Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3704/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdeh "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX) “protokolun ləğv edilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı “protokolun ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllə, A ünvanında xüsusi mülkiyyətdə olan 0,0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120,4 kv.m-dən ibarət fərdi-yaşayış evinin açıq hərracda satılması barədə 28.10.2016-cı il tarixli 45/06 saylı Hərracın yekunları haqqında Protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Nikoyl” İKB ASC tərəfindən ona qarşı kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetinə tutmanın yönəlməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Səhər Məhkəməsinin 2(060)-3933/2016 saylı, 05.04.2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş və həmin qətnamədən şikayət müddəti gözlənilmədən icraya yönəldilmişdir. Həmin qətnaməni rəsmi olaraq aldıqdan sonra şikayət vermiş və şikayəti təmin olunaraq qiyabi qətnamə ləgv edilmiş, işə yenidən baxılaraq Sumqayıt Şəhər Məhkəməsinin 06.12.2018-ci il tarixli, 2(060)-142/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı ödəniş vaxtı milli manata məzənnədə 26980 ABŞ dolları əsas, 4651 ABŞ dolları faiz borcu, 94 ABŞ dolları dəbbə pulu, olmaqla cəmi 31725 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın borclu İddiaçı məxsus olan Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 56000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan pul vəsaitinin borclu İddiaçıya olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra fərdi yaşayış evinin satışından artıq qalan məbləğin İddiaçı qaytarılması, iddia tələbinin ipoteka predmeli olan sözügedən fərdi yaşayış evindən İddiaçı, Şahniyar Əliyeva, Aslan Bəxtiyarovanın istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması hissəsində rədd olunması qət edilmişdir. Görünür qiyabi qətnamənin ləğv olunması icra orqanı və hərrac təşkilatı nəzərə almadan tələsik olaraq evin mülkiyyət hüquqnu Banka vermiş və bu qanunsuzdur. Həmin qətnamədən verdiyi apelyasiya şikayəti üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli, 2(105)-302/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06.12.2018-ci il tarixli qətnaməsi qismən- borclu İddiaçı ödəniş günü milli manata məzənnədə 26980 ABŞ dolları əsas, 4651 ABŞ dolları faiz borcu, 94 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 31725 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, bordu İddiaçı ödəniş günü milli manata məzənnədə 8199.23 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Yəni tutmanın əmlaka yönəldilməsi və hərrac keçirilməsi hissəsində qətnamə İəğv edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 10.11.2020-ci il tarixli. 2(102)-5210/2020 saylı qərarı ilə şikayəti təmin olunmamasını, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli, 2(105)-302/2020 saylı qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Hazırda qətnamə icraya yönəldilmiş və hərrac keçiriliməsi üçün sifariş verilmişdir. Belə olan halda qanunsuz olaraq keçirilən hərracın nəticələri mütləq ləğv olunmalıdır. Ona məxsus Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evin hərracda satılmasına dair keçirilmiş hərracla bağlı xəbərdar edilməmiş, bu barədə elan getməmiş və hər hansı məlumatlandırma olmamışdır. Ona heç bir tarixdə hərrac keçiriləcəyi barədə heç bir məlumat verilməmiş, bildiriş göndərilməmiş, hərrac barədə elan getməmiş və hər hansı məlumatlandırma olmamış. Yalnız sonradan məlum olmuşdur ki, Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evinə dair 28.10.2016-cı il tarixdə 45/06 saylı Protokol tərtib olunaraq hərracın keçirilməsi və mənzilin tələbkar "xxxx" İKB ASC tərəfindən alınması barədə cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən protokol tərtib edilmişdir. Ona məxsus Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evinə dair Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın nəticələri haqqında 28.10.2016-cı il tarixli 45/06 saylı yekun protokolu ləğv edilməlidir. Ona məxsus Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evinin hərracda satılmasına dair 28.10.2016-cı il tarixdə keçirilmiş hərracla bağlı xəbərdar edilməmiş, bu barədə elan getməmiş və hər hansı məlumatlandırma olmamışdır. Ona istər 28.10.2016-cı il tarixdə, istərsə də həmin tarixdən əvvəlki tarixdə hərrac keçiriləcəyi barədə heç bir məlumat verilməmiş, bildiriş göndərilməmiş, hərrac barədə elan getməmiş və hər hansı məlumatlandırma olmamış. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə 29.12.2014-cü il tarixli 4-G-1-0-1501-14 saylı kredit müqaviləsi üzrə 20458,45 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı 29.12.2014-cü il tarixli 4-G-1-0- 1501-14 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27 faizlə 84 ay müddətinə 28000 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmişdir. İddiaçı "xxxx" X5 iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, "xxxx" İKB ASC-ilə cavabdeh İddiaçı Tapdıq qızı arasında 29.12.2014-cü il tarixli 4-G-1-0-1501-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 26980 ABŞ dolları əsas borc, 4651 ABŞ dolları faiz borcu, 8094 ABŞ dolları cərimə borcu olmaqala, cəmi 39725 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdeh İddiaçı Tapdıq qızından iddiaçının xeyrinə tutulması, tutmanın İddiaçı Tapdıq qızı ilə bağlanmış 29.12.2014-cü il tarixli 4-G-1-0-1501-14 saylı ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllə, 2A ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.m-dən ibarət fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 40000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsi ilə satılmasına və satışdan əldə olunan məbləğin iddiaçı "xxxx" İKB-nin xeyrinə ödənilməsinə, Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllə, 2A ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.m-dən ibarət fərdi yaşayış evindən İddiaçı Tapdıq qızının, X2, X1 və X6 istifadə hüququnun itirilmiş hesab olunmaqla, həmin qeyri-yaşayış sahəsindən çıxarılması və boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-3933/2016 saylı mülki iş üzrə 05.04.2016-cı tarixli qiyabi qətnaməsilə İddiaçı Tapdıq qızından 26980 ABŞ dolları əsas borc, 4651 ABŞ dolları faiz borcu, 8094 ABŞ dolları dəbbə borcu, cəmi 39725 ABŞ dolları, ödənilcək günə manat ilə məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat və 20 manat xidmət haqqı "xxxx" X5nın xeyrinə tutulmuş, tutma İddiaçı Tapdıq qızına məxsus olan Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllə, 2A ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilmiş, İddiaçı Tapdıq qızına məxsus Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllə, 2A ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.m-dən ibarət fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 56000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsi ilə satılması, Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllə, 2A ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.m-dən ibarət fərdi yaşayış evində qeydiyyatda olan İddiaçı Tapdıq qızının, X2, X1 və X6 istifadə hüquqları itirilmiş hesab olunması və onlar həmin yaşayış sahəsindən ən geci bir ay müddətinə çıxarılmaları, satışdan əldə olunan pul vəsaiti İddiaçı Tapdıq qızının "xxxx" İKB-nə olan borcunun qaytarılmasına yönəldilməsi və borc ödənildikdən sonra, fərdi-yaşayış evinin satışından artıq qalan məbləğ İddiaçı Tapdıq qızına qaytarılması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3933/2016 saylı 05.04.2016-cı il tarixli qiyabi qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllə, 2A ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.m-dən ibarət fərdi yaşayış evi ilkin satış qiyməti 56000 manat müəyyən olunmaqla açıq hərraca çıxarılmışdır. Açıq hərracda alıcı olmadığından və hərrac baş tutmadığından qanunverciliyə əsasən İddiaçı Tapdıq qızına məxsus Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllə, 2A ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.m-dən ibarət fərdi yaşayış evi ipoteka saxlayan "xxxx" İKB ASC-nə təklif edilmişdir. 28.10.2016-cı il tarixli hərracın yekunları barədə protokola və əmlakın alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt şəhəri, “Samur- Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllə, 2A ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.mdən ibarət fərdi yaşayış evini 35700 manata "xxxx" İKB ASC əldə etmişdir. Həmin əmlakın "xxxx" İKB ASC-nin mülkiyyətinə keçməsi barədə 02.03.2017-ci il tarxili RX N-0450414 seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən əmlakın tələbkar olaraq "xxxx" İKB ASC tərəfindən 35700 manata məbləğində əldə edilməsi nəticəsində cavabdeh İddiaçı Tapdıq qızının qətnamə üzrə banka olan ümumi borcdan 04.04.2017-ci il tarixdə 20,458.45 ABŞ dolları məbləğində silinmə aparılmış və borc məbləği azaldılmışdır. Bundan başqa məhkəmə qətnaməsi qəbul edilikdən borclu İddiaçı Tapdıq qızı tərəfindən müxtəlif vaxtlarda online qaydada cəmi 231.28 ABŞ dolları məbləğində ödənişlər olmuşdur. Lakin sonradan cavabdeh İddiaçı Tapdıq qızı qiyabi qətnamənin ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. İddiaçı ərizəsi təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3933/2016 saylı 05.04.2016-cı il tarixli qiyabi qətnaməsi ləğv edilərək, məhkəmə tərəfindən bankın iddia tələbi üzrə mülki işə yenidən baxılaraq 06.12.2018-ci il tarixdə qətanmə qəbul edilmişdir. Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)- 142/2018 saylı mülki iş üzrə 06.12.2018-ci tarixli qətnaməsilə İddiaçı Tapdıq qızından 26980 ABŞ dolları əsas borc, 4651 ABŞ dolları faiz borcu, 94 ABŞ dolları dəbbə borcu, cəmi 31725 ABŞ dolları, ödənilcək günə manat ilə məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat və 20 manat xidmət haqqı "xxxx" X5nın xeyrinə tutulmuş, tutma İddiaçı Tapdıq qızına məxsus olan Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllə, 2A ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilmiş, İddiaçı Tapdıq qızına məxsus Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllə, 2A ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.m-dən ibarət fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 56000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan pul vəsaiti İddiaçı Tapdıq qızının "xxxx" İKB-nə olan borcunun qaytarılmasına yönəldilməsi və borc ödənildikdən sonra, fərdi-yaşayış evinin satışından artıq qalan məbləğ İddiaçı Tapdıq qızına qaytarılması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-302/2020 saylı 16.06.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Tapdıq qızının vəkili və nümayəndəsi Vəkil şikayəti qismən təmin edilərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 142/2018 saylı 06.12.2018-ci il tarixli qətnaməsi qismən İddiaçı Tapdıq qızından 26980 ABŞ dolları əsas borc, 4651 ABŞ dolları faiz borcu, 94 ABŞ dolları dəbbə borcu, cəmi 31725 ABŞ dolları, ödənilcək günə manat ilə məzənnəsi hesablanmaqla "xxxx" İKB-nin xeyrinə tutulması hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdeh İddiaçı Tapdıq qızından 8199,23 ABŞ dolları əsas borc ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi qət edilmişdir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxalnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-5210/2020 saylı 14.12.2020-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" X5 ASC-nin (hazırki adı Cavabdeh2 ASC) və cavabdeh İddiaçı Tapdıq qızının ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməyərək, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli, 2(105)-302/2020 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ipoteka ilə yüklü edilmiş əmlakın hərrac vasitəsi tələbkar olaraq "xxxx" İKB ASC tərəfindən 35700 manata məbləğində əldə edilməsi nəticəsində cavabdeh İddiaçı Tapdıq qızının qətnamə üzrə banka olan ümumi borcdan 04.04.2017-ci il tarixdə 20,458.45 ABŞ dolları məbləğində aparılmış silinməni cavabdeh tərəfindən aparılmış ödəniş kimi qəbul etmiş və Sumqayıt şəhər məhkəməsinin 2(060)-142/2018 saylı 06.12.2018-ci il tarixli qətnaməsi qismən ləğv edərək cavabdeh İddiaçı Tapdıq qızının banka olan borc məbləğini 8199,23 ABŞ dolları məbləğində müəyyən etmişdir. Halbu ki, Sumqayıt Şəhəri Məhkəməsinin 2(060)-3933/2016 saylı mülki iş üzrə 05.04.2016-cı il tarixli qiyabi qətnaməsi qəbul edilkdən sonra cavabdeh İddiaçı Tapdıq qızı tərəfindən banka 11.10.2016-cı il tarixdə 62.30 ABŞ dolları, 27.10.2016-cı il tarixdə 59.17 ABŞ dolları, 55.17 ABŞ dolları və 16.02.2017-ci il tarixdə 54.64 ABŞ dolları ödənişlər olmaqla cəmi 231.28 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. Lakin məhkəmə ekspert rəyinə əsasən əmlakın Bank tərəfindən balansa götürülmə məbləği olan 20458.45 ABŞ dollarını cavabdeh İddiaçı tərəfindən aparılmış ödəniş kimi qəbul edərək, 07.01.2016-cı il tarixdən sonra cəmi 20689,73 (20458,45+231,28=20689,73) ABŞ dolları məbləğində ödəniş aparıldığını qeyd etmiş və cavabdeh İddiaçı Tapdıq qızının banka olan məbləğini 8199,23 ABŞ dolları məbləğində müəyyən edərək, tutmanın bankın mülkiyyətində olan Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllə, 2A ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.mdən ibarət fərdi yaşayış evinə yönəldilmiş və əmlakın hərracdan satılması ilə bağlı qətnamə qəbul etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi qətnamə qəbul edərkən cavabdeh İddiaçı Tapdıq qızından bankın xeyrinə tutduğu 8199,23 ABŞ dolları məbləğindən əlavə əmlakın balansa götürülməsi nəticəsində 20458.45 ABŞ dolları məbləğində silinməni ödəniş kimi qəbul etməməli və cavabdeh İddiaçı Tapdıq qızının 28657.68 (8199,23+20,458,45=28657,68) ABŞ dolları məbləğində borcunun olmasını nəzərə almamışdır. Məhkəmə qətnamə qəbul edərkən əmlakın bankın balansına keçməsi nəticəsində 20458,45 ABŞ dolları məbləğində aparılmış silinməni borclu İddiaçı Tapdıq qızının ödənişi kimi nəzərə almış və yekun qərarında sonuncudan 8199,23 ABŞ dolları məbləğində borcu tutmuşdur ki, bununla da cavabdehin banka əlavə olaraq 20458,45 ABŞ dolları məbləğində borcu qalmış və bunun əsassında banka ziyan dəymişdir. Bu hal isə borclu İddiaçı Tapdıq qızı əsassız olaraq 20458,45 ABŞ dolları məbləğində varlanmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə 20458,45 ABŞ dolları məbləğində pulun tutulması barədə məhkəməyə qarşılıqlı iddia ərizəsi verilməsi zərurəti yaranmışdır. İlkin iddia üzrə İddiaçı Tapdıq qızının hərracın nəticələrinə dair yekun protokolun ləğv edilməsi barədə iddiası təmin ediləcəyi təqdirdə qiyabi qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə əvvəlki vəziyyət bərpa ediləcək, yəni əmlak İddiaçı mülkiyyətinə keçəcək, lakin onun borcundan silinmiş 20458,45 ABŞ dolları məbləğində pul banka qaytarılmayacaqdır. Bu isə cavabdehin əsassız olaraq 20458,45 ABŞ dolları məbləğində varlanmasına gətirib çıxaracaqdır. İlkin iddia təmin ediləcəyi təqdirdə icra sənədi üzrə əvvəlki vəziyyət bərpa edilməli olduğundan cavabdehin hesabından silinmiş 20458,45 ABŞ dolları məbləğində pul cavabdeh İddiaçı tutularaq Bankın xeyrinə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı Tapdıq qızının nümayəndəsi Vəkil iddiasının əsaslı olduğunu bildirərək iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ASC-nin nümayəndəsi X10 qarşılıqlı iddiasının təmin olunmasını, ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh "xxxx" MMC-nin və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Xammal və X15 Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5210/2020 saylı, 10.11.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" İKB ASC (hazırki adı Cavabdeh2 ASC) və cavabdeh İddiaçı ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli, 2(105)-302/2020 saylı qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanması qərara alınmışdır. Sumqayıt Şəhəri üzrə İcra idarəsinin Azərbaycan Respublikası "xxxx" MMC-yə ünvanladığı 13K № 93 nömrəli, 23.06.2016-cı il tarixli sifariş məktubunun surətindən görünür ki, Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evinin açıq hərracda çıxarıb satılması üçün müvafiq sənədlər baxılması üçün göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3933/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, İddiaçı Tapdıq qızından 26980 ABŞ dolları əsas borc, 4651 ABŞ dolları faiz borcu, 8094 ABŞ dolları dəbbə borcu, cəmi 39725 ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönləndirilməsi barədə ödənilmiş 10 manat və 20 manat xidmət haqqı "xxxx" İKB-nin xeyrinə tutulması, tutma İddiaçı Tapdıq qızına məxsus olan Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evinə yönəldilməsi, İddiaçı Tapdıq qızına məxsus olan Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdiyaşayış evinin hərracda ilkin satış qiyməti 56000 manat müəyyən olunmaqla acıq hərrac vasitəsilə satılması, Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdiyaşayış evində qeydiyyatda İddiaçı Tapdıq qızı, X9, X4 və X7 istifadə hüquqları itirilmiş hesab olunması və onlar həmin yaşayış sahəsindən ən geci bir ay müddətinə çıxarılması, satışdan əldən olunan pul vəsaiti İddiaçı Tapdıq qızının "xxxx" İKB-ya olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra fərdi yaşayış evinin satşdan artıq qalan məbləğ İddiaçı Tapdıq qızına qaytarılması və qiyabi qətnamənin qanuni qüvvəsini 06.05.2016-cı il tarixdə alması qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3933/2016 saylı, 05.04.2016-cı il tarixli qiyabi qətnaməsindən görünür ki, İddiaçı Tapdıq qızından 26980 ABŞ dolları əsas borc, 4651 ABŞ dolları faiz borcu, 8094 ABŞ dolları dəbbə borcu, cəmi 39725 ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönləndirilməsi barədə ödənilmiş 10 manat və 20 manat xidmət haqqı "xxxx" İKB-nin xeyrinə tutulması, tutma İddiaçı Tapdıq qızına məxsus olan Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evinə yönəldilməsi, İddiaçı Tapdıq qızına məxsus olan Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evinin hərracda ilkin satış qiyməti 56000 manat müəyyən olunmaqla acıq hərrac vasitəsilə satılması, Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evində qeydiyyatda İddiaçı Tapdıq qızı, X9, X4 və X7 istifadə hüquqları itirilmiş hesab olunması və onlar həmin yaşayış sahəsindən ən geci bir ay müddətinə çıxarılması, satışdan əldən olunan pul vəsaiti İddiaçı Tapdıq qızının "xxxx" İKB-ya olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra fərdi yaşayış evinin satşdan artıq qalan məbləğ İddiaçı Tapdıq qızına qaytarılması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-142/2018 saylı, 06.12.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Tapdıq qızından 26980 ABŞ dolları əsas borc, 4651 ABŞ dolları faiz borcu, 94 ABŞ dolları dəbbə borcu, cəmi 31725 ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat və 20 manat xidmət haqqı "xxxx" İKB-nın xeyrinə tutulması, tutma İddiaçı Tapdıq qızına məxsus olan Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evinə yönəldilməsi, İddiaçı Tapdıq qızına məxsus olan Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evinin hərracda ilkin satış qiyməti 56000 manat müəyyən olunmaqla acıq hərrac vasitəsilə satılması, satışdan əldən olunan pul vəsaiti İddiaçı Tapdıq qızının "xxxx" İKB-ya olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra fərdi yaşayış evinin satşdan artıq qalan məbləğ İddiaçı Tapdıq qızına qaytarılması qət edilmiş, bundan başqa Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evindən İddiaçı, X2, X8 istifadə hüququnun itirilmiş hesab olunmaqla, həmin qeyri-yaşayış sahəsindən çıxarılması və boşaldılmasına aid hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-302/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 142/2018 saylı, 06.12.2018-ci il tarixli qətnaməsi qismən – İddiaçı 26980 ABŞ dolları əsas borc, 4651 ABŞ dolları faiz borcu, 94 ABŞ dolları dəbbə pulu, cəmi 31725 ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla”Nikoyl” İKB-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. Cavabdeh İddiaçı 8199,23 ABŞ dolları əsas borc ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi qət edilmişdir. Bundan başqa həmin qətnamədə qeyd olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31561 saylı, 18.02.2020-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı ilə "xxxx" İKB arasında bağlanmış 29.12.2014cü il tarixli 4-G-1-0-1501-14 saylı kredit müqaviləsi üzrə "xxxx" İKB-yə 07.01.2016-cı il tarixə ödənilməli olan kredit borcu əsas borc üzrə 27043,75 ABŞ dolları, faiz borcu üzrə 1814,96 ABŞ dolları müəyyən olunmuşdur. Rəydə həmçinin göstərilmişdir ki, İddiaçı banka olan borcunun 07.01.2016-cı il tarixinə hesablandığından hazırki ekspertiza tədqiqatı ilə 07.01.2016-cı il tarixdən sonrakı 20689,73 ABŞ dolları ödənişlər nəzərə alınmamışdır. Bundan başqa həmin qətnamədən görünür ki, ekspert rəyini və iş materiallarını nəzərə alaraq məhkəmə kollegiysı hesab edir ki, cavabdeh İddiaçı mövcud tələb üzrə tutulmalı olan borc 26980 ABŞ dolları əsas, 1814,96 ABŞ dolları faiz borcu, 94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28888,96 ABŞ dolları təşkil edir. Lakin 07.01.2016-cı il tarixdən sonra cavabdeh 20689,73 ABŞ dolları ödəniş etdiyindən, əvvəlcə cərimə, sonra faiz, daha sonra əsas borcdan çıxılmaqla onun borcu 8199,23 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 28.10.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqavilədən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdiyaşayış evi 35700 manat məbləğə "xxxx" İKB ASC tərəfindən əldə edilmişdir. Hesabdan çıxarışdan görünür ki, 03.04.2017-ci il tarixdə 45/06 nömrəli hərraca əsasən İddiaçı hesabına Cavabdeh2 ASC tərəfindən 35700 manat köçürülmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evi 02.03.2017-ci il tarixdə qeydiyyata alınmaqla "xxxx" İKB ASC-nin mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3933/2016 saylı, 05.04.2016-cı il tarixli qiyabi qətnaməsi ilə İddiaçı Tapdıq qızından 26980 ABŞ dolları əsas borc, 4651 ABŞ dolları faiz borcu, 8094 ABŞ dolları dəbbə borcu, cəmi 39725 ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönləndirilməsi barədə ödənilmiş 10 manat və 20 manat xidmət haqqı "xxxx" İKB-nin xeyrinə tutulması, tutma İddiaçı Tapdıq qızına məxsus olan Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdiyaşayış evinə yönəldilməsi, İddiaçı Tapdıq qızına məxsus olan Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evinin hərracda ilkin satış qiyməti 56000 manat müəyyən olunmaqla acıq hərrac vasitəsilə satılması, Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evində qeydiyyatda İddiaçı Tapdıq qızı, X9, X4 və X7 istifadə hüquqları itirilmiş hesab olunması və onlar həmin yaşayış sahəsindən ən geci bir ay müddətinə çıxarılması, satışdan əldən olunan pul vəsaiti İddiaçı Tapdıq qızının "xxxx" İKB-ya olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra fərdi yaşayış evinin satşdan artıq qalan məbləğ İddiaçı Tapdıq qızına qaytarılması qət edilmişdir. Həmin qiyabi qətnaməyə əsasən hərrac keçirilmiş və 28.10.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə müqavilə ilə İddiaçı məxsus Sumqayıt şəhəri, "Samurünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0.0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120.4 kv.metr olan fərdi-yaşayış evi 35700 manat məbləğə "xxxx" İKB ASC tərəfindən əldə edilmişdir. "xxxx" İKB ASC tərəfindən həmin əmlak əldə edilərkən 07.01.2016-cı il tarixdən sonra 20458,45 ABŞ dolları məbləğində pul əmlakın hərracdan əldə edilməsi üçün İddiaçı borcundan çıxılmışdır. Hazırda qarşılıqlı iddiaçı olan "xxxx" ASC ("xxxx" İKB ASC) onlar tərəfindən hərracla bağlı əmlakın əldə edilməsi üçün İddiaçı bank hesabından çıxarışa əsasən silinmiş həmin pul məbləğinin əvəzi olaraq 20458,45 ABŞ dollarını geri tələb edirlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3933/2016 saylı, 05.04.2016-cı il tarixli qiyabi qətnaməsi ləğv olunaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-142/2018 saylı, 06.12.2018-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Sonuncu qətnamədən verilmiş apelyasiya şikayəti əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-302/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-142/2018 saylı, 06.12.2018-ci il tarixli qətnaməsi qismən – İddiaçı 26980 ABŞ dolları əsas borc, 4651 ABŞ dolları faiz borcu, 94 ABŞ dolları dəbbə pulu, cəmi 31725 ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla”Nikoyl” İKB-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. Cavabdeh İddiaçı 8199,23 ABŞ dolları əsas borc ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi qət edilmişdir. İlkin iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 74.3-cü maddəsinə görə ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Həmin Qanunun 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində göstərilir ki, bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İşin hallarından göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3933/2016 saylı, 05.04.2016-cı il tarixli qiyabi qətnaməsi əsasında hərrac keçirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3933/2016 saylı, 05.04.2016-cı il tarixli qiyabi qətnaməsi ləğv olunaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-142/2018 saylı, 06.12.2018-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Eyni zamanda həmin əmlakın eyni tələb üzrə eyni əsaslarla hərracda satılmasına dair Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-302/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsi mövcuddur. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müyyənləşdirilmişdir. “İpoteka haqqında” Qanunda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Odur ki, iddia tələbinə hərracın etibarsız hesab edilməsi kimi qiymətləndirilməklə hüquqi qiymət verilməsini məhkəmə məqbul hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, keçirilmiş hərrac etibarsız hesab edilməli, əqdin etibarsızlığın hüquqi nəticələri tətbiq edilməklə alqı-satqı müqaviləsi də etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. İlk növbədə qeyd edilməlidir ki, işin hallarından göründüyü kimi hazırda qarşılıqlı iddiaçı olan "xxxx" ASC ("xxxx" İKB ASC) onlar tərəfindən hərracla bağlı əmlakın əldə edilməsi üçün İddiaçı bank hesabından çıxarışa əsasən silinmiş həmin pul məbləğinin əvəzi olaraq 20458,45 ABŞ dollarını geri tələb edir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-302/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsindən göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-142/2018 saylı, 06.12.2018-ci il tarixli qətnaməsi qismən – İddiaçı 26980 ABŞ dolları əsas borc, 4651 ABŞ dolları faiz borcu, 94 ABŞ dolları dəbbə pulu, cəmi 31725 ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla”Nikoyl” İKB-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. Cavabdeh İddiaçı 8199,23 ABŞ dolları əsas borc ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə tutularaq iddiaçı "xxxx" İKB ASC-yə ödənilməsi qət edilmişdir. Belə nəticəyə gələrkən məhkəmə cavabdeh İddiaçı mövcud tələb üzrə tutulmalı olan borc 26980 ABŞ dolları əsas, 1814,96 ABŞ dolları faiz borcu, 94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28888,96 ABŞ dolları təşkil etdiyini, lakin 07.01.2016-cı il tarixdən sonra cavabdeh 20689,73 ABŞ dolları ödəniş etdiyindən, əvvəlcə cərimə, sonra faiz, daha sonra əsas borcdan çıxılmaqla onun borcu 8199,23 ABŞ dolları məbləğində müəyyən edildiyini nəzərə almışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-302/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsi əsasında gələcəkdə yenidən hərrac keçirilərkən hazırki iş üzrə İddiaçı borcu 8199,23 ABŞ dolları olmaqla mübahisəli əmlak satışa çıxarılmalıdır. Belə vəziyyətdə "xxxx" Bank ASC tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3933/2016 saylı, 05.04.2016-cı il tarixli qiyabi qətnaməsi əsasında keçirilmiş hərrac zamanı mübahisəli əmlaka dair hərracdan bu əmlakın əldə edilməsi üçün hazırki iş üzrə İddiaçı borcu ödəmədiyi və bank qarşısında öhdəliyi yerinə yetirmədiyi halda halda, sonuncu bank tərəfindən əsassız olaraq silinmiş 20,458,45 ABŞ dolları pul məbləği əsassız olaraq İddiaçı varlanmasına səbəb olacaqdır. Bank tərəfindən 45/06 saylı hərraca əsasən 35700 manat (20,458,45 ABŞ dolları) pul məbləğinin silinməsi iş materiallarında olan 29.12.2014-cü il tarixli İddiaçı Tapdıq qızının hesabdan çıxarış məlumatları ilə də təsdiqini tapır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-302/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsi əsasında gələcəkdə yenidən hərrac keçirilərkən qeyd edilən qeyri müəyyənliyin yaranması ehtimalını ehtiva edən hazırki tələbin mövcudluğunu və qarşılıqlı tələbin əsaslılığını nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia və qarşılıqlı iddia təmin edilsin. Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 9-cu məhəllə, A ünvanında yerləşən 0,0277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 120,4 kv.m-dən ibarət fərdi-yaşayış evi ilə bağlı hərracda satılması barədə 28.10.2016-cı il tarixli 45/06 saylı Hərracın yekunları haqqında protokol və "xxxx" İKB ASC ilə İxtisaslaşdırılmış Təşkilat "xxxx" MMC arasında bağlanmış 28.10.2016-cı il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 20,458,45 ABŞ dolları məbləğində pul (ödəniş günü manata məzənnə ilə) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3704/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3704/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver