Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-372/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kirayə müqaviləsinin ləğvi, kirayə pulunun və kommunal haqların alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kirayə müqaviləsinin ləğvi, kirayə pulunun və kommunal haqların alınması tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında xx.xx.2019-cu il tarixdə, Bakı şəhərində Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 125 A saylı ünvanda yerləşən, ona məxsus avtomaşın yuyulması obyektinin aylıq olaraq 700 manata kirayəyə verilməsi barədə bir il müddətinə müqavilə bağlanılmış, ümumi tanışı olan Adil Həsənov (***-***-**-**) şahid kimi həmin müqaviləni imzası ilə təsdiq etmişdir. Lakin Cavabdeh1 2020-ci ilin mart ayının 700 manat kirayə haqqını, xx.xx.2019cu ildən xx.xx.2020-ci il tarixədək 141 manat elektrik enerjisinin sərfiyyatını, 300 manat su pulunu, dəyəri 140 manat olan tozsoran aparatını mənimsəyərək, cəmi 1281 manat borclu qalmaqla çıxıb getmişdir və indiyədək onu borcunu və tozsoran aparatını qaytarmaqdan imtina edir. Digər Cavabdeh2 isə, xx.xx.2020-ci il tarixdə, yenə də həmin obyekti, yəni Bakı şəhərində Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 125 A saylı ünvanda yerləşən, ona məxsus avtomaşın yuyulması obyektini tanışı, Bakı şəhəri M.F.Axundov küçəsi ev 99 ünvanda yaşayan X1 (tel-***-***-**-**) şahidliyi ilə aylıq olaraq 700 manata ondan bir il müddətinə kirayəyə götürməsinə baxmayaraq 600 manat kirayə pulu, 80 manat su pulu borcunu, cəmi 680 manat borcunu ödəməyərək çıxıb getmişdir və bununla da aralarında olan qarşılıqlı razılaşmanın şərtlərini pozmuş, üzərinə götürmüş olduğu öhdəliyini icra etməmişdir. Onun tərəfindən müqavilə öhdəliklərinə tam əməl edilərək kirayə obyekti tamamilə yararlı vəziyyətdə cavabdehlərin ixtiyarına verilmişdir, onlar orada işləmişlər, lakin kirayə pulunun ödənilməsi ilə bağlı üzərlərinə düşən öhdəliklərini icra etməmişlər, borclu qalaraq özbaşına çıxıb getmişlər, dəfələrlə tələb etməyinə baxmayaraq borclarını qaytarmaqdan imtina edirlər, bununla da müqavilə şərtlərini pozmuşlar. Daha sonra iddiaçı ərizə təqdim edərək, ona məxsus olan avtoyuma məntəqəsində tozsoran aparatın qaytarılması, bu mümkün olmadıqda 140 manat məbləğində pulla əvəzləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirmişdir ki, İddiaçı ilə yaxın dostdur. İddiaçı ilə birlikdə obyektdə olanda Cavabdeh2 ilə aralarında şifahi razılaşma olmuşdur. Cavabdeh2 obyektdəki sayğacını, su nasosunu və digər əşyaları göstərmiş, obyektə birgə ümumi baxış keçirtmişlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın kirayə müqaviləsinin surətindən görünür ki, İddiaçı ona məxsus olan ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzili aylıq 700 manata 1 il müddətinə kirayəçi Cavabdeh1 kirayəyə vermişdir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, icarə haqqı hər ayın 1-də alınır. İş materiallarında olan AR DİN Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin İddiaçı ünvanlnamış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə yazmış olduğu ərizəyə cavab olaraq bildirilir ki, ərizədə göstərilən xüsusatlar mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməyi məqsədəmüvafiqdir. Mülki işin araşdırılmış hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında kirayə müqaviləsi bağlanmış və Cavabdeh1 oğlu müqavilə üzrə 700 manat məbləğində kirayə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 700 (yeddi yüz) manat kirayə haqqı iddiaçının xeyrinə tutulmalı, dəyəri 140 manat olan tozsoran aparatı Cavabdeh1 alınıb İddiaçı qaytarılmalı, bu mümkün olmadıqda əşyanın dəyəri iddiaçıya cavabdeh tərəfindən ödənilməlidir. İddiaçı Cavabdeh2 ilə də aralarında kirayə münasibətlərinin yarandığını iddia edir, 680 manat məbləğində kirayə haqqının Cavabdeh2 öz xeyrinə tutulmasını tələb edir. Məhkəmə bu hissədə iddia ərizəsinin təmin edilə bilinməyəcəyi qənaətindədir. Belə ki, Cavabdeh1 ilə kirayə münasibətlərinin yarandığını təsdiq edən yazılı müqavilə olduğu halda, digər cavabdeh olan Cavabdeh2 ilə belə münasibətlərin yarandığını təsdiq edən heç bir yazılı müqavilə yoxdur. bu səbədən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Kommunal xərclərin ödənilməsi hissəsində də məhkəmə iddia tələbini əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən iddia tələbini bu hissədə təsdiq edən sübutlar təqdim edilmədi. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 700 (yeddi yüz) manat kirayə haqqı İddiaçı xeyrinə tutulsun. Dəyəri 140 manat olan tozsoran aparatı Cavabdeh1 alınıb İddiaçı qaytarılsın, bu mümkün olmadıqda əşyanın dəyəri iddiaçıya cavabdeh tərəfindən ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-372/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-372/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver