Məhkəmə qərarları › İş №2(005)-3722/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3722/2020

18.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3722/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh-nin (“xxxx” QSC-nin) nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh-ə (“xxxx” QSC-ə) qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-ə (“xxxx” QSC-ə) qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli 34 559,92 manatlıq borcun etiraf edilməsi barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(010)-1195/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 34 559,92 manat məbləğində əsas borc, 200 manat cərimə borcu və 30 manat dövlət rüsumunun əvəzi, cəmi 34 789,92 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh-ə verilməsi qət edilmişdir. Məhkəmənin qeyd edilən iddia tələbinə dair məhkəmə iclaslarının heç birinə məhkəməyə gəlmək barədə bildiriş almamış və məhkəmə onun iştirakını təmin etmədən, işi ədalətli və hər tərəfli araşdırmadan yanlış qətnamə qəbul etmişdir. Bununla bağlı artıq apellyasiya şikayəti vermişdir və iş hakim Şərafət Məmmədovanın icraatında baxılmaqdadır. Qətnamədən yalnız Bakı şəhərindən çıxmaq istərkən DYP postunda saxlanılaraq barəsində axtarış verilməsi barədə bildirildikdən və hansı səbəblə axtarışa verildiyini öyrəndikdən sonra Suraxanı rayon İcra və Probasiya şöbəsində məlumat almışdır. Qətnamədə qeyd edilir ki, guya onun Cavabdeh-dən aldığı mala görə 34 559,92 manat borcu var və xx xxxxxxx 2017-ci il tarixdə bu borcun etiraf edilməsi və ödənilməsi qaydası haqqında müqavilə bağlamışdır. O, Cavabdeh-dən toyuq məhsulları alıb həmin məhsulların satışı ilə məşğul olmuşdur. Həmin müddət ərzində o, bir neçə dəfə Cavabdeh ilə borc müqaviləsi bağlamışdır. Həmin müqavilələrin biri 22 400 manatlıq, son müqavilə isə 5 200 manatlıq olub. Lakin, o, heç bir vaxt Cavabdeh ilə 34 559,92 manatlıq borc müqaviləsi bağlamamışdır. Bu müqavilənin saxtalığı onunla izah olunur ki, əvvəlki bağlanan müqavilələrdə borc məbləğinin qeyd olunduğu birinci səhifədə onun və cəmiyyətin nümayəndəsinin imzası olmuşdur. Hal-hazırda qeyd edilən 34 559,92 manatlıq müqavilənin məbləğ yazılan səhifəsində nə onun, nə nə də qarşı tərəfin nümayəndəsinin imzası yoxdur. Bu isə müqavilənin saxtalaşdırıldığının bariz nümunəsidir. Onun Cavabdeh-ə son olaraq 5 200 manat borcu olmuşdur. Bu borcun etirafı barədə cəmiyyətin hüquqşünası ilə onun iş yerində müqavilə imzalamışlar, həmin müqavilənin hər iki səhifəsində onun və kimin olduğunu bilmədiyi şəxsin imzası olmuşdur. İmzanın kimə məxsus olduğunu ona görə bilməmişdir ki, müqavilə hazır şəkildə gətirilmişdir və o, onu oxuyub imza etmişdir. Razılığa əsasən o, hər ay 500 manat ödəməli, pulu cəmiyyətin nümayəndəsi gəlib götürməli imiş. Lakin heç kim gəlməmiş, sonradan ümumiyyətlə bildirmişlər ki, cəmiyyət müflis olub. Qeyd edilən müqavilənin saxtalığı həm də onunla sübut olunur ki, müqavilənin preambula hissəsində tərəf olaraq onun adı qeyd edilsə də, digər tərəfdən müqaviləni kimin imzalayacağı qeyd edilməmişdir. Görünür bu da gələcəkdə yaranan mübahisə zamanı məsuliyyətdən yayınmaq üçün nəzərdə tutulmuşdur. Bu müqavilə sonradan kimlərsə tərəfindən saxtalaşdırılaraq əvvəlki müqavilələrin birinci səhifəsi dəyişdirilməklə ikinci səhifədə olan onun imzasından istifadə edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh-nin (“xxxx” QSC-nin) nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının hazırki tələbi üzrə iddiaçının predmetinə dair aidiyyatına tam identik olan, tərəflərin mülki müqavilə münasibətlərinin yekununun təzahürü kimi cavabdeh şəxsin Cəmiyyətə mövcud borc məbləğinin miqdarının həlli ilə nəticələnən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(010)-1195/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə istinadən mülki işin hazırki prosessual etapında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən hesab edir ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsi əsasında mülki işin icraatın xitam verilməsi barədə qərardad çıxarmaqla iş üzrə icraata xitam verməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsinin 1-ci bəndinə istinadən müqavilənin etibarsızlığı ilə bağlı bir illik iddia müddəti ötürüldüyündən məhkəmədən icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Suraxanı RPİ tərəfindən xx xxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında bağlanmış borcun etirafı və ödəniş qaydası haqqında müqavilənin surətindən görünür ki, İddiaçı Cavabdeh-ə 34 559,92 manat məbləğində borcu olduğunu etiraf edir və hər ay Cəmiyyətə 2 000 manat ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx xxxxx 2018-ci il tarixdə verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin adı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti kimi dəyişdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(010)-1195/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 34 559,92 manat məbləğində əsas borc, 200 manat cərimə borcu və 30 manat dövlət rüsumunun əvəzi, cəmi 34 789,92 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh-ə verilməsi qət edilmişdir. Məhkəmə iclasında tərələrin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2017-ci il tarixli 34 559,92 manatlıq borcun etiraf edilməsi barədə müqavilə bağlanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(010)-1195/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 34 559,92 manat məbləğində əsas borc, 200 manat cərimə borcu və 30 manat dövlət rüsumunun əvəzi, cəmi 34 789,92 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh-ə verilməsi qət edilmişdir. İddiaçı tərəf bu müqavilənin etibarsızlığını onunla izah etməyə çalışmışdır ki, əvvəlki bağlanan müqavilələrdə borc məbləğinin qeyd olunduğu birinci səhifədə onun və cəmiyyətin nümayəndəsinin imzası olmuşdur. Hal-hazırda qeyd edilən 34 559,92 manatlıq müqavilənin məbləğ yazılan səhifəsində nə onun, nə nə də qarşı tərəfin nümayəndəsinin imzası yoxdur. Bununla belə iddiaçı tərəf mübahisəli müqavilə ilə bağlı borc məbləğinin qeyd olunduğu birinci səhifədə onun və cəmiyyətin nümayəndəsinin imzası olan nüsxəsini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan maddənin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Belə vəziyyətdə iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Bununla belə məhkəmə araşdırması zamanı iddiaçının tələbi ilə bağlı sadaladığı xüsusatlar üzrə məhkəməyə hər hansı mötəbər sübut da təqdim edilməmiş, iddia tələbi sadəcə mülahizələrdən ibarət olmuş, eyni zamanda məhkəmə iş materiallarını araşdırdıqdan sonra mübahisələndirilən kredit müqaviləsi üzrə hər hansı mötəbər dəlilə rast gəlməmişdir. Digər tərəfdən iddiaçı tərəf məhkəmə iclasında bu müqavilənin etibarsızlığını onunla izah etməyə çalışmışdır ki, əvvəlki bağlanan müqavilələrdə borc məbləğinin qeyd olunduğu birinci səhifədə onun və cəmiyyətin nümayəndəsinin imzası olmuşdur. Halhazırda qeyd edilən 34 559,92 manatlıq müqavilənin məbləğ yazılan səhifəsində nə onun, nə nə də qarşı tərəfin nümayəndəsinin imzası yoxdur. Bununla belə iddiaçı tərəf mübahisəli müqavilə ilə bağlı borc məbləğinin qeyd olunduğu birinci səhifədə onun və cəmiyyətin nümayəndəsinin imzası olan nüsxəsini məhkəməyə təqdim edə bilməmişdir. Nəticə etibarı ilə iddia tələbinin əsaslığına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Yuxarıda sadalananlara əsasən məhkəmə, iddia ərizəsini rədd etməyi əsaslı və qanuni hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh-ə (“xxxx” QSC-ə) qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh-ə (“xxxx” QSC-ə) qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar