Məhkəmə qərarları › İş №2(005)-3718/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3718/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3718/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdeh «xxxxxxxxx» İ.K. MTK-ya qarşı qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx İK” MTK ilə onun arasında bağlanmış xx.xx.2008-ci il tarixində müqaviləyə əsasən, ona satılmış Bakı şəhəri, Ə.Hüseynov küçəsi, 5/7 saylı binanın 5-ci blokun 1-ci mərtəbəsindən 100 kv.m qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Nərimanov məhkəməsinin 02(005)-3033/16 saylı xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək “xxxxxxxxx İK” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləsinə əsasən ünvan 1 ünvandakı “xxxxxxxxx İK” MTK-ya məxsus yaşayış kompleksində 5-ci blokun 8-ci mərtəbəsində yerləşən sahəsi 134,5 kv.m olan 3 otaq 380 saylı mənzilə, həmən yaşayış kompleksində 3-cü blok 4-cü mərtəbəsində yerləşən sahəsi 134,5 m2 olan 3 otaqlı 522 mənzil və həmin yaşayış kompleksində yerləşən sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsi eyni tərəflər arasında, eyni predmetə dair, eyni əsaslarla məhkəmənin aktı (qətnaməsi, qərardadı) mövcud olarsa ikinci icraatın başlanılmasını istisna edilir. Lakin iddiaçı başqa əsaslarla, tələblə məhkəmədə iddia qaldırmağa haqlıdır. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh «xxxxxxxxx» İ.K. MTK-ya qarşı qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar