Məhkəmə qərarları › İş №2(005)-378/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-378/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-378/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı1 Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X9 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X9 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 83 nömrəli evin zirzəmisinin Cavabdeh2 Yanında Hərrac Mərkəzi tərəfindən keçirilmiş 17 aprel 2018-ci il tarixli hərracın nəticələrinə dair protokol, həmin protokol əsasında bağlanmış 18 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın Dövlət Reestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 18 may 2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 83 nömrəli ev uzun müddətdir ki, onun mülkiyyətindədir, yaşayış sahəsi 20 kv.metr olan 1 otağı, diqər iddiaçı ilə birgə yaşadığı evidir. Evin su, qaz və işıq xətləri çox köhnə olduğundan daima təmirə ehtiyac yaranmış, o cümlədən evin altındakı zirzəmiyə mütəmadi su dolduğundan oranı həşaratlar basmış, su və qaz xətləri bərbad hala düşmüşdür. Evinin altındakı zirzəmiyə giriş yalnız onların evindəndir. Onun 2013-cü ildə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciəti əsasında zirzəmi istifadəyə verilmişdir. Bundan sonra zirzəmidə əsaslı təmir işləri aparmış, su, qaz və işıq xətləri dəyişdirilmiş, zirzəmi qurudulmuş, dağılmış və çökmüş divarlar bərpa olunaraq gücləndirilmiş və malalanmışdır. Qeyd edilməlidir ki, təmir işləri tək onun mənzilinin yox, bütün binanın altını əhatə etmişdir. Belə ki, həm rütubətin və çirkabın qarşısını almaq, həm də yaşayış sahəsi darısqal olduğu üçün evin altındakı hissəni ayıraraq köməkçi sahə və anbar kimi istifadə etməyə başladılar. Evin zirzəmisinin təmirinə o təqribən on beş min manat vəsait xərcləmişdir. Bir müddət sonra zirzəminin özəlləşdirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, buna müvafiq olaraq ona bildirilmişdir ki, qeyri-yaşayış sahəsi kimi oranın özəlləşdirilməsi Cavabdeh2 səlahiyyətinə aiddir. İcra hakimiyyəti evinin zirzəmisinin onun adına özəlləşdirilməsinə etiraz etməyərək, ona köməklik etmək xahişi barədə ərizə-məktubla Cavabdeh2nə müraciət etmişdilər. Bundan sonra o dəfələrlə Cavabdeh2nə zirzəminin özəlləşdirilməsi ilə əlaqədar müraciətlər etmiş, lakin vaxtaşırı olan müxtəlif bahanələr ilə özəlləşdirilmə uzadılmış və təxirə salınırdı. Nəhayət sonuncu dəfə müraciət etdikdə ona məlum olmuşdur ki, artıq 2019-cu ildə ona bildirilmişdir ki evinin altındakı zirzəmi 13 mart 2018-ci il tarixdə keçirilən hərracda 15.000 (on beş min) manat qiymətə satılmışdır, lakin kimə satılması bildirilməmişdir. Bu barədə bir müddət sonra rəsmi cavab olmuşdur, qeyri-rəsmi isə bildirmişdilər ki, zirzəmi bir vətəndaşa boc əvəzi verilmişdir. Həmin vətəndaşın aldığı çıxarış və hərrac barədə rəsmi sorğu verilsə də cavab bu olmuşdur ki, vəkilin sorğusuna cavab verilmir və buna görə də məhkəməyə müraciət etməlidir. Onun istifadəsində olan qeyri-yaşayış sahəsi gizlədilən şəxsin mülkiyyətinə keçənədək iddiaçı şəxsin istifadəsində və sahibliyində olmuşdur. Onların xəbərləri və razılıqları olmadan, zirzəmiyə baxış keçirilmədən, hərrac sənədləri hazırlanmadan zirzəmini özəlləşdirmək qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin faktiki sahibi və istifadəçini qoruyan bir sıra müddəalarına məhəl qoymadan iddiaçı şəxsin istifadə hüququna xitam verməyə çalışmışdır. Həmçinin nəzərə alınsa ki, mühahisə predmeti qeyri-yaşayış obyekti bir insan tərəfindən illərdir baxılıb və qorunub saxlanıb, onun xəbərsiz bir səkildə əlindən alınması qanuna və ən azından humanizm prinsipinə ziddir. İddiaçı şəxsin qanunla satın almaqda üstünlük hüququ olduğu qəbul edilməsə belə, onun etimad hüququnun qorunmasına əsaslanmağa haqqı vardır. Əgər iddiaçı şəxsin satınalmada üstünlük hüququnun olmaması fərz edilsə, hərracın dövlət əmlakının özəlləşdirilməsi prosedurlarına tam uyğun olaraq həyata keçirildiyi qəbul edilsə belə, inzibati orqanın iddiaçının birbaşa maraqlarına toxunan məsələdə onu xəbərdar etmədən inzibati icraatı həyata keçirməyini başa düşmək çətindir. Bu hal özü-özlüyündə disreksion səlahiyyətlərin inzibati orqan tərəfindən aşılması halını göstərir və keçirilmiş olan hərracın və onun nəticələrinin ləğv edilməsi üçün əsas təşkil edir. Qeyri-yaşayış sahəsi 2013-cü ildən istifadəsinə və sərəncamına verildiyindən onun alqı-satqısı ilə bağlı keçirilmiş hərraclarda satın almaqda üstünlük hüququna malik olmuşdur. Cavabdeh2 Yanında Hərrac Mərkəzi tərəfindən keçirilmiş 17 aprel 2018-ci il tarixli hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən hərracın nəticələrinə dair protokol, həmin protokol əsasında bağlanmış 18 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 18 may 2018-ci il tarixli çıxarış ləğv edilməlidir. Qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 2-ci maddəsinə əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından Cavabdeh2 qərarı ilə özəlləşdirilən əmlak olmuşdur. Göründüy kimi, dövlət əmlakı icarəyə verilmədən də hərrac vasitəsi ilə satıla bilər. İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X9 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə dəqiqləşmə ilə 24 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona dəymiş maddi və mənəvi zərər olaraq, ümumilikdə 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdeh şəxslərdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 müvafiq dəqiqləşməni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 83 nömrəli evin sahəsi 20 kv.m olan 1 otağı onun xüsusi mülkiyyətindədir. Ev su xətləri çox köhnə olduğundan daima təmirə ehtiyacı yaranmış, o cümlədən evin altındakı zirzəmiyə mütəmadi su dolduğundan oranı həşaratlar basmış, su və qaz xətləri bərbad hala düşmüşdür. Evin altındakı zirzəmiyə giriş yalnız onun otağındandır. Onun 2013-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciəti əsasında zirzəmi istifadəsinə verilmişdir. Bundan sonra zirzəmidə əsaslı təmir işləri aparmışdır. Belə ki, həm rütubətin və çirkabın qarşısını almaq, həm də yaşayış sahəsi darısqal olduğu üçün evin altındakı hissəni ayıraraq köməkçi sahə və anbar kimi istifadə etməyə başlamışdır. Bir müddət sonra zirzəminin özəlləşdirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, ona bildirilmişdir ki, qeyri-yaşayış sahəsi kimi oranın özəlləşdirilməsi Cavabdeh2 səlahiyyətinə aiddir. Cavabdeh2nə müraciət etdikdə isə məlum olmuşdur ki, evinin altındakı zirzəmi 13 mart 2018-ci il tarixdə keçirilən hərracda 15.000 (on beş min) manat qiymətə satılmışdır, lakin kimə satılması bildirilməmişdir. Hal-hazırda, nəhayət məhkəmə prosesində məlum olmuşdur ki, onun evinin altında yerləşən qeyri-yaşayış sahəsi cavabdeh Auksion Mərkəzi tərəfindən keçirilən hərracda diqər cavabdeh X1 və bu barədə cavabdehlər alqı-satqı müqaviləsi imzalamışlar. Ona məlum olmuşdur ki, X13 daimi olaraq Rusiya Federasiyasında yaşayır və o dövlətin də vətəndaşıdır, Azərbaycan Respublikasında qeydiyyatı görünüş üçündür, əvvəllər daimi olaraq Bakı şəhəri Nizami rayonu ərazisində yaşayırdı. Hesab edir ki, keçirilən hərrac və alqı-satqı tamamilə əsassız və qanunsuzdur. Ona məlum olmuşdur ki, onun evinin altında yerləşən zirzəmi cavabdeh X13 borc pul əvəzinə Əmlak Komitəsinin əməkdaşi tərəfindən verilmişdir və o zaman X13 hərracda iştirak etməmişdir, pul ödəməmişdir və qəbzdə onun imzası yoxdur. Bundan əlavə, X13 və Əmlak Komitəsi əməkdaşları zirzəmidə olmamışlar, baxış keçirilməmiş, akt imzalanmamış, ilkin qiymətləndirilmə keçirilməmişdir. Əmlak Komitəsinin əməkdaşları onun müraciətlərindən bilirdilər ki, o zirzəmidə əsaslı təmir keçirmiş və zirzəminin kifayət qədər qiyməti artmışdır. O zirzəmini ona görə əsaslı və hərtərəfli təmir etməmişdir ki, dərhal bundan sonra tanımadığı vətəndaşa və ya hüquqi şəxsə verilsin. Qeyd etməlidir ki, zirzəminin çoz bərbad vəziyyətdə olması, çirkab sular ilə dolu olması nəticəsində onun yaşadığı mənziləə zərər yetirilmişdir, zirzəminin təmizlənib təmiri zamanı, onlar yaşadıqları evlərini də təmir edə bilmişlər. Onlar evlərinin zirzəmisinin tam təmirinə 35.000 (otuz beş min) manat məbləğində vəsait həcləmişlər və buna dair onların kifayət qədər sənəl, dəlil və şahid sübutları vardır. Eyni zamanda hesab edir ki, məhkəmə tərəfindən, yerli baxış və məhkəmə əmttəşunaslıq ekspertizasının keçirilməsi evin, zirzəminin təmiri və bununla əlaqədar bütün xərclərin müəyyən olunması zəruridir. Belə halda hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərdən əlavə mənəvi iztirablara, sarsıntılara görə Azərbaycan Respublikası Mülki Məcəllənin 21- 23-cü maddələrinə müvafiq olaraq 15000 (on beş min) manat məbləğində mənəvi zərər tələb edib onun iddiaçı şəxsə ödənilməsi ədalətli və tam qanuni hesab olunardı. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X11 izahat verərək, iddia tələbini qəbul etməyərək rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək bildirmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 30.6 kv.metr təşkil edən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Qeyd edilən qeyri-yaşayış sahəsi yerli icra hakimiyyətin orqanının balansında olmaqla dövlət mülkiyyətində olduğundan, onun özəlləşdirilməsi səlahiyyəti qanunvericiliyə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinə (keçmiş Cavabdeh2nə) məxsusdur. Beləliklə, mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla həmin əmlak barəsində sərəncamvermə səlahiyyəti dövlətə (onun adından çıxış edən Cavabdeh2nə) məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satılması barədə qərar qəbul edilmiş və komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az - özəlləşdirmə portalında elan verilmişdir. Həmin obyektin özəlləşdirilməsi ilə bağlı 13 mart 2018-ci il tarixdə keçirilmiş hərracda ən yüksək məbləği təklif edən X13 hərracın qalibi olmuşdur. Cavabdeh2 ilə hərracın qalibi X13 arasında 14 mart 2018-ci il tarixli, 3889 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur və Komitənin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçı şəxsin hər hansı hüquqları pozulmamışdır. Eyni zamanda, iddiaçı iddia tələbi üzrə iddia müddətlərini ötürmüşdür. Belə ki, iş materiallarında olan “hərrac və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ərizə iddiaçı şəxs tərəfindən 2020-ci il tarixdə tərtib edilmiş və məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı məhkəmə mübahisəsi predmeti olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 ilə hərracın qalibi X13 oğlu arasında alqı-satqı müqavilələrinin bağlanması, həmin əmlaklara dair sonuncuya çıxarış verilməsi tarixindən iki ildən artıq bir müddətdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir ki, bununla da iddia müddətini ötürmüşdür. Qeyd edilənləri nəzərə alaraq, eyni zamanda iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, müvafiq vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X11 ərizə verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X13 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Cavabdeh2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzilin 1 otaq, y/s-20.0 kv.m hissədi İddiaçı1 adına 27.05.2017-ci il tarixdə ********** nömrə ilə, 2 otaq, y/s-32,67 kv.m sahəsi X3 adına 26.04.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Cavabdeh2 21 avqust 2019-cu il tarixli **********43 №-li İddiaçı2 ünvanlanmış məktubdan görünür ki, ünvan 3erləşən qeyri-yaşayış sahəsinin tərəfindən özəlləşdirilməsinə köməklik göstərilməsi barədə ərizənizə Azərbaycan Respublikasının Cavabdeh2ndə baxılmışdır. Bununla əlaqədar olaraq bildirir ki, dövlətə məxsus səmərəsiz istifadə olunan qeyri-yaşayış sahələrinin, o cümlədən müraciətdə qeyd edilən sahənin Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulur və bu barədə qərar qəbul edildikdən sonra komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Bildirir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət əmlakının hərraclar vasitəsi ilə satışı zamanı alıcı qismində tanınan hər bir fiziki və hüquqi şəxs bu hərraclarda iştirak etmək hüququna malikdir. Nəzərinə çatdırır ki, sözügedən əmlaka dair keçirilən hərraclarda iştirak etmək hüququndan istifadə etməmişs və qeyd edilən qeyri-yaşayış sahəsi 13.03.2018-ci il tarixində keçirilən hərracda hərracın qalibi tərəfindən 15 000 (on beş min) manata satın alınmışdır. Azərbaycan Respublikası Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14 iyun 2016-cı il tarixli İ-8 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı2 Nəsimi rayon Mənzil–Kommunal Təsərrüfatı Birliyinə ərizə ilə müraciət edərək, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi 83 saylı evin akında yerləşən 24,0 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə və özəlləşdirilməsinə münasibət bildirilməsi məqsədilə Azərbaycan Respublikasının Cavabdeh2nə müvafiq arayışın verilməsini xahiş etmişdir. Nəsimi rayonu. Ə.Topçubaşov küçəsi 83 savlı evin altında yerləşən 24,0 kv.m qeyri-yaşayış sahəsinin vət.İddiaçı2 tərəfindən icarəyə götürülməsinə və ƏMDK ilə MKTR arasında ikitərəfli müqavilə bağlanmasına etiraz etmirik. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi Azərbaycan Respublikasının Cavabdeh2nə həvalə edilmişdir. Azərbaycan Respublikası Cavabdeh2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.10.2020-ci il tarixli, **********16 №-li məktubundan görünür ki, ünvan 4 ünvanda yerləşən mənzilin hal-hazırda kmin mülkiyyətində olması barədə məlumat verilməsi ilə bağlı 05.10.2020-ci il tarixli, İş №2(005)-3482/2020 nömrəli sorğuya baxılmışdır. Bununla əlaqədər olaraq bildirir ki, ünvan 4 ünvanda yerləşən mənzilin bir hissəsi (1 otaq, y/s- 20.0kv.m) İddiaçı1; Digər hissəsi (2 otaq, y/s-32.67kv.m) X3 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. 14.03.2018-ci il tarixli, 3889 №-li Müəssisənin (obyektin) alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikasının Əmək Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 13.03.2018-ci il tarixdə keçirilən hərracda 10/04 №-li protokola əsasən satın aldığı 30,6 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. Alıcı ünvan 5 ünvanında yerləşən 30,6 kv.m qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 15000 manata satın almağı, satıcı isə əmlakı təhvil verməyi öz öhdəsinə götürmüşdür. Hərracın yekunları barədə 13 mart 2018-ci il tarixli, 10/04 nömrəli protokolun surətindən görünür ki, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 83 ünvanında yerləşən 30,6 kv.m qeyri-yaşayış sahəsi 15000 manata açıq hərraca çıxarılmış və X13 tərəfindən satın alınmışdır. Azərbaycan Respublikası Cavabdeh2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 30,6kv.m qeyri-yaayış sahəsi X7 adına 30.05.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyatdan keçmişdir. 25.05.2018-ci il tarixli qeyri yaşayış sahəsinə dair Daşınmaz Əmlakın texniki pasportunun surətindən görünür ki, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 83 ünvanında yerləşən 30,6 kv.m qeyri-yaşayış sahəsi X7 adına reyestr nömrəsi **********37-05101-083003 olmaqla qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli 10/614 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsində 83 nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 2299,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 83 nömrəli ev uzun müddətdir ki iddiaçının mülkiyyətindədir. Qeyd edilən evin altında yerləşən qeyri-yaşayış sahəsi olan zirzəmi 2013-cü ildə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciəti əsasında onun istifadəsinə verilmişdir. Bundan sonra zirzəmidə iddiaçı tərəfindən təmir işləri aparılmışdır. İddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmiş, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Cavabdeh2nə müraciət etməli olduğu bildirilmişdir. Daha sonra isə İddiaçı1 qeyd edilən qeyriyaşayış sahəsinin açıq hərracdan X2 və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi məlum olmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən 30,6 kv.m qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, qeyri-yaşayış sahəsinə görə çəkdiyi təmir xərclərinin və mənəvi ziyanın əvəzi olaraq ümumilikdə 50000 manat məbləğində pulun onun xeyrinə ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin hərracın etibarsızlığı hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cavabdeh2 tərəfindən qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satılması barədə qərar qəbul edilmiş və komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az - özəlləşdirmə portalında elan verilmişdir. Həmin obyektin özəlləşdirilməsi ilə bağlı 13 mart 2018-ci il tarixdə keçirilmiş hərracda ən yüksək məbləği təklif edən X13 hərracın qalibi olmuşdur. Cavabdeh2 ilə hərracın qalibi X13 arasında 14 mart 2018-ci il tarixli, 3889 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, mübahisə predmeti olan qeyriyaşayış sahələrinin özəlləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur və Komitənin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçı şəxsin hər hansı hüquqları pozulmamışdır "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16.05.2000- ci il tarixli Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Cavabdeh2) çıxış edir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və ya Cavabdeh2) tərəfindən qəbul edilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri dövlət əmlakının hərraclar vasitəsilə satışıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərininin tətbiqi baxımından qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ümumi iddia müddəti kimi deyil, məhz kəsici iddia müddəti kimi çıxış edir. Bu hal məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsinin mümkünlüyü barədə qaydanın tətbiqi imkanını da istisna edir. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən hərrac protokolu və alqı-satqı müqaviləsi 17 aprel 2018-ci il tarixdə baglandıgından həmin əqdlərin etibarsızlığını mülki qanunvericlikdə nəzərdə tutulmuş müddətdə məhkəmədə mübahisələndirməmişdir. İddia ərizəsinin “çıxarışın ləğvi” tələbi “hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin törəmə tələbi olduğundan, əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. Ona görə də, “çıxarıışın ləğvi” tələbi də təmin edilməməlidir. İşin digər mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 5 ünvanında yerləşən 30,6 kv.m qeyriyaşayış sahəsi İddiaçı1 istifadəsində olmuş və hal-hazırda da istifadəsindədir. Həmin qeyriyaşayış sahəsinin təmirinə onun tərəfindən xərc çəkilmişdir. Qeyd edilən təmir xərclərinin müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmiş və yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri 2299,0 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə İddiaçı1 dəymiş maddi zərər tələbini yalnız çəkilmiş xərclərin ümumi dəyərinə uyğun olaraq 2299,0 manat məbləğində əsaslı hesab edir və qeyd edilən qeyri-yaşayış sahəsi hazırda X9 açıq hərracdan satıldığına və onun mülkiyyətində olduğuna görə qeyd edilən məbləğin X8 tutulmasını ədalatli hesab edir. Qalan hissələrdə məhkəmə hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi kimi 2299,0 manat məbləğində pul vəsaiti cavabdeh X6 tutulub İddiaçı1 xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X6 Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 83 nömrəli evin qeyri-yaşayış sahəsinə çəkilmiş xərc 2.299 (iki min doqquz yüz doxsan doqquz) manat tutulub İddiaçı1 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar