Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3766/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və maddi ziyan tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və maddi ziyan tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu, 2093-cü məhəllə, Əliəsgər Qayıbov küçəsində yerləşən qeyri- yaşayış binasının Cavabdeh qızma icarəyə verilmiş 23.7 kv.mlik hissəsinin boşaldılması və Cavabdeh 2490 (iki min dörd yüz doxsan) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov rayonu, 2093-cü məhəllə, Əliəsgər Qayıbov küçəsində yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. Qeyri-yaşayış binasının ümumi sahəsi 293.1 kv.m-dir. İddiaçı ilə Cavabdeh arasında 16 yanvar 2019-cu il tarixində “icarə” müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsi 16 saylı notariat ofisinin xüsusi notariusu Gülüş Abiyeva tərəfindən təsdiq edilmişdir. İcarə müqaviləsinə əsasən, Nərimanov rayonu, 2093-cü məhəllə, Əliəsgər Qayıbov küçəsində yerləşən qeyri-yaşayış binasının bir hissəsi 16.01.2021-ci il tarixədək Cavabdeh icarəyə verilmişdir. İcarəyə verilən sahənin ölçüsü 23.7 kv.m təşkil edir. İcarə haqqı aylıq 400 manat müəyyən edilmişdir. Cavabdeh həmin obyektdə dam örtüklərinin satışı ilə məşğuldur. 16.01.2021-ci il tarixdə icarə müqavilənin müddəti bitmişdir, lakin Cavabdeh obyekti təhvil vermir və aylıq icarə haqlarını ödəmir. Eyni zamanda obyektdə dəyişikliklər etmişdir. Belə ki, arakəsməni sökərək, icarəyə verilən sahəni özbaşına böyütmüşdür, həmçinin müəyyən təmir işləri aparmışdır. Halbu ki, İcarə müqaviləsinin 9-cu bəndinə əsasən, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Dəfələrlə İddiaçı tərəfindən obyekti təhvil verməsi və müqavilə bitdikdən sonra istifadə etdiyi aylar üçün icarə haqqını ödəməsini tələb etsə də nəticə verməmişdir. Ona görə də, İddiaçı 21.06.2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə təklif etmişdir ki, 7 gün müddətində borc məbləğini ödəsin və obyekti təhvil versin. Lakin, Cavabdeh məktubu almasına baxmayaraq, cavab verməmişdir və obyekti istifadə etməkdə davam etmişdir. Hazırda, 6 aydır ki obyekt cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur. Nəticədə İddiaçı həmin sahəni başqa şəxsə icarəyə verə bilmir və gəlir əldə etmək imkanından məhrum olur. Beləliklə, İddiaçı 6 aylıq icarə haqlarına görə 2400 (iki min dörd yüz) manat tələb edir. Həmçinin, İddiaçı hüquqi yardıma görə 90 manat ödəmişdir. Ona görə də, İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, hesab edir ki, məhkəmə iddianı tam şəkildə təmin edərək, Nərimanov rayonu, 2093-cü məhəllə, Əliəsgər Qayıbov küçəsində yerləşən qeyri-yaşayış binasının Cavabdeh icarəyə verilmiş 23.7 kv.m-lik hissəsinin boşaldılması, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 2490 (iki min dörd yüz doxsan) manat pul vəsaitinin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul etməlidir. Məhkəmə iclasında İddiaçı ərizə ilə müraciət edərək, Cavabdeh ilə barışdıqlarından iddia ərizənin baxılmamış saxlanılmaqla iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılmasına dair müraciətini və cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və maddi ziyan tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3766/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3766/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver