Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3831/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X12 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X12 qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 tərəfindən "xxxx" MMC-nə ödənilmiş 15.625 manat təsisçi payının 50%-nin alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, X11 ilə anası X7 19 noyabr 1999-cu ildə rəsmi nikaha daxıl olaraq evlənmişlər. Birgə nikahdan onların iki övladı 01 avqust 2002-ci il təvəllüdlü İddiaçı və 17 fevral 2013-cü il təvəllüdlü X14 anadan olmuşdur. X1 24 oktyabr 2020-ci ildə hərbi əməliyyatlar nəticəsində vəfat etmişdir.. Onun vəfatından sonra onun qanuni vərəsələri kimi ondan qalan əmlaklara vərəsəlik hüququ haqda şəhadətnamə almışdır. Atasının ölümündən sonra iddiaçıya məlum olmuşdur ki, o "xxxx" MMC-nə 15.625 manat təsisçi payı kimi pul yatırmışdır. Bu barədə 17 sentyabr 2019-cu il tarixli 1059 saylı qəbz qalmışdır. Bu pullardan da iddiaçıya vərəsə kimi pay düşməlidir. Lakin cavabdeh bu faktı da iddiaçıdan gizlətməyə çalışmışdır. İddiaçıya baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil 18 avqust 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinin rədd edilməsinə dair etirazla müraciət edərək bildirmişdir ki, hazırkı etiraza əlavə edilən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 23.08.2018-ci il tarixdə qeydə alınmış TN TRADE" MMC-yə verilmiş 13.11.2020-ci il tarixli **********637400 saylı Çıxarışın təsdiq olunmuş surətindən göründüyü kimi, MMC-nin hüquqi ünvanı “Az1008, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 30, mənzil 47", yəni Cavabdeh özünün yaşadığı və qeydiyyatda olduğu ünvan, MMC-nin Nizamnamə kapitalındakı miqdarı (ödənilmiş) 10 manat, təsisçi Cavabdehdir, Nizamnamə kapitalında mayaların (payın) miqdarı tam həcmdə Cavabdeh məxsusdur, MMC-nin əvvəlki qanuni təmsilçisi X9 olmuş, sonuncu vəfat etdikdən sonra isə, yəni 13.11 2020-ci il tarixdən Cavabdeh olmuş və bu gün də odur. Beləliklə, göründüyü kimi, Tərlan Atakişiyev “TN TRADE" MMC-nin heç vaxt təsisçisi olmamış, onun təsis payı yoxdur və iddianın dəlilləri formal mülahizələrə əsaslanır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 25.07.2019-25.07.2019-cu il dövrlərini əhatə edən bank əməliyyatlarının (daxil olan və ödənilən vəsaitlərin) çıxarışının surətindən göründüyü kimi, 17.09.2019-cu il tarixdə "xxxx" MMC (qanuni təmsilçi X9 tərəfindən 6 əməliyyat aparılmışdır: 1.hesaba mədaxil, satışdan gələn vəsait + 1505 manat; 2. kreditin ayrılması, “TN TRADE" MMC + 150 000 manat 3; sənədləşmə xidməti, “TN TRADE" MMC -1500 manat; 4. hesaba mədaxil, təsisçi payı +15625 manat; 5. kredit üzrə faiz borcunun ödənilməsi - 0.01 manat 6. Kredit üzrə əsas borcun ödənilməsi – -4.91 manat . Beləliklə, göründüyü kimi, 17.09.2019-cu il tarixdə "xxxx" MMC-nin qanuni təmsilçi X9 6 bank əməliyyatında iştirak etmiş, həmin gün "xxxx" MMC-nin hesabına satışdan gələn vəsait qismində 1.505,0 AZN mədaxil olmuş, "xxxx" MMC-yə 150.000,0 AZN kredit ayrılmış, həmin daxil olmuş vəsaitlərdən (hesaba mədaxil və kredit) sənədləşmə xidməti qismində 1.500,0 AZN ödəniş edilmiş, həmçinin "xxxx" MMC-nin vəsaiti hesabına təsisçi payı olaraq 15.625,0 AZN ödəniş edilmiş, bundan başqa, götürülmüş Kredit üzrə faiz borcunun ödənilməsi qismində 0.01 AZN və kredit üzrə əsas borcun ödənilməsi qismində 4.91 AZN ödəniş edilmiş, nəticədə həmin gün üçün "xxxx" MMC-nin balansı 165.625,08 AZN müəyyən edilmişdir. Başqa sözlə, 17.09.2019-cu il tarixdə "xxxx" MMC-nin qanuni təmsilçisi X9 tərəfindən sonuncunun şəxsi vəsaiti hesabına heç bir əməliyyat aparılmamışdır. Belə olan halda, iddia tamamilə əsassızdır. Məlumat üçün bildirir ki, Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən 10.02.2021-ci il tarixdə 2V-17 sayla qeyd edilmiş "Hərbi qulluqçuların dövlət İcbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanununa əsasən ödənilən 11.000 manat məbləğində pulu almaqdan ötrü verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən üzrə 24.10.2020-ci il tarixdə vəfat etmiş atası Tərlan Atakişiyevə vərəsəsi kimi İddiaçı 1/4 hissədə pay ayrılmışdır. Bundan başqa, Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən 17.06.2021 -ci il tarixdə 2V-107 sayla qeyd edilmiş "xxxx" MMC ilə əlaqədar verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən üzrə 24.10.2020-ci il tarixdə vəfat etmiş atası Tərlan Atakişiyevə vərəsəsi kimi İddiaçı 1/4 hissədə pay ayrılmışdır. Beləliklə, həmin "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"lər ilə Tərlan Atakişiyevin "xxxx" MMC-nin təsisçisi olmaması və təsis payının olmaması bir daha müəyyən olunur. Nəhayət, qeyd edir ki, İddiaçı anası X5 ilə birgə yaşayır. İddiaçı anası Gülnarə Mustafayeva da Nizami rayon Məhkəməsinin (hakim Babək Qasımov) icraatında olan 2(007)-3201/2021 saylı iş üzrə cavabdehlər X6, Cavabdeh və qeyrilərlinə qarşı «X9 tərəfindən "xxxx" MMC-yə 15.625 manat təsisçi payının 50%-nin alınıb X2 verilməsi» tələbinə dair iddia qaldırmışdır. Beləliklə, göründüyü kimi, həm İddiaçı, həm də anası Gülnarə Mustafayeva Cavabdeh qarşı eyni əsasla, eyni predmet barəsində iddia qaldırmışdır. Bu hal isə əsassız olmaqla yanaşı həm də qanunsuzdur. Cavabdehin nümayəndəsi bildirir ki, İddiaçı anası X17 İskəndərlinin mərhum dostu - şəhid Tərlan Atakişiyev ilə sağlığında daim münaqişədə olmuş, bu səbəbdən Tərlan Atakişiyev ilə Gülnarə Mustafayeva arasında 21.08.2016-cı il tarixdə “Əmlakın bölünməsinə dair Müqavilə” bağlanmış, bununla əlaqədar Gülnarə Mustafayevaya mərhum şəhid Tərlan Atakişiyev və ailə üzvləri tərəfindən 70.000 manat pul ödənilmiş, həmçinin Nizami rayon Məhkəməsinin (hakim Habil Əhmədov) 2(007)-1660/2018 saylı 28.03.2018-ci il tarixli qətnaməsinə əsasən tərəflərin nikahının pozulması qət edilmişdir. Lakin buna baxmayayaq, İddiaçı və anası Gülnarə Mustafayeva şəhid Tərlan Atakişiyevə və valideynlərinə, həmçinin Cavabdeh qarşı əsassız iddialar qaldırmaqda davam edir. Belə ki, hazırda həmin şəxslərin iddiaları üzrə məhkəmələrin icraatında 4 mülki iş vardır. Beləliklə, göründüyü kimi, iddianın dəlilləri formal mülahizələrə əsaslanır. Qeyd edilənlərə əsasən, İddiaçı tərəfindən Cavabdeh qarşı «X9 tərəfindən "TN TRADE” MMC-nə 15.625 manat təsisçi payının 50%-nin alınıb İddiaçı verilməsi» tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahi etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli AZ-İ 298919 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı 01 avqust 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan 17 sentyabr 2019-cu il tarixli 1059 saylı qəbzdən müəyyən olunur ki, X11 tərəfindən 15625 manat pub məbləği **********753915A62 nömrəli hesaba “təsisçi payı” şərhi altında köçürülmüşdür. İş materiallarında olan 02 aprel 2021-ci il tarixli AZ-İİ 169873 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X11 24.10.2020-ci il tarixdə Fizuli rayonunda hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr səbəbindən ölmüşdür. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, İddiaçı X8 məxsus miras əmlakdan ¼ hissədə pay almalıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 2.2-ci bəndinə əsasən Cəmiyyət iştirakçısının nizamnamə kapitalındakı paylar bu qaydada müəyyən edilmişdir : X15 10 manat, 2 pay,100%, pul şəklində. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsidən göründüyü kimi, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə görə, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu şəkildə qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla onun "xxxx" MMC-nin təsisçisi olduğu, nizamnamə kapitalındakı mayaların (payın) miqdarının ona məxsus olması, iddiaçının mərhum X1nun əvvəllər həmin şirkətin qanuni təmsilçisi olması, lakin hal hazırda cavabdehin qanuni təmsilçisi olması təqdim edilmiş sübutlarla təsdiq edildi. Göründüyü kimi, iddiaçının atasının sözügedən şirkətdə payı olmadığından, iddiaçı təsisçı payının yarısının ona vərəsə kimi verilməsini tələb edə bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddianın əsassız olması səbəbindən rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X12 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3831/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3831/2021
10.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver