Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-374/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh3, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, ( mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi, Bakı şəhəri 21 saylı Notariat Ofisi, X3, X14) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, fərdi yaşayış evinə payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər İddiaçı Mamed oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X6 miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh1 və X11 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 ilə Cavabdeh5oviç arasında bağlanmış Bakı şəhəri 21 saylı Notariat Ofisində 06.08.2021-ci il tarixli 40- 022 nömrəli bağışlama müqaviləsinin, Cavabdeh2 Məmmdovnanın adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 29.10.2020-ci il tarixli çıxarışın, Cavabdeh4 adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 09.08.2021-ci il tarixli çıxarışın, Cavabdeh5çin adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 14.07.2021-ci il tarixli çıxarışın, Cavabdeh1 adma və X4 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş paylı şəkildə olan çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 24.12.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, mərhum anası X6 miras qalmış Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 və X2 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin,Cavabdeh1 və X8 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 ilə Cavabdeh5oviç arasında bağlanmış Bakı şəhəri 21 saylı Notariat Ofisində 06.08.2021-ci il tarixli 4G- 922 nömrəli bağışlama müqaviləsinin, Cavabdeh2 Məmmdovnanın adma GMDK yanında DGDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 29.10.2020-ci il tarixli çıxarışın, Cavabdeh4 adına GMDK yanında DGDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 09.08.2021-ci il tarixli çıxarışın, Cavabdeh5çin adma GMDK yanında DGDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 14.07.2021-ci il tarixli çıxarışın, Cavabdeh1 adına və X4 GMDK yanında DGDRX tərəfindən verilmiş paylı şəkildə olan çıxarışların etibarsız hesab edilməsi, İddiaçı mübahisəli fərdi yaşayış evində payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 16.02.2022-ci il tarixdə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, mərhum anası X6 miras qalmış Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 Məmmodovna və Cavabdeh3 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-105 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh1 və X8 Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 2V-155 və 2V-104 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Cavabdeh4 ilə Cavabdeh5oviç arasında bağlanmış Bakı şəhəri 21 saylı Notariat Ofisində 06.08.2021-ci il tarixli 40-922 nömrəli bağışlama müqaviləsinin, Cavabdeh2 Məmmdovnanın adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 1 ********* qeydiyyat nömrəli 29.10.2020-ci il tarixli çıxarışın, Cavabdeh4 adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 09.08.2021-ci il tarixli çıxarışın, Cavabdeh5 Məmmodiçin adına ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 14.07.2021-ci il tarixli çıxarışın, Cavabdeh1 adına və Cavabdeh3 ƏMDK yanında DƏDRX tərəfindən verilmiş paylı şəkildə olan çıxarışların etibarsız hesab edilməsi, İddiaçı mübahisəli fərdi yaşayış evində 1/11 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, Döngə 2 ev 13, indiki Novruzov Qardaşları ev 13 saylı ünvanda yerləşən fərdi yaşayış evi onun anasının X7 şəxsi mülkiyyətində olmuşdur. Anası 19.01.2020-ci il tarixində vəfat etmişdir, atası isə 25.09.2006-cı il tarixində ondan əvvəl vəfat etmişdir. Valideynləri və o qeyd edilən ünvanda yaşamış, oradan daimi olaraq istifadə edərək təsərrüfat aparmışlar. Anasının vəfatından sonra o, elə hesab etmişdir ki, onun vərəsəsi kimi artıq əmlak üzərində sərəncam vermək səlahiyyəti bütün övladlarına məxsusdur. Onun xəbəri olmadan iş üzrə cavabdehlər mübahisəli fərdi yaşayış evinə dair 51 saylı notariat ofisinə müraciət etmişlər və oradan özlərinə vərəsəlik hüququ haqqında şəhadətnamələr alınmış və onun əsasında 1 saylı Bakı Ərazi İdarəsindən çıxarışlar əldə etmişdirlər. O, bundan məlumatlı olmamış və məlumat əldə edən kimi adiyyatı üzrə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli 2(011)-6172/2021 saylı qərardadı ilə sənədlər geri qaytarılmış və bildirilmişdir ki, əmlak Nərimanov rayonu ərazisində yerləşdiyi üçün adiyyəti olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət edilməlidir. Bundan sonra o, Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli 2(005)- 4302/2021 saylı qərardadı ilə ərizəsi baxılmamış saxlanılmış və ona izah edilmişdir ki, iddia icraatı qaydasında müraciət edilməlidir. O, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bildirmişdir ki, fərdi yaşayış evində hamı birlikdə yaşamış sonralar isə ailə qurduqca öz evlərinə köçmüş, anası X15 2020-ci ildə vəfat etmiş həmin vaxt onlar övladlar orada yaşamamış bir dənə ancaq iş üzrə cavabdeh Əsədova (Paşayeva) Sevda Salman qızı mübahisəli ünvanda yaşamış və hazırda da o ünvanda yaşamaqda davam etmişdir. Onun həyat yoldaşı qardaşı Cavabdeh5 3/8 pay verilmiş və Cavabdeh4 həmin pay bağışlanmışdır. Bacıları həmin miras əmlakdan 1/8 hissə Cavabdeh3, 1/8 hissə Cavabdeh2, 3/8 hissə Cavabdeh1 məxsusdur, Cavabdeh5 3/8 hissə verilmişdir, Cavabdeh5 öz payını Cavabdeh4 bağışlamışdır. Bütün bu əməliyyatlar 51 saylı notariat ofisində edilmişdir. O və iki övlad gizlədilmişik, bu barədə notariat ofisinə məlumat verilməmişdir. Bundan sonra o, müvafiq sənədlərlə bərabər maraqlı şəxs Bakı şəhəri 51 saylı Notariat Ofisinə müraciət etmişdir ki, ona vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilsin. Notarius vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsində rəsmi olaraq 12.07.2021-ci il tarixində imtina etmişdir. Hesab edir ki, Notariusun imtinası əsassızdır və bu ərizə məhkəmə qaydasında öz həllini tapa bilər. Bildirir ki, qeyd edilən ev onun anasının şəxsi mülkiyyətində olmuşdur. Hazırki cavabdehlərdən vəsiyyətnamə üzrə vərəsəlik olanları qəbul edir, çünki anası onlara vəsiyyətnamə vermişdir, digər qanun üzrə vərəsəlik almış Cavabdeh2 və Ədilova Zərnişan isə anasının sağlığında hazırki mübahisəli evdə uzun illər o, və digər övladlar kimi yaşamamış və qeydiyyatda olmamışdırlar. Bildirir ki, Elmira və Zəmişanda ölmüş şəxslə birlikdə uzun illər yaşamamış və qeydiyyatda olmamışdırlar, ölmüş şəxslə birlikdə təsərrüfat işləri aparmamış və onunla yaşamamışdırlar. Elmira və Zərnişan hər ikisi notariusda ərizə verərək hər biri aneaq özlərinin vərəsə olması barədə yalan məlumat vermişlər. Qeyd edir ki, vərəsəlik işi tam olaraq qanunsuz və əsassız aparılmış vərəsələr gizlədilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Qanun və vəsiyyət üzrə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilərək paylar yenidən müəyyən edilməli, vəsiyyət üzrə paylar verildikdən sonra qanun üzrə olan vərəsəlik hüququ haqqında şəhadətnamələr ölmüş şəxsin övları arasında bərabər bölünməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh3 məhkəmə iclasında ayrı-ayrılıqda izahat verərək iddia tələbinin əsassız olduğunu bildirdilər və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Aşırım küçəsi, Döngə 2 ev 13, indiki Novruzov Qardaşları ev 13 saylı ünvanda yerləşən fərdi yaşayış evi onun qaynanası X7 şəxsi mülkiyyətində olmuşdur. Qaynanası 19.01.2020-ci il tarixində vəfat etmişdir, qaynatası isə 25.09.2006-cı il tarixində ondan əvvəl vəfat etmişdir. Onlar, həyat yoldaşı Cavabdeh5, ovə iki övladı həmin ünvanda yaşayıb və hazırdada yaşamaqda davam edir və pasport qeydiyyatı da həmin ünvanadır. O, 26 ildən çoxdur ki Knyazla ailə həyatı quraraq yuxarıda qeyd edilən ünvanda mülkiyyətçi ilə birlikdə yaşamış təsərrüfat aparmışdır. Knyazla birgə nikahından iki övladı olmuş və onlar həddi buluğ yaşını keçmişdirlər. Ümumiyyətlə hesab edir ki, həmin ünvanda yaşamayan və orada daimi qeydiyyatı olmayan baldız və qayınları vəsiyyət edilmişlərdən başqa heç kim pay ala bilməzdi. Lakin Elmira və Zərnişan pay almaq üçün notariusa müraciət etmişdirlər və evin qeydiyyat vəsiqəsi onda olmağına baxmayaraq gizlin şəkildə vərəsəlik işinin açılmasına nail olmuşlar və reyestr xidmətindən yeni çıxarış alaraq notariusa təqdim edərək vərəsəlik hüququ haqqında şəhadətnamələr əldə etmişdirlər. Hazırkı iddia ərizəsinə heç bir etirazı yoxdur. Eyni zamanda cavabdehlər Cavabdeh2, Cavabdeh3 iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişlər ki, İddiaçı iddia ərizəsi ilə əlaqədar iddia müddəti buraxılmışdır. Belə ki, iddiaçı vərəsə kimi 19.01.2020-ci ildə dünyasını dəyişmiş mərhum anaları X6 qalmış miras əmlakla (ünvan 4) əlaqədar mübahisə qaldırmışdır. Lakin iddiaçı vərəsə olaraq anası Zinanın rəhmətə getməsini ilk gündən bilmiş, onun dəfnində və yas mərasimində iştirak etmişdir. O, vərəsə olaraq qanunla müəyyən olunmuş 3 ay müddətində Notariat ofisinə müraciət etməmiş, faktiki olaraq mürasdan imtina etmişdir. İddiaçıdan başqa digər qardaşı və bacısı da mirasdan pay istəməmişlər və Notariat ofisinə müraciət etməmişlər. Eləcə də, iddiaçı həmin miras əmlakı faktiki olaraq qəbul etməmiş, öz evində yaşamışdır. Hətta iddiaçı şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş 6 ay müddətində (19.01.2020-ci ilədək) də mirasla əlaqədar müraciət etməmişdir. Bundan başqa, iddiaçı hazırda mübahisəli miras əmlak olan ünvanda hazırda cavabdeh olan Sevda Salmanovanın göstərişi ilə 06.11.2020-ci il tarixdə məni (Cavabdeh2) döymüşdür. Bu barədə Nərimanov RPİ-nin İstintaq Şöbəsində onun barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Lakin bacı- qardaşlarının xahişini nəzərə alaraq onunla barışmışdır. İddiaçı barəsində olan cinayət işinə 10.02.2021 -ci il tarixli qərarla xitam verilmişdir. İddiaçı miras əmlak barədə anasının ölümündən bir il yarımdan sonra qərəzli olaraq mübahisə yaratmağa başlamışdır. Buna səbəbi isə miras əmlakın cavabdeh Sevda Salmanova tərəfindən kirayəyə verilməsi və aldığı pulları mənimsəməsi səbəbindən olmuşdur. Həmin vaxtlarda Sevda Salmanovaya qarşı kirayənişinlərin miras qalmış həmin evdən çıxarılması, pul tələbi barədə iddia qaldırılmış və iddia tələbi qismən təmin edilmişdir. Göstərilənlərə əsasən iddia müddətinin tətbiq edilməsi ilə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsasən işə cavabdehlər və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. İş üzrə 3-cü şəxslər X3, X14 iddia tələbini qəbul etməmiş, iddiaçının anasının ölümündən və miras əmlakdan məlumatlı olduğunu, İddiaçı iddiasını əsassız hesab edərək rədd edilməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 1 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24.01.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 058088 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 19 yanvar 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 06.10.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 211564 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 25 sentyabr 2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçıov oğlu xx.xx.1963-cü il tarixdə Ermənistanın Quqark rayonunda anadan olmuş, atası X16, anası X15 qeyd edilmişdir. Bakı şəhəri 51 saylı Notariat Ofisinin notariusu Ü.F.Kərimovun 12.07.2021-ci il tarixli, 1729 №-li qərarından görünür ki, Vətəndaş İddiaçı Bakı şəhəri 51 saylı notariat ofisinə ünvan 3 ünvanda yaşamış 19 yanvar 2020-ci il tarixdə vəfat etmiş anası X6 qalmış mirası qəbul etmək və qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququ hacqında şəhadətnamə verilməsi üçün 10 iyul 2021-ci il tarixdə ərizə təqdim etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı miras açıldıqdan sonra və əvvəl göstərilən yaşayış evində yaşamamışdır. Bununla yanaşı qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış İddiaçı notariat ofisinə mirası faktik qəbul və ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir. İddiaçı mirasın qəbulu ilə bağlı qanunvericiliyin tələbi izah edilmişdir. Lakin İddiaçı tələbini dəyişməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq «Notariat haqqında» qanunun 40-cı maddəsinin 1-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4302/2021 saylı, 22.09.2021-ci il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı “buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. “Hədiyyə verən”-Cavabdeh5oviç ilə “hədiyyə alan” Cavabdeh4 arasında 06.08.2021ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 79,3 kv.m olan fərdi yaşayış evini hədiyyə alana bağışlamışdır. 08.10.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, o, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən 20.12.2015 tarixdə təsdiq edilən və reyestrdə 179 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 19.01.2020-ci il tarixdə vəfat etmiş- X7 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Rusiya Federasiyası ünvanında qeydiyyatda olan Cavabdeh1dur (RUS 754446876, 11.03.2017 - FMX 52004, FİN:, d/t xx.xx.1961) və o miras əmlakdan 3/8 hissədə pay almalıdır. 3/8 hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-si yanında DƏDRX tərəfindən 22.09.2020 tarixdə X10 verilmiş **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Novruzov Qardaşları küçəsi,13 ünvanında yerləşən ümumi sahəsi 79.3 kv/m olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 X7 adına 22.09.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. 53 saylı MKİS-in 07.03.2020-ci il tarizli, arayışından görünür ki, mərhum X15 ölən gününə qədər 4-cü Aşırım küçəsi, ev 15-də yaşamış və qeydiyyatda olmuşdur. Ölümündən əvvəl və hazırda qeydiyytda olan ailə üzvlərindən 4 nəfərdir. Oğlu – Cavabdeh5, gəlini-Cavabdeh4, nəvəsi- X17, nəvəsi- X5r. 08.10.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 vərəsəlik şəhadətnaməsi almaq üçün 51 saylı notariat kontoruna müraciət edmişdir. Bakı şəhəri 18 saylı notariat kontorunda təsdiq edilmiş, reyestrdə 2V-179 № ilə qeyd edilmiş, 20.12.2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Xutor, 4-cü Aşırım, 2-ci döngə ev 13-də yaşayan X15 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir: Ölən günədək ona məxsus olan bütün əmlakını – onunla eyni ünvanda yaşayan Cavabdeh5 və Ukrayna vətəndaşı Cavabdeh1 Məmməd oğluna vəsiyyət etmişdir. 07.03.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 Məmməd oğlu vərəsəlik şəhadətnaməsi almaq üçün 51 saylı notariat kontoruna müraciət edmişdir. Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş, reyestrdə 2V-105 № ilə qeyd edilmiş, 08.10.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, o, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 19.01,2020ci il tarixdə vəfat etmiş-X7 vərəsələri: AZƏRBAYCAN RESPUBLİKASİ, BAKİ ŞƏHƏRİ, NAXİMOV K-Sİ, EV 37 , MƏN 76 ünvanında qeydiyyatda olan Cavabdeh3 QİZİ (AZE0*******, 23.12.2008 - Xətai, FİN:xxxxxxx, d/t:xx.xx.1956) BAKİ, SURAXANİ, HOVSAN QƏS. ÇÖLLÜK KÜÇ, EV 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AZE********, 19.12.2016 Asan2, FİN:xxxxxxx, d/t: xx.xx.1966) və onların hər biri nvras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: -ƏMDK-si yanında DƏDRX tərəfindən 22.09.2020 tarixdə X25 QİZİNA.verilmiş **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Novruzov Qardaşları küçəsi. 13 ünvanında yerləşən ümumi sahəsi 79.3 kv/m olan fərdi yaşayış evidən ibarətdir. 10.03.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 vərəsəlik şəhadətnaməsi almaq üçün 51 saylı notariat kontoruna müraciət edmişdir. Cavabdeh3 vərəsəlik şəhadətnaməsi almaq üçün 51 saylı notariat kontoruna müraciət edmişdir. Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş, reyestrdə 2V-155 № ilə qeyd edilmiş, 07.07.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Mən , Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X9 Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən 20.12.2015 tarixdə təsdiq edilən və reyestrdə 179 nömrəsi ilə qeyd olunan vsiyyətnaməyə əsasən 19.01.2020-ci il tarixdə vəfat etmiş-X25 QİZİNİN vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi RUSİYA FEDERASİYASİ ünvanında qeydiyyatda olan PAŞAYEV KİNYAZ MƏMMƏDOVİÇDİR **********, 10.11.2017 - 520-001, FİN: XXXXXX d/t xx.xx.1972) və o miras əmlakdan 3/8 hissəyə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: - ƏMDK-sı yanında DƏDRX tərəfindən 22.09.2200 tarixdə X25 QİZİNA verilmiş **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 79.3 kv/m olan fərdi yaşayış evindən ibarətdir. 07.073.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh5oviç vərəsəlik şəhadətnaməsi almaq üçün 51 saylı notariat kontoruna müraciət edmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4ə Cavabdeh2 1/8 hissədə payı 29.10.2020-ci il tarixdə, Cavabdeh3 1/8 hissədə, Cavabdeh1 3/8 hissədə, Cavabdeh4 adına 3/8 hissədə 09.08.2021-ci il tarixdə qeyd alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4ə Cavabdeh5oviçin 3/8 hissədə 14.07.2021-ci il tarixdə qeyd alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 016779 nömrəli 20.11.1992-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən mənzil X10 məxsus olmuşdur; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər; 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir; 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir; 1193-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; 1194-ci maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər; 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir; 1196-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır; 1198-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir; 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir; 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum anası X10 məxsus olmuşdur. İş materiallarından müəyyən olunur ki, mərhum X15 20.12.2015-ci il tarixli vəsiyyətnaməyə əsasən özünə məxsus olan bütün əmlakını onunla eyni ünvanda yaşayan oğlu Cavabdeh5 və Ukrayna vətəndaşı Cavabdeh1 Məmməd oğluna vəsiyyət etmişdir. Bundan əlavə mərhumun ölümündən sonra onun digər vərəsələri olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviç Bakı şəhəri 51 saylı Notariat Kontoruna müraciət etmiş və miras əmlaka paylarının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişlər. Bakı şəhəri 51 saylı Notariat Kontorunun notariusu tərəfindən mərhum X7 20.12.2015-ci il tarixli vəsiyyətnaməsi əsasında 08.10.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, digər cavabdehlərin müraciətləri əsasında isə eyni tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı mübahisəli mənzilə dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında alınmış çıxarışların etibarsız hesab edilməsini və miras əmlaka öz payının müəyyən edilməklə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cu maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən vərəsəlik şəhadətnamələri, onların əsasında verilmiş çıxarışlar və bağışlanma müqaviləsinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin İddiaçı mübahisəli fərdi yaşayış evində 1/11 payının müəyyən edilməsi hissəsi ilə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli,könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir; Göründüyü kimi iddiaçının iddia ərizəsi iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, İddiaçı anasının ölümü barədə məlumatlı olduğu halda qanunla nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməmiş, bunun üçün aktiv hərəkətlərə cəhd göstərməmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X22rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, fərdi yaşayış evinə payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5oviçə, Bakı şəhəri 51 saylı Notariat Ofisinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlanma müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, fərdi yaşayış evinə payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-374/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-374/2022
24.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver