Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3768/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı Nikolayeviçin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Nikolayeviç cavabdeh "xxxx" ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nikolayeviç cavabdeh "xxxx" ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Filial direktoru vəzifəsindən azad edilməsi və əmək münasibətlərinin ləğv edilməsi barədə qətnamə çıxarılması, həmin əmrin surətinin, işçi - kimi onun əmək kitabçasının və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələrin)-əmək haqqının gecikdirildiyi hər gün üçün 1 faiz ödənc) ilə birlikdə işçiyə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Nikolayeviç iddia ərizəsini onunla əsaslandırmışdır ki, məlumat üçün bildirir ki, Akkord Sənaye Tikinti X4 Səhmdar Cəmiyyətinin (VÖEN: **********) (bundan sonra "AKKORD") 06 oktyabr 2017-ci il tarixli 14-Q/17 nömrəli qərarı ilə Qazaxıstan Respublikasının Aktobe şəhərində filialı (bundan sonra "Filial") yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. Həmin qərarla o, Filial direktoru təyin edilmişdir. Buna uyğun olaraq, Filial tərəfindən onun Filial direktoru təyin edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli 001 nömrəli əmr verilmişdir. O, həm Aktobe-Makat yolunun yenidən qurulması layihəsinin (LOT 2) rəhbəri, həm də Filial direktoru vəzifəsindən azad edilməsi barədə 26 yanvar 2321-ci il tarixli İP/AK09-17-14 nömrəli ərizə yazaraq işəgötürənə müraciət etmişdir. Qeyd edir ki, Layihə rəhbəri vəzifəsini qeyri-rəsmi icra etmiş və ərizə nümunəsi AKKORD-un baş ofisin tərəfindən ona göndərildiyindən həmin vəzifənin adı ərizədə qeyd edilmişdir. Onlar 26 yanvar 2021ci il tarixli 24 nömrəli əmr verərək ona yalnız Aktobe-Makat yolunun yenidən qurulması layihəsinin (LOT 2) rəhbəri vəzifəsindən azad etmiş, Filial direktoru vəzifəsindən isə indiyədək azad etməmişdir. Bu səbəbdən, o, 16.03.2021-ci il tarixdə ərizə ilə işəgötürənə xəbərdarlıq edərək 15.03.2021-ci il tarixdən vəzifə səlahiyyətlərinin icrasını dayandırdığını bildirmiş və əmək müqaviləsinin ləğvinin rəsmiləşdirilməsini xahiş etmişdir. İşəgötürən kimi onun tərəfindən isə həmin xəbərdarlığa cavab olaraq 18 mart 2021-ci il tarixli 06-01/197 nömrəli məktub göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, Qazaxıstan Respublikasının dövlət orqanlarına məcburi ödənişlərin aparılması ilə bağlı Filialın borclu olmasına görə ona qarşı çoxsaylı iddialar üzrə məhkəmə aktları çıxarılmış və icra orqanları tərəfindən məhkəmə aktlarının məcburi icrası üçün icraat başlanmışdır. Bununla əlaqədar olaraq, Cəmiyyətin Ümumi Yığıncağının 16.03.2021-ci il tarixli 05/21 nömrəli qərarı ilə Filialın maliyyə-təsərrüfat fəaliyyətinin yoxlaması təyin edilmişdir. Filialın Nizamnaməsinin 7.2-ci bəndinə əsasən auditor Filialın vəzifəli şəxslərindən onlara zəruri sənədlərin, mühasibatlıq və digər sənədlər təqdim edilməsini və şəxsən izahat tələbetmək hüququna malikdir. Qeyd edilənlərə uyğun olaraq nəzərinizə çatdırılır ki, Filialın cavabdeh olduğu işlər üzrə məhkəmə çəkişməsi başa çatmadığını və həmin işlər üzrə mübahisənin həlli üçiin Filial direktorunun şəxsən iştirakının vacib olmasını nəzərə alaraq, Qazaxıstan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 5-ci bəndinə əsasən işçi əmlakın təhvil-qəbulu başa çatmayınca, öz təşəbbüsü ilə əmək fəaliyyətini dayandırmaq hüququna malik deyildir. Bu baxımdan, əmək müqaviləsi ləğv edilməsi maliyyətəsərrüfat fəaliyyətinin yoxlaması başa çatdıqdan və Cəmiyyətin əmlakının təhvil-qəbulu aparıldıqdan sonra rəsmiləşdiriləcəkdir. İşəgötürən kimi cavabdehin qeyd edilən hərəkətləri Əmək Məcəlləsi ilə birbaşa ziddiyyət təşkil edir. İddiaçı Nikolayeviçin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin tərəfində "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən məhkəmə işə "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" ASC-nin 26.01.2021-ci il tarixli, 24 №-li əmrindən görünür ki, Korparasiyanın Qazaxıstan Respublikasının Aktobe şəhərindəki filialı tərəfindən icrası həyata keçirilən “Aktobe- Makat” avtomobil yolunun yenidənqurulması layihəsinin rəhbəri İddiaçı Nikolayeviç tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. İddiaçı Nikolayeviçin "xxxx" ASC-yə ünvanladığı ərizədən görünür ki, o, 15 mart 2021-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin İddiaçı Nikolayeviçə 16 mart 2021-ci il tarixli, 06-01/178 №-li məktubundan görünür ki, "xxxx" ASC-nin (bundan sonra “'Korporasiya”) elektron poçt ünvanına 16.03.2021-ci il tarixdə ünvanlanmış Korporasiyanın Qazaxıstan Respublikasının Aktobe şəhərindəki filialının direktoru vəzifəsindən azad olunmağınızla bağlı müraciətinizə baxılmışdır. Bildiririk ki, X2 05/21 saylı, 16 mart 2021 -ci il tarixli Qərarına əsasən Korporasiyanın Qazaxıstan Respublikasının Almatı və Aktobe şəhərlərindəki filiallarının maliyyə, vergi, hüquq, insan resursları və digər sahələr üzrə fəaliyyətinin auditinin aparılması qərara alınmışdır. Hazırda bununla bağlı müvafiq tədbirlər həyata keçirilir. Məlumat üçün bildiririk ki, Qazaxıstan Respublikasının Omək Məcəlləsinin 56.5-ci maddəsinə əsasən maddi məsul şəxslər (işçi) işəgötürənə məxsus əmlak(lar)ı, (sənod(İər)i) təhviltəslim etmədiyi hallar istisna olmaqla, qanunvericiliklə nəzərdə tutulmuş müvafiq bildirişi göndərdikdən sonra, müəyyən edilmiş müddət bitdikdə iş fəaliyyətini dayandırmağa haqlıdır. İşəgötürənlə maddi məsul şəxslər arasında əmək münasibətlərinə işəgötürənə məxsus əmlnk(lar), (saııəd(lər)) təhvil-təslim edildikdən sonra xitam verilir. Yuxarıda göstərilənlərə əsasən qeyd edirik ki, Qazaxıstan Respublikasının Əmək Məcəlləsinin 56.5-ci maddəsinə əsasən, habelə Korporasiyasının adıçəkilən Qoıarı ilə təyin edilmiş Audit yoxlaması bitdikdən və işəgötürənə məxsus sənədlər (əmlaklar) təhvil-təslim edildikdən sonra Sizinlə bağlanmış əmək müqaviləsinin xitam verilməsi məsələsinə baxıla bilər. "xxxx" ASC-nin (VÖEN: **********) (bundan sonra- "AKKORD") 06 oktyabr 2017-ci il tarixli 14- Q/17 nömrəli qərarı ilə Qazaxıstan Respublikasının Aktobe şəhərində filialı (bundan sonra "Filial") yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. Həmin qərarla mən Filial direktoru təyin edilmişdir. Mülki işin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı Nikolayeviç 06 oktyabr 2017-ci il tarixli 14-Q/17 nömrəli qərarı ilə, Filial direktoru təyin edilmişdir. Buna uyğun olaraq, Filial tərəfindən onun Filial direktoru təyin edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli 001 nömrəli əmr verilmişdir. Daha sonra İddiaçı Nikolayeviç Aktobe-Makat yolunun yenidən qurulması layihəsinin (LOT 2) rəhbəri, həmçinin Filial direktoru vəzifəsindən azad edilməsi barədə 26 yanvar 2321-ci il tarixli İP/AK09-17-14 nömrəli ərizə yazaraq işəgötürənə müraciət etmişdir. Bundan sonra 26 yanvar 2021-ci il tarixli 24 nömrəli əmr ilə Aktobe-Makat yolunun yenidən qurulması layihəsinin (LOT 2) rəhbəri vəzifəsindən azad edilmiş, lakin Filial direktoru vəzifəsindən azad edilməmişdir. 18 mart 2021-ci il tarixli 06-01/197 nömrəli məktubla bildirilmişdir ki, Qazaxıstan Respublikasının dövlət orqanlarına məcburi ödənişlərin aparılması ilə bağlı Filialın borclu olmasına görə ona qarşı çoxsaylı iddialar üzrə məhkəmə aktları çıxarılmış və icra orqanları tərəfindən məhkəmə aktlarının məcburi icrası üçün icraat başlanmışdır. Bununla əlaqədar olaraq, Cəmiyyətin Ümumi Yığıncağının 16.03.2021-ci il tarixli 05/21 nömrəli qərarı ilə Filialın maliyyə-təsərrüfat fəaliyyətinin yoxlaması təyin edilmişdir. Filialın Nizamnaməsinin 7.2-ci bəndinə əsasən auditor Filialın vəzifəli şəxslərindən onlara zəruri sənədlərin, mühasibatlıq və digər sənədlər təqdim edilməsini və şəxsən izahat tələbetmək hüququna malikdir. Qeyd edilənlərə uyğun olaraq filialın cavabdeh olduğu işlər üzrə məhkəmə çəkişməsinin başa çatmadığını və həmin işlər üzrə mübahisənin həlli üçiin Filial direktorunun şəxsən iştirakının vacib olmasını nəzərə alaraq, Qazaxıstan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 5-ci bəndinə əsasən işçi əmlakın təhvil-qəbulu başa çatmayınca, öz təşəbbüsü ilə əmək fəaliyyətini dayandırmaq hüququna malik deyildir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35.2-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35.3-cü maddəsinə əsasən heç kəs zorla işlədilə bilməz. 35.4-cü maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar; 69-cu maddəsinə əsasən, əmək müqaviləsi işçi tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarının məzmunundan göründüyü kimi, əmək müqaviləsi könüllü bağlanılır. Heç kəs zorla işlədilə bilməz. İddiaçı Nikolayeviç AR ƏM-nin tələblərinə əsasən işdən azad olunması barədə ərizə ilə müraciət etmiş, işəgötürənə öz iradə ifadəsini bildirmişdir. Lakin buna baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə xitam verilməmişdir. AR ƏM-nin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 87.5-ci maddəsinə görə işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir; 143.2-ci maddəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir; 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; 154-cü maddəsinə görə əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 172.1-ci maddəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı Nikolayeviçin Filial direktoru vəzifəsindən azad edilməsi, əmək münasibətlərinin ləğv edilməsi barədə əmrin surətinin, əmək kitabçasının ona verilməsi və işəgötürənin son haqq-hesab, (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) əmək haqqının gecikdirildiyi hər gün üçün 1 faiz ödəncin hesablanaraq İddiaçı Nikolayeviçə verilməsi "xxxx" ASCnin üzərinə öhdəlik kimi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Nikolayeviçin filial direktoru vəzifəsindən azad edilməsi, əmək münasibətlərinin ləğv edilməsi barədə əmrin surətinin, əmək kitabçasının, son haqq-hesabın, əmək haqqının gecikdirildiyi hər gün üçün 1 faiz ödəncin hesablanaraq İddiaçı Nikolayeviçə verilməsi "xxxx" ASCnin üzərinə öhdəlik kimi qoyulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Gültəkin Əsədova