Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3792/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himyəçilik Komissiyası maraqlı şəxs qismində cəlb olunmaqla ərizəsi üzrə mülki iş (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himyəçilik Komissiyası maraqlı şəxs qismində cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X2 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman 69 ünvanında yaşayırlar. X12 kvadroplegik spastik serebral iflic, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal), (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, kompleks parsial qıcolma tutmaları. Spastik tetraplegiya, spastik tetraparez xəstəliyindən əziyyət çəkir. xx.xx.2023-cü ildə ona İ qrup əlillik dərəcəsi verilmişdir. X12 xəstəliyi nəticəsində yerimir, danışmır, oturmur, öz hərəkətlərinin mənasını anlaya bilmir. Bir sözlə özünü idarə edə bilmir. Ağır dərəcəli əqli geriliyi vardır. Ona görə də onun qəyyumu kimi təyin olunmaq niyyətindədir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himyəçilik Komissiyasından ona şifahi olaraq bildirilmişdir ki, ərinin üzərinə qəyyum olması yalnız məhkəmə qətnaməsinə əsasən təyin oluna bilər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan; - AZ-İİ seriyalı 564657 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 20 iyun 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X6, anası X1r. - 53 saylı MKİS tərəfindən verilmiş 53/396 saylı Arayışdan görünür ki, Ərizəçi Rəfail qızı S.Rəhman küçəsi 69 saylı evdə pasport qeydiyyatındadır. X2 göstərilən ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əlillik haqqında arayışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 “kvadroplegik spastik serebral iflic, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal), (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, kompleks parsial qıcolma tutmaları. Spastik tetraplegiya, spastik tetraparez” diaqnozu qoyulmuşdur. Birinci dərəcəli əlildir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3792/2023 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3171 nömrəli rəyindən görünür ki, X4 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş travması ilə anadan olması, bununla əlaqədar müalicələrdə olması, yoxlanılan şəxsdə serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalmsı, nitqi inkişaf etməməsi, bununla əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda olmaqla ambulator sakitləşdirici müalicələr qəbul etməsi, Xəstəliyi ilə əlaqədar narahatlığı, xevdə aqressiv hərəkətlərə yol verməsi, qışqırması, fizioloji ifrazatları ilə natəmiz olması, “Kvadroplegik spastik serebral iflic, Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Kompleks parsial qıcolma tutmaları. Spastik tetraplegiya. Spastik tetraparez” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X4 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən uşaq serebral iflici, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi nəzərdə tutulan, X3 anasıdır. X7 20 iyun 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ona 21 iyun 2023-cü il tarixdə “Kvadroplegik spastik serebral iflic, Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Kompleks parsial qıcolma tutmaları. Spastik tetraplegiya. Spastik tetraparez” diaqnozu ilə müddətsiz İ qrup əlillik təyin edilmişdir. Məhkəmə araşdırması zamanı xx.xx.2005-ci il təvəllüdlü X3 psixi vəziyyətinin öyrənilməsi məqsədilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsinin rəyinə əsasən, X4 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3171 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, xx.xx.2005-ci il təvəllüdlü X3 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 20 iyun 2005-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan X7 (AA3411178) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. V. Nəticə: Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 iyun 2005-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan X7 (AA3411178) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-3792/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3792/2023
15.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver