Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3715/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi, bağışlamanın hüquqi nəticələrinin ləğv edilməsi və bağışlama müqaviləsinədək olan hüquqi vəziyyətin bərpasına dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi, bağışlamanın hüquqi nəticələrinin ləğv edilməsi və bağışlama müqaviləsinədək olan hüquqi vəziyyətin bərpasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi, bağışlamanın hüquqi nəticələrinin ləğv edilməsi və bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunaraq, müqavilənin predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5a ünvanında yerləşən, ümumi sahəsi 171.7 kv.m, yaşayış sahəsi 101.0 kv.m olan 4 otaqlı 130 saylı mənzilin əvvəlki hüquqi statusuna qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5a ünvanında yerləşən, ümumi sahəsi 171.7 kv.m, yaşayış sahəsi 101.0 kv.m olan 4 otaqlı 130 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 02 fevral 2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olmuş və mənzilin üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində 1428 nömrəli reyestr kitabının 130734 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mənzilin iddiaçının mülkiyyətinə keçdiyi 02 fevral 2012-ci il tarixdən yaşlı atası Cavabdeh Əhməd oğlu və oğlu - hazırkı iş üzrə Cavabdeh ilə birlikdə başqa yaşayış yeri olmadan daimi olaraq həmin mənzildə yaşamışlar. Mübahisəli mənzil atası Cavabdeh Əhməd oğlunun vəsaiti hesabına 425.000 manata əldə edilmişdir. Bundan başqa Cavabdeh Əhməd oğlunun vəsaiti hesabına digər yaşayış evləri də əldə edilmiş və həmin evlər onun tərəfindən nəvələrinin adlarına rəsmiləşdirilmişdir. Beləliklə, hazırkı iş üzrə cavabdeh olan oğlu Cavabdeh iddiaçının atasının vəsaiti hesabına əldə edilən digər evlərin nəvələrinin adına rəsmiləşdirdiyini, onun adına isə hər hansı mənzil olmadığını əsas gətirərək 2018-cu ilin sonlarından narazılıqlar etməyə başladı. İddiaçı atası ilə məsləhətləşərək, mübahisəli mənzili onların həmin mənzildən çıxarılmayacağını düşünərək cavabdehə bağışlamaq qərarına gəlmişlər. Mübahisəli mənzili oğlu Cavabdeh hədiyyə edəcəyi halda onunla digər qardaşlar arasında hər hansı fərq qoyulmadığını hiss edərək iddiaçıya, babasına və qardaşlarına qarşı münasibətinin normallaşacağını və ailə daxili münasibətlərin daha da yaxşılaşacağını düşündü. Bu səbəblə də, atası və Cavabdehla birlikdə aparılan söhbət əsnasında mübahisəli evin yeganə yaşayış yeri olduğu vurğulandı. Cavabdeh mənzilin ona bağışlanacağı təqdirdə mənzilin onun adına olmasına baxmayaraq, birlikdə daha mehriban yaşayacaqlarına və mənzil barədə yalnız onlarla razılaşdıqdan sonra hər hansı sərəncam verəcəyinə söz verdi. Beləliklə, Bakı şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş 17 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5a ünvanında yerləşən, ümumi sahəsi 171.7 kv.m yaşayış sahəsi 101.0 kv.m. olan 4 otaqlı 130 saylı mənzili oğlu Cavabdeh bağışladı. Lakin 11 iyun 2021-ci il tarixdə iddiaçıya məlum oldu ki, Cavabdeh yeganə yaşayış yeri olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5a ünvanında yerləşən 130 saylı mənzili satmışdır. Belə ki, iddiaçı məzuniyyətdə olduğundan 1 iyun - 11 iyun 2021-ci il tarixlərdə digər oğlu Rüfət Qubadovun ailəsi ilə birlikdə yaşadığı bağ evində qaldı. İyunun 11-i yaşadığı evə qayıtdıqda isə, oğlu Cavabdeh paltarlarının və digər əşyalarının, kompyuterin və evin sədəndərinin evdə olmadığının şahidi oldu. Dərhal Cavabdeh zəng edərək onun harada olduğunu soruşdu və yuxarıda qeyd olunan əşyaların evdə olmadığı barədə məlumat verdi. O, evdəki əşyalarla bağlı iddiaçını narahat olmamağa çağırdı, əşyaların yerinin dəyişməsi ilə əlaqədar onları görə bilmədiyini, hazırda Nabranda olduğunu və 3 günə gələcəyini bildirdi. Lakin onun paltarlarının və digər əşyalarının, kompyuterin və evin sənədlərinin evdə olmadığını dəqiqləşdirdikdən sonra qardaşı oğlu Emin Qubadova zəng edərək Estonun yerini deməsini xahiş etdi və əks təqdirdə axtarış üçün polisə müraciət edəcəyini bildirdi. Yalnız bundan sonra oğlu Eston 13 iyun 2021-ci il tarixdə, saat 04:55-də istifadəsində olan iddiaçının mobil telefonuna SMS göndərərək evi satdığını və 3 günə boşaldılmalı olduğunu bildirdi. Eyni zamanda bundan sonra telefonu söndürdüyündən onunla əlaqə saxlamaq mümkün olmadı. Yalnız bundan sonra iddiaçıya məlum oldu ki, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan yaşadığı mübahisəli mənzili ona bağışlamağını tələb etməkdə və buna nail olaraq mənzili öz adına keçirməkdə yeganə məqsədi ona olan inamdan sui-istifadə edərək iddiaçını aldatmaqla evi satmaq, satışdan əldə etdiyi vəsaiti isə tam olaraq mənimsəmək olmuşdur. Sonradan isə iddiaçıya məlum oldu ki, mübahisəli mənzil özünü evi alan şəxs kimi təqdim edən Emin adlı şəxsin adına deyil, onun Arzu adlı həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Bundan bir neçə gün sonra isə evdə olan 55.000 manat məbləğində pul vəsaitinin, atası Cavabdeh Əhməd oğluna məxsus olan qızıl saatın, qızıl üzüyün və qızıl boyunbağının evdə olmadığının şahidi oldu. İddiaçı evdən qızıl-zinət əşyalarını oğurlamaları barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verdi. “102” Xidməti-Zəng Mərkəzindən müraciətim araşdırılması üçün Nərimanov RPİ-nin 18-ci PB-nə oradan isə Nərimanov RPİyə göndərildi və hazırda həmin İdarədə araşdırılmaqdadır. Mübahisəli mənzilin bu günə olan orta real bazar dəyəri 450.000 - 470.000 manat olduğu halda, mənzili alan şəxs onu 324.000 manata aldığını bildirmiş, sonradan isə iddiaçıya məlum olmuşdur ki, mənzil cəmi 304.000 manata satılmışdır. İddiaçı hesab edir ki, bu Cavabdeh mübahisəli mənzili iddiaçıdan xəbərsiz qısa müddətdə ucuz qiymətə satmaq və digər oğlu Rüfət Qubadovun yaşadığı bağ evindən qayıdanadək evi alıcıya təhvil vermək niyyətinin göstəricisidir. Hazırda iddiaçıda olan məlumata görə Cavabdeh mənzil satışından əldə etdiyi pul vəsaitindən 250.000 manatını Bank VTB (Azərbaycan) ASC-nə depozitə qoymuşdur. Beləliklə Cavabdeh ailə hüquq münasibətlərinə uyğun olmayan hərəkətlər edərək, yəni evi sataraq satışdan əldə etdiyi vəsaiti isə tam olaraq mənimsəyərək iddiaçını və onun atasını evsiz qoyduğundan bağışlamaqdan imtina etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini əsassız hesab edərək, tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5a ünvanında yerləşən 130 saylı mənzil İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsusdur və 02.02.2012-ci il tarixdə bu barədə ********** saylı qeyd aparılmışdır. İşdə olan 17 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5a ünvanında yerləşən 130 saylı mənzili oğlu Cavabdeh bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5a ünvanında yerləşən 130 saylı mənzil Cavabdeh mülkiyyətinə 21.01.2020-ci il tarixdə keçmişdir. İşdə olan 21.06.2021-ci il tarixli AN-İ ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5a ünvanında yerləşən 130 saylı mənzili 304 000 manata X1. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5a ünvanında yerləşən 130 saylı mənzil İddiaçı mülkiyyətində olmuşdur. Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5a ünvanında yerləşən 130 saylı mənzili hədiyyə alan Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5a ünvanında yerləşən 130 saylı mənzil Cavabdeh mülkiyyətinə 21.01.2020-ci il tarixdə keçmişdir. Cavabdeh həmin mənzili alqısatqı müqaviləsinə əsasən X2. Hazırda İddiaçı Cavabdeh qarşı əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi, bağışlamanın hüquqi nəticələrinin ləğv edilməsi və bağışlama müqaviləsinədək olan hüquqi vəziyyətin bərpasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi, bağışlamanın hüquqi nəticələrinin ləğv edilməsi və bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunaraq müqavilənin predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 5a ünvanında yerləşən, ümumi sahəsi 171.7 kv.m, yaşayış sahəsi 101.0 kv.m olan 4 otaqlı 130 saylı mənzilin əvvəlki hüquqi statusuna qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; Həmin Məcəllənin 668.1-ci və 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673.1-ci maddəsinə görə, hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı irəli sürdüyü iddia tələbini təsdiq edən halları sübuta yetirə bilmədi. Mülki Məcəllənin 673.1.2-ci və 673.1.3-cü maddələrinə görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və ya hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. İddiaçı yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etsə də, normaların dispozisiyası ilə nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyin cavabdeh tərəfində edilməsini təsdiq edən sübutları təqdim edə bilmədi. Məhkəmə qeyd edir ki, mübahisələndirilən bağışlama müqaviləsi hər hansı şərtlə də bağlanmamışdır. Məhkəmə cavabdehin ona mülkiyyət hüququ ilə məxsus mənzilin satmasını onu tərəfindən ailə üzvlərinə qarşı vəzifələrin kobudcasına pozulması və ya öhdəliklərin icra edilməməsi kimi qiymətləndirmir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi, bağışlamanın hüquqi nəticələrinin ləğv edilməsi və bağışlama müqaviləsinədək olan hüquqi vəziyyətin bərpasına dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi, bağışlamanın hüquqi nəticələrinin ləğv edilməsi və bağışlama müqaviləsinədək olan hüquqi vəziyyətin bərpasına dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3715/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3715/2021
29.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver