etdiyi uyğunluq tikilinin daxili strukturu, ölçüləri baxımından ola bilər, yəni hətta belə bir uyğunluq olmuş olsa belə, bu iddiaçının mülkiyyətində olan evə (sərhəd divarına) münasibətdə ara məsafəsinin saxlanılması ilə bağlı dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğunluq demək deyil. Bu mənada, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli Ekspert rəyi mübahisənin mahiyyətini təşkil edən divarlararası ara məsafəsinin saxlanılması ilə bağlı faktiki vəziyyətlə ziddiyyət təşkil etdiyindən və bu baxımdan dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğun olmadığına görə əsaslı hesab edilə bilməz və hesab edir ki, qətnamə qəbul edilərkən bu hal nəzərə alınmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğunu bu səbəbdən də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Habelə Cavabdeh xx.xx.2023-cü il tarixdə yazılı etiraz ilə müraciət etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi qanunsuz tikilinin sökülməsi əsası ilə qurulmuşdur. Lakin adı çəkilən tikili tam qanunidir və buna dair DƏDRX-dən çıxarış əldə edilmişdir. Tikinti inşa edilərkən məlumatlandırma icraatı qaydasına və razılaşdırılmış eskiz layihəyə uyğun tikilmişdir. Əgər qanunvericiliyin tikinti normaqaydalarının pozulması ilə əlaqədar tikinti aparılmış olsaydı eskiz layihə təsdiq olunmaz və DƏDRX-dən çıxarış verilməzdi. Cavabdeh əmlak üzrə tikinti aparan şəxs olmayıb. Lakin, əmlakı xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə edib. Alqı-satqı müqaviləsi notariat ofisinin xüsusi notariusu Hacı Orucov tərəfindən təsdiq edilmişdir. Alqısatqı müqaviləsinə uyğun olaraq razılaşdıqları məbləği satıcıya ödəyib. Müqavilə təsdiq edildikdən sonra hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış əldə edib. Hətta əmlakı əldə etdikdən sonra da xeyli miqdarda vəsait qoyaraq təmir işləri aparıb, qaz, su, işıq çəkdirib və evə köçüb. Cavabdeh alqı-satqı etdiyi vaxt əgər bir mübahisə var idisə, əmlakın üzərinə həbs olardı və nəticədə alqı-satqı müqaviləsi təsdiqlənməzdi. Məhkəmə gedişatında cavabdeh olaraq cəlb edilib, halbuki bu tikilinin aparılmasında, çıxarışın əldə edilməsinə iştirakı olmamışdır. Tikinti aparan şəxslər artıq əmlakı cavabdehə satıblar. Həmin şəxslər məhkəmə prosesinə cəlb edilməyiblər. Məhkəmə araşdırmasının düzgün aparılması üçün əmlakın əvvəlki sahiblərinin cəlb edilməsi zəruridir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, hazırki mülki iş üzrə iddia ərizəsinə etiraz edərək hesab edir ki, iddia əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan sənədlər, mülki iş üzrə təyin edilmiş müvafiq tikinti-texniki ekspertiza rəyləri ilə müəyyən edilir ki, iddianın əsasını təşkil edilən hallar mövcud olmamaqla fərdi yaşayış evi və onun tərkib elementlərinin inşaasında hər hansı tikinti normalarının pozulması halları aşkar edilməmişdir. Odur ki, mülki iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə tərəfindən iddiaçının vəsatətinə əsasən mübahisəli mənzilə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən müəyyən olundu ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən dalan ilə əhatə olunmuşdur. Baxış zamanı həmçinin aşağıdakılar müəyyən olundu: ətrafda eyni qaydada tikilmiş çoxsaylı fərdi yaşayış evləri mövcuddur. İddiaçıya məxsus fərdi yaşayış evinin həyət hissəsi əksər hallarda kənardan qonşulara yaxud ev sahibinə məxsus divarlarla əhatə olunmuşdur, həyət kimi qeyd olunan sahə uzun dəhliz formasındadır. Demək olar hər yerdən divar və tavanla örtülmüşdür. Yalnız həyətin (dəhlizin) sonunda, sol tərəfdə kiçik ölçüdə hava daxil olan boşluq var ki, həmin boşluğun da bir hissəsi cavabdehə məxsus evin divarı ilə hissəvi bağlanmışdır. Həmin həyətdən (dəhlizdən) iddiaçıya məxsus bir neçə mərtəbədən ibarət olan fərdi yaşayış sahəsinin giriş qapısı yerləşir. Fərdi yaşayış evinə daxil olduqdan sonra mübahisəli fərdi yaşayış evində otaqlara baxış keçirən zaman iddiaçı yerli müayinədə iştirak edən şəxslərə yataq otağının pəncərəsindən sağda evlərin damının üstündən keçən kanalizasiya borusunu göstərməklə, həmin borunun onlar tərəfindən şəxsi vəsaitləri hesabına çəkildiyini, lakin hazırda cavabdehə aid evin kanalizasiya borusunun da həmin boruya razılığı olmadan birləşdirildiyini qeyd etdi. Digər tərəfdən yaşayış otaqlarına baxış keçirilən zaman aşkar edilmişdir ki, iddiaçıya məxsus evin pəncərələrindən və eyvanından həyətə baxdıqda cavabdehə məxsus yaşayış evinin dam örtüyü görünür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, ekspert rəyini tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX ******* №-li çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi ev 93 X7 tam payda, xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2012-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinə və FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, əməkdaşlarımız tərəfindən sözügedən ünvana baxış keçirilən zaman ərazidə müvafiq tikinti işlərinin aparıldığı müəyyən olunmuş və aparılan tikinti işləri nəticəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli və 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarlarının, şəhərsalma və tikinti normalarının, habelə yanğın təhlükəsizlik, sanitar gigiyena, insolyasiya və işıqlandırma normalarının tələbləri pozulmuşdur. Bildiririk ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalı və ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Belə ki, fərdi yaşayış evlərinə münasibətdə ara məsafə Məcəllənin 69.5.2-1-ci yarımbəndinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların 9-cu bəndinə əsasən divar hündürlüyünün 0,3 hissəsi ara məsafə təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın 4.13-cü bəndində qeyd olunan cədvəl üzrə, ərazinin tikinti əmsalı (fərdi yaşayış evinin altında olan sahənin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbəti) 0.4, ərazinin tikinti sıxlığı əmsalı isə (fərdi yaşayış evinin bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbəti) 0.6 kimi qəbul edilməlidir. Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarının 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə etməsi və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməsi öhdəliyi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarına və Azərbaycan Respublikasının Prezidentinin 17 noyabr 2014- cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq müvafiq tədbirlərin görülməsini və görülmüş tədbirlərin nəticəsi barədə Komitəyə və vətəndaş İddiaçı məlumat verilməsini xahiş edirik. - Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 7 ünvanında yaşayan İddiaçı yaşadığı evin yaxınlığında (Məmməd Arif küçəsi, ev 160N) qonşu tərəfindən ara məsafəsi gözlənilmədən qanunsuz tikinti işlərinin aparılması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciət Nərimanov Rayon İcra Hakimiyyətində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli 1/747 nömrəli məktuba baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli (reyestr nömrəsi: **********94-10301) Çıxarış əsasında ünvan 9 ünvanında 0.0105 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 68.30 kv.m fərdi yaşayış evi X3 mülkiyyətindədir və qeyd olunan ünvanda tikinti işləri aparılması aşkar olunmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış məktublarından görünür ki, ünvan 11ərdi yaşayış evinin qeydiyyatdan keçməsinə və texniki pasport tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh məxsusdur. - 12 avqust 2022-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, X1 ünvan 3 ünvanda ümumi 68.3 kv.m olan evi və 0.0105 ha torpaq sahəsini Cavabdeh mülkiyyətinə verir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinə dair müvafiq məlumat və sənədlərin təsdiq edilmiş surətinin verilməsi ilə bağlı sorğunuza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 160N saylı sahədə yerləşən 0.0105 ha torpaq sahəsi 12 saylı notariat ofisinin 4Ə- 1064 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli elektron çıxarış verilmişdir. Sözügedən torpaq sahəsinin üzərində yerləşən 160N saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli məlumatlandırma icraatı haqqında ərizəyə və razılaşdırılmış eskiz layihəyə əsasən xx.xx.2022-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir və ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli elektron çıxarış verilmişdir. Məlumat üçün bildiririk ki, X5 mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 160N saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.0105 ha torpaq sahəsi Bakı şəhəri 3 saylı notariat ofisinin 46-349 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmişdir. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1984 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsində yerləşən 93 saylı evə yaxın inşa edilmiş tikili (ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evi) iddiaçıya məxsus mənzilə münasibətdə mənzilin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə qismən mənfi təsir göstərdiyi müəyyən edilir. ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evinin qapısı bağlı olduğundan həmin evə baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsində inşa edilmiş 160N saylı fərdi evinin dövlət şəhərsalma norma və qaydalarının (müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə-plan və s. uyğun) tələblərinə uyğun tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. - İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, №3-16-16/2-10/7303 saylı əlavə ekspert rəyindən görünür ki, 1-ci sual üzrə ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasporta uyğun olduğunun nəzərə alaraq, həmin evin dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğun inşa edildiyi müəyyən edilmişdir. 2-ci sual üzrə ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evi dövlət və şəhərsalma norma və qaydalarına uyğun inşa edildiyindən bu sual üzrə tədqiqat aparılmır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən, İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir- birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir; 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz; 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır; 69.4-cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir; 69.5.2-1-ci maddəsinə əsasən, ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi ölçüdə müəyyən edilir. 71.1-ci maddəsinə əsasən, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir; 72.1-ci maddəsinə əsasən, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır; 73.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır; 73.2-ci maddəsinə əsasən, iki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir; 73.4-cü maddəsinə əsasən, qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Mülki işin məhkəmədə müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsində yerləşən 93 saylı fərdi yaşayış evi İddiaçı tam payda, xüsusi mülkiyyətindədir. 12 avqust 2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, ünvan 3 ünvanda ümumi 68.3 kv.m olan evi və 0.0105 ha torpaq sahəsi “Satıcı” X11 tərəfindən Cavabdeh satılmışdır. ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh məxsusdur. xx.xx.2024-cü il tarixli, 10/1984 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsində yerləşən 93 saylı evə yaxın inşa edilmiş tikili (ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evi) iddiaçıya məxsus mənzilə münasibətdə mənzilin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə qismən mənfi təsir göstərdiyi müəyyən edilir. ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evinin qapısı bağlı olduğundan həmin evə baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsində inşa edilmiş 160N saylı fərdi evinin dövlət şəhərsalma norma və qaydalarının (müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə-plan və s. uyğun) tələblərinə uyğun tikilibtikilmədiyini müəyyən etmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli Əlavə ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasporta uyğun olduğunun nəzərə alaraq, həmin evin dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğun inşa edildiyi müəyyən edilmişdir. ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evi dövlət və şəhərsalma norma və qaydalarına uyğun inşa edildiyindən bu sual üzrə tədqiqat aparılmır. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki,cavabdeh uzun illər əvvəl iddiaçının evinin bir hissəsi olan çöl divarına bitişik hasar inşa etmişdir. İddiaçıya məxsus hasar tikilisinin üzərində inşa edilmiş “əlavə tikili” məhz dövlət şəhərsalma norma və qaydalarının tələblərinin pozulması ilə tikilmiş 160N saylı fərdi yaşayış evinin divarıdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində evinin divarına bitişik hasarın divarı ilə iddiaçının evə gələn su boruları cavabdehin evinin içində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək, bildirir ki, iddianın əsasını təşkil edilən faktiki hallar mövcud deyil, ekspert rəyləri ilə fərdi yaşayış evi və onun tərkib hissəslərinin inşaasında hər hansı tikinti normalarının pozulması halları aşkar edilməmişdir. Habelə, cavabdeh hazırda mülkiyyətində olan fərdi yaşayış evində tikinti aparan şəxs olmayıb, həmin evi bu vəziyyətdə çıxarışa əsasən rəsmi qaydada əldə etmişdir. Məhkəmə hesab edir ki, ilk növbədə sərhəd divarının ara məsafə tələblərinə uyğunlaşdırılması ilə bağlı mübahisəyə hüquqi qiymət verilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi iddiaçı əvvəlcə qanunsuz tikilinin sökülməsi, daha sonra həmin tikilinin rəsmi reyestrdə qeydiyyata alınmasını müəyyən etdikdən sonra cavabdehin evinin mülkiyyətində olan evlə sərhəd divarının dövlət şəhərsalma norma və qaydalarının ara məsafəsinə dair tələblərinə uyğunlaşdırılmasını mübahisələndirməklə iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin dəlillərinin araşdırılması məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, ekspert ünvan 3 ünvanda inşa edilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin müvafiq texniki pasporta uyğun olduğunu nəzərə alaraq, həmin evin dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğun inşa edilməsi nəticəsinə gəlmişdir. İddiaçı bununla razılaşmayaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin dəlillərində qeyd etmişdir ki, ekspertin müəyyən etdiyi uyğunluq tikilinin daxili strukturu, ölçüləri baxımından ola bilər, yəni hətta belə bir uyğunluq olmuş olsa belə, bu iddiaçının mülkiyyətində olan evə (sərhəd divarına) münasibətdə ara məsafəsinin saxlanılması ilə bağlı dövlət şəhərsalma norma və qaydalarının tələblərinə uyğunluq demək deyil. Məhkəmə, iddia tələbinin bu hissədə dəlilinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçının mübahisələndirdiyi cavabdehə məxsus fərdi yaşayış evi müvafiq dövlət orqanı tərəfindən rəsmi reyestrdə qeydiyyata alınmaqla, həmin evin dövlət şəhərsalma norma və qaydalarının tələblərinə cavab verməsi halı təsdiqlənmişdir. Lakin bütün bunlara baxmayaraq, iddiaçı hesab edirsə ki, cavabdehə məxsus daşınmaz əmlak onun mülkiyyətində olan daşınmaz əmlaka ziyan vurur, yaxud da həmin hallara görə əmlakından təyinatına uyğun istifadə etməsi çətinləşir və s. bu zaman iddiaçı iddia tələbini hazırki iş üzrə cavabdehə qarşı deyil, mübahisəli daşınmaz əmlakın tikintisində iddiaçının iddia etdiyi kimi yol verilmiş qanun pozuntularına baxmayaraq, buna razılıq vermiş dövlət orqanına qarşı müvafiq iddia tələbi irəli sürməlidir. Bu mənada, cavabdehin mülkiyyətində olan daşınmaz əmlak iddiaçının bildirdiyi kimi, yəni cavabdehə məxsus ev dövlət şəhərsalma norma və qaydalarının tələblərinin pozulması ilə tikilməmişdir. Ona görə də həmin evin iddiaçıya məxsus evlə sərhəd divarının dövlət şəhərsalma norma və qaydalarının ara məsafəsinə dair tələblərinə uyğunlaşdırılması (yəni divar hündürlüyünün 0,3 hissəsi ölçüsündə geri çəkilməsi) cavabdehin hüquqlarının pozulması ilə nəticələnər ki, bu da yolverilməzdir. Belə olan təqdirdə məhkəmənin qənaətinə görə, iddiaçının cavabdehin evinin mülkiyyətində olan evlə sərhəd divarının dövlət şəhərsalma norma və qaydalarının ara məsafəsinə dair tələblərinə uyğunlaşdırılması ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu səbəbdən iddia tələbi cavabdehin evinin mülkiyyətində olan evlə sərhəd divarının dövlət şəhərsalma norma və qaydalarının ara məsafəsinə dair tələblərinə uyğunlaşdırılması hissəsində əsassızdır və həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, nə qədər ki, iddiaçının mülkiyyətinə birbaşa müdaxilə yaxud da iddiaçıya məxsus daşınmaz əmlakın bir hissəsində tikilinin inşa olunaraq ərazinin zəbt olunması faktı müəyyən edilmir, iddiaçı mübahisəli tikilinin inşasına icazə verən inzibati orqanın qərarlarını mübahisələndirməlidir, həmin qərarlar mübahisələndirilərkən tikililər arasındakı ara məsafəsinin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmalı və müvafiq qiymət verilməlidir. Məhkəmə iddia tələbinin “kanalizasiya xətlərinin ayrılması” tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanununa görə istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir; su təchizatı və kanalizasiya obyektinin (obyektin) sahibləri - su təchizatı və kanalizasiya obyektlərinin və ya su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektlərin (müəssisələrin, qurğuların, binaların, evlərin, mənzillərin) mülkiyyətçiləri, icarəçilərdir; Həmin Qanunun: 7.1-ci maddəsinə əsasən, su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və təşkilatların məişət (təsərrüfat)içməli, sənaye-texnoloji və digər məqsədlər üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli, təmizlənməsi,tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional sxemlərinə müvafiq olaraq həyata keçirilir. 7.2-ci maddəsinə əsasən, Respublika sxemləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının bütün ərazisi üçün hazırlanır və təsdiq edilir. 7.3-cü maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının regional sxemləri Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və təsdiq edilir. 7.4-cü maddəsinə əsasən, Şəhərlərin, rayonların regional sxemləri müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin iştirakı ilə hazırlanır və təsdiq edilir. 7.5-ci maddəsinə əsasən, şəhərlərin su təchizatı və kanalizasiya sistemləri kompleksinin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə aparılmalıdır. 35.3-cü maddəsinə əsasən, kanalizasiya qurğularının istismara verilməsi elan edildikdən sonra kanalizasiya müəssisəsinin xidməti ərazisində tikilməkdə və yenidən qurulmaqda olan bütün obyektlər kanalizasiya sisteminə qoşulmalıdır. Tullantı sularının axıdılması üçün istifadə olunan hər hansı fərdi qurğu isə ancaq müvafiq dövlət standartları və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydaların gözlənilməsi şərti ilə kanalizasiya müəssisələrinin icazəsinə əsasən istismar oluna bilər. 37.1-ci maddəsinə əsasən, ayrıca kanalizasiya sistemlərinin və tullantı suları axıdılan obyektlərin ümumi istifadədə olan kanalizasiya sistemlərinə birləşdirilməsi üçün: a) obyektin sahibi kanalizasiya müəssisəsinə müəyyən edilmiş qaydada müraciət etməli, habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli; b) belə qoşulmanın ümumi istifadədə olan kanalizasiya sisteminin istismarının vəziyyətinə mənfi təsir göstərməyəcəyi barədə kanalizasiya müəssisəsi zəmanət verməli; c) qoşulacaq obyektin kanalizasiya qurğularının vəziyyətinin və konstruksiyasının müvafiq tələblərə cavab verməsini təsdiq etmək üçün kanalizasiya müəssisəsi müraciət edənin hesabına obyektdə zəruri yoxlamanı keçirməli; ç) müraciət edən obyektin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması üzrə bütün xərcləri (o cümlədən yollarda torpaq işləri xərclərini) ödəməlidir. 37.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kanalizasiya şəbəkəsinə qoşulması qadağandır. Məhkəmə, ilk növbədə sadalanan qanunvericilik normalarına istinadən bildirir ki, iddiaçı öz şəxsi vəsaitləri hesabına 25-30 il müddətidir ki, tullantı sularının axıdılması üçün istifadə olunan fərdi qurğunu, yəni kanalizasiya borusunu çəkdiyini iddia edir. Lakin buna dair işin faktiki hallarından həmin hal aşkar olunmur. Belə ki, iddiaçı mülkiyyətində olan əmlaka dair ayrıca kanalizasiya sistemini çəkdiyini bildirməklə, cavabdehin ona məxsus kanalizasiya sisteminə qoşulmasında heç bir razılığının olmamasını, bu səbəbdən də cavabdehin kanalizasiya xətlərinin ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Belə olanda məhkəmə qeyd edir ki, tullantı sularının axıdılması üçün istifadə olunan fərdi qurğunun olması, o cümlədən kanalizasiya borusunun ona məxsus olmasına dair mötəbər sübutlar mövcud olmadığından, iddiaçının cavabdehə məxsus evin kanalizasiya xəttinin iddiaçının evinin kanalizasiya xəttindən ayrılması barədə tələbini irəli sürməsinə subyektiv hüququnun olması da müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbində qeyd olunan ünvan 2 ünvanda inşa edilmiş fərdi yaşayış evinin iddiaçının əşya hüquqlarını pozması faktı müəyyən edilmədiyindən, o cümlədən cavabdehə məxsus evin kanalizasiya xəttinin iddiaçının evinin kanalizasiya xəttindən ayrılması barədə iddia tələblərinə haqq qazandıran mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 100 manat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “sərhəd divarının ara məsafə tələblərinə uyğunlaşdırılması və kanalizasiya xətlərinin ayrılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar