Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3915/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.2001-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı X8 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında yaşayırlar. Qızı ünvan 2ış pozuntusu ilə qeydiyyatdadır. Qızı qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya və idarə edə bilmir. Bu səbəbdən qızının üzərində qəyyum kimi təyin olunmaq niyyətindədir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizədə göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X11 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X8 Bakı şəhərində doğulmuş, ata qrafasında X9, ana qrafasında Ərizəçi qeyd edilmişdir; Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan çıxarışdan görünür ki, X7 “72.1 – Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Üzvi (eplepsiya nəticəsində) ağır kəmağıllıq, nitq və davranış pozuntusu, kənar şəxsin köməyinə ehtiyacı var” diaqnozu qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə müayinə olunmuş və ona ümumi xəstəlikdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X3 X13 xx.xx.2022-ci il tarixli, 3067 saylı rəyindən görünür ki, X6 Üzvi mənşəli (epilepsiya nəticəsində) ağır kəmağıllıq, nitq və davranış pozuntusu müəyyən edilir. X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 müəyyən edilən “Üzvi mənşəli (epilepsiya nəticəsində) ağır kəmağıllıq, nitq və davranış pozuntusu” ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Səhiyyə Nazirliyi Məhkəmə X3 X13 xx.xx.2022-ci il tarixli, 3067 saylı rəyindən görünür ki, X6 “Üzvi mənşəli (epilepsiya nəticəsində) ağırkəmağıllıq, nitq və davranış pozuntusu” müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqinin inkişaf etməməsi, qıcolma tutmaları biruzə verməsi, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, xəstəliyi ilə əlaqədar Bakı şəhər X4, Uşaq RƏXD-də, həmçinin Bakı şəhər 2 saylı X2 xx.xx.2019 cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi “Ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə. Anamnezində qıcolma tutmaları ilə. Kənar şəxsinlərin himayəsinə ehtiyacı var” diaqnozu ilə stasionar müalicədə olması, əqli geriliyi, davranış pozuntularının biruzə verməsi, evdə yersiz hərəkətlərə yol verməsi, narahatlığı, aqressivliyi, həmçinin hərdən fizioloji ifrazatları ilə natəmiz olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, göstərilənlərlə əlaqədar hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicəni qəbul etməsi, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli geriliyin müəyyən edilməsi və s.) sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2, 317.3, 318.2 və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2001-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3915/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3915/2022
15.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver