Məhkəmə qərarları › İş №2(005)-3804/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3804/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3804/2020 27.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “kirayə haqqının tutulması” tələbinə dair iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “kirayə haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sökülməsi nəzərdə tutulmuş onun paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə görə yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatıb yeni mənzil təhvil verilənədək ayda 200 (iki yüz) manat kirayə haqqının Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin 6/12 hissədə pay hüququ olmaqla paylı mülkiyyətçisidir. Həmin mənzilə dair ona xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli “Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. Bir müddət əvvəl Cavabdeh MMC-nin nümayəndələri onunla əlaqə saxlayaraq mülkiyyətində olan mənzilin yerləşdiyi binanın qəzalı vəziyyətdə olduğu üçün söküləcəyi və yerində müasir tipli yeni yaşayış binasının tikintisinin nəzərdə tutulması barədə ona məlumat vermişlər. Cavabdeh MMC ilə aralarında aparılan danışıqlar nəticəsində, mülkiyyətində olan 2 otaqlı, sahəsi 54,3 kv.m olan mənzilin əvəzinə ona 2 otaqlı, sahəsi 77,5 kv.m olan təmirli mənzilin verilməsi barədə razılıq əldə edilmiş və bu barədə xx xxxxxxxx 2020-ci il tarixdə müvafiq “xxxx” bağlanmışdır. Lakin cavabdeh MMC ona müvəqqəti yaşaya bilməyi üçün kirayə haqqı ödənişi etməkdən imtina etmiş və bunu, mənzildə onun deyil, digər mülkiyyətçilərin yaşaması, kirayə haqqının yaşayış sahəsini müvəqqəti itirən şəxsə yeni mənzil tikilib təhvil verilənədək başqa yaşayış sahəsindən istifadə edə bilməsi üçün nəzərdə tutulması ilə əsaslandırmışdır. Bildirir ki, hazırda mənzildə xalası X6 yaşayır, digər payçılar da həmin mənzildə yaşamırlar. Firuzə Əliveva ilə münasibətləri pis olduğundan onun ora köçməyisinə mane olduğundan, həmçinin psixi cəhətdən və yaşı ilə əlaqədar xəstəliyi olduğuna görə onun ailəsi ilə birgə həmin mənzilə köçüb yaşamağı mümkün olmamış, maddi çətinliyi olmasına baxmayaraq kirayələrdə yaşamağa məcbur olmuşdur və xalasının əziyyət çəkməməsi üçün həmin mənzildə tək qalmasına narahatçılıq yaratmamışdır. Yəni göründüyü kimi, o həmin mənzildə yaşamaq hüququ olmasına baxmayaraq, xalasının yaşını və xəstəliyini nəzərə alaraq bu hüququndan müvəqqəti istifadə etməmişdir. Lakin hazırda maddi vəziyyəti çox ağır olduğu üçün və ailə tərkibinin böyük olması da nəzərə alınaraq kirayə haqqını ödəməkdə çətinlik çəkir. Hesab edir ki, o, mənzilin yarı hissəsinin mülkiyyətçisi olduğundan həmin mənzildə yaşayıb-yaşamamağından asılı olmayaraq nəzərdə tutulmuş kirayə haqqının yarısını almaq onun haqqıdır. Özü də yoldaşı və iki uşağı ilə birlikdə Səbail rayonunda 2015-ci ildən kirayədə yaşayır. Həsənoğlu küçəsində 2 otaqlı mənzilin kirayə haqqı 400 manat təşkil etdiyi üçün, həmin məbləğinin yarısı olan 200 manat məbləğində vəsait hesab edir ki, aylıq kirayə haqqı kimi ona ödənilməlidir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında X10, X11 və X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar. Məhkəmə iclasında İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X12 iddia tələbinin təmin olunmamasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə X10 arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair xxxxnin surətinə əsasən, "Mülkiyyətçi" ünvan 1, mənzil 24 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (1/2 hissədə ona məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın "Cavabdeh' MMC tərəfindən sökülməsinə razılıq verir. "Cavabdeh" MMC isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada "Mülkiyyətçi'nin mülkiyyətində olan 2 otaqlı, ümumi sahəsi 56 kv m olan mənzilin əvəzinə birgirişli 1 saylı binada yadəşən 2 otaqlı, ümumi sahəsi 77.5 kv.m olan mənzili təmirli vəziyyətdə "Mülkiyyətçi'in mülkiyyətinə payına uyğun olaraq (1/2 hissədə ona məxsus olmaqla) verməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair xxxxnin surətinə əsasən, "Mülkiyyətçi" ünvan 1, mənzil 24 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (6/12 hissədə ona məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın "Cavabdeh' MMC tərəfindən sökülməsinə razılıq verir. "Cavabdeh" MMC isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada "Mülkiyyətçi'nin mülkiyyətində olan 2 otaqlı, ümumi sahəsi 54.3 kv m (faktiki sahəsi 56 kv.m) olan mənzilin əvəzinə birgirişli 1 saylı binada yadəşən 2 otaqlı, ümumi sahəsi 77.5 kv.m olan mənzili təmirli vəziyyətdə "Mülkiyyətçi'in mülkiyyətinə payına uyğun olaraq (6/12 hissədə ona rrəxsus olmaqla) verməyi öhdəsinə götürür. 1.1.Manzilin yerləşdiyi mərtəbə və mənzilin nömrəsi gələcəkdə keçiriləcək püşkatmanın nəticəsinə uyğun olaraq tərəflər arasında imzalanacaq əlavə razılaşma ilə müəyyən ediləcəkdir. 1.2.Mutkıyyetçı bu xxxxyə əsəsən mülkiyyətində olan mənzilin əvəzinə Cavabdeh MMC tərəfindən tikilib təhvil veriləcək təmirli mənzili qəoul etməyi öhdəsinə götürür. 1.3.Cavabdeh MMC mücavilə üzrə öhdəliklərim Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 №-li xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq icra edir. 1.4.Həmin daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sonodə asasan İddiaçı məxsusdur. -ƏMDK-in yanında DODRX-nm Bak. Şəhər Ərazi İdarəs, tərəfindən 16.03 2020-ci «İ tanxdə İddiaçı verilmiş **********73-05101-093007 reyestr nömrəli. ********** qeydiyyat nömrəli dövlət reyeslnndən çıxarışa əsasən paylı mülkiyyət üzrə 6/12 hissə 54.3 kv.m: 1.5.ƏMDK-ın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci ıl tarixli, qeydiyyat nömrəsi ********** olan elektron arayışa əsasən xxxx bağlanan anda daşınmaz əmlak ipəteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgənınkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16a, mənzil 24 mülkiyyət hüququ üzrə İddiaçı 6/12 hissə, X4 1/12 hissə, X1 1/12 hissə, X7 1/12 hissə X2 1/12 hissə, X8 1/12 hissə, X9 1/12 hissə olmaqla, qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli 707 saylı Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS-in arayışından görünür ki, İddiaçı Bakı şəhəri, L.Babayev küçəsi 106 nömrəli evin 1 nömrəli mənzilində uzun müddətdir ki ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli Cavabdeh MMC-nin məktubuna əsasən, Cavabdeh MMC Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzillərinin sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır və bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir.Sizin paylı mülkiyyətinizdə olan və Həsənoğlu 16A saylı binada yerləşən 24 saylı mənziliniz 2 otaqdan ibarət olduğu üçün buna müqabil kirayə haqqı 400 manat nəzərdə tutulmuşdur. Lakin Sizin həmin mənzildə yaşamamağınızı, mənzildə yaşayan digər paylı mülkiyyətçilərin kirayə haqqının paylara uyğun bölünməsinə razılıqlarının olmamasını və nəzərdə tutulmuş vəsaitin binadan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün nəzərdə tutulmuş lazımi maliyyə vəsaiti olmasını nəzərə alaraq həmin vəsaitin yarısının sizə ödənilməsi barədə tələbinizin təmin edilməsi qeyrimümkündür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16a, mənzil 24 mülkiyyət hüququ üzrə İddiaçı 6/12 hissə, X4 1/12 hissə, X1 1/12 hissə, X7 1/12 hissə X2 1/12 hissə, X8 1/12 hissə, X9 1/12 hissə olmaqla, qeydiyyata alınmışdır. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair xxxxnin surətinə əsasən, "Mülkiyyətçi" ünvan 1, mənzil 24 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (6/12 hissədə ona məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın "Cavabdeh' MMC tərəfindən sökülməsinə razılıq verir. "Cavabdeh" MMC isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada "Mülkiyyətçi'nin mülkiyyətində olan 2 otaqlı, ümumi sahəsi 54.3 kv m (faktiki sahəsi 56 kv.m) olan mənzilin əvəzinə birgirişli 1 saylı binada yadəşən 2 otaqlı, ümumi sahəsi 77.5 kv.m olan mənzili təmirli vəziyyətdə "Mülkiyyətçi'in mülkiyyətinə payına uyğun olaraq (6/12 hissədə ona rrəxsus olmaqla) verməyi öhdəsinə götürür. Cavabdeh MMC ilə X10 arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair xxxxnin surətinə əsasən, "Mülkiyyətçi" ünvan 1, mənzil 24 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında (1/2 hissədə ona məxsus olmaqla) ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın "Cavabdeh' MMC tərəfindən sökülməsinə razılıq verir. "Cavabdeh" MMC isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada "Mülkiyyətçi'nin mülkiyyətində olan 2 otaqlı, ümumi sahəsi 56 kv m olan mənzilin əvəzinə birgirişli 1 saylı binada yadəşən 2 otaqlı, ümumi sahəsi 77.5 kv.m olan mənzili təmirli vəziyyətdə "Mülkiyyətçi'in mülkiyyətinə payına uyğun olaraq (1/2 hissədə ona məxsus olmaqla) verməyi öhdəsinə götürür. xx xxxxxxx 2020-ci il tarixli 707 saylı Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS-in arayışından görünür ki, İddiaçı Bakı şəhəri, L.Babayev küçəsi 106 nömrəli evin 1 nömrəli mənzilində uzun müddətdir ki ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə mülkiyyət toxunulmazdır və qanunla müdafiə olunur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan xxxxlərə əsasən ünvan 1, mənzil 24 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş paylı mülkiyyət hüququ əsasında paylı mülkiyyətdə olan mənzilin sakinlərinin, yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə başqa mənzillərə köçürülməsi xx xxxxxxxx 2020-ci il tarixli xxxxsinin 2.1.9-cu bəndinə əsasən "Cavabdeh" MMC-yə həvalə edilmişdir. xxxx üzrə X8 iki otaqlı mənzil üçün hər ay 400 manat kirayə haqqı verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin 6/12 hissəsinə pay hüququ olsa da belə, həmin kirayə haqqı mənzildə yaşayan payçıya ödənilməlidir. İddiaçı bildirir ki, hazırda mənzildə digər payçı olan xalası X6 yaşayır. xx xxxxxxx 2020-ci il tarixli 707 saylı Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS-in arayışdan göründüyü kimi İddiaçı Bakı şəhəri, L.Babayev küçəsi 106 nömrəli evin 1 nömrəli mənzilində uzun müddətdir ki, ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Eyni zamanda iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarından məlum olmuşdur ki, iddiaçı paylı mülkiyyətində olan mənzildə Firuzə Əliveva ilə münasibətlərinin pis olması ilə əlaqədar onun ora köçməsinə mane olduğundan, həmçinin psixi vəziyyəti, yaşı ilə əlaqədar xəstəliyi olduğuna görə onun ailəsi ilə birgə həmin mənzilə köçüb yaşamağı mümkün olmadığından uzun müddət mübahisəli mənzildə yaşamayıb. Bu fakt məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən inkar edilməmişdir. Digər tərəfdən iddiaçı hazırda kirayədə yaşadığını və kirayə pulunu ödəməyə maddi imkanının olmadığını əsas gətirsə də məhkəmədə verdiyi izahatlarında yaxın qohumunun evində kirayə pulu ödəmədən yaşadığını, yalnız istifadə etdiyi kommunal ödənişlərə görə pul ödədiyini etiraf etmişdir. Həmçinin İddiaçı paylı mülkiyyətində olan mənzildə uzun müddət yaşamadığı üçün hazırda həmin mənzil söküldükdən sonra, onun fərdi yaşayış yerinə ehtiyacı ilə bağlı vəziyyətində hər hansı dəyişiklik olmayacaqdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, İddiaçı yuxarıda qeyd edilən xxxx üzrə ödənilən 400 manat kirayə haqqı "Cavabdeh" MMC tərəfindən xxxx üzrə üzərlərinə götürdükləri öhdəlikləri icra edilənədək, yəni yeni binanın tikintisi başa çatanadək həmin mənzildə yaşayanlara ödənilməlidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı həmin mənzildə yaşamamağını, mənzildə yaşayan digər paylı mülkiyyətçilərin kirayə haqqının paylara uyğun bölünməsinə razılıqlarının olmamasını (məhkəmə araşdırması zamanı belə razılığın olmasına dair sübutlar təqdim edilməmişdir) və nəzərdə tutulmuş vəsaitin binadan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün nəzərdə tutulmuş maliyyə vəsaiti olmasını nəzərə alaraq həmin vəsaitin yarısının iddiaçıya ödənilməsi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumlarının müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “kirayə haqqının tutulması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu müvafiq olaraq iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar