Məhkəmə qərarları › İş №2(005)-3791/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3791/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3791/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 11.09.2017-ci il tarixli, AL-219 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA542033 ban, 212133252DKCX0456 mühərrik nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılması, Cavabdeh 11.09.2017-ci il tarixli, AL-219 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29.07.2021-ci il tarixə 1530,23 manat geeikdirilmiş əsas, 59,72 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 45,44 manat dəbbə pulu, cəmi 1635,39 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı ASC ilə bağlanmış 11.09.2017-ci il tarixli, AL-219 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 11.09.2017-ci il tarixli, AL-219 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28.07.2021-ci il tarixə 1926,81 manat gecikdirilmiş əsas, 71,16 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 614,1 manat dəbbə pulu, lizinq obyekti olan avtomonilə 3350 manat dəmiş zərər, cəmi 5962,07 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu “Union Lizinq“ ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X10 arasında bağlanmış 11.09.2017-ci il tarixli, AL-219 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X5 müvəqqəti sahiblik və istifadəsinə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PF- *** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA542033 ban, 212133252DKCX0456 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir. “Daxili lizinq’' müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən X10 illik 12% hesablanmaqla 48 aylıq müddətəhər hər ay sabit məbləğ olmaqla 389,67 manat, ümumilikdə isə 18703,84 manat məbləğində pulu İddiaçı ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18703,84 manatın 14800 manatı əsas məbləğ təşkil etmişdir. 04.12.2017-ci il tarixdə X10, X16 və İddiaçı ASC arasında AL-219(1) saylı "Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 11.09.2017-ci il tarixli AL-219 saylı “Daxili Lizinq" müqaviləsi üzrə X16 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə X16 arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o illik 12% hesablanmaqla 45 aylıq müddətə hər ay sabit olaraq 408,02 manat, ümumilikdə isə 18360,68 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. 21.12.2017-ci il tarixdə X16, X23 və İddiaçı ASC arasında AL-219(2) saylı “Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlamış və 11.09.2017-ci il tarixli AL-219 saylı “Daxili Lizinq’’ müqaviləsi üzrə X23 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 05.01.2018-ci il tarixdə X23, X18 və İddiaçı ASC arasında AL-219(3) saylı “Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlamış və 11.09.2017-ci il tarixli AL-219 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X19 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 25.07.2018-ci il tarixdə X18, Şirəİiyeva Şəbnəm Rəhim qızı və "Union Lizinq” ASC arasında UNİ-1753 saylı "Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 11.09.2017-ci il tarixli AL-219 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Şirəİiyeva Şəbnəm Rəhim qızı bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh Rahim qızı tərəfindən lizinq şirkətina sonuncu ödəniş 28.06.2021ci il tarixda 130 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 11.09.2017-ci il tarixli AL-219 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29.06.2021-ci il tarixə 1530,23 manat gecikdirilmiş əsas, 59,72 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 45,44 manat dəbbə pulu olmaqla, cəmi 1635,39 manat borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı ASC nümayəndəsi X11 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 09.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 31.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 11.09.2017-ci il tarixli, AL-219 nömrəli daxili lizinq müqaviləsinin 1.1-ci bəndindən görünür ki, müqvilənin şərtlərinə uyğun olaraq İddiaçı ASC X1 etdiyi və Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla X5 müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 14800 manat təşkil edir. Lizinq obyekti X9 48 ay müddətinə verilmişdir. 04.12.2017-ci il tarixli, AL-219 (1) nömrəli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X2 Vüsal Vaqif oğlunun İddiaçı ASC qarşısında AL-219 nömrəli daxili lizinq müqaviləsi üzrə öhdəlikləri öz üzərinə götürmüşdür. 21.12.2017-ci il tarixli, AL-219 (2) nömrəli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X6 Ələddin Elşad oğlunun İddiaçı ASC qarşısında AL-219 nömrəli daxili lizinq müqaviləsi üzrə öhdəlikləri öz üzərinə götürmüşdür. 05.01.2018-ci il tarixli, AL-219 (3) nömrəli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X4 Elxan Tahir oğlunun İddiaçı ASC qarşısında AL-219 nömrəli daxili lizinq müqaviləsi üzrə öhdəlikləri öz üzərinə götürmüşdür. 25.07.2018-ci il tarixli, UNİ-219 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, Cavabdeh X13 İddiaçı ASC qarşısında AL-219 nömrəli daxili lizinq müqaviləsi üzrə öhdəlikləri öz üzərinə götürmüşdür. 25.07.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh və X3 istifadəsində olan “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İddiaçı ASC-nin 09.06.2021-ci il tarixli 378 nömrəli xəbərdarlıqdan (pretenziya məktubu) görünür ki, yaranmış borcu 7 gün ərzində ödənilməsini Cavabdeh tələb edilmiş, əks təqdirdə “Daxili Lizinq” müqaviləsinin 15-ci bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv edilməsi, lizinq obyektinin qaytarılması və yaranmış borc Cavabdeh məhkəmə qaydasında tələb edilməsi xəbərdar edilmişdir. 18.06.2021-ci il tarixli aktdan görünür ki, 11.06.2021-ci il tarixli İddiaçı ASC-dən qəbul edilmiş zərf qaimə (357654) Cavabdeh ünvan 2 ünvanına göndərilmiş məktub çatdırılmamışdır. Səbəb olaraq, 17.06.2021-ci il tarixdə ünvana gedilmiş, lakin qapını açan olmamış və nömrəyə cavab verilmədiyi qeyd olunmuşdur. 30.09.2021-ci il tarixli, 592 nömrəli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında 1926,81 manat əsas borcu, 71,16 mükafat borcu, 614,10 manat cərimə borcu olmaqla, cəmi 2612,07 manat borc yaranmışdır. 28.07.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvi-təslimi aparılmışdır. 23.09.2021-ci il tarixli "xxxx" MMC-nin ilkin qüsur aktından görünür ki, “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin texniki baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilin təmiri üçün 3350 manat tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Qeyd edilən Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən Lizinq verənin Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25.07.2018-ci il tarixli öhdəliklərinin ötürülməsi müqaviləsinə əsasən sonuncuya “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinqə verilmişdir. Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi lizinq müqaviləsi üzrə əsas borcun tutulması hissəsində və faiz borcunun tutulması hissəsində əsaslı cərimə hissəsində isə qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış 25.07.2018-ci il tarixli öhdəliklərinin ötürülməsi müqaviləsi üzrə hazırda Cavabdeh İddiaçı ASC-yə əsas borcu 1926,81 manat məbləğində, mükafat borcu 71,16 manat və cərimə (dəbbə) borcu 614,10 manat məbləğində müəyyən olumuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 614,10 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 50 manata endirilməlidir. Bundan başqa iddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizəsində qeyd etmişdir ki, iddia predmeti olan avtomobil iddiaçıya qaytarılmış, lakin avtomobilə 3350 manat məbləğində ziyan dəymiş və həmin məbləği cavabdehdən tələb etmişlər. İddia tələbinin bu hissəsinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 747.3cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-11.1.1-ci maddəsinə əsasən lizinq obyektinin amortizasiya ödənişləri lizinq ödənişlərinin ümumi məbləğinə daxildir: Sadalanan qanunverilcik əsaslarından göründüyü kimi lizinq obyektinin amortizasiya ödənişləri lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Bununla belə iddiaçı nəqliyyat vasitəsinə ziyan dəyilməsinə görə tələb etdiyi məbləği iş materiallarında olan "xxxx" MMC Servisin 23.09.2021-ci il tarixli qüsur aktına əsaslanmaqla tələb etməkdədir. O da qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi 28.07.2021-ci il tarixli aktdan görünür ki, Mirzəyev Nəsib və Əsədov İlqar akt tərtib edərək, İddiaçı ASC-nin mülkiyyətində olan sonuncuya “Daewoo Gentra” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil təhviltəslim edilmiş və həmin akta avtomobilə hər hansı bir ziyan dəyməsi qeyd edilməmişdir. Hazırki mübahisənin yaranmasına əsas olmuş nəqliyyat vasitəsinə dair iş materiiallarında olan öhdəliklərin ötürülməsinə dair müqavilələrdən də göründüyü kimi bu nəqliyyat vasitəsi iddiaçı “Lizinq” şirkəti tərəfindən müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin istifadəsinə verilmişdir. Mübahisə tərəfləri arasında 28.07.2021-ci il tarixli aktdan və 23.09.2021-ci il tarixli qüsur aktına tərətib edildiyi zaman çərçivəsindən də görünür ki, nəqliyyat vasitəsi təhvil verilərkən iddiaçı “Lizinq” şirkəti tərəfindən hər hansı pretenziya olmamış və qəbul edilmişdir. Lakin iddiaçı hazırki tələblə nəqliyyat vasitəsi təhvil alındıqdan uzun zaman sonra, yəni 23.09.2021-ci il tarixli "xxxx" MMC Servisin qüsur aktına əsaslanaraq ziyanın əvəzini cavabdeh tərəfdən tələb etməkdədir. Odur ki, iddia 3350 manat dəymiş ziyan hissədə əsassız olduğundan rədd edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia qismən təmin olunduğundan 10,30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1926,81 manat əsas borc, 71,16 mükafat borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 2047,97 manat və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 10,30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı ASC ilə bağlanmış 25.07.2018-ci il tarixli, UNİ-219 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25.07.2018-ci il tarixli, UNİ-219 saylı müqavilə ləğv edilsin. Cavabdeh 1926,81 manat əsas borc, 71,16 mükafat borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 2047,97 (iki min qırx yeddi manat 97 qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 10,30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar