Məhkəmə qərarları › İş №2(005)-3714/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3714/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3714/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 Arıf qızının, Cavabdeh X33 Liseyinin nümayəndəsi və vəkili X18 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X8 cavabdeh X5rşı “müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X8 cavabdeh X6rşı “müqavilədən irəli gələn öhdəliklər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X33 Lisesi ilə onlar arasında imzalanmış 05.09.2017-ci il tarixli müqaviləsinə əsasən müəyyən edilmiş təhsil haqqını nəzərə alaraq, Liseyə qəbul edilmiş ikinci övladları “Şagird" X9 təhsil haqqı, həmin Müqavilənin 4-cü Maddəsinə əsasən təyin edilməsi, "Şagird" X9 X2vericiliyə uyğun olaraq təhsil aldığı dövrdə (icbari ümumi orta təhsil müddətində) oxuması, cavabdeh X33 Lisesi tərəfindən hər iki X3 və X9 təhsil aldıqları dövrdə qısnamalardan və hər-hansı qanuna zidd digər hərəkətlərdən çəkinmələri, ödənilmiş 30 manat dövlət rüsumu, 16 manat 20 qəpik poçt xərcləri, cavabdeh X33 Lisesi tərəfindən tutularaq onlara ödənilməsi, cavabdeh X33 Lisesindən mənəvi zərər kimi 29 700 (iyirmi doqquz min yeddi yüz) manat bir dəfəlik tutulması və həmin məbləğin 9 700 AZN-ni valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli Ümumi orta internat məktəbin bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1 və X19 iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək, cavabdeh X33 Lisesi ilə onlar arasında imzalanmış 05.09.2017-ci il tarixli müqaviləsinə əsasən müəyyən edilmiş 1100 manat təhsil haqqını nəzərə alaraq, Liseyə qəbul edilmiş ikinci övladları “Şagird" X9 təhsil haqqı, həmin Müqavilənin 4-cü Maddənin 4.7-ci bəndin 4.7.2-ci yarımbəndinə əsasən 800 manat təyin edilməsi, “Şagird" X9 X2vericiliyə uyğun olaraq təhsil aldığı dövrdə (icbari ümumi orta təhsil müddətində) oxumasının təmin edilməsi, cavabdeh X33 Lisesi tərəfindən hər iki “Şagird” X10 və X9 təhsil aldıqları dövrdə qısnamalardan və hər-hansı qanuna zidd digər hərəkətlərdən çəkinmələri, ödənilmiş 30 manat dövlət rüsumu, 16,2 manat poçt xərcləri cavabdehdən tutularaq onlaraq ödənilməsi, cavabdeh X33 Lisesindən mənəvi zərər kimi 29700 manat bir dəfəlik tutulmasına və həmin məbləğin 9700 manatı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli Ümumi orta internat məktəbin bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırlmışdır ki, cavabdeh X33 Lisesi ilə onlar aralarında 05.09.2017-ci il tarixli müqavilə qüvvədədir. Həmin Müqaviləyə uyğun olaraq təhsil müəssisəsində böyük qızları X20 hal-hazırda 5-ci sinifində təhsil alır. Qeyd olunan Müqavilənin şərtlərinə uyğun olaraq kiçik övladı X21, 10 manat ödəmək şərti ilə, 13.02.2021-ci il tarixdə, saat 10:00-da X33 Lisesinin inzibati binasında imtahana daxil olmuşdur. 02.03.2021-ci il tarixdə onlara X33 Lisesindən zəng olunmuş və X9 məktəbə daxil olduğu bildirilmişdir. 06.03.2021-ci il tarixdə onlar X33 Lisesinə yaxınlaşmış və şagirdin nəticələri ilə tanış olaraq bir daha daxil olduğunu müəyyən etmişdir. Əfsuslar olsun ki, tərəflər arasında imzalanmış Müqavilənin 4-cü Maddəsində qeyd olunan təhsil haqqı şərtləri deyil, yeni tələblər irəli sürülmüşdür. “Şagird" X9 atasına bildirilmişdir ki, illik təhsil haqqı 3500 (üç min beş) yüz manat təşkil edəcək və böyük övladları həmin liseydə oxuduğu üçün 15% endirim böyük övladın təhsil haqqına tətbiq ediləcəyi bildirilmişdir. Hesablamalara görə "Şagird” X9 təhsil haqqı üçün 3500 manat, "Şagird" X10 təhsil haqqı üçün isə 935 (doqquz yüz otuz beş 1100 - 15%= 935 manat) manat ödəməli olduğumuzu israrla bildirilmişdir. Ümumilikdə hər iki Şagird üçün 4435 AZN ödəməli olduğumuz müəyyən olundu. Bundan sonra 10.03.2021-ci il tarixdə X33 Lisesinə rəsmi məktub yazılmış və aralarında olan Müqaviləyə hüquqi rəy verilməsini və Müqaviləyə uyğun olaraq ödəniş etməyə hazır olduqlarını bildirmişlər. 17.04.2021-ci il tarixdə X33 Lisesinin inzibati binasına yaxınlaşaraq liseyin müdiri xanım Eylem Gültəkinin imzası ilə təsdiqlənmiş cavab məktubu verilmiş və müzakirələr aparılmışdır. Həmin məktuba əsasən 05.09.2017-ci ii tarixli müqavilənin hal-hazırda qüvvədə olduğunu bildirmiş və həmin Müqavilənin 4.7.2-ci bəndinə əsasən Liseyə eyni ailədən 1 nəfərdən artıq sayda “Şagird" qəbul olunarsa, ikinci, üçüncü və sonrakı hər "Şagird"ə görə 800 (səkkiz yüz) manat güşəşt tətbiq edildiyi rəsmi məktubda bildirilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki. müzakirələr zamanı özünü X33 X16 şöbəsinin rəhbəri kimi təqdim edən Şəlalə xanım (*** *** ** **) israrla bildirdi ki, aralarında imzalanmış müqavilənin şərtləri yeni daxil olmuş “Şagird" X9 təhsil haqqına şamil olmur. Uzun sürən müzakirələrdən sonra X33 Lisesinin müdiri xanım Eylem Gültəkin yaxınlaşmış və müqavilədə 800 manat qeyd edilibsə həmin məbləğ tətbiq olunmalı olduğunu şifahi bildirmiş, lakin bununla bağlı liseyin hüquqşünası ilə danışmağımızı bildirmişdir. Bundan sonra, İnsan Resursları şöbəsinin rəhbəri Şəlalə xanım hüquqşünasın yaxın vaxtlarda zəng edəcəyini bildirmişdir. Həmin gün Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili cənab Faiq Nəcəfov zəng etmiş və tərəflər arasında Müqaviləyə dair müzakirələr apardıqdan sonra məsələnin müsbət nəticələndiyini bildirmişdir. Bundan sonra, həm Şəlalə xanım, həm də Faiq bəy zəng edib məsələnin müsbət həll olduğunu bildirmişlər və yaxın günlərdə "Şagird" X21 ilə bağlı sənədləri imzalamaq və ödənişi həyata keçirtmək üçün Liseyə yaxınlaşmağı xahiş etmişdirlər. 20.04.2021-ci il tarixdə liseyə yaxınlaşaraq yeni sənədlərin imzalanması prosesinə (müqavilə onlar tərəfdən imzalanmış və ödəniş qəbzi də möhürlənib hazırlanmışdı, eyni zamanda böyük övladlarının 2021- 2020-ci il üçün illik təhsil haqqının 250 manat məbləğinidə ödəmişlər) başlamışlar ki, birdən X33 Lisesinin rəhbərliyi fikirlərini dəyişmiş və imzalamaqdan imtina edərək, yalnız 3500 manat ödənildikdən sonra müqavilənin imzalana bildirəcəyini bildirmişlər. Bu cür mənəvi zərər müqavilə və qanun əsasında onlara və övladlarına mənsub olan qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının Lisey tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməyləri bugun də davam edir. Onların və övladlarının mənəvi sarsıntı keçirməsi onlara qarşı törədilən qanunsuz hərəkətin şüurlarında mənfi psixi reaksiyaya səbəb olub, fiziki əzab çəkməklə sağlamlığları pozulur. Hazırki iddia üzrə məhkəmə çəkişmələri bu fiziki iztirabın nə qədər davam edəcəyini bilmək olmur. Bundan əlavə 22.06.2021-ci il tarixdə son görüşlərində bildirildi ki, X17 Vakfı tərəfindən göndərilmiş təlimata əsasən Liseyə 3500 manat təhsil haqqından yalnız 800 manat güzəşt olunaraq illik yeni təhsil haqqı 2700 manat tətbiq oluna bilər. Məcburi 2700 manat ödənilməsi cavabdeh tərəfindən tələb edildiyi üçün onlara azından 29 700 manat mənəvi zərər dəymişdir. Belə ki, bu məbləğ cavabdeh tərəfindən aralarında imzalanan Müqavilənin şərtlərinə zidd olaraq əlavə 2700 manat (3500 manat - 800 manat (müqavilə ilə nəzərdə tutulan güzəştli illik təhsil haqqı) = 2700 manat) on bir illik təhsil müddətində tələb edəcəyindən və onlara hər il əsassız mənəvi və madd zərər vura biləcəyindən irəli gəlmişdir. Tərəflər arasında bağlanılmış Müqavilənin şərtlərini təfsir edərkən görünür ki, Lisey Müqavilənin 4-cü Maddəsinə əsasən 1000 manat illik təhsil haqqından 50% güzəşt tətbiq edərək orda işləyən işçilərin övladlarına 500 manat tətbiq edir, 1-ci dərəcəli şəhid övladı 100%, 2-ci dərəcəli şəhid ailəsi 50%, 3-cü dərəcəli şəhid ailəsi isə 20% təhsil haqqından azad edir. Bu da öz növbəsində onu göstərir ki, “Şagird" X11 illik təhsil haqqı 3500 manat yox, müqavilə ilə təsbit olunmuş təhsil haqqına 4.7.2-ci yarımbəndə əsasən güzəşt tətbiq olmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X8 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh X33 Liseyinin nümayəndəsi və vəkili X27 iddianı qəbul etməyərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 05.09.2017-ci il tarixli müqavilədən görünür ki, X33 Lisesi adından müəssisənin direktoru X15 ilə “şagird” X20 üçün atası İddiaçı1 arasında müqavilə bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən təhsil haqqının məbləği 1000 manat olaraq ödənilir. Təhsil ili sentyabr ayının 15-dən iyun ayının 15-dək olan müddətdir. Müqavilənin 4.2-ci maddəsinə əsasən müqavilədə göstərilən təhsil haqqı 3 il müddətinə etibarlıdır. Etibarlılıq müddəti bitdikdə təhsil haqqı müqavilədə adı qeyd olunan şagird üçün 10% arta bilər. Müqavilənin 4.7-ci maddəsinin 4.7.2-ci yarımbəndinə əsasən liseyə eyni ailədən 1 nəfərdən artıq sayda “şağırd” qəbul olunarsa, ikinçi, üçüncü və sonrakı hər “şagird”-ə görə 800 manat güzəşt tətbiq olunur. 10.08.2020-ci il tarixli X33 Lisesinin protokolundan görünür ki, 4-cü sinifdən 5-ci sinfə keçən X10 təhsil haqqı 1000 manatdan 10% artım olaraq 9-cu sinfə kimi 1100 manat olmuşdur. 9-cu sinifdən də 10% artım olacaq. Müqavilə olduğu kimi qalmışdır. 22.06.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı1 X33 X1 məktəbə qəbul məsələsi ilə əlaqədar aparılan danışıqlar müsbət nəticə vermədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. X33 Liseyi tərəfindən İddiaçı1 ünvanlanan məktubdan görünür ki, İddiaçı1 ilə Lisey arasında 05.09.2017-ci il tarixli müqavilə bağlanmış və hazırda həmin müqavilə qüvvədədir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M-də qeydiyyatdadır. AZE 18875366 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 1, mənzil 8 ünvanında qeydiyyatdadır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadır. 20.04.2021-ci il tarixli, BÖO 524250 nömrəli qəbzdən görünür ki, İddiaçı1 Bahar Ələkbərovanın təhsil haqqısına görə X33 Liseyinə 250 manat ödəniş etmişdir. Vergi ödəyicilərinin məlumatlarından görünür ki, X33 Liseyinin hüquqi ünvanı ünvan 2eyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 389.4-cü maddəsinə əsasən ikidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar İddiaçı1 və X19 cavabdeh X33 Liseyi ilə müqavilə bağlayaraq Bahar adlı uşağını illik 1000 manat təhsil haqqı olmaqla həmin müəssisədə oxutmuşlar, daha sonra Aylin adlı uşaqlarını da, əvvəl bağladıqları müqavilə şərtlərinə uyğun, yəni bir ailədən olan ikinci, üçüncü və sonrakı uşaqlara 800 manat güzəşt tətbiq edilməklə oxutmaq istəsələr də, təhsil haqqı ödənişi ilə bağlı tərəflər arasında mübahisə yaranmışdır. İşin hallarından göründüyü kimi 05.09.2017-ci il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən X33 Lisesi adından müəssisənin direktoru X15 ilə “şagird” X20 üçün atası İddiaçı1 arasında müqavilə bağlanmış, müqavilənin 4.1-ci maddəsinə əsasən təhsil haqqının məbləği 1000 manat olaraq müəyyən edilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən təhsil haqqının məbləği 3 illik müddətə razılaşsa da, iş materiallarına əlavə edilmiş 10.0- 8.2020-ci il tarixli protokola əsasən 10 faiz artırılaraq 1100 manat müəyyən edilmişdir. Bu müqavilənin 4.7.2-ci yarımbəndinə əsasən liseyə eyni ailədən 1 nəfərdən artıq sayda “şağırd” qəbul olunarsa, ikinçi, üçüncü və sonrakı hər “şagird”-ə görə 800 manat güzəşt tətbiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar haqlı və ədalətli olaraq Aylin adlı uşağın X33 Liseyində təhsil haqqısın illik 800 manat müəyyən edilməsini xahiş edirlər. Məhkəmə hesab edir ki, iddiaçıların təhsil haqqının 800 manat olması müqavilə şərtlərinə və qanunvericiliyə uyğun olduğundan iddia həmin hissədə təmin olumalıdır. Məhkəmə iddia tələbində qeyd edilən “ iddiaçıların övladı Aylin və Baharın qısnamalardan və qanuna zidd hərkətlərdən cavabdehin çəkinməsi”lə bağlı qeyd edir ki, uşaqların cavabdeh tərəfindən hər hansı təsirə məruz qalmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Digər İddiaçı2 iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, 05.09.2017-ci il tarixli müqavilə X33 Lisesi ilə “şagird” X20 üçün atası İddiaçı1 arasında müqavilə bağlanmışdır. Odur ki, digər İddiaçı2 qarşısında X33 Liseyinin öhdəliyi mövcud deyildir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ona görə də, iddiaçıların 16,20 manat poçt xərcləri tələbinə dair məhkəmə qeyd edir ki, həmin xərclərin tutulması qanunvericiliydə nəzərdə tutulmadığından, iddia həmin hissədə rədd edilməlidir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 0,80 manat cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 05.09.2017-ci il tarixli müqavilə üzrə X9 təhsil haqqısı 800 manat müəyyən edilərək ödənilməklə ümumi orta təhsil almasının təmin edilməsi öhdəliyi cavabdeh X33 Liseyi”nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 ilə cavabdeh “X33 Liseyi” arasında bağlanmış 05.09.2017-ci il tarixli müqavilə üzrə X9 təhsil haqqına görə 800 (səkkiz yüz) manat İddiaçı1 tərəfindən ödənilməklə ümumi orta təhsil almasının təmin edilməsi öhdəliyi cavabdeh “X33 Liseyi”nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumundan 20 manat dövlət rüsumunun əvəzi cavabdeh “X33 Liseyi”ndən İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar