Məhkəmə qərarları › İş №2(005)-3785/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3785/2021

04.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3785/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1nə qarşı, üçüncü şəxslər X17, X11 cəlb edilməklə şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1nə qarşı, üçüncü şəxslər X17, X11 cəlb edilməklə şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən mərhum X4 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 a, 7 saylı mənzilə dair digər Cavabdeh2 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 a, 7 saylı mənzil iddiaçının atası X5 xüsusi mülkiyyətində olmuşdur. N.Qasımov 26.04.2020-ci il tarixdə başqa dövlətdə rəhmətə getmişdir. Mərhumdan sözügedən ev və qeyri-yaşayış sahəsi (qaraj) miras qalmışdır. Cavabdeh2 iddiaçının anası, üçüncü şəxslər isə bacı-qardaşlarıdır. İddiaçı və üçüncü şəxslərdən bacısı-Cavabdeh2 Azərbaycanda, anası və qardaşı isə illərdir başqa dövlətdə yaşayırlar. Üçüncü şəxs Cavabdeh2 mübahisəli evin çox hissəsinə mülkiyyət hüququ əldə etmək üçün iddiaçının xəbəri olmadan anasına və qardaşına təsir edərək, onlar tərəfindən onun adına etibarnamə göndərilməsinə nail olmuş, həmin etibarnamə əsasında cavabdeh notariusa müraciət edərək, mübahisəli miras əmlakın guya valideynlərinin birgə nikahı dövründə əldə olunması ilə bağlı analarının adına şəhadətnamə, eyni zamanda qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə etmişdir. Üçüncü şəxslərin hər birinə miras əmlakın 1/8 hissəsində pay hüququ haqqında şəhadətnamə verilmiş, iddiaçının payı isə açıq saxlanılmışdır. İddiaçı tərəfindən 21 saylı Notariat Ofisindən vərəsəlik işinin təsdiq edilmiş surəti əldə olunmuşdur. İddiaçı hesab edir ki, cavabdeh notarius digər Cavabdeh2 ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verməkdə haqlı olmamışdır. Çünki həmin əmlak iddiaçının valideynlərinin birgə nikahı dövründə əldə olunan əmlak hesab oluna bilməz. Həmin əmlak iddiaçının mərhum atası tərəfindən əvəzsiz qaydada əldə edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, Cavabdeh2 ilə X12 25.05.1975-ci il tarixdə nikaha daxil olmuş, sonuncu 26.04.2020-ci il tarixdə vəfat etmişdir. Ondan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 A, 7 saylı mənzil (Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m 3) miras qalmış, həmin əmlak üzrə mülkiyyət hüquqları tanınmış və bu barədə 15.04.2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, daha sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxslər öz paylarından Cavabdeh2 xeyrinə imtina etmiş, İddiaçı payı açıq saxlanılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 A, 7 saylı mənzil birgə nikah dövründə əldə edilmiş, məhz nikaha görə X6 2 otaqlı mənzil verilmiş, həmin mənzil onun adına Nərimanov rayon İcra Hakimiyyətinin 555 saylı 09.07.2002-ci il tarixli sərəncamı əsasında 11.09.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. Həmçinin Cavabdeh2 artıq 12 ildir ki, Azərbaycan Respublikasında daimi olaraq yaşamır, 20 ilə yaxındır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 A, 7 saylı mənzildə üçüncü şəxs X17 mənzili əsaslı təmir edərək ailəsi ilə birlikdə yaşayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan; ЖГ 271920 saylı doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən müəyyən olunur ki, X18 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası Cavabdeh2dır. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. AZE 15722391 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 ünvan 1 ünvanında qeydiyyatdadır. AZE 05503614 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 ünvan 1 ünvanında qeydiyyatdadır. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. 15.04.2021-ci il tarixli ər-arvad ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25.04.2020-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh2 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. X5 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı – Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən 11.09.2018-ci il tarixdə ona verilmiş çıxarışa əsasən ünvan 1 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildən ibarətdir və həmin əmlakdan payı ½ hissəsindən ibarətdir. 15.04.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, 25.04.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri : Cavabdeh2 və X7r və onların hər biri miras əmlakdan 1/8 irs almalıdır. 15.04.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, 25.04.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri : X14r və o, biri miras əmlakdan 1/8 irs almalıdır. Nyu-York şəhəri Sağlamlıq və Əqli Gigiyena Departamenti tərəfindən verilmiş ölüm haqqında məlumatın surətindən görünür ki, X12 25.04.2020-ci il tarixdə Nyu-York şəhərində ölmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 A, 7 saylı mənzil, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 A, 7 saylı mənzil (yeni qaydalarla AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m 3) xüsusi mülkiyyət hüququ əsasında tam payda X6 məxsus olmuşdur və bu barədə 11.09.2018-ci il tarixdə qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30.12.2020-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, X5 adına Nərimanov Rayon İcra Hakimiyyətinin 555 saylı, 09.07.2002-ci il tarixli sərəncamına, 06.08.002-ci il tarixli forma-2 arayışa, X9, Cavabdeh2, X10, X15 ərizələrinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47a, 7 saylı mənzil 11.09.2018-ci il tarixdə qeydiyyatdan keçmiş və mülkiyyətində olmuşdur. X5 adına qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 13.07.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, X9 adına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47a, 7 saylı mənzilin 7/8 hissəsi qeydiyyatdan keçmiş və mülkiyyətindədir, həmin mənzilin 1/8 hissəsi isə X5 adına açıq saxlanılmışdır. Qeyd edilən ünvanda yerləşən qaraja dair Qasımov Natiq əbrayıl oğlunun adına 21.04.2005-ci il tarixdə texniki pasport tərtib edilmişdir. X17 tərəfindən Cavabdeh1nə ünvanlanmış ərizədən müəyyən olunur ki, X17 bildirir ki, miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 A, 7 saylı mənzildən (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m 3) ibarətdir. X8 başqa vərəsələr : X11, Cavabdeh2 və İddiaçıdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 A, 7 saylı mənzil (yeni qaydalarla AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m 3) xüsusi mülkiyyət hüququ əsasında 7/8 payda X16 məxsusdur və bu barədə 30.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 A, 7 saylı mənzil 1/8 hissədə X5 adına açıq saxlanılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 313804 nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 A, 7 saylı mənzil (yeni qaydalarla AZ1008, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında 7/8 payda X16 məxsusdur və bu barədə 30.04.2021-ci il tarixdə qeydiyyata alınmış, 1/8 hissədə X5 adına açıq saxlanılmışdır. 15.04.2021-ci il tarixli Miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 və X11 Bakı şəhəri, 21 saylı Notariat Ofisi tərəfindən 15.04.2021-ci il tarixli 2V-36 reyestrlə onlara verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların hər birinə düşən 1/8 hissəsini X16 bağışlamışlar. 15.04.2021-ci il tarixli Miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, 21 saylı Notariat Ofisi tərəfindən 15.04.2021-ci il tarixli 2V-34 reyestrlə ona verilmiş Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən Mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən 1/2 hissəsini X16 bağışlamışlar. Bakı Şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 555 saylı 09.07.2002-ci il tarixli sərəncamının surətindən görünür ki, Təbriz küçəsindəki 47A saylı evin 7 saylı mənzilin yaşayış sahəsi 39 kv.m olmaqla 2 otaqlı hesab olunması və X12 6 nəfər ailə üzvü ilə həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. Beləliklə işin araşdırılmış və faktiki müəyyən edilmiş hallarından görünür ki, iddiaçının atası X12 25.04.2020-ci il tarixdə vəfat etmiş, arvadı Cavabdeh2 Notariat ofisinə müraciət edərək miras qalmış mənzilin birgə nikah dövründə əldə olunduğu üçün ½ hissəsinə mülkiyyət onun hüququ tanınmışdır. Həmçinin miras qalan mənzilin ½ hissəsinə X5 arvadı Cavabdeh2, övladları X17 və X11 miras əmlakdan pay almaları üçün Notariat ofisinə müraciət etmişlər. Hazırda iddiaçı qeyd olunan mənzilin birgə nikah dövründə əldə olunamdığını iddia edərək, Cavabdeh2 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 178.1-ci maddəsindən göründüyü kimi, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddiasının əsası kimi miras əmlakı olan mənzilin mərhum atasına əvəzsiz qaydada verildiyini qeyd etsə də, iş materiallarından görünür ki, X5 adına Nərimanov Rayon İcra Hakimiyyətinin 555 saylı, 09.07.2002-ci il tarixli sərəncamına, 06.08.002-ci il tarixli forma-2 arayışa, X9, Cavabdeh2, X10, X15 ərizələrinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47a, 7 saylı mənzil 11.09.2018-ci il tarixdə qeydiyyatdan keçmiş və mülkiyyətində olmuşdur. İddiaçı mənzilin atasına əvəzsiz qaydada verildiyinə dair sübut təqdim etməmişdir. Cavabdeh2 miras əmlak olan mənzilin birgə nikah dövründə əldə edildiyindən qanuna müvafiq qaydada ½ hissəsinin üzərində onun mülkiyyət hüququ tanınmışdır. Cavabdeh və üçüncü şəxslər vərəsə hüquqlarından istifadə edərək miras əmlaklarından paylarını tanıtmışlar və sonda X16 bağışlamışlar. X1 mənzilin 7/8 hissəsi mülkiyyət hüququ ilə adına rəsmiləşdirilmiş, mənzilin 1/8 hissəsi açıq saxlanılmışdır. İş materiallarından da görünür ki, Notariat ofisi tərəfindən mərhum X4 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 a, 7 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnaməsi, 15.04.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, 15.04.2021-ci il tarixli Miras payın bağışlanması müqavilələri düzgün tərtib edilmiş, odur ki, qeyd edilən sənədlərin etibarsızlığına səbəb yoxdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1nə qarşı, üçüncü şəxslər X17, X11 cəlb edilməklə şəhadətnamənin və onun hüquqi etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar