Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3781/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçılar İddiaçı1 və X2 nümayəndəsi və vəkili Vəkil Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər “X1 Mərkəzi” MMC, “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nə qarşı “hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər “X1 Mərkəzi” MMC, “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nə qarşı “hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, qanunamüvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf yazılı vəsatət təqdim edərək, mülki işin aidiyyət üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X4 vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh “X1 Mərkəzi” MMC nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib belə qənaətə gəlir ki, vəsatət təmin edilməli, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” sistemindən çıxarışa əsasən müəyyən olunur ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin rəsmi qeydiyyatı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 73 G ünvanındadır. Digər cavabdeh “X1 Mərkəzi” MMC-nin ünvanı ünvan 2 mənzil 24 ünvanıdır. Azərbaycan Respublikası MPM-nin: 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 36.2-cı maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh “X1 Mərkəzi” MMC-nin ünvanını ünvan 3 (20A) 1933-cü məhəllə kimi göstərmiş, Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinə uyğun olaraq iddia ərizəsinin mümkünlüyünü yoxlayıb, məhkəmə tərəfindən əsaslı olaraq icraata qəbul edilmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehlərin heç birinin rəsmi qeydiyyatı Bakı şəhəri Nərimanov rayonun ərazisində deyil. İddiaçı tərəfin isə mülki işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə olduğu təqdirdə iddiaçının seçiminə görə məhkəmə mülki işin aidiyyəti üzrə baxılması üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin rəsmi qeydiyyatda olduğu ünvan üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər “X1 Mərkəzi” MMC, “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nə qarşı “hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair 2(005)-3781/2020 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan o rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3781/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3781/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver