Məhkəmə qərarları › İş №2(005)-3864/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3864/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3864/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə və Cavabdeh3 qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə və Cavabdeh3 qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1185/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 20706-15-3E.Q saylı xx.xx.2021-ci il tarixli sifarişi ilə Cavabdeh2 MMC tərəfindən keçirilmiş açıq hərracın nəticələrinə dair xx.xx.2022-ci il tarixli 08/22 saylı protokolun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1185/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 20706-15-3E.Q saylı xx.xx.2021-ci il tarixli sifarişi ilə ona məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 2441 saylı bağ sahəsinin ilkin satış dəyəri 28.000 manat olmaqla açıq hərracda satılması “X1”nəzdində yaradılmış Cavabdeh2 MMC-nə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərrac xx.xx.2022-ci il, saat 11:00-a (növbəlilik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən faktiki olaraq yaşamadığı ünvanına olmaqla ona və tələbkar Cavabdeh3 xx.xx.2021-ci il tarixdə 768/21 saylı “hərracın keçirilməsinə dair bildiriş” göndərilmişdir. Cavabdeh2 MMC-dən aldığı məlumata görə yuxarıda sözügedən hərrac sifarişi üzrə ilkin hərracın xx.xx.2022-ci il tarixə təyin edilməsi barədə elan xx.xx.2021-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” internet informasiya ehtiyatında (portalında) (www.birjanews.az) dərc edilməklə, həmin elan hərracın təşkilatçısı Cavabdeh2 MMC-nin rəsmi internet səhifəsində (e-herrac.com) yerləşdirilmişdir. Cavabdeh2 MMC-dən aldığı məlumata görə xx.xx.2022-ci il tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bununla əlaqədar qeyd olunan tarixdə “hərracın baş tutmamasına dair protokol” tərtib olunmuşdur. Yuxarıda göstərilən hərrac sifarişi üzrə təkrar hərrac əmlakın təkrar hərracda satış dəyəri 25.200 manat olmaqla, xx.xx.2022-ci il tarixə saat 11:00-a (növbəlilik qaydasında) təyin edilmiş və təkrar hərracın xx.xx.2022-ci il tarixə təyin edilməsi barədə elan “Birjanyus” internet informasiya ehtiyatında (portalında) (www.birjanews.az) xx.xx.2022-ci il tarixdə dərc edilmiş, həmin elan hərracın təşkilatçısının rəsmi internet səhifəsində (e-herrac.com) yerləşdirilmişdir. Eyni zamanda, təkrar hərracın keçirilmə vaxtı və yeri barədə məlumatları əks etdirən xx.xx.2022-ci il tarixli 23/212 saylı bildiriş yuxarıda sözügedən şəxslərə, o cümlədən faktiki yaşamadığı ünvanına olmaqla ona göndərilmişdir. Cavabdeh2 MMC-dən aldığı məlumata görə xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh2 MMC-nə müraciət edən Ucar rayonu Bərgüşad kəndində yaşayan X2 rəsmi qaydada tanış edildiyi “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na uyğun olaraq xx.xx.2022ci il tarixə saat 11:00-a (növbəlilik qaydasında) təyin edilmiş açıq hərracda iştirak etmək üçün niyyətini bildirərək, müvafiq beh məbləğini ödəmişdir. Onun ərizəsi “Hərracda iştirak etmək üçün ərizə vermiş şəxslərin (o cümlədən hüquqi şəxslərin) qeydiyyatı jurnalı”nda qeydə alınmış və həracda iştiraka dair ona 01 nömrəli xx.xx.2022-ci il tarixli bilet verilmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə tələbkar Cavabdeh3 adından çıxış edən, onun etibarnamə üzrə nümayəndəsi ərizə ilə Cavabdeh2 MMC-nə müraciət edərək onun hərracda iştirakının təmin olunmasını xahiş etmişdir. Tələbkarın etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixli ərizəsi də hərrac təşkilatçısı tərəfindən “Hərracda iştirak etmək üçün ərizə vermiş şəxslərin (o cümlədən hüquqi şəxslərin) qeydiyyatı jurnalı”nda qeydə alınmış və ona xx.xx.2022-ci il tarixli 02 nömrəli hərracda iştiraka dair bilet verilmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:30-da keçirilən açıq hərraca çıxarılmış ona məxsus Bakı şəhəri Zirə qəsəbəsi 0,06 ha torpaq sahəsində olan 2441 saylı bağ evi tələbkar Cavabdeh3 onun təkrar hərracdakı satış dəyərindən yuxarı qiymətə, yəni 28.000 manata satılmışdır. xx.xx.2022-ci il tarixdə hərracın yekunları barədə 08/22 saylı protokol tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli 384/22 saylı məktubuna qoşma ilə sifarişçi icra şöbəsinə göndərilmişdir. Zirə qəsəbəsi Şinçi bağları 241a (yeni 203) saylı bağ mülkündə Cavabdeh3 öz ailəsi ilə 21 il qanunsuz yaşamış, əvvəldən 1996cı ildə 3 ili 900 dollara kirayə götürmüşdür. 3 il bitəndən sonra kirayə müqaviləsini uzatmamış, onu bağı alacağını deyərək aldatmış, nə kirayə haqqını vermiş, nə də almağa cəhd etməmişdir. 21 il qanunsuz olaraq yaşadıqdan sonra məhkəmə aktları ilə məcburi qaydada çıxarılmışdır. Bu məsələni sülh yolu ilə həll etməyə çalışsa da, Cavabdeh3 ona heç bir şans verməmiş, güzəştlər təklif etsə də Cavabdeh3 onu darvazadan içəri buraxmamışdır. Cavabdeh3 bağ sahəsinə külli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, bağ evində olan ağaclar qırılıb, evinin proyekti tam dəyişilib, qapını pəncərə, pəncərəni qapı ediblər. O, 6 pəncərədən üçünü ləğv etmişdir. Evin altını qazıb boşluğa çevirib zibillik, siçan-siçovul yuvası açıblar, hamam-sanitar qovşağının anbarını pal-paltarla doldurub işıq, su, kanalizasiya sistemi tamamilə dağıdılıb, pəncərələr çərçivələrindən qırılıb, şüşələri dağıdılıb. 100 metr dəmir hasarını və 30 ədəd boruları gözünün qarşısında maşına yükləyib aparmışdır. O, bu barədə 102 xidmətinə məlumat vermişdir. Tərəfindən bağ evinin quyusundan 1 maşın zibil pampers, müxtəlif şüşələr, tullantılar çıxarılmışdır. Bağ evinin daş hasarı da dağıdılıb. Adında torpaq olduğu üçün sosial yardımda da məhrum olmuşdur. Cavabdeh3 21 ilin kirayə haqqını verməmişdir. Eyni zamanda, o, bağın meyvəsini yeyib satıb, torpağında tərəvəz əkib satıblar. Evində nalayiq işlər görüblər. Qeyd olunanlara əsasən Cavabdeh3 və ailəsinin ona vurduğu maddi və mənəvi ziyanın ödənilməsinə dair tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin 2(003)-2690/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmişdir. Sözügedən iddia tələbi məhkəmənin icraatında olmaqla hazırda həmin işlə əlaqədar məhkəmə icraatı davam edir. Cavabdeh3 və digərlərinin ona qarşı borcu ekspertiza ilə müəyyən edilərək ona dəyən maddi ziyan ödənilməyənədək hərracın sifariş edilərək keçirilməsi qanunsuz və əsassız olmuşdur. Digər tərəfdən o, Bakı şəhəri Xətai rayonu X3 bina 39B mənzil 92 ünvanında yaşamasına baxmayaraq, cavabdeh icra şöbəsi Cavabdeh2 MMC-nə ünvanladığı 10 dekabr 2021-ci il tarixli hərrac sifarişində onun ünvanını Bakı şəhəri F.X.Xoyski prospekti 140A kimi qeyd etmişdir ki, bu hal da onun əmlakı barədə keçirilən hərraclardan məlumat almamasına səbəb olmuşdur. Cavabdeh2 MMC hərracın təyini barədə bildirişləri F.Xoyski küçəsi 140A ünvanına göndərmişdir ki, bununla da o, hərracın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etmədi, izahatında hərracın nəticələrinin ləğv edilməsi üçün əsasların olmadığını bildirib, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 MMC-nə və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Lakin Cavabdeh2 MMC-nin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1185/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 20706-15-3E.Q saylı xx.xx.2021-ci il tarixli sifarişi ilə borclu İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 2441 saylı bağ sahəsinin ilkin satış dəyəri 28.000 manat olmaqla açıq hərracda satılması “X1”nəzdində yaradılmış Cavabdeh2 MMC-nə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərrac xx.xx.2022-ci il, saat 11:00-a (növbəlilik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclu İddiaçı və tələbkar Cavabdeh3 xx.xx.2021-ci il tarixdə 768/21 saylı “hərracın keçirilməsinə dair bildiriş” göndərilmişdir. Hərrac sifarişi üzrə ilkin hərracın yuxarıda göstərilən tarixə təyin edilməsi barədə elan xx.xx.2021-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” internet informasiya ehtiyatında (portalında) (www.birjanews.az) dərc edilməklə, həmin elan hərracın təşkilatçısı Cavabdeh2 MMC-nin rəsmi internet səhifəsində (e-herrac.com) yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bununla əlaqədar qeyd olunan tarixdə “hərracın baş tutmamasına dair protokol” tərtib olunmuşdur. Yuxarıda göstərilən hərrac sifarişi üzrə təkrar hərrac əmlakın təkrar hərracda satış dəyəri 25.200 manat olmaqla, xx.xx.2022-ci il tarixə saat 11:00-a (növbəlilik qaydasında) təyin edilmiş və təkrar hərracın xx.xx.2022-ci il tarixə təyin edilməsi barədə elan “Birjanyus” internet informasiya ehtiyatında (portalında) (www.birjanews.az) xx.xx.2022-ci il tarixdə dərc edilmiş, həmin elan hərracın təşkilatçısının rəsmi internet səhifəsində (e-herrac.com) yerləşdirilmişdir. Eyni zamanda, təkrar hərracın keçirilmə vaxtı və yeri barədə məlumatları əks etdirən xx.xx.2022-ci il tarixli 23/212 saylı bildiriş yuxarıda sözügedən şəxslərə göndərilmişdir. xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh2 MMC-nə müraciət edən Ucar rayonu Bərgüşad kəndində yaşayan X2 rəsmi qaydada tanış edildiyi “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na uyğun olaraq xx.xx.2022ci il tarixə saat 11:00-a (növbəlilik qaydasında) təyin edilmiş açıq hərracda iştirak etmək üçün niyyətini bildirərək, müvafiq beh məbləğini ödəmişdir. Onun ərizəsi “Hərracda iştirak etmək üçün ərizə vermiş şəxslərin (o cümlədən hüquqi şəxslərin) qeydiyyatı jurnalı”nda qeydə alınmış və həracda iştiraka dair ona 01 nömrəli xx.xx.2022-ci il tarixli bilet verilmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə tələbkar Cavabdeh3 adından çıxış edən, onun etibarnamə üzrə nümayəndəsi ərizə ilə Cavabdeh2 MMC-nə müraciət edərək onun hərracda iştirakının təmin olunmasını xahiş etmişdir. Tələbkarın etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixli ərizəsi də hərrac təşkilatçısı tərəfindən “Hərracda iştirak etmək üçün ərizə vermiş şəxslərin (o cümlədən hüquqi şəxslərin) qeydiyyatı jurnalı”nda qeydə alınmış və ona xx.xx.2022-ci il tarixli 02 nömrəli hərracda iştiraka dair bilet verilmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:30-da keçirilən açıq hərraca çıxarılmış Bakı şəhəri Zirə qəsəbəsi 0,06 ha torpaq sahəsində olan 2441 saylı bağ evi tələbkar Cavabdeh3 onun təkrar hərracdakı satış dəyərindən yuxarı qiymətə, yəni 28.000 manata satılmışdır. xx.xx.2022-ci il tarixdə hərracın yekunları barədə 08/22 saylı protokol tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli 384/22 saylı məktubuna qoşma ilə sifarişçi icra şöbəsinə göndərilmişdir. Göründüyü kimi hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərrac yuxarıda istinad olunan qaydaların tələblərinə uyğun həyata keçirilmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində göstərilən ünvanına müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. İddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi xüsusatlar hərracın yekunları barədə protokolun ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənləri nəzərə almaqla işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 MMC-nin və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını və çıxışlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-1185/2020 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh3 apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 251/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdehdən 28.000 manatın tutularaq iddiaçıya ödənilməsi, aparılmış mütəxəssis rəyinin dəyərindən 100 (yüz) manatın İddiaçı, 100 (yüz) manatın Cavabdeh3 tutulması (VÖEN: **********, Hesab: AZ91AİİB**********0191586109, Bank: Kapital Bank ASC Nərimanov rayon filialı, KOD: 200093, S.W.İ.F.T.:AİİBAZ2X), qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 251/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 17444 (on yeddi min dörd yüz qırx dörd) manat maddi zərər və ödənilmiş 10 (on) manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh3 ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərindən 35,00 (otuz beş) manatın İddiaçı tutularaq Dövlət xəzinədarlığı Agentliyinə keçirilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərindən 65,00 (altmış beş) manatın Cavabdeh3 tutularaq Dövlət xəzinədarlığı Agentliyinə keçirilməsi, dövlət rüsumunun 20 (iyirmi) manatının iddiaçı Cavabdeh3 aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair 186/21 nömrəli xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, tələbkar Cavabdeh3, borclu İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1185/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə və sifarişçi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 20706-15-3E.Q saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka qoyulan Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 2441 saylı bağ sahəsinə dair hərracın ilkin satış qiyməti 28.000 manat olmaqla 07 yanvar 2022-ci il tarixdə saat 11:00 keçirilməsinə dair məlumat verilmişdir. İş materiallarında olan hərracın baş tutmamasına dair xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 07 yanvar 2022-ci il tarixə saat 11:00-a (növbəlilik qaydasında) təyin edilmiş hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır. Odur ki, 07 yanvar 2022-ci il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan Cavabdeh2 MMC-nin təkrar hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, tələbkar Cavabdeh3, borclu İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1185/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə və sifarişçi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 20706-15-3E.Q saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka qoyulan Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 2441 saylı bağ sahəsinə dair hərracın təkrar hərracda satış qiyməti 25.200 manat olmaqla 21 yanvar 2022-ci il tarixdə saat 11:00 keçirilməsinə dair məlumat verilmişdir. İş materiallarında olan reyestrlərin surətlərindən görünür ki, Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair bildirişlər İddiaçı göndərilmişdir. İş materiallarında olan Hərrac yekunları barədə 08/22 nömrəli xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh3 Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 0,06 ha torpaq sahəsində yerləşən 2441 saylı bağ evini təkrar hərracda 28.000 manata əldə etmişdir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı, hərraca çıxarılmış əmlakda Cavabdeh3 21 il qanunsuz yaşaması, ona bağı alacağını deyərək aldatması, həmçinin hərrac barədə məlumatının olmadığını və iştirakının təmin olunmadığını bildirərək, hərracın yekunları barədə protokolun ləğv olunmasını tələb edir. Mülki Məcəllənin 414.1-ci və 414.4-cü maddələrinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Həmin Məcəllənin 415.1-ci və 415.2-ci maddələrinə görə, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Göründüyü kimi “İcra haqqında” Qanunun 53-cü maddəsində ipoteka predmeti olmayan və üzərinə həbs qoyulmuş əmlaka tutma yönəldilməsinin qaydaları tənzimlənmişdir. Həmin qaydaya əsasən üzərinə həbs qoyulmuş əmlak ilk növbədə tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Əmlak satılmadıqda yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. İşin halları ilə müəyyən etmişlər ki, icra məmuru 20706-15-3E.Q saylı xx.xx.2021-ci il tarixli məktubla hərracın keçirilməsini Cavabdeh2 MMC-yə sifariş etmiş, 07 yanvar 2022-ci il tarixdə, 21 yanvar 2022-ci il tarixdə hərraclar keçirilmiş, Hərrac yekunları barədə xx.xx.2022-ci il tarixli protokola əsasən tələbkar tərəfindən əldə edilərək, borclunun tələbkara olan borcu ilə əvəzləşdirilmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 53-cü maddəsində üzərinə həbs qoşulmuş əmlakın hərracda üç ay ərzində satılmadığı halda təkrar tələbkara təklif olunması və imtina edildiyi halda əmlakın borcluya, icra sənədinin isə məhkəmə və ya digər orqana qaytarılması qaydası müəyyən edilmişdir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsidir; tərəflərin hüquq və vəzifələri isə mülki qanunvericilik prinsipləri əsas götürülməklə ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmaqla tənzimlənməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 0,06 ha torpaq sahəsində yerləşən 2441 saylı bağ evinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1185/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin 20706-15-3E.Q saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. Hərracın ilkin satış qiyməti 28.000 manat, təkrar hərracdakı qiyməti 25.200 manat olmuş, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 0,06 ha torpaq sahəsində yerləşən 2441 saylı bağ evini tələbkar Cavabdeh3 təkrar hərracda əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı ilə üzərinə həbs qoyulmuş Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 0,06 ha torpaq sahəsində yerləşən 2441 saylı bağ evi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, internet resurslarında elanlar vermişdir. Nəticədə sözügedən bağ evi hərrac vasitəsilə satılmışdır. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 0,06 ha torpaq sahəsində yerləşən 2441 saylı bağ evi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada bildirişlər göndərmiş, habelə internet resurslarında qanunvericiliyin tələblərinə əsasən elanlar yerləşdirilmiş və nəticədə daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən əmlak ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə və Cavabdeh3 qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affиrmantи, non negantи, иncumbиt probatиon (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə və Cavabdeh3 qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar