Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3736/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında imzalanmış 20.04.2016-cı il tarixli, 35 saylı "Çoxmərtəbəli yaşayış binasında pay mənzilinin tikintisinə dair” iddia ərizəsi üzrə müqaviləyə görə Cavabdeh MTK-nə əlavə olaraq ödənilmiş 29.260 manat pulun alınaraq iddiaçıya ödəniməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 20.04.2016-cı il tarixli, 35 saylı "Çoxmərtəbəli yaşayış binasında pay mənzilinin tikintisinə dair" müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əsasən Satıcı "xxxx" MTK Bakı şəhər Nərimanov rayonu, predmeti olan 38 saylı mənzilin 164.6 kv.m deyil 184 kv.m olmasını bildirərək əlavə 20 kv.m üçün 20.000 manat pul vəsaitinin də MTK-ya ödənilməli olduğunu bildirmiş, payçı İddiaçı isə hazırda yalnız müqavilədə nəzərdə tutulmuş pul vəsaitini ödəyə biləcəyini demişdir. "Ay BİR” MTK-nın nümayəndəsi isə iddiaçıya narahat olmayın əlavə 20 kv.m sahənin dəyərini hissə-hissə ödəyə biləcəyini demişdir. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən isə müqavilədə nəzərdə tutulmuş artıq 20 kv.m sahə ilə əlaqədar olaraq 20.04.2016-cı il tarixli, 35 saylı müqaviləyə əlavə hazırlanmalı və tərəflər imzalamalı idilər. Lakin bu günə əsas müqaviləyə əlavə hazırlanmamış və iddiaçıya təqdim edilməmişdir. Payçı İddiaçı müqavilə şərtlərinə və tərəflər arasında olan razılaşmaya əməl edərək 20 aprel 20)6 cı ıl tarixdə 50.000 manat, 17 avqust 2016-cı ıl tarixdə 10.000 manat, 30 avqust 2016 cı il tarixdə 10,000 manat, 27 sentyabr 2016-cı il tarixdə 20 00 manat, 17 oktyahr 2016-cı il tarixdə 10.000 manat, 11 noyabr 2016 il tarixdə 10.000 manat, 02 dekabr 2016-cı il tarixdə 10.000 manat, 17 yanvar 2017-ci il tarixdə 10.000 manat, 06 aprel 2017-ci il tarixdə 10.000 manat, 17 yanvar 2017 ci il tarixdə 20.000 manat, 19 dekabr 2018-ci il tarixdə 10.000 manat, 11 mart 2019-cu il tarixdə 2.600 manat, 01 may 2019-ci il tarixdə 2 000 manat, 28 iyun 2019 il tarixdə 2.000 manat, 06 fevral 2020-ci il tarixdə 1000 ınaııat olmaqla ümumilikdə 177.600 manat pul vəsaitini "xxxx" MTK ya ödəmiş və "xxxx" MTK tərəfindən 177.600 manatın pulun ödənilməsinə dair maliyyə arayısı verilmişdir. Hazırda isə məlum olmuşdur ki, tərəflər arasında imzalanmış 20.04.2016 cı il tarixli, 35 saylı müqavilədə mənzilin ümumi sahəsi 164.6 kv.m göstərilsədə, reallıqda mənzilin ümumi sahəsi 148,34 kv.metrdir. X1 Həsənova "xxxx" MTK-ya müraciət edərək mənzilin sahəsinin 148.34 kv.m olmasını nəzərə alaraq əlavə ödənilmiş 29.260 (iyirmi doqquz min iki yıiz alımış) manat pui vəsaitinin geri qaytarılmasım xahiş etmişdir. Lakin bütün müraciətləri cavabsız və nəticəsiz, qalmışdır. Son dəfə 18.06.2021-ci il tarixdə cavabdeh təşkilata rəsmi qaydada müraciət edərək əlavə ödənilmiş pul vəsaitinin geri qaytarılmasını xahiş etmişik. Lakin digər müraciətləri kimi, bu müraciəti də cavabsız qalmışdır. Daha sonra iddiaçı 14.12.2021-ci il tarixdə iddia ərizəsinə əlavə verərək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı blokunun 8-ci mərtəbəsində yerlən 4 otaqdan ibarət 38 saylı mənzil üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması üçün qanunvericiliylə tələb olunan sənədlərin-maliyyə arayışı, MTK-nın üzvlərinin ümumi yığıncağının iclas protokolundan çıxarış, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və digər zəruri sənədlərin ona təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması və əlavə olaraq ödədiyi 29.260 manat pul vəsaitinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MTKya məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh Mənzil-Tikinti Kooperativi-satıcı ilə İddiaçı-payçı arasında bağlanmış 20.04.2016cı il tarixli 35 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, satıcı Cavabdeh MTK Bakı şəhərində, Nərimanov rayonu ərizəsində, Təbriz küçəsi, 794-cü məhəllədə inşa etdiyi binanın, 6 blok, 38 saylı, 4 otaqdan ibarət, ümumi sahəsi 164,6 kv.m olan mənzili “payçı” İddiaçı satmağı, “Payçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Satıcı satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra Payçıya təhvil verməyi, Payçı isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür 1.2-ci bənd). Bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi dəyəri tərəflərin razılığı ilə hər kv.m 1000 olmaqla ümumilikdə 164600 manat miqdarında müəyyən olunur. Payçı mənzilin qiymətini 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür (2.1-ci bənd). Cavabdeh MTK-nın 20.04.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 50000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 114,600 manat təşkil edir. Cavabdeh MTK-nın 17.08.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 104,600 manat təşkil edir. Cavabdeh MTK-nın 30.08.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 94,600 manat təşkil edir. Cavabdeh MTK-nın 27.09.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 20000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 74,600 manat təşkil edir. Cavabdeh MTK-nın 17.10.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 64,600 manat təşkil edir. Cavabdeh MTK-nın 11.11.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 54,600 manat təşkil edir. Cavabdeh MTK-nın 02.12.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 44,600 manat təşkil edir. Cavabdeh MTK-nın 06.04.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 24,600 manat təşkil edir. Cavabdeh MTK-nın 17.01.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 20000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 24,500 manat təşkil edir. Cavabdeh MTK-nın 17.01.2017-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 34,600 manat təşkil edir. Cavabdeh MTK-nın 19.12.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 14,600 manat təşkil edir. Cavabdeh MTK-nın 28.06.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 2000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 8000 manat təşkil edir. Cavabdeh MTK-nın 01.05.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 2000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 10000 manat təşkil edir. Cavabdeh MTK-nın 11.03.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 2600 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 12000 manat təşkil edir. Cavabdeh MTK-nın 06.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 1000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 7000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 oktyabr 2021ci il tarixli 10/4007 nömrəli ekspert rəyinin nəticə görünür ki, "Aybir” MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 4 otaqlı 38 saylı mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla sahəsi 148,34 m2 təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan Bakı şəhər, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa edilmiş binanın 6 blokunda yerləşən 38 saylı mənzilinin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 164,6 m2 təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında 20.04.2016-cı il tarixli, 35 saylı "Çoxmərtəbəli yaşayış binasında pay mənzilinin tikintisinə dair" müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh MTK Bakı şəhərində, Nərimanov rayonu ərizəsində, Təbriz küçəsi, 794-cü məhəllədə inşa etdiyi binanın, 6 blok, 38 saylı, 4 otaqdan ibarət, ümumi sahəsi 164,6 kv.m olan mənzili “payçı” İddiaçı satmağı, “Payçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Satıcı satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra Payçıya təhvil verməyi, Payçı isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür 1.2-ci bənd). Bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi dəyəri tərəflərin razılığı ilə hər kv.m 1000 olmaqla ümumilikdə 164.600 manat miqdarında müəyyən olunur. Payçı mənzilin qiymətini 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür (2.1-ci bənd). Hazırda iddiaçı məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən mənzilə görə ödənilmiş artıq pulun və mənzilə dair sənədlərin ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhər Nərimanov rayonu, predmeti olan 38 saylı mənzil İddiaçı faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzil ilə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir; 113.1-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı ümumi sahəsi 164,6 kv.m olan mənzil təhvil verilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarının surətindən müəyyən edilmişdir ki, İddiaçı MTK-ya ümumilikdə 177.600 manat məbləğində ödəniş etmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən mənzilin 1 kv.m-i üçün 1000 manat müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd edilən mənzilə görə 177.600 manat deyil, 164.600 manat ödəniş edilməli idi. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mənzilə görə artıq ödənilmiş 13.000 manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq iddiaçıya qaytarılmalıdır (177600-164600=13000). Həmçinin İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh Mənzil-Tikinti Kooperativi həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, Bakı Şəhər Ərazi idarəsində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı blokunun 8-ci mərtəbəsində yerlən 4 otaqdan ibarət 38 saylı mənzilə dair iddiaçı şəxs tərəfindən tam ödəniş edilmiş, lakin cavabdeh kooperativ iddiaçı şəxsin bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan sənədləri -maliyyə arayışı, MTK-nın üzvlərinin ümumi yığıncağının iclas protokolundan çıxarış, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və digər zəruri sənədləri verməməklə mülki qanunvericiliyin normaları baxımından öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı verməli olduğu mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan sənədləri -maliyyə arayışı, MTK-nın üzvlərinin ümumi yığıncağının iclas protokolundan çıxarış, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və digər zəruri sənədləri təqdim etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası qismən əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh Mənzil-Tikinti Kooperativindən 13000 manat məbləğində artıq ödənilmiş pul İddiaçı alınıb verilməli, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı blokunun 8-ci mərtəbəsində yerlən 4 otaqdan ibarət 38 saylı mənzil üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması üçün qanunvericiliylə tələb olunan maliyyə arayışı, MTK-nın üzvlərinin ümumi yığıncağının iclas protokolundan çıxarış, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və digər zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mənzil-Tikinti Kooperativindən 13.000 (on üç min) manat məbləğində artıq ödənilmiş pul tutulub İddiaçı verilsin. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı blokunun 8-ci mərtəbəsində yerlən 4 otaqdan ibarət 38 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan maliyyə arayışı, MTK-nın üzvlərinin ümumi yığıncağının iclas protokolundan çıxarış, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və digər zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3736/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3736/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver