Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3913/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs BOKT ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X8" MMC-ə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs BOKT ASC cəlb edilməklə) “açıq hərracın keçirilməsinə dair yekun protokolun icrasının dayandırılması, mənzilin satış qiymətinin yenidən qiymətləndirilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X8" MMC-ə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs BOKT ASC cəlb edilməklə) “açıq hərracın keçirilməsinə dair yekun protokolun icrasının dayandırılması, mənzilin satış qiymətinin yenidən qiymətləndirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək açıq hərracın keçirilməsinə dair yekun protokolun icrasının dayandırılması və mənzilin satış qiymətinin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 66A saylı evin 32 nömrəli və Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 80 saylı evin 20 nömrəli mənzillərin açıq hərracdan satılması ilə bağlı Bakı şəhəri, Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli 21 nömrəli məktubla bağlı icra sənədinin dayandırılmasını məhkəmədən xahiş edir. Onunla Maraqlı şəxs BOKT ASC-nin arasında bağlanmış xx xxxxxx 2015-ci il kredit müqaviləsinə görə ABŞ dolları ilə götürdüyü kredit öhdəliyini yerinə yetirmədiyinə görə ipoteka ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində istifadə olunan 0,518 ha torpaq sahəsində yerləşən beş mərtəbəli binada ona məxsus bir otaqlı yaşayış mənzilinin banın xeyrinə verilməsi qət edilmişdir. Bütün məhkəmə instansiyalarında hüquqi müdafiələri tamamilə tükənmişdir. Belə ki, Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli bu barədə qəbul edilmiş qərarı qanuni qüvvə almışdır. Qətnamə icra edilərsə, yaşayış mənzilindən yaşayış hüququ itirilə bilər. Onun iradəsindən asılı olmayan səbəbə görə dolların kursu bir neçə dəfə dəyişmiş, nəticədə kredit öhdəliyini yerinə yetirə bilməmişdir. Artıq son ümidi dövlətədir. Hesab edir ki, onun bu müraciəti nəzərə alınacaqdır. O, kredit öhdəliyindən yayınmaq istəmir. Həmin öhdəliyi hissə-hissə yerinə yetirir, lakin kreditor onun hissə-hissə ödəniş etməyinə razılıq vermir. Götürülmüş pulun 25 000 ABŞ dollarını ödəmişdir. Lakin buna baxamayaraq baş vermiş devalivasiyaya görə kreditora olan borcu iki dəfə artmışdır. Bu azmış kimi iki qat faizi də üstünə gəliblər. İndi isə evinin əlindən alınmasına qərar veriblər. Həmin mənzil onun adına olsa da, həmin mənzildə oğlu, onun həyat yoldaşı və iki nəfər yetkinlik yaşına çatmayan uşaqları yaşayırlar. əgər həmin mənzil kreditora keçərsə və yaxud özgəninkiləşdirilərsə, oğlunun ailə üzvləri həmin mənzildə yaşayış hüququnu itirə bilərlər. Bundan əlavə, açıq hərracın keçirilməsinə dair 1 nömrəli bildirişə əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 66A saylı evin 32 saylı mənzilinin və Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 80 saylı evin 20 saylı mənzilinin 30 300 manat məbləğində açıq hərracda ilkin satış qiyməti ilə razı deyil. Belə ki, bank öz şəxsi maraqlarını həyata keçirmək üçün onun yaşayış mənzilinə istədiyi satış qiyməti qoymuşdur. Odur ki, yaşayış mənzillərinin qiymətləndirilməsi üçün açıq hərracın dayandırılması barədə və eləcə də mənzillərin qiymətləndirilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X5 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı tərəf (Müstəqil tələb irəli sürməyən üçüncü şəxs) Maraqlı şəxs BOKT ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli məbnzillərə məhkəmə qətnaməsilə qiymət qoyulmuş və bu əsasla hərrac keçirilmişdir. İddia tələbi bu əsasla rədd edilməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixdə ASAN – Mingəçevir tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənov X4 şəhəri, Koroğlu küçəsi, ev 3, mənzil 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)-2845/2020 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X8" MMC-ə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs BOKT ASC cəlb edilməklə) “açıq hərracın keçirilməsinə dair yekun protokolun icrasının dayandırılması, mənzilin satış qiymətinin yenidən qiymətləndirilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehin ünvanının olduğu yer üzrə məhkəməyə göndərilməməsi səbəbindən geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7248/2019 saylı Qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmədən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 750/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” MMC tərəfindən İddiaçı, Nizami Rayon İcra və Probasiya şöbəsinə və Maraqlı şəxs BOKT ASC-ə ünvanlanmış xx.xx.2020ci il tarixli 01 nömrəli bildirişin surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-750 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 66a saylı evin 32 saylı mənzilinə və Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 80 saylı evin 20 saylı mənzilinə tutmanın yönəldilmişdir və hərracda satılmalıdır. Hərracın xx.xx.2020-ci il tarixdə saat 11:00-da keçiriləcəyi, mənzillərin ilkin satış qiymətinin hər biri üzrə 30 300 manat məbləğində olması və həmin qiymətlə hərracda təklif ediləcəyi bildirişdə öz əksini tapmışdır. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” MMC tərəfindən İddiaçı, Nizami Rayon İcra və Probasiya şöbəsinə və Maraqlı şəxs BOKT ASC-ə ünvanlanmış xx.xx.2020ci il tarixli 02 nömrəli bildirişin surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-750 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 66a saylı evin 32 saylı mənzilinə və Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 80 saylı evin 20 saylı mənzilinə tutmanın yönəldilmişdir və hərracda satılmalıdır. Hərracın xx.xx.2020-ci il tarixdə saat 11:00-da keçiriləcəyi, mənzillərin ilkin satış qiymətinin hər biri üzrə 30 300 manat məbləğində olması və təkrar satışda ilkin satış qiymətindən 15% aşağı qiymət olan 25 755 manat satış qiymətilə hərracda təklif ediləcəyi bildirişdə öz əksini tapmışdır. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Maraqlı şəxs BOKT ASC-nin arasında bağlanmış xx xxxxxx 2015-ci il kredit müqaviləsinə görə ABŞ dolları ilə götürdüyü kredit öhdəliyini yerinə yetirmədiyinə görə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29107)- 750/2019 saylı xx xxxx 2019-cu il tarixli icra sənədi üzrə iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 66A saylı evin 32 nömrəli və Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 80 saylı evin 20 nömrəli mənzillərin açıq hərracdan satılması ilə bağlı Daşınar Və Daşınmaz Əmlakların Satışı X8 tərəfindən hərraclar keçirilmişdir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 66A saylı evin 32 saylı mənzilinin və Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 80 saylı evin 20 saylı mənzilinin 30 300 manat məbləğində açıq hərracda ilkin satış qiyməti ilə razı deyil. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 66A saylı evin 32 nömrəli və Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 80 saylı evin 20 nömrəli mənzillərin açıq hərracdan satılması ilə bağlı Daşınar Və Daşınmaz Əmlakların Satışı X8 tərəfindən hərraclar qanunun tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. İddiaçının əmlakın qiymətləndirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29107)-750/2019 saylı xx xxxx 2019-cu il tarixli icra sənədi üzrə hərraclar keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7248/2019 saylı Qərarından da aydın olur ki, mübahisəli əmlakların satış qiyməti məhkəmə qətnaməsilə müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mübahisə etdiyi əmlaka qiymət qanuni qüvvəsini almış müvafiq məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Məhkəmə qətnaməsi əsasında qiymət müəyyən olunduğundan, əmlakın yenidən qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı X8" MMC-ə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs BOKT ASC cəlb edilməklə) “açıq hərracın keçirilməsinə dair yekun protokolun icrasının dayandırılması, mənzilin satış qiymətinin yenidən qiymətləndirilməsi tələbinə dair” iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3913/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3913/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver